Məhkəmə qərarları › İş №2-1(122)-1039/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1039/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1039/2023 19.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X1 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə qarşı "cavabdehin İddiaçı barəsində qəbul etmiş olduğu xx/xx/2023-cü il tarixli, e187217/2023-58-11-005 nömrəli “İcraata başlamaq haqqında” Qərara uyğun olaraq icra hərəkətlərinin əsassız və qanunsuz olması səbəbilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsinə İddiaçı mülkiyyətində olan 22 adda minik avtonəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə təqdim etmiş olduğu inzibati aktın ləğv edilməsi barədə qərarın ləğvi və icra məmuru tərəfindən qanunsuz aparılmış hərəkətlərin dayandırılması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin İddiaçı barəsində qəbul etmiş olduğu xx/xx/2023-cü il tarixli, e187217/2023-58-11-005 nömrəli “İcraata başlamaq haqqında” Qərara uyğun olaraq icra hərəkətlərinin əsassız və qanunsuz olması səbəbilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsinə İddiaçı mülkiyyətində olan 22 adda minik avtonəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə təqdim etmiş olduğu inzibati aktın ləğv edilməsi barədə qərarın ləğvi və icra məmuru tərəfindən qanunsuz aparılmış hərəkətlərin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 19 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 19 oktyabr 2023-cü il tarixdə daxil olmuş məktubunda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, e-16(108)-05/2023 nömrəli qərardadı ilə İddiaçı MMC-nin hesabında olan pul vəsaitlərinə, minik avtonəqliyyatında və debitor borclarına ardıcıllıqla ümumilikdə 106782.00 manat həddində həbs qoyulması ilə bağlı müvəqqəti təminat tədbiri ləğv edildiyi üçün tərəflərindən icra məmurunun hərəkətlərindən verilmiş 17 avqust 2023-cü il tarixli, 305/181 nömrəli şikayətə baxılmasına ehtiyac olmadığı bildirilmişdir. Məhkəmə iddiaçının məktubunu iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizədə qeyd olunan əsas xüsusatlar nəzərə alınmalı və mübahisənin konkret hallarından asılı olaraq, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. 67.1-ci maddəsinə əsasən mübahisəilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə qeyd edir ki, hüquq münasibətlərinin məzmunu subyektiv hüquqların həyata keçirilməsinə və qanuni vəzifələrin yerinə yetirilməsinə yönəlmiş proses iştirakçıların sərbəst davranışıdır. Qanunverici hər hansı şəxsin öz iradəsi ilə ədalətli məhkəmə araşdırması təminatları hüququndan birbaşa və ya dolayı imtinasının qarşısını almır. Proses iştirakçısı öz davranışı ilə bu əhəmiyyətli hüquqdan dolayı yolla imtina etdiyini nümayiş etdirə bilər. Hazırkı iş üzrə iddiaçı təkrar ərizələrlə məhkəməyə müraciət edərək Naxçıvan MR Ali Məhkəməsinin müvafiq qərardadı ilə müvəqqəti təminat tədbirinin ləğv edildiyini və şikayətə baxılmasına ehtiyac olmadığı bildirməklə işə baxılmasının davam etdirilməsini arzu etmir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3, 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə qarşı "cavabdehin İddiaçı barəsində qəbul etmiş olduğu xx/xx/2023-cü il tarixli, e187217/2023-58-11-005 nömrəli “İcraata başlamaq haqqında” Qərara uyğun olaraq icra hərəkətlərinin əsassız və qanunsuz olması səbəbilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 İdarəsinə İddiaçı mülkiyyətində olan 22 adda minik avtonəqliyyat vasitələri üzərinə həbs qoyulması barədə təqdim etmiş olduğu inzibati aktın ləğv edilməsi barədə qərarın ləğvi və icra məmuru tərəfindən qanunsuz aparılmış hərəkətlərin dayandırılması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar