Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-104/2024 17.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X14 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X8 və şahid X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun oğlu X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət keçərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ölümünə görə ona dəymiş 13800 manat məbləğində maddi zərərin və 100000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X6 N №-li hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçərkən xx.xx.2022-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(092)-30/2022 №-li hökmü ilə oğlunun ölümündə təqsirli bilinən vəzifəli hərbi qulluqçular müxtəlif cəzalara məhkum edilmişlər. Oğlunun ölümü nəticəsində ona 13800 manat miqdarında maddi zərər dəymişdir, (dəfn mərasiminə xərclənən 8300 manat və qəbrin üstünün götürülməsi üçün xərclənmiş 5500 manat). Həmçinin, o, oğlunun ölümü ilə əlaqədar dəymiş mənəvi ziyanı 100 000 manat miqdarında qiymətləndirir. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə cavabdeh AR Müdafiə Naziriyinə ərizə ilə müraciət etsə də, ona dəymiş ziyan ödənilməmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən oğlu X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət keçərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ölümünə görə ona dəymiş 13800 manat məbləğində maddi zərərin və 100000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, məhkəmənin müvafiq sərəncamına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh iddiaya dair məhkəməyə ünvanladığı 23 oktyabr 2023-cü il tarixli, 3-25- 4/2-5137/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, inzibati iş materialına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli 1-1(092)-30/202N nömrəli hökmündən görünür ki, polkovnik-leytenant X10 N nömrəli hərbi hissə komandiri vəzifəsini icra edərkən 29 iyun 2022-ci il tarixdə saat 08 radələrində yuxarı komandanlığın göstərişinə əsasən həmin hərbi hissənin maddi texniki təminat bölüyünə məxsus “2 P-8” markalı, “PES100” tipli, “AO-0367” hərbi qeydiyyat nömrə nişanlı qoşqunun yığılaraq N nömrəli hərbi hissədən N nömrəli hərbi hissənin N nömrəli avtomobil saxlancına aparılması tapşırılmış, sonuncu da öz növbəsində tapşırığın icra edilməsini MTT bölüyünün təmir taqım komandiri gizir X7 həvalə etmişdir. Sözügedən qoşqunun aparılması dartıcı nəqliyyat vasitəsi ilə (maşın mexanizm) təmin edilməli olduğu halda, təmin edilməmiş və həmin qoşqunun aparılması gizir Orxan Cəfərovun rəhbərliyi altında mərhum Fazil Məmmədlinin də aralarında olduğu ümumilikdə 15 nəfər hərbi qulluqçuya tapşırılmışdır. Həmin gün saat 09:35-09:40 radələrində qoşqu hərbi qulluqçular tərəfindən qeyd edilən təyinat nöqtəsinə aparılan zaman mərhum Fazil Məmmədlinin ayağının sürüşməsi nəticəsində qoşqunun altına yıxılmış, çevrilib çıxmaq istəyərkən sonuncunun başı hərəkətdə olan qoşqunun sağ ön təkərinin altında qalması nəticəsində ağır zərərvurmaya aid olan xəsarətlər alaraq ölmüşdür. Beləliklə, iddiaçının oğlu məhrum X2 ölümü cavabdehin təqsiri nəticəsində deyil, yuxarda qeyd olunmuş cinayət işi üzrə məhkum olunmuş şəxslərin qanunsuz hərəkəti nəticəsində baş vermişdir. Cavabdeh orqan yuxarıda göstərilənləri nəzərə alıb, məhkəmədən İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 17 may 2024-cü il tarixə təyin olunmuşdur. Tərəfilərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şahid ifadəsi: Məhkəmə iclasında iştirak edən şahid X1 Orxan Mövsüm oğlu ilə birlikdə mərhum Fazil Məmmədlinin atası İddiaçı kürəkəni vasitəsilə 40 000 manat məbləğində maddi yardım göstərdiklərini təsdiq etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1-1(092)-30/202N nömrəli hökmündən görünür ki, X4 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onların 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 aprel 2021-ci il tarixli, SX seriyalı, ******* nömrəli çağırışçının qeydiyyat kartasından məlum olur ki, X6 11 mart 2003-cü ildə Ordubad rayon, Vənənd kəndində doğulmuşdur. SHXÇDX-nin Ordubad rayon idarəsi tərəfindən verilmiş bildirişin surətindən görünür ki, əsgər X6 29 iyun 2022-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı vəfat etmişdir. - AZ-İ seriyalı, 802370 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 iyun 2022-ci il tarixdə baş-beyin ödemi, beyin toxumasında qansızma və əzilmə səbəbi ilə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 2022-ci ilin 07 ayının 01 günündə 234 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 fevral 2024-cü il tarixli, 368 nömrəli məktubundan məlum olur ki, hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 11 000 (on bir min) manat məbləğində sığorta olunurlar. Sığorta ödənişləri müvafiq sənədlər əsasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Müdafiə Nazirliyi tərəfindən həlak olmuş və ya xəsarət almış hərbi qulluqçulara sığorta ödənişi edilmir. Lakin, N nömrəli hərbi hissədə xidmət etmiş X2 həlak olması ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər - hazırda ehtiyatda olan polkovnik-leytenant X10 və N nömrəli hərbi hissədə xidmət edən gizir X11 tərəfindən mərhum F.Məmmədlinin atası İddiaçı kürəkəni vasitəsilə əlavə 40 000 (qırx min) manat məbləğində maddi yardım olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının: - 1-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. - 8-ci bəndinə əsasən plenum izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. - 12.2.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları həqiqi hərbi xidmətlərə çağırılırlar. - 27.3-cü maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan və ya qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaran əmr, sərəncam və göstəriş vermək qadağandır. Belə əmr, sərəncam və göstəriş vermiş komandirlər və rəislər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 27-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı oğlu mərhum X2 xidməti vəzifələrinin icrası ilə əlaqədər ölümünə görə maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə 13800 (on üç min səkkiz yüz) manat vurulmuş maddi ziyana görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut mövcud olmamışdır və bu səbəbdən də ziyana görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Çünki, maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtləndirilir. Məhkəmə icraatı gedişində təsdiq olundu ki, mərhum X2 dəfn xərci üçün ordu komandanlığı tərəfidən 2500 (iki min beş yüz) manat maddi yardım edilmişdir. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi dəfn üçün maddi yardıma dair dəftərdə 313-cü sırada aparılmış qeyddən müəyyən edilir. Həmin dəftər tədqiq edilməsi üçün məhkəməyə təqdim edilməmişdir. Digər yandan N nömrəli Hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış 05 fevral 2024-cü il tarixli arayışdan görünür ki, hazırda ehtiyatda olan polkovnik-leytenant X10 və N nömrəli hərbi hissədə xidmət edən gizir X11 tərəfindən mərhum Fazil Məmmədlinin atası İddiaçı kürəkəni vasitəsilə əlavə 40000 (qırx min) manat maddi yardım göstərilmişdir. Bu hal şahid ifadələri ilə də təsdiq edilmşdir. Həmçinin məhkəməyə verdiyi ifadəsində iddiaçı sığorta ödənişi almaq hüququ olan şəxs qismində 11000 (on bir min) manat məbləğində sığorta haqqı aldığını bildirmişdir. Göründüyü kimi, iddiaçı şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Odur ki, məhkəmə hazırkı iş üzrə maddi zərərə münasibətdə cavabdehin mövqeyini haqlı hesab edərək qeyd edir ki, tələb edilən məbləğ ağlabatan deyildir. Həmçinin iddiaçının mənəvi zərərlə bağlı ziyanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə vurğulayır ki, iddiaçı mənəvi ziyanla bağlı tələbini cavabdehin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində emosional psixoloji sarsıntı keçirməsini, mənəvi ziyanın bilavasitə cavabdehin hərəkətlərindən sonra onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını, mənəvi və fiziki iztirabların xarakterini və dərəcəsini, eləcə də cavabdehin təqsirini, və s. vacib halların olmasını əsaslandırmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarından müəyyən olunur ki, iddiaçının oğlu X6 N №-li hərbi hissədə müddətli həqiqi hərbi xidmət dövründə, xx.xx.2022-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş, cinayət qanununun tələblərinə uyğun olaraq Naxçıvan MR Hərbi Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 1-1(092)-30/202N nömrəli hökmünə əsasən X10 və X11 təqsirli bilinərək məhkum edilmişlər. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının oğlu məhrum X2 ölümü cavabdehin təqsiri nəticəsində deyil, yuxarda qeyd olunmuş cinayət işi üzrə məhkum olunmuş şəxslərin təqsirli hərəkəti nəticəsində baş vermişdir. Beləliklə də, cavabdeh inzibati orqanın iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya onun oğlu mərhum X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət keçərkən xidməti vəzifələrinin icrası ilə əlaqədər ölümünə görə maddi və mənəvi ziyanın ödənilməsindən imtinası əsaslı olmuşdur. Odur ki, istinad olunan normalara görə, həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun oğlu X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət keçərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ölümünə görə ona dəymiş 13800 manat məbləğində maddi zərərin və 100000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun oğlu X2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət keçərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ölümünə görə ona dəymiş 13800 manat məbləğində maddi zərərin və 100000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-104/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-104/2024
17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver