Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-106/2020 17.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “mərhum atası X6 adına xx xxxxx 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi, qeydiyyatın paylı mülkiyyət şəklində aparılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X6 adına xx xxxxx 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışın ləğv olunması, X14, X7, X8, X9 və İddiaçı adlarına paylı mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 09 nömrəli qərarı ilə Şərur rayonunun Axaməd kəndində 0.29 hektar torpaq sahəsi X6, X14, X7, X8, X9 və İddiaçı paylı mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazidə ailənin istifadəsində olan, 1980-ci illərdə tikilmiş yaşayış evi xx xxxx 2018-ci il tarixdə X6 adına pasportlaşdırılmış və xx xxxxx 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X2 xx xxxxx 2020-ci il tarixdə vəfat etdikdən sonra bilmişlər ki, onların xəbərləri və razılıqları olmadan paylı mülkiyyətdə olan yaşayış evini yuxarıda göstərildiyi kimi öz adına sənədləşdirərək pay sahibləri kimi onların hüquqlarını pozmuşdur. Evin hansı əsaslarla onların razılığı olmadan atası Cəfərov İsanın adına sənədləşdirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlandığı məktuba Xidmət tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş cavabda fərdi yaşayış evinin qeydiyyatı üçün ailə üzvlərinin razılığı tələb olunmadığından həmin torpaq sahəsinin mülkiyyət şəhadətnaməsində adı olanların razılığının alınmadığı göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə onlar Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxx 2018-ci il tarixli çıxarışın yenidən işlənərək onların da paylarının göstərilməsini xahiş etmişlər. Xidmətin xx xxxxxx 2020-ci il tarixli, 331 saylı cavab məktubu ilə ərizədəki tələbin təmin edilməsindən imtina edilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ailə üzvlərinin razılığı olmadan yaşayış evinin qeydiyyata alınmasını göstərsə də, məktubda məhz hansı qanunun norması əsasında bu razılığın tələb olunmadığını əsaslandırmamışdır. İddiaçı hesab edir ki, yaşayış evinin yerləşdiyi ərazi paylı mülkiyyət olmaqla torpaq sahəsinin və yaşayış evinin üzərində sərəncam hüquqları bütün mülkiyyətçilərin razılığı əsasında həyata keçirilməli olduğundan evin və paylı mülkiyyətə verilmiş torpaq sahəsinin bütünlüklə bir nəfərin adına dövlət qeydiyyatına alınması digər mülkiyyətçilərin hüquqlarını pozmuşdur. İddiaçı qeyd olunanlara əsasən məhkəmədən mərhum atası X6 adına xx xxxxx 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışın ləğv olunması, X14, X7, X8, X9 və İddiaçı adlarına paylı mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə hüquqlarını müdafiə etdiyi şəxsin adından xx xxxxxxx 2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək mərhum atası X6 adına xx xxxxx 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışın ləğv olunması, X14, X7, X8, X9 və İddiaçı adlarına paylı mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə iddia qaldırdıqlarını, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “mərhum atası X6 adına xx xxxxx 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi, qeydiyyatın paylı mülkiyyət şəklində aparılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” tələbi olduğunu bildirmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(122)-106/2020 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx xxxxxx 2020-ci il tarixli ərizə göndərərək işə İddiaçı və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən məhkəməyə çağırılan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya dair izahat verərək iddianı qismən qəbul etdiklərini, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxx 2018-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışla mübahisəli torpaq sahəsi X6 adına qeydə alınarkən daşınmaz əmlakın paylı mülkiyyət olduğunun nəzərə alınmadığını, lakin daşınmaz əmlaka mülkiyyət üzərində payların müəyyənləşdirilməsinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmadığını bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 3 sakini İddiaçı vəkili və nümayəndəsi Vəkil ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 361 nömrəli məktubdan görünür ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsində isə göstərilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Mübahisə predmeti olan həyətyanı torpaq sahəsi X6 qanuni istifadəsində olmuşdur. Şərur Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 09 nömrəli qərarı əsasında həmin torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin qanuni istifadəçisi İsa Cəfərov olduğundan yaşayış evi də İsa Cəfərovun adına qeydiyyata alınmışdır. Ərizədə yaşayış evinin paylı mülkiyyətdə olduğuna dair heç bir əsasverici sənəd təqdim edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vəkil ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 311 nömrəli məktubdan aydın olur ki, X6 adına verilən JN-110A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə ailə üzvlərinin adları qeyd olunmuşdur. Lakin fərdi yaşayış evinin qeydiyyatı üçün ailə üzvlərinin razılığı tələb olunmadığından razılıq alınmamışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vəkil ünvanlanan xx xxx 2020-ci il tarixli, 179 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 sakini X6 adına xx xxxxx 2018-ci il tarixdə JN-110A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ünvan 2ində 2730.00 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 259.34 m2 olan, yeddiotaqlı, ikimərtəbəli fərdi yaşayış evi və Şərur Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 09 nömrəli qərarı əsasında ailə üzvləri ilə birlikdə (6 nəfər) Axaməd kəndində 13349.98 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. - JN-110 A, KOD 10216038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 09 nömrəli qərarı əsasında X10, X17, X11, X12, X13, X18 0.29 ha torpaq sahəsi verilmişdir. (Şəhadətnamədə adı səhvən X5 göstərilmiş şəxs məhkəməyə təqdim olunan xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçıdur). - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 2821 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak **********64-10301 reyestr nömrəsi ilə X6 adına qeyd edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxx 2018-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, Naxçıvan Muxtar Respublikası, ünvan 3 ünvanında yerləşən, 259.34 m2 fərdi yaşayış evi, 0.2730 m2 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 21/8 nömrəli reyestr kitabının 1371 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Şərur Rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, ünvan 3ində doğulmuş və ünvan 2ində pasport qeydiyyatındadır. - Şərur Rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı, 17326459 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X24 xx xxxxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikası, ünvan 3ində doğulmuş və ünvan 2ində pasport qeydiyyatındadır. - Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən xx xxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı, 09962876 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X19 xx xxxx 1976-cı ildə ünvan 4 ünvanında pasport qeydiyyatındadır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X20 xx xxxx 1982-ci ildə doğulmuşdur. - Şərur Rayon İcra Hakimiyyəti Axaməd kənd X27 üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 1692 nömrəli arayışdan aydın olur ki, Axaməd kənd sakini mərhum X3 rayonunun Axaməd kəndində yaşamış və onun 1957-ci il təvəllüdlü Cəfərova Şəkər Əli qızı, 1978-ci il təvəllüdlü Cəfərova Aynurə İsa qızı, 1980-ci il təvəllüdlü X22, 1982-ci il təvəllüdlü X23, 1986-cı il təvəllüdlü İddiaçı ibarət ailə üzvləri vardır. - xx xxxxxxxx 2020-ci il tarixli, 61973 nömrəli qəbzdən məlum olur ki, İddiaçı iddia ərizəsi üçün “Kapital Bank” Naxçıvan Muxtar Respublikası İdarəsi Filialının AZ21NABZ******************** nömrəli hesabına 10 (on) manat dövlət rüsumu ödəmişdir - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli, 462 nömrəli və xx xxxxxx 2020-ci il tarixli, 526 nömrəli məktublarından görünür ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsində isə göstərilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Mübahisə predmeti olan həyətyanı torpaq sahəsi X6 qanuni istifadəsində olmuşdur. Şərur Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 09 nömrəli qərarı əsasında həmin torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin qanuni istifadəçisi İsa Cəfərov olduğundan, eyni zamanda yaşayış evinin paylı mülkiyyətdə olduğuna dair heç bir əsasverici sənəd təqdim edilmədiyindən yaşayış evi İsa Cəfərovun adına qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan JN-110 A, KOD 10216038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən aydın olur ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 09 nömrəli qərarı əsasında X10, X17, X11, X12, X13, X18 0.29 ha torpaq sahəsi verilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxx 2018-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışla mübahisəli torpaq sahəsi yalnız X6 adına qeydə alınmışdır. Qeydiyyat aparılarkən inzibati orqan tərəfindən daşınmaz əmlakın paylı mülkiyyət olduğu nəzərdən yayınaraq digər mülkiyyətçilərin razılığı alınmamışdır. Cavabdeh inzibati orqanın səhvliyi nəticəsində torpaq sahəsinin bütünlüklə yalnız X6 adına qeydə alınması şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş digər şəxslərin, o cümlədən iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Bu Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Bu Qanunun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin imtinası mülkiyyətçilərin həmin torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirmələrini məhdudlaşdırmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə X6 adına xx xxxxx 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qeydiyyatın paylı mülkiyyət şəklində aparılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması hissəsində mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 5.1, 5.2, 6.1, 6.2, 7, 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak üzərində paylar müəyyənləşdirilmədiyindən, o cümlədən daşınmaz əmlaka mülkiyyət üzərində payların müəyyənləşdirilməsi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmadığından qeydiyyatın paylı mülkiyyət şəklində aparılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması mümkün deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və kommersiya mübahisələrindən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının 15.3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddia mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə iddia tələbində qeydiyyatın paylı mülkiyyət şəklində aparılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yalnız mülkiyyətçilər arasında əşyaya sahiblik və istifadə müəyyən olunduqdan sonra qeydiyyatın paylı mülkiyyət şəklində aparılması öhdəliyi inzibati orqanın üzərinə qoyula bilər. Paylı mülkiyyət olan əşyaya sahiblik və istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, belə razılaşma əldə edilmədikdə isə məhkəmə qaydasında müəyyənləşdirilən qaydada həyata keçirilməli olduğundan bu tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçıları nın öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı mərhum atası X6 adına xx xxxxx 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi, qeydiyyatın paylı mülkiyyət şəklində aparılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına dair tələbinin mərhum atası X6 adına xx xxxxx 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqan üzərinə qoyulması hissəsi əsaslı olduğundan təmin edilməli, qeydiyyatın paylı mülkiyyət şəklində aparılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması hissəsi isə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddia tələbi qismən təmin edilsin. X6 adına xx xxxxx 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. İddia tələbi qeydiyyatın paylı mülkiyyət şəklində aparılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması hissəsində mümkün sayılmasın. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-106/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-106/2020
17.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver