Məhkəmə qərarları › İş №2-1(122)-106/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-106/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-106/2024 12.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X7 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı2 və iddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1nə qarşı "Naxçıvan şəhər XDM (X6) İcraiyyə Komitəsinin 20 oktyabr 1993-cü il tarixli, 452 saylı qərarı ilə Naxçıvan şəhəri, 5-ci məhəllədə X2 2 №-li, X1 3 №-li və İddiaçı1 4 №-li (hər biri 600 kv.metr olmaqla) fərdi yaşayış evi tikintisi üçün verilmiş torpaq sahələri Cavabdeh1 tərəfindən zəbt edilərək icarəyə verildiyi üçün həmin icarə müqavilələrinin ləğv olunması və ya torpaq sahələrinin əvəzləşdirilərək qarşılığında başqa torpaq sahələrinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhər XDM (X6) İcraiyyə Komitəsinin 20 oktyabr 1993-cü il tarixli, 452 saylı qərarı ilə Naxçıvan şəhəri 5-ci məhəllədə X2 2 №-li, X1 3 №-li və İddiaçı1 4 №-li (hər biri 600 kv.metr olmaqla) fərdi yaşayış evi tikintisi üçün verilmiş torpaq sahələrinin Cavabdeh1 tərəfindən zəbt edilərək “X4” MMC-nin icarəsinə verildiyi üçün həmin torpaq sahələrinin əvəzləşdirilərək qarşılığında başqa torpaq sahələrinin ayrılması öhdəliyinin Cavabdeh1 və “X4” MMC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 3 noyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçıların vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə 16 oktyabr 2023-cü il tarixli ərizə göndərərək Naxçıvan şəhər XDM (X6) İcraiyyə Komitəsinin 20 oktyabr 1993-cü il tarixli, 452 saylı qərarı ilə Naxçıvan şəhəri, 5-ci məhəllədə X2 2 №-li, X1 3 №-li və İddiaçı1 4 №-li (hər biri 600 kv.metr olmaqla) fərdi yaşayış evi tikintisi üçün verilmiş torpaq sahələri Cavabdeh1 tərəfindən zəbt edilərək icarəyə verildiyi üçün həmin icarə müqavilələrinin ləğv olunması və ya torpaq sahələrinin əvəzləşdirilərək qarşılığında başqa torpaq sahələrinin ayrılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulmasını xahiş etmişdir. 3 noyabr 2023-cü il tarixə təyin edilmiş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında məhkəmənin protokol qərardadı ilə yeni iddia tələbi icraata qəbul edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 12 yanvar 2024-cü il tarixə təyin edilərək tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı3 və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil Cavabdeh1nə qarşı iddia qaldırıldığını bildirib, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş edərək bu barədə yazdığı 12 yanvar 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Vəkil geri qaytarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddiaçıların vəkili və nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçıların vəkili və nümayəndəsinin məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizənin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçı tərəfin ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1nə qarşı "Naxçıvan şəhər XDM (X6) İcraiyyə Komitəsinin 20 oktyabr 1993-cü il tarixli, 452 saylı qərarı ilə Naxçıvan şəhəri, 5-ci məhəllədə X2 2 №-li, X1 3 №-li və İddiaçı1 4 №-li (hər biri 600 kv.metr olmaqla) fərdi yaşayış evi tikintisi üçün verilmiş torpaq sahələri Cavabdeh1 tərəfindən zəbt edilərək icarəyə verildiyi üçün həmin icarə müqavilələrinin ləğv olunması və ya torpaq sahələrinin əvəzləşdirilərək qarşılığında başqa torpaq sahələrinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfin diqqətinə çatdırılır ki, onun ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçıların vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1nə qarşı "Naxçıvan şəhər XDM (X6) İcraiyyə Komitəsinin 20 oktyabr 1993-cü il tarixli, 452 saylı qərarı ilə Naxçıvan şəhəri, 5-ci məhəllədə X2 2 №-li, X1 3 №-li və İddiaçı1 4 №-li (hər biri 600 kv.metr olmaqla) fərdi yaşayış evi tikintisi üçün verilmiş torpaq sahələri Cavabdeh1 tərəfindən zəbt edilərək icarəyə verildiyi üçün həmin icarə müqavilələrinin ləğv olunması və ya torpaq sahələrinin əvəzləşdirilərək qarşılığında başqa torpaq sahələrinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıların vəkili və nümayəndəsi Vəkil geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar