Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-107/2020 25.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 və üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ilin xəritəsinə çəkilən orta xəttin xəritədən götürülməsi, 128 A-nın 0.07 ha xəritədə göstərilən 0.22 ha torpaq sahəsindən çıxarılması, 127 A-nın üzərinə işlənməsi, 127 A-nın 0.29 ha hesab olunması və xəritədə olan həmin uyğunsuzluğun aradan qaldırılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2006cı ilin xəritəsinə çəkilən orta xəttin xəritədən götürülməsi, 128 A-nın 0.07 ha xəritədə göstərilən 0.22 ha torpaq sahəsindən çıxarılması, 127 A-nın üzərinə işlənməsi, 127 A-nın 0.29 ha hesab olunması və xəritədə olan həmin uyğunsuzluğun aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gülüstan kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq üçün hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında İddiaçı adına 0.12 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarına əsasən JN-127 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2197.5 m2 həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Qonşu torpaq mülkiyyətçisi X6 adına 0.10 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarına əsasən JN-128 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1500 m2 həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. 2006-cı ilin xəritəsində çəkilən orta xətt əsassız olmuş, alınmış torpaq sahəsi 128 A-nın üzərinə işlənmişdir. Alınan torpaq sahəsi 0.22 ha olmuş, həmin sahədən 0.07 ha xəritədə göstərilən 0.22 ha torpaq sahəsindən çıxılmalı, 127 A-nın üzərinə işlənməli, 127 A 0.29 ha olmalıdır. İddiaçı bununla bağlı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edərək xəritədə olan uyğunsuzluqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı qeyd olunanlara əsasən 2006-cı ilin xəritəsinə çəkilən orta xəttin xəritədən götürülməsi, 128 A-nın 0.07 ha xəritədə göstərilən 0.22 ha torpaq sahəsindən çıxarılması, 127 A-nın üzərinə işlənməsi, 127 A-nın 0.29 ha hesab olunması və xəritədə olan həmin uyğunsuzluğun aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(122)-107/2020 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı izahat verərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məlumat bazasında adına 0.12 ha hüquqi torpaq sahəsi qeyd edildiyini, Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli qərarına əsasən JN-127 A nömrəli şəhadətnamə ilə 2197.5 m2 həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verildiyini, qonşusu və qardaşı X6 adına isə 0.10 ha hüquqi torpaq sahəsi qeyd edildiyini, Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli qərarına əsasən JN-128 A nömrəli şəhadətnamə ilə 1500 m2 həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verildiyini, 2006-cı ilin xəritəsində çəkilən orta xəttin əsassız olduğunu, xx xxx 2001-ci il tarixli aktla bələdiyyədən 699 m2 torpaq sahəsi aldığını, alınmış torpaq sahəsinin X6 adına işləndiyini, torpaq sahəsinin 0.22 ha olduğunu, həmin sahədən 0.07 ha çıxılıb, JN-127 A-nın üzərinə işlənməli olduğunu, bununla bağlı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etdiyini, lakin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin müraciətindən imtina etdiyini bildirib, 2006-cı ilin xəritəsinə çəkilən orta xəttin xəritədən götürülməsi, 128 A-nın 0.07 ha xəritədə göstərilən 0.22 ha torpaq sahəsindən çıxarılması, 127 A-nın üzərinə işlənməsi, 127 A-nın 0.29 ha hesab olunması və xəritədə olan həmin uyğunsuzluğun aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 izahat verərək İddiaçı 0.12 ha hüquqi torpaq sahəsinin olduğunu, sonradan ona islahat aparılan dövrdə 2197.5 m2 torpaq sahəsi verildiyini, X6 isə 0.10 ha hüquqi torpaq sahəsi olduğunu, şəhadətnamələrdə qeyd olunan torpağın ölçülərinin yerində olduğunu, kənardan artma və ya azalma olmadığını, İddiaçı artıq torpaq sahəsi veriləndə pay torpağından kəsilmədiyini, İddiaçı mübahisəsinin ortadan çəkilən çəpər olduğunu, haliyədə 2006-cı ildə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin qüvvədə olduğunu, şəhadətnamələrə əsasən hər iki qardaşın mülkiyyətində 0.22 ha torpaq sahəsinin olduğunu, İddiaçı 700 m2 torpaq sahəsini bələdiyyədən aldığını iddia etsə də, bələdiyyədən necə aldığının məlum olmadığını, bələdiyyədən torpağı almağın şərtləri olduğunu bildirib, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X12 izahat verərək qardaşı İddiaçı eyni mübahisəni Culfa Rayon Məhkəməsində də qaldırdığını, məhkəmədən gəlib, torpağa yerində baxış keçirdiklərini, qardaşının iddiasının səhv olduğunu təsdiq etdiklərini, torpağının “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə 0.22 ha olduğunu, mütəxəssislər tərəfindən torpaq ölçüləndən sonra qardaşı İddiaçı onun torpaq sahəsinə girdiyini və torpağının sahəsinin 0.07 ha azalaraq 0.15 ha olduğunu bildirib, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. xx xxxxxx 2020-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadə verərək Culfa Rayon Torpaq Şöbəsinin müdiri vəzifəsini icra etdiyi zaman X9 ilə birlikdə xx xxx 2001-ci il tarixli akta əsasən 699 kv.m. torpaq sahəsini İddiaçı verdiklərini, İddiaçı həmin yerdə dam tikdiyini, onun əvvəlki torpaq sahəsinin 0.15 ha olduğunu, sonradan isə verilmiş torpaq sahəsinə görə artaraq 0.22 ha olduğunu, həmçinin İddiaçı bələdiyyəyə də müraciət etdiyini və bələdiyyə fonduna pul ödədiyini, pul ödəyəndən sonra torpaq sahəsinin ona satılması barədə bələdiyyənin qərar qəbul etdiyini, həmin bələdiyyə qərarının onun özündə olduğunu, Culfa Rayon Məhkəməsində işə baxılarkən onun həmin bələdiyyə qərarını ortalığa çıxartdığını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadə verərək bu ildən etibarən Culfa Rayon Gülüstan Bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, 699 kv.m. torpaq sahəsinin İddiaçı verilməsi barədə xx xxx 2001-ci il tarixli aktdan məlumatının olmadığını, akt tərtib edilən dövrdə Culfa Rayon Gülüstan Bələdiyyəsinin sədri vəzifəsində işləmədiyini, torpaq sahəsinin İddiaçı verilməsi barədə Culfa Rayon Gülüstan Bələdiyyəsinin qərarının olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 335 nömrəli, ünvan 2 İddiaçı ünvanlanan xx xxxx 2020-ci il tarixli, 309 nömrəli və məhkəməyə ünvanlanan xx xxxxxxx 2020-ci il tarixli, 479 nömrəli məktublardan məlum olur ki, Gülüstan kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Xidmətin məlumat bazasında İddiaçı adına 0.12 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarına əsasən JN-127 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2197.5 m2 həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Qonşu torpaq mülkiyyətçisi X6 adına 0.10 ha hüquqi torpaq sahəsi qeyd edilmiş, Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarına əsasən JN-128 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2179.8 m2 həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. İddiaçı Xidmətə daxil olmuş xx xxxx 2020-ci il tarixli ərizəsi ilə əlaqədar onun və qardaşı İlyas Zamanovun mülkiyyətinə verilmiş torpaq sahələrinə baxış zamanı hər iki torpaq sahəsinin kənar sərhədlərinin məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq olmadığı, lakin İlyas Zamanovun mülkiyyətində olan torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ortaq sərhəd xəttinin mülkiyyət sənədlərindəki sərhəd xətti ilə uyğunsuzluq təşkil etdiyi aşkar olunmuşdur. Aparılmış ölçmə-dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, JN-127 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə 2197.5 m2 torpaq sahəsi verilsə də, faktiki istifadəsində 2980 m2, JN-128 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X6 mülkiyyətinə 2179,8 m2 həyətyanı torpaq sahəsi verildiyi halda faktiki istifadəsində 1397.3 m2 torpaq sahəsi mövcuddur. Hər iki torpaq mülkiyyətçisi də bildirmişdir ki, 2005-ci ildə Gülüstan kəndində həyətyanı torpaq sahələrinin plana alınması zamanı onlara məxsus torpaq sahələrinin bölünməsinə dair naturada heç bir çəpər və ya mərz nişanı olmamışdır, torpaq sahələri sənəd üzrə şərti bölünmüşdür və haliyədə naturada mövcud olan metal çəpər isə 2012-ci ildə çəkilmişdir. Azərbaycan Respublikası torpaq qanunvericiliyinin tələbləri hər iki mülkiyyətçiyə izah olunaraq araşdırmanın nəticəsi barədə müvafiq akt tərtib edilmiş, lakin İlyas Zamanov aktı imzalamaqdan imtina etmişdir. - “Sov. İKP XXVİ qurultayı” adına sovxoz üzrə xx xxxxxx 1990-cı il tarixli, 76 nömrəli əmrin surətindən aydın olur ki, X8 Culfa şəhər XDS İK-nin xx xxxxxx 1990-cı il tarixli, 05 nömrəli arayışının və onun ərizəsini nəzərə alıb, həyətyanı torpaq fondu əsasında ona fəhlə və qulluqçular norması miqdarında 1000 (bir min) kv/m həyətyanı torpaq sahəsi verilsin. - xx xxx 2001-ci il tarixli aktda xx xxx 2001-ci il tarixdə X3 aşağıda imza edən şəxslər X4 sədri P.Məmmədov, Rayon Torpaq Şöbəsinin müdiri C. Gülmalıyev, torpaq sahəsi alan şəxs İddiaçı tərəfindən akt tərtib edilərək X4 rayon şöbəsinə göndərdiyi məktuba əsasən və kənd sakininin şəxsi ərizəsinə görə vətəndaşa pulu ödənilmək şərti ilə 699 m2 torpaq sahəsi verildiyi göstərilmişdir. - xx xxx 2001-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı tərəfindən Gülüstan Bələdiyyəsinin hesabına 700 m2 torpaq sahəsinin alınması üçün üç yüz on min manat ödənmişdir. - xx xxxxxx 2006-cı ildə tərtib olunmuş, JN-127 A, KOD 10601018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, həmin şəhadətnamə ilə Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarı əsasında İddiaçı, X7, Zamanov Araz Babaş oğluna, Zamanov Qiyas Babaş oğluna, Zamanova Şəfəq Babaş qızına 0.22 ha torpaq sahəsi verilmişdir. - xx xxxxxx 2000-ci ildə tərtib olunmuş, JN-128 A, KOD 10601018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarı əsasında X8 0.15 ha torpaq sahəsi verilmişdir. - xx xxxxxx 2006-cı ildə tərtib olunmuş, JN-128 A, KOD 10601018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarı əsasında X8 0.22 ha torpaq sahəsi verilmişdir. - Culfa Rayon İcra Hakimiyyəti Gülüstan kənd X13 üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 168 nömrəli arayışdan məlum olur ki, İddiaçı həqiqətən Culfa rayonunun Gülüstan kəndində daimi pasport qeydiyyatındadır. - Culfa Rayon İcra Hakimiyyəti Gülüstan kənd X13 üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 24 nömrəli məktubdan görünür ki, X12 həqiqətən Culfa rayonunun Gülüstan kəndində daimi pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən ünvan 3 İddiaçı ünvanlanan xx xxxx 2020-ci il tarixli, 53 nömrəli məktubdan aydın olur ki, Culfa Rayon Aqrar İslahat Komissiyası tərəfindən X6 adına 128 A nömrəli şəhadətnaməyə əsasən 2179.9 kv.m. torpaq sahəsi və İddiaçı adına isə 127 A nömrəli şəhadətnaməyə əsasən 2197.5 kv.m. torpaq sahəsi verilmişdir. Culfa rayonu, Gülüstan kənd kadastr məlumatlarına əsasən İddiaçı və İlyas Zamanova həyətyanı və kənd təsərrüfatı təyinatlı hüquqi torpaq norması verilmişdir. Qeyd edilən torpaq sahəsinin X6 adından çıxarılıb İddiaçı adına sənədləşdirilməsi X11 Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinin imkanı xaricindədir. - Culfa Rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxxx 2008-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1954cü ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayon, Cuğa kəndində doğulmuş və Culfa rayon, Gülüstan kəndində pasport qeydiyyatındadır. - Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 2/790 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikasının MPM-nin 68.2-ci maddəsini və “Vəkillər və vəkil fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsini, 15-ci maddəsinin 2ci hissəsinin 3-cü bəndinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən Culfa şəhəri, Gülüstan kəndində yerləşən X8 məxsus olan torpaq sahəsi ilə bağlı hər hansı bir sənədləşdirilmənin aparılmaması xahiş edilmişdir. - xx xxxxxx 2020-ci il tarixli, 57858 nömrəli qəbzdən məlum olur ki, İddiaçı iddia ərizəsi üçün “Kapital Bank” Naxçıvan Muxtar Respublikası İdarəsi Filialının AZ21NABZ******************** nömrəli hesabına 10 (on) manat dövlət rüsumu ödəmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 354 nömrəli məktubdan aydın olur ki, Culfa rayon, Gülüstan kəndində yerləşən, X6 adına olan 2179.8 m2 həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilməsinin dayandırılması haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 535 nömrəli məktubdan məlum olur ki, Culfa Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1996-cı il tarixli, 08 nömrəli qərarı əsasında Culfa rayonunun Gülüstan kəndində İddiaçı və X6 istifadələrində 0.15 ha torpaq sahəsi qeydə alınmaqla, 2000-ci ildə İddiaçı JN-127 A və İlyas Zamanova JN-128 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. 2005-ci ildə Culfa rayonunun bütün yaşayış məntəqələrində, o cümlədən həyətyanı torpaq sahələrinin sərhədlərinin yenidən dəqiqləşdirilməsi məqsədilə planalma işləri həyata keçirilmiş, 2006-cı ildə eyni nömrə ilə yeni şəhadətnamələr verilmişdir. Halhazırda 2006-cı ildə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr qüvvədədir. Lakin yeni şəhadətnamələrdə torpaq sahələrinin ölçülərinin 0.15 ha deyil, 0.22 ha olduğu qeyd olunmuşdur. Torpaq sahələrinin ölçülərində göründüyü kimi əsaslı fərq yaranmışdır. Ancaq bu fərqin hansı səbəbdən yaranması, eyni zamanda İddiaçı aldığını iddia etdiyi torpaq sahələri barədə məlumat bazasında hər hansı sənədə rast gəlinmir. Torpaq islahatı aparılan zaman torpaq sahələri arasında sərhəd olmadığı üçün hər iki halda sahələr bərabər surətdə bölünmüşdür. Hazırki iş üzrə iddiaçı müxtəlif vaxtlarda qardaşı, qonşu torpaq mülkiyyətçisi X5 və bələdiyyədən torpaq sahələri aldığını bildirib, bu faktı sübut edən əsas kimi Culfa Rayon Torpaq Şöbəsinin müdiri Şahid1 tərəfindən təsdiq olunmuş xx xxxxxx 2001-ci il tarixli və xx xxx 2001-ci il tarixli aktları məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə iddiaçının sübut kimi təqdim etdiyi sənədlərə hüquqi qiymət verərək hesab edir ki, məhkəməyə sənəd kimi təqdim edilən aktlar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən qeydiyyatın aparılması üçün heç bir hüquqi əsas təşkil etmir. Həmin aktların düzgünlüyü istər şahid ifadələri, üçüncü şəxsin izahatı, istərsə də cavabdeh orqanın məhkəməyə ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli, 535 nömrəli məktubla təkzib olunur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda İddiaçı və İlyas Zamanovun adlarına 2006-cı tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr qüvvədədir. Bu şəhadətnamələrdə hər iki torpaq mülkiyyətçisinə 0.22 ha torpaq sahəsi verildiyindən iddiaçının tələbinin təmin edilməsi, yəni qardaşının mülkiyyətində olan 0.22 ha torpaq sahəsindən 0.07 ha hissənin çıxarılaraq 127 A-nın üzərinə işlənməsi və 127 A-nın 0.29 ha hesab olunması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq Məcəlləsinin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 59.5-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Göründüyü kimi, iddiaçının aldığını iddia etdiyi torpaq sahələri qanunvericiliyin tələblərinə zidd şəkildə əldə edildiyindən iddia tələbində qeyd olunan 0.07 ha torpaq sahəsinin 127 A-nın üzərinə işlənməsini tələb edə bilməz. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olan hallar göstərilmişdir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən tələbin icrası üçün əsas olan sənədlər təqdim edilmədiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "2006-cı ilin xəritəsinə çəkilən orta xəttin xəritədən götürülməsi, 128 A-nın 0.07 ha xəritədə göstərilən 0.22 ha torpaq sahəsindən çıxarılması, 127 A-nın üzərinə işlənməsi, 127 A-nın 0.29 ha hesab olunması və xəritədə olan həmin uyğunsuzluğun aradan qaldırılması tələbi"nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ilin xəritəsinə çəkilən orta xəttin xəritədən götürülməsi, 128 A-nın 0.07 ha xəritədə göstərilən 0.22 ha torpaq sahəsindən çıxarılması, 127 A-nın üzərinə işlənməsi, 127 A-nın 0.29 ha hesab olunması və xəritədə olan həmin uyğunsuzluğun aradan qaldırılması tələbi” nə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-107/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-107/2020
25.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver