Məhkəmə qərarları › İş №2-1(122)-1072/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1072/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1072/2023 12.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "Şərur şəhər Şah İsmayıl küçəsində yerləşən, 2007-ci ildə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüş qeyri-yaşayış binasının yenidən bərpa olunması, olmadıqda həmin qeyriyaşayış binasının sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 884000 (səkkiz yüz səksən dörd min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur şəhər Şah İsmayıl küçəsində yerləşən, 2007-ci ildə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüş qeyri-yaşayış binasının yenidən bərpa olunması, olmadıqda həmin qeyri-yaşayış binasının sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 884000 (səkkiz yüz səksən dörd min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə 12 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 31 avqust 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində 2-1(122)-1072/2023 nömrəli iş üzrə iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının 31 avqust 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “Şərur şəhər Şah İsmayıl küçəsində yerləşən, 2007-ci ildə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüş qeyri-yaşayış binasının yenidən bərpa olunması, olmadıqda həmin qeyri-yaşayış binasının sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 884000 (səkkiz yüz səksən dörd min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə İddiaçı 31 avqust 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 31 avqust 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “Şərur şəhər Şah İsmayıl küçəsində yerləşən, 2007-ci ildə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüş qeyri-yaşayış binasının yenidən bərpa olunması, olmadıqda həmin qeyriyaşayış binasının sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 884000 (səkkiz yüz səksən dörd min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar