Məhkəmə qərarları › İş №2-1(122)-108/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-108/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-108/2022 21.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı” və veteran vəsiqəsinin verilməsi iddia tələbinin, "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsi öhdəliyinin cavabdeh Müdafiə nazirinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ehtiyatda olan kapitan İddiaçı 15 avqust 1998-ci il tarixdən N avqust N019-cu il tarixədək xidmət etmiş, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 may N019-cu il tarixli, 0414 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən "N016-ci il aprel" müharibəsinin iştirakçısı olmuş və həmin dövrdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları İdarəsinin rəisi, Raket və X1 N9 mart N016-cı il tarixli, 016 nömrəli əmrinə əsasən, aprel ayının 01-dən aprel ayının 05-dək 1-ci və N-ci Ordu Korpuslarının müdafiə zolağında Füzuli, Ağdam və Tərtər rayonlarında, N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. Döyüş əməliyyatlarında iştirak etməsi N nömrəli hərbi hissənin nizami hissə üzrə hərbi hissə komandirinin əmrləri ilə və kadrlar idarəsi üzrə şəxsi işin 9-cu səhifəsinin "Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibələrdə iştirakı, güzəştli imtiyaz yolu ilə təqaüd hesablanmağa ixtiyar verən hərbi xidmət" hissəsində müvafiq qeydlər aparılaraq imza və möhürlə təsdiqlənmişdir. Həmçinin, ehtiyatda olan zabitin hərbi biletinin 9-cu səhifəsində müharibədə iştirakı barədə müvafiq qeyd aparılmışdır. Şəxsi işə N nömrəli hərbi hissənin N may N019-cu il tarixli, 1464 qeydiyyatlı arayış tikilmiş və N nömrəli hərbi hissə komandirinin N fevral N0N0-ci il tarixli, 17/N75 qeydiyyatlı məktubunda da öz əksini tapmışdır. Bundan əlavə "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının N5 dekabr 1991-ci il tarixli Qanununun 10-cu maddəsinin N-ci bəndində vurğulandığı kimi, "Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır” müddəasına görə pul təminatı ilə də təmin edilmişdir. İddiaçı Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya məktubla müraciət edərək, ona müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsinin qanunla müəyyən olunmuş qaydada təmin edilməsini tələb etmişdir. Lakin Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 10 mart N0NN-ci il tarixli, 4/3N871 nömrəli cavab məktubunda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli (03 noyabr N016-ci il tarixli, 438 nömrəli Qərar) qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin 8-ci yarımbəndi göstərilmişdir. Qeyd edilən normada veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi hüququ nəzərdə tutulmadığı iddiaçıya bildirilmişdir, onun hüquqları pozularaq təqdim olunan sənədləri geri qaytarılmışdır. Qanunvericilikdə qüvvədə olan "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin və “Müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli, N16 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N0N1-ci il tarixli, 4N0 nömrəli Qərarının 1.1-ci bəndində “Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş" ifadəsi, hüquq normalarında hüquqi münasibəti tənzimləməsi əks olunmuşdur. Yəni təhlil olunan normada “N0N0-ci il N7 sentyabr tarixinədək" cümləsi ilə "N016-ci il 0N-04 Aprel döyüşü" də öz hüquqi qiymətini tapmışdır. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin müddəalarını düzgün şərh etməməklə, Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını kobudcasına pozmuş olur. İddiaçı yuxarıda göstərilənlərə əsasən, məhkəmədən “müharibə veteranı” və veteran vəsiqəsinin verilməsi iddia tələbinin, "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsi öhdəliyinin cavabdeh Müdafiə nazirinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası N6 aprel N0NNci il tarixə təyin edilmişdir. N6 aprel N0NN-ci il tarixə təyin edilmiş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbini dəqiqləşdirdiyini, hazırki iddia tələbinin “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını və məhkəməyə göndərdiyi 13 aprel N0NN-ci il tarixli yeni iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərarı ilə 13 aprel N0NN-ci il tarixli yeni iddia ərizəsi iş materiallarına əlavə edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 1N may N0NN-ci il tarixli, 11/165N nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 №-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin 8-ci yarımbəndinə əsasən "1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 1N may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "müharibə veteranı" adı verilir. Yuxarıda qeyd olunan normalarının tələblərinə əsasən 1N may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, N016-cı ildə aprel döyüşləri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 1N may 1994-cü il tarixdən sonra döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçının döyüş tapşırıqlarını yerinə yetirərkən xəsarət (yaralanma, travma, kontuziya) alması barədə hər hansı məlumat olmadığına görə qanunvericilikdə ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsi istisna edilmişdir. Göstərilənlərə əsasən cavabdeh inzibati orqan hesab edir ki, İddiaçı "müharibə veteranı" adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd olunması xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası N1 oktyabr N0NN-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 10 mart N0NN-ci il tarixli, 4/3N871 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli (03 noyabr N016-cı il tarixli, 438 nömrəli Qərar) Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin 8-ci yarımbəndinə uyğun olaraq 1N may 1994-cü il tarixdən sonra "müharibə Veteranı" adı yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Həmçinin ərizəçiyə müraciəti barədə qərarla razılaşmadıqda şikayət vermək hüququ izah olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilən N may N019-cu il tarixli, 1464 nömrəli məktubdan məlum olur ki, 3-cü özüyeriyən artilleriya divizionunun qərargah rəisinin rabitə üzrə köməkçisi (Q6) baş leytenant İddiaçı 1-ci və N-ci Ordu Korpuslarının müdafiə zolağında döyüş tapşırığının yerinə yetirilməsi üçün Raket və Artilleriya Qoşunları İdarəsinin rəisi-Raket və X1 N7 mart N016-cı il tarixli şifahi göstərişinə və N9 mart N016-cı il tarixli, 016 nömrəli əmrinə əsasən olmuşdur. - EZ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı 15 avqust 1998-ci il tarixdən N6 iyul N00N-ci il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, N6 iyul N00N-ci il tarixdən N4 iyun N003-cü il tarixədək dinləyici, N4 iyun N003-cü il tarixdən N iyun N004-cü il tarixədək N15 nömrəli hərbi hissədə taqım komandiri, N iyun N004-cü il tarixdən N noyabr N005-ci il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, N noyabr N005-ci il tarixdən 14 dekabr N010-cu il tarixədək N nömrəli hərbi hissədə rabitə taqım komandiri, 14 dekabr N010-cu il tarixdən 18 iyul N011ci il tarixədək N13 nömrəli hərbi hissədə rabitə taqım komandiri, 18 iyul N011-ci il tarixdən 0N oktyabr N017-ci tarixədək N nömrəli hərbi hissədə idarəetmə taqım komandiri, 0N oktyabr N017-ci il tarixdən N8 iyul N018-ci il tarixədək 9N0 nömrəli hərbi hissədə QRR və AİŞ üzr köməkçi, N8 iyul N018-ci il tarixdən N avqust N019-cu il tarixədək N nömrəli hərbi hissədə RBR Q6 köməkçisi vəzifələrində işləmişdir. Hərbi biletin 9-cu səhifəsində İddiaçı Lələtəpə istiqamətində 0N aprel N016-cı il tarixdən 05 aprel N016-cı il tarixədək N saylı hərbi hissənin tərkibində idarəetmə taqım komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirməsi (əsas: N saylı hərbi hissənin 1N fevral N0N0-ci il tarixli, 60N №-li arayışı), 14-cü səhifəsində isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması qeyd olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 05 aprel N0NN-ci il tarixli, 456 nömrəli arayışdan məlum olur ki, İddiaçı A.Cəlilov küçəsi, ev 17, mənzil 17 ünvanında qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1981-ci ildə doğulmuşdur. - N nömrəli hərbi hissə komandirinin N avqust N011-ci il tarixli, N31 nömrəli əmrindən çıxarışın təsdiq olunmuş surətindən aydın olur ki, baş leytenant İddiaçı N13 saylı hərbi hissənin Rabitə bölüyünün (komanda məntəqəsinin rabitə qovşağı) məxfiləşdirilmiş rabitə taqımının komandiri - Azərbaycan Respublikası Müdafiə Nazirinin 18 iyul N011-ci il tarixli, 0308 saylı əmri ilə N saylı hərbi hissənin 9304-cü özüyeriyən artilleriya divizionunun qərargah rəisinin rabitə üzrə köməkçisi - idarəetmə taqımının komandiri (Q6) vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Beyləqan rayonu N13 saylı hərbi hissədən gəlmiş hesab edilməsi, N avqust N011-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməsi, vəzifəsinin qəbuluna və icrasına başlaması əmr edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N7 oktyabr N017-ci il tarixli, 314 nömrəli əmrindən çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, baş leytenant İddiaçı 3-cü özüyeriyən artilleriya divizionunun qərargah rəisinin rabitə üzrə köməkçisi - idarəetmə taqımının komandiri (Q6), Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0N oktyabr N017-ci il tarixli, 0439 nömrəli əmri ilə 9N0 nömrəli hərbi hissənin 3-cü reaktiv artilleriya divizionunun qərargah rəisinin rabitə və avtomatik idarə sistemləri üzrə köməkçisinin müavini vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N7 oktyabr N017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün 9N0 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Baş leytenant İddiaçı N017-ci ilin yanvar - oktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 05 iyun N00N-ci il tarixli, NN0 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam almağa layiq görülmüş, N017-ci il üçün nəzərdə tutulmuş maddi yardımı almış, N017-ci ilin növbəti məzuniyyətindən 30 (otuz) gün istifadə etmiş, məzuniyyətə görə ona əlavə pul kompensasiyası ödənilmişdir. - N nömrəli hərbi hissə komandirinin N iyun N019-cu il tarixli, 156 nömrəli əmrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, kapitan İddiaçı N nömrəli hərbi hissənin rabitə bölməsi (Q6) rəisinin köməkçisi (avtomatik idarəetmə sistemlərinə nəzarət və informasiya əlaqəsi üzrə) "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 17 may N019-cu il tarixli, 0414 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilərək N019-cu ilin hesabından 60 (altmış) gün müddətinə məzuniyyət verilməklə N avqust N019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyatda durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə göndərilməsi, N019-cu il yanvariyul aylarındakı xidmətinə görə ona Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli, NN nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə ödənilməsi, kapitan İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki misli maaş miqdarında birdəfəlik pul müavinətinin ödənilməsi əmr edilmiş, kapitan İddiaçı N019-cu il üçün nəzərdə tutulmuş maddi yardım ödənildiyi, N019-cu ilin növbəti məzuniyyətindən 30 (otuz) gün istifadə etdiyi, 1 (bir) misli vəzifə maaşı həcmində əlavə pul təminatı ödənildiyi göstərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilən N may N0NN-ci il tarixli, 1160 nömrəli arayışdan məlum olur ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində N aprel N016-cı il tarixdən 04 aprel N016-cı il tarixədək 1-ci və N-ci ordu korpusunun müdafiə zolağında gedən döyüş əməliyyatlarında iştirak etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilən N1 iyul N0NN-ci il tarixli, 1750 nömrəli arayışdan məlum olur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N7 mart N016-cı il tarixli müvafiq əmri ilə bütün növ təminatlara qoyularaq N nömrəli hərbi hissənin tərkibində N aprel N016-cı il tarixdən 04 aprel N016-cı il tarixədək 1-ci və N-ci ordu korpuslarının müdafiə zolağında gedən döyüş əməliyyatlarında iştirak etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilən N oktyabr N0NN-ci il tarixli, NN08 nömrəli arayışdan məlum olur ki, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin N7 mart N016-cı il tarixli müvafiq əmri ilə bütün növ təminatlara qoyularaq N nömrəli hərbi hissənin tərkibində xx.xx.N016-cı il tarixdən xx.xx.N016-cı il tarixədək 1-ci və N-ci ordu korpuslarının müdafiə zolağında Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Həmçinin bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlər mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - N5-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 76-cı maddəsinin İ hissəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1N-ci maddəsinə əsasən eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu) normativ hüquqi aktların kolliziyasıdır. - 1.0.N7-ci maddəsinə əsasən normativ hüquqi aktın hüquqi qüvvəsi normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiliyini, habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyünü və ya tabeliyini müəyyən edən xarakteristikadır. - 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - N.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. - 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: - 1-ci hissəsinin 10-cu abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İş materiallarından aydın olur ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində N aprel N016-cı il tarixdən 04 aprel N016-cı il tarixədək 1-ci və N-ci ordu korpusunun müdafiə zolağında, Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilərkən döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almamasının əsas göstərilməsi Azərbaycan Respublikası Konstitusiyasının N5-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Həmçinin məhkəmə qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli, N16 nömrəli Qərarına Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr N0N1-ci il tarixli, 4N0 nömrəli Qərarı ilə dəyişiklik edilmişdir. Həmin qərarla “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əlavə edilmiş 10-cu abzasa əsasən Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, hazırki iş üzrə İddiaçı N nömrəli hərbi hissə komandirinin N7 mart N016-cı il tarixli müvafiq əmri ilə bütün növ təminatlara qoyularaq N nömrəli hərbi hissənin tərkibində xx.xx.N016-cı il tarixdən xx.xx.N016-cı il tarixədək 1-ci və N-ci ordu korpuslarının müdafiə zolağında, Füzuli və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən yeni norma eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normaya münasibətdə daha yüksək hüquqi qüvvəyə malik olduğundan yuxarıda istinad olunan qanunvericilik norması iddiaçıya şamil olunmalıdır. Məhkəmə İddiaçı 1N may 1994-cü il tarixdən sonra döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməməsi ilə bağlı cavabdeh orqan tərəfindən təqdim edilmiş etirazda irəli sürülən arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan göstərilən hala əsasən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməkdə haqsız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.N, 4.1, 14.3, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar