Məhkəmə qərarları › İş №2-1(122)-110/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-110/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-110/2024 08.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X3 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən ümumi sahəsi 24 kv.m olan mağaza binası kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının və 108 m2 torpaq sahəsinin qanunsuz əlindən alınması əvəzində ona həmin mağazanın və torpaq sahəsinin geri qaytarılmasına və ya Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən ümumi sahəsi 24 kv.m olan mağaza binasının sökülməsi əvəzində kompensassiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən ümumi sahəsi 24 kv.m olan mağaza binası kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının və 108 m2 torpaq sahəsinin qanunsuz əlindən alınması əvəzində ona həmin mağazanın və torpaq sahəsinin geri qaytarılmasına və ya Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən ümumi sahəsi 24 kv.m olan mağaza binasının sökülməsi əvəzində kompensassiya ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 08 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 2-1(122)-110/2024 nömrəli işin məhkəmənin icraatında olduğunu, sökülmüş mağaza binasının yerləşdiyi torpaq sahəsinin onlara geri qaytarılması barədə cavabdeh orqanla razılığa gəldiklərindən məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edərək, iş üzrə iddiadan imtina etmənin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, bu barədə yazdığı 08 avqust 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçı tərəfin iddiadan imtina barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfin ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən ümumi sahəsi 24 kv.m olan mağaza binası kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının və 108 m2 torpaq sahəsinin qanunsuz əlindən alınması əvəzində ona həmin mağazanın və torpaq sahəsinin geri qaytarılmasına və ya Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən ümumi sahəsi 24 kv.m olan mağaza binasının sökülməsi əvəzində kompensassiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən ümumi sahəsi 24 kv.m olan mağaza binası kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının və 108 m2 torpaq sahəsinin qanunsuz əlindən alınması əvəzində ona həmin mağazanın və torpaq sahəsinin geri qaytarılmasına və ya Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən ümumi sahəsi 24 kv.m olan mağaza binasının sökülməsi əvəzində kompensassiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar