Məhkəmə qərarları › İş №2-1(122)-1101/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1101/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1101/2023 14.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş Şahbuz rayon, Şahbuz qəsəbəsinin X4 19.3 kv.m torpaq sahəsində yerləşən 15 kv.m olan mağaza binası və Şahbuz rayon Şahbuz qəsəbəsində yerləşən (1979-cu ildə tikilmiş) ümumi sahəsi 16.2 kv.m olan mağaza binasının yenidən tikilməsi üçün torpaq sahələrinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binalarının (mağazaların) dəyəri olan 70.000 (yetmiş min) manat kompensasiyanın Şahbuz Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olmuş Şahbuz rayon, Şahbuz qəsəbəsinin X4 19.3 kv.m torpaq sahəsində yerləşən 15 kv.m olan mağaza binası və Şahbuz rayon Şahbuz qəsəbəsində yerləşən (1979-cu ildə tikilmiş) ümumi sahəsi 16.2 kv.m olan mağaza binasının yenidən tikilməsi üçün torpaq sahələrinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binalarının (mağazaların) dəyəri olan 70.000 (yetmiş min) manat kompensasiyanın Şahbuz Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə 14 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 05 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı mağazanın sökülməsi, kompensasiya ödənilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, cavabdeh tərəfindən dəymiş ziyanın qarşılığında Şahbuz şəhər, 28 May küçəsində qeyri-yaşayış binası tikmək üçün 400 kv.metr torpaq sahəsinin güzəştli şərtlərlə ona verilməsinə razı olduğunu, buna görə iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah edildiyini bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçının iddia tələbindən imtina olunması barədə ərizəsinə etirazının olmadığını bildirdi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş Şahbuz rayon, Şahbuz qəsəbəsinin X4 19.3 kv.m torpaq sahəsində yerləşən 15 kv.m olan mağaza binası və Şahbuz rayon Şahbuz qəsəbəsində yerləşən (1979-cu ildə tikilmiş) ümumi sahəsi 16.2 kv.m olan mağaza binasının yenidən tikilməsi üçün torpaq sahələrinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binalarının (mağazaların) dəyəri olan 70.000 (yetmiş min) manat kompensasiyanın Şahbuz Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi tələbi”nə dair iddiası üzrə İddiaçı 05 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 05 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “onun mülkiyyətində olmuş Şahbuz rayon, Şahbuz qəsəbəsinin X4 19.3 kv.m torpaq sahəsində yerləşən 15 kv.m olan mağaza binası və Şahbuz rayon Şahbuz qəsəbəsində yerləşən (1979-cu ildə tikilmiş) ümumi sahəsi 16.2 kv.m olan mağaza binasının yenidən tikilməsi üçün torpaq sahələrinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binalarının (mağazaların) dəyəri olan 70.000 (yetmiş min) manat kompensasiyanın Şahbuz Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar