Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1104/2025 03.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X23 Heydər oğlunun sədrliyi, X24 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin nümayəndəsi X11 və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə qarşı "X9 şəhid adının verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X1 X16sunun N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət, hərbi qulluqçusu kimi, 6 ildən artıq xidmət etmişdir. 23 aprel 2N24-cü ildə ona həyəcan siqnalı verilmişdir. 23 aprel 2N24-cü ildə əmrə tabe olmuş, hərbi hissəyə gedərkən, səhər saat N64N radələrində Babək rayonu, Güznüt kənd avtomobil yolunda Culfa rayonu, Ərəzin kəndi istiqamətində hərəkətdə olmuş, idarə etdiyi avtomobili ilə əks istiqamətli yolu keçərək, Babək rayonunun Çeşməbasar kəndi istiqamətində, hərəkətdə olan X6 idarə etdiyi “Tofaş” markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Tofaş” markalı avtomobilin sürücüsü X14 və həmin avtomobildə sərnişin olan X13 ölmüşdür. X3 23 aprel 2N24-cü il tarixində əmrə tabe olmuş, xidmət yerinə gedərkən avtoqəza nəticəsində aldığı travmatik, ikinci və ya residivləşən qanaxma səbəbindən ölmüşdür. Hadisə yerinə hərbçilər gəlmiş, onu xəstəxanaya aparmışlar. Xəstəxanada öləndən sonra hərbçilər meyiti kəndə gətirib və dəfndə iştirak etmişlər. Bununla bərabər rayonun bütün rəhbər işçiləri də dəfndə iştirak ediblər. İddiaçı göstərilənlərə əsasən X9 şəhid adının verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR X16 Komandanlığı N nömrəli hərbi hissənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 14 oktyabr 2N25-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdeh qismində qeyd etdiyi Naxçıvan Muxtar Respublikası X16 Komandanlığı N nömrəli hərbi hissənin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə əvəz edilməsi və iddia tələbinə “X9 şəhid adının verilməsi üçün arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin üzərinə qoyulması” kimi baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 14 oktyabr 2N25-ci il tarixli protokol qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikası X16 Komandanlığı N nömrəli hərbi hissə əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə əvəz edilmiş, dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin 15 oktyabr 2N25-ci il tarixli, 2-1(122)-11N4/2N25 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 14 noyabr 2N25-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 1N saylı qərarının 1.2.6-cı bəndinə əsasən “Şəhid” Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir və 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi hərbi hissənin arayışı əsasında təsdiq olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsində dəyişikliklər edilməsi haqqında 14 yanvar 2N16-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1.4.2-ci bəndinə əsasən həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Mərhum R.İddiaçı “Şəhid və ailəsinə şəhid ailəsi” statusunun verilməsi məsələsinə baxılması ilə əlaqədar müvafiq arayışın alınması üçün Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Culfa rayon bölməsi tərəfindən xx.xx.2N25-ci il tarixdə hərbi hissəyə sorğu edilmiş, lakin cavab məktubu bu günədək daxil olmamışdır. Müvafiq arayış Culfa rayon bölməsinə təqdim olunduğu (daxil olduğu) təqdirdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası N3 fevral 2N25-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin nümayəndəsi X19 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2N iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah kəndində yaşayan vətəndaş İddiaçı ünvanlanmış N4 iyun 2N25-ci il tarixli, 3-43- 9N/2-18815/2N25 nömrəli məktubundan məlum olur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 1N nömrəli Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Yuxarıda göstərilən Qaydanın 4.1-ci bəndinin dördüncü abzasına əsasən, Müdafiə Nazirliyi, Daxili işlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qeyd olunanları nəzərə alaraq, müvafiq dövlət orqanının arayışı Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Culfa rayon bölməsinə təqdim olunduğu (daxil olduğu) təqdirdə, İddiaçı “şəhid" hesab edilməsi məsələsinə baxılacaq və müvafiq qərar qəbul ediləcəkdir. - 29 aprel 2N24-cü il tarixli, AZ-İİ seriyalı, 673384 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 23 aprel 2N24-cü il tarixdə travmatik, ikinci və ya residivləşən qanaxma səbəbindən ölmüşdür və bu barədə ölüm akt qeydləri kitabında 2N24-cü ilin N4 ayının 26 günündə 145 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2N24-cü il tarixli, 1(1N8)-55/2N24 nömrəli qərarının surətindən məlum olur ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1N sentyabr 2N24-cü il tarixli, 1(1N9)-4N/2N24 nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1N sentyabr 2N24-cü il tarixli, 1(1N9)- 4N/2N24 nömrəli hökmü təyin edilmiş əsas cəzanın müddətinə aid hissədə dəyişdirilmiş, X5 barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, məhkəmə iclas zalında həbs olunmuşdur. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 25 sentyabr 2N25-ci il tarixli, N195 nömrəli məktubla göndərilmiş X7 xidməti barədə şəxsi işindən çıxarışlar iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1NN nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 dekabr 2N25-ci il tarixli, 3-25-21N/2- 4724 nömrəli məktubdan məlum olur ki, 23 aprel 2N24-cü il tarixində N nömrəli hərbi hissənin bölmələrinə (3-cü tabor daxil olmaqla) həyacan siqnalı verilməmişdir. Mərhum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X7 23 aprel 2N24-cü ildə səhər saatlarında xidmət yeri olan N nömrəli hərbi hissəyə gəlməsi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatla əlaqədar olmamışdır. Qeyd edilən tarixdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünə təhlükənin olması barədə şəxsi heyətə həyəcan siqnalı verilməmiş və toplanış elan olunmamışdır. Mərhum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X13 23 aprel 2N24-cü ildə səhər saatlarında N nömrəli hərbi hissənin sabiq manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu mərhum əsgər X6 idarə etdiyi "Tofaş" markalı avtomobildə sərnişin qismində xidmət yerinə gedərkən Babək rayonu, Güznüt kəndi ərazisində K.Cəfərovun idarə etdiyi avtombil qarşıdan gələn mülki X5 idarə etdiyi "Chevrolet NİVA" markalı avtomobillə toqquşmuş, nəticədə K.Cəfərov hadisə yerində, R.Yunisov isə Naxçıvan Muxtar Respublikası Mərkəzi xəstəxanasında vəfat etmişdir. - N nömrəli hərbi hissə tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Bölməsinin rəisinə ünvanlanmış N6 yanvar 2N26-cı il tarixli 3-25- 24/2-14/2N26 nömrəli məktubdan məlum olur ki, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçmiş mərhum X15 xidməti yerinə gələrkən qəza etdiyi gün, 23 aprel 2N24-cü il tarixdə hərbi hissə həyəcan siqnalı ilə qaldırılmamış və hərbi hissə normal günün nizam qaydalarına uyğun fəaliyyət göstərmişdir. - Şəhid və Şəhid ailəsi statusunun verilməsindən imtina olunması barədə N8 yanvar 2N26-cı il tarixli, N1 nömrəli qərardan məlum olur ki, İddiaçı xx.xx.2N26-cı il tarixli müraciəti təmin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 6N-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü 15 yanvar tarixli 1N saylı Qərarının: - 1.1-ci maddəsinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - 1.2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. - 1.2.6-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 14.3-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 saylı, 1N aprel 2N15-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mərhum oğlu X9 şəhid adının verilməsinə nail olmaqdan ibarətdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3N dekabr 2NN8-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının N3 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İşin hallarından müəyyən edilmişdir ki, 23 aprel 2N24-cü il tarixdə saat N6:4N radələrində N nömrəli hərbi hissənin sabiq manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu mərhum əsgər X6 idarə etdiyi "Tofaş" markalı avtomobildə sərnişin qismində xidmət yerinə gedərkən Babək rayonu, Güznüt kəndi ərazisində K.Cəfərovun idarə etdiyi avtombil qarşıdan gələn X5 idarə etdiyi "Chevrolet NİVA" markalı avtomobillə toqquşmuş, nəticədə R.X17 Respublikası Mərkəzi xəstəxanasında avtoqəza nəticəsində “daxili qanaxma, kəllə-beyin travması, travmatik şok“ nəticəsində vəfat etmişdir. Göründüyü kimi X7 ölümü şəhid statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hallara aid deyildir. X18 avtoqəza nəticəsində baş vermiş ölüm hadisəsi ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmamış, iddiaçı da iddia ərizəsini həmin faktlarla əsaslandırmışdır. Bununla da, mərhum X7 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı olmamışdır. Diqqətə alınmalıdır ki, hərbi qulluqçunun hər hansı zaman kəsiyində hərbi hissəyə doğru hərəkəti döyüş tapşırığının icrası kimi qiymətləndirilə bilməz. Odur ki, X18 hərbi xidməti vəzifəsinin icrası yerinə getməsi zamanı vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli əsas deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməli idi. Çünki, yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Məhkəmə yuxarıda qeyd edilən normativ hüquqi aktlara istinad edərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü 15 yanvar tarixli 1N saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaların”da şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydalara əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. Qaydaların 1.2-ci bəndində şəhid hesab edilən şəxslər göstərilmişdir. Lakin iddiaçının mərhum oğlu həmin kateqoriya şəxslərin statusuna malik olmadığına görə, inzibati orqanın iddiaçının mərhum oğluna şəhid statusunun verilməsi barədə arayışın verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, qeyd olunan normalara görə, həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə qarşı "X9 şəhid adının verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə qarşı "X9 şəhid adının verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 3N gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-1104/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1104/2025
03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver