Məhkəmə qərarları › İş №2-1(122)-112/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-112/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-112/2024 12.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X60 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X32, X19, X16, X7, X10, X8, X22, X2, X23, X1, X11, X12, X3, X13, X24 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi 109-da yerləşən fərdi yaşayış evini 2017-ci ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin evin pasport qeydiyyatına düşmək istəmiş, bu məqsədlə forma 2 almaq üçün müraciət etmişdir. Bildirmişdirlər ki, ona məxsus olan həmin evdə X48, X37, X33, X17, X25, X20, X43, X9, X56, X44, X4, X26, X27, X14, X28, X45 və X49 pasport qeydiyyatındadırlar. O, həmin şəxslərin heç birini tanımır və həmin şəxsləri evinin pasport qeydiyyatdan çıxarmaq istəyir. Ona görə də ilk olaraq polis orqanına, həmin orqandan imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur və onunla heç bir qohumluq əlaqələri olmayan həmin şəxslərin onun mülkiyyətində olan mənzilin pasport qeydiyyatında dayanmağını istəmir. İddiaçı göstərilənləri nəzərə alaraq, məhkəmədən X32, X19, X16, X7, X10, X8, X22, X2, X38, X23, X1, X11, X12, X3, X13, X24 və X34 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə ünvanlanan 19 sentyabr 2023cü il tarixli, 3-13-43-6/2-12859/2023 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, X32, X21, X16, X7, X10, X8, X22, X2, X38, X23, X1, X11, X12, X5, X13, X24 və X34 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından İddiaçı ərizəsi icra edilə bilməz. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 17 oktyabr 2023-cü il tarixli ərizə göndərək iddia tələbini dəqiqləşdirirərək hazırki iddia tələbinin “X32, X19, X16, X7, X10, X8, X22, X2, X23, X1, X11, X12, X3, X13, X24 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31 oktyabr 2023-cü il tarixli, 2-1(122)-763/2023 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin 14 dekabr 2023-cü il tarixli, 2-1(122)-763/2023 nömrəli qərardadı ilə X48, X39, X33, X17, X25, X20, X43, X9, X44, X4, X26, X27, X14, X28, X45 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 12 mart 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 22 sentyabr 2023-cü il tarixli ərizə göndərərək səhhəti ilə bağlı müalicə olunmağı üçün Türkiyə Respublikasına getməli olduğundan məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini bildirib, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini üzrlü hesab edib, tələbin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə 02 mart 2024-cü il tarixli, 3-13- 43-6/2-4202/24 nömrəli məktub göndərərək 12 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında onların iştirakı olmadan işə baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - ünvan 4 ünvanında qeydiyyatda olan X40 ünvanladığı 07 iyul 2023-cü il tarixli, 3- 13-43-6/2-V-71xx/xx/2023 nömrəli məktubdan görünür ki, X32, X21, X16, X7, X10, X8, X22, X2, X38, X29, X1, X11, X12, X5, X13, X24 və X34 Naxçıvan şəhəri, Sabir küçəsi, ev 109 ünvanının pasport qeydiyyatından çıxarılmaları tələbindən imtina edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 avqust 2017-ci il tarixli, MH seriyalı, ******* nömrəli (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********20-10301) çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 129.09 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/23 nömrəli reyestr kitabının 4368 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Asan-Naxçıvan tərəfindən 12 iyul 2023-cü il tarixdə X40 verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan aydın olur ki, Naxçıvan şəhəri, Sabir küçəsi, ev 109 ünvanında qeydiyyatda olan şəxslər aşağıdakılardır: X49 (xx.xx.1964); X30 (xx.xx.1998); X28, (xx.xx.1982); X27 (xx.xx.2000); X15 (xx.xx.2009); X45 (xx.xx.2005); X48 (xx.xx.1961); X41 (xx.xx.2002); X33 (xx.xx.1964); X17 (xx.xx.2021); X25 (xx.xx.1970); X20 (xx.xx.2021); X43 (xx.xx.1976); X9 (xx.xx.1986) -Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2023-cü il tarixli, 872 nömrəli arayışdan görünür ki, X6 şəhəri, Sabir küçəsi, ev 109 ünvanında qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X50 xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Şəhər Nikah Evi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə göndərilmiş 12 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-13-528/2023 nömrəli məktubdan aydın olur ki, xx.xx.1980-ci ildə Naxçıvan şəhərində anadan olmuş X56 xx.xx.2006-cı ildə Naxçıvan şəhərində vəfat etmişdir. xx.xx.1964-cü ildə Naxçıvan şəhərində anadan olmuş X49 xx.xx.2023-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir. Bu barədə Naxçıvan “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində xx.xx.2023-cü ildə 04 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin evdə yaşamadıqlarından həmin evin pasport qeydiyyatında olmaları formal xarakter daşımaqla, mülkiyyətçi İddiaçı öz mülkiyyəti barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1.4-cü maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Hazırkı mübahisədə, həqiqətən, şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq müəyyən edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Məhkəmənin qənaətinə görə üçüncü şəxslər X32, X19, X16, X7, X10, X8, X22, X2, X23, X1, X11, X12, X3, X13, X24 iddiaçıya məxsus evin qeydiyyatından çıxarılmamaları qanunazidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X32, X19, X16, X7, X10, X8, X22, X2, X23, X1, X11, X12, X3, X13, X24 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. X32, X19, X16, X7, X10, X8, X22, X2, X23, X1, X11, X12, X3, X13, X24 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar