Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-113/2024 29.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X43 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X11 və X9 İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri, 20 Yanvar küçəsi 17 nömrəli fərdi yaşayış evinin qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanında yerləşən 0.0311 ha torpaq sahəsinin və ümumi sahəsi 56.33 kv.m olan fərdi yaşayış evinin 5/6 hissəsi mülkiyyət hüququ üzrə 30 avqust 2018-ci il tarixdə İddiaçı1, 1/6 hissəsi isə İddiaçı2 adlarına Naxçıvan MR Daşınmaz Əmlak və X37 Dövlət Komitəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından məlum olur ki, mübahisəli ünvanda X21, X18, X23, X24, X5 və X19 qeydiyyatda dururlar. Həmin şəxslərdən X11 və X12 mülkiyyətlərində olan fərdi yaşayış evinin qeydiyyatında durmaları onların mülkiyyət hüquqlarını məhdudlaşdırır, mülkiyyətləri üzərində istədikləri kimi sərəncam verə bilmirlər. X21 və X18 ümumiyyətlə həmin evdə yaşamamışlar. Onlar qonşuluqda yerləşən ata evlərində yaşayıblar. Evlərinin qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılmaları barədə Naxçıvan şəhər Polis İdarəsinə İddiaçı1 tərəfindən ünvanlanmış ərizəyə cavab verilərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçılar göstərilənləri nəzərə alaraq, məhkəmədən X11 və X9 İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri, 20 Yanvar küçəsi 17 nömrəli fərdi yaşayış evinin qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə ünvanlanan 06 sentyabr 2023cü il tarixli, 3-13-43-6/2-11988/23 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, X11 və X9 Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından İddiaçı1 ərizəsi icra edilə bilməz. Məhkəmənin 18 sentyabr 2023-cü il tarixli, 2-1(122)-767/2023 nömrəli qərardadı ilə X21 və X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxslərin yazılı etirazlarının qısa xülasəsi: Üçüncü şəxslər X21 və X18 məhkəməyə ünvanlanan 20 oktyabr 2023-cü il tarixli etirazlarını onunla əsaslandırmışdırlar ki, onlar doğulduğuqları tarixdən valideynləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşayırlar və qeydiyyatdadırlar. Həmin fərdi yaşayış evi X1ndan miras əmlak olaraq qalmışdır. X1 1999-cu ildə vəfat etmişdir. Mərhum əmiləri X25 2016-cı ildə ataları X14 xəstəliyindən istifadə edib, onu aldadaraq yalan vədlərlə imza çəkdirib babalarından qalan miras əmlakdan öz payından imtina etdirmişdir. Bildirirlər ki, həmin fərdi yaşayış evinə bağlılıqlarını itirməmişlər. Hal-hazırda onun və ailə üzvlərinin yaşayacaq başqa mənzil və ya fərdi yaşayş evləri yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 mart 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə 28 fevral 2024-cü il tarixli, 3-13- 43-6/2-3967/24 nömrəli məktub göndərərək 29 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında onların iştirakı olmadan işə baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçıların, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Şəhər Polis İdarəsinin Vəkil ünvanlandığı 15 iyun 2023-cü il tarixli, 3-13- 43-6/2-O-45xx/xx/2023 nömrəli məktubundan görünür ki, X9, X15, X16, X4 və X10 Naxçıvan şəhəri, 20 yanvar küçəsi, ev 17 ünvanının pasport qeydiyyatından çıxarılmaları tələbindən imtina edilmişdir. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X37 Dövlət Xidmətinin Vəkil ünvanlandığı 24 noyabr 2023-cü il tarixli, 04/942 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında 440 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 146,20 m2 olan fərdi yaşayış evi 04 sentyabr 2007-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qətnaməsi və Naxçıvan Şəhər 2-ci dövlət notariat kontorunun 24 iyul 2007-ci il tarixli, 4Ə-01-158 nömrəli bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində X14 adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X7 adına 28 iyun 2011-ci il tarixdə Babək rayon dövlət notariat kontorunun 07 iyun 2011-ci il tarixli, 4Ə1-120 nömrəli müqaviləsi əsasında Babək rayon Şəkərabad kəndində yerləşən, 300 m2 olan həyətyanı torpaq sahəsi, 22 yanvar 2021-ci il tarixli, 9291 inventar, 03/80 qeydiyyat nömrəli texniki pasport və Qeydiyyat Vəsiqəsi əsasında ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 74,55 m2 olan 6 nömrəli mənzil qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, Naxçıvan şəhəri, 20 yanvar küçəsi, ev 17 ünvanında 0.0311 ha torpaq sahəsində yerləşən 56.33 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2013-cü il tarixdə 1/6 hissədə İddiaçı2, xx.xx.2018-ci il tarixdə 5/6 hissədə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 18/16 nömrəli reyestr kitabının 2952 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Cavabdeh QvŞV bölməsi tərəfindən 03 may 2023-cü il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan aydın olur ki, ünvan 7 ünvanında qeydiyyatda olan şəxslər aşağıdakılardır: X21 (xx.xx.1987); X18 (xx.xx.1986); X23 (xx.xx.1990); X24 (xx.xx.1955); X5 (xx.xx.1961); X19 (xx.xx.1987) - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı2 xx xxxxxx 1966-ci il tarixdə doğulmuşdur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı1 xx xxxxxx 1984-cü il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X37 Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə göndərilmiş 29 sentyabr 2023-cü il tarixli, 04/629 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X11 və X9 adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X37 Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə göndərilmiş 24 noyabr 2023-cü il tarixli, 04/941 nömrəli məktubdan aydın olur ki, ünvan 5 ünvanında 440 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 146,20 m2 olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 04 sentyabr 2007-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi və Naxçıvan şəhər 2-ci dövlət notariat kontorunun 24 iyul 2007-ci il tarixli, 4/Ə-01-58 nömrəli bağışlama müqaviləsi əsasında X14 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində X11 və X9 adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. - 31 avqust 2007-ci il tarixli, 13157 inventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ******* reyestr nömrəsi ilə X14 adına qeydiyyata alınmışdır. - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi **********28-10301 reyestr nömrəsi ilə 5/6 hissədə İddiaçı1 və 1/6 hissədə İddiaçı2 adına qeydiyyata alınmışdır. - 24 iyul 2007-ci il tarixli, 4/Ə-01-58 nömrəli bağışlama müqaviləsinin surətindən məlum olur ki, X3 şəhəri, 20 Yanvar küçəsi, ev 17 ünvanında yerləşən şəxsi evinin həyətyanı torpaq sahəsindən 440 kv.m torpaq sahəsini oğlu X20 bağışlamışdır. - Naxçıvan Şəhər Məhkəməsinin 11 may 2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 “tikintiyə sahiblik hüququnun tanınması” tələbinə dair iş üzrə X8 adına olan Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, 17 №-li həyətdə X26 tərəfindən tikilmiş ölçüləri 6x4.1 metr, 6x3.4 metr, 8.5x3.4 metr olan üç otaqdan, ölçüsü 10x2.1 metr olan mətbəxdən, ölçüsü 6.4x3.6m olan aynabənddən, ölçüləri 4.5x2.6 metr və 4.5x2.8 metr olan iki əl damından, ölçüsü 4.5x2.1 metr olan hamamdan ibarət yaşayış evinin üzərində sahiblik hüququnun tanınması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (İ-İİİ) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1.4-cü maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfin hüquqi marağı üçüncü şəxslərin ünvan 9 ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına yönəlmişdir. Üçüncü şəxslər həmin ünvanın qeydiyyatından çıxarılmalarına etiraz edir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından, üçüncü şəxslərin məhkəməyə verdiyi izahatlarından müəyyən olundu ki, üçüncü şəxslər həmin ünvanda yaşamırlar. Başqa sözlə üçüncü şəxslər X2 şəhəri, 20 Yanvar küçəsi, 17A ünvanda, X21 isə ünvan 11rəli mənzildə valideynlərinə məxsus ayrı-ayrı ünvanlarda yerləşən mənzillərdə yaşayırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə görə: şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. “... mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla həmçinin müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, üçüncü şəxslər X11 və X9 iddiaçılara məxsus evin qeydiyyatından çıxarılmamaları qanunazidd olmaqla, onların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin evdə yaşamadıqlarından həmin evin pasport qeydiyyatında olmaları formal xarakter daşımaqla, mülkiyyətçilərin öz mülkiyyətləri barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Həmçinin üçüncü şəxslərin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçı tərəfin tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X11 və X9 İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri, 20 Yanvar küçəsi 17 nömrəli fərdi yaşayış evinin qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. X11 və X9 İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri, 20 Yanvar küçəsi 17 nömrəli fərdi yaşayış evinin qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-113/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-113/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver