Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1136/2024 20.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "ona Babək qəsəbəsi ərazisində komission mağaza açmaq məqsədilə verilmiş mülkiyyət hüququ üzrə ona məxsus olan 20 kv.metr torpaq sahəsi üzərində inşa olunmuş çayçı-bufet binasının qanunsuz olaraq söküldüyünə görə 20000 (iyirmi min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması və ya kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Babək qəsəbəsi ərazisində komission mağaza açmaq məqsədilə verilmiş mülkiyyət hüququ üzrə ona məxsus olan 20 kv.metr torpaq sahəsi üzərində inşa olunmuş çayçı-bufet binasının qanunsuz olaraq söküldüyünə görə 20000 (iyirmi min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması və ya kompensasiya ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 20 avqust 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Cavabdehnə qarşı iddia qaldırdığını, iddia cavabdeh orqan tərəfindən təmin olunduğundan iddiadan imtina etdiyini, iddiadan imtina etməyin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 20 avqust 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçının nümayəndəsinin iddiadan imtina edilməsi barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "ona Babək qəsəbəsi ərazisində komission mağaza açmaq məqsədilə verilmiş mülkiyyət hüququ üzrə ona məxsus olan 20 kv.metr torpaq sahəsi üzərində inşa olunmuş çayçı-bufet binasının qanunsuz olaraq söküldüyünə görə 20000 (iyirmi min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması və ya kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı nümayəndəsi Nümayəndə 20 avqust 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı "ona Babək qəsəbəsi ərazisində komission mağaza açmaq məqsədilə verilmiş mülkiyyət hüququ üzrə ona məxsus olan 20 kv.metr torpaq sahəsi üzərində inşa olunmuş çayçı-bufet binasının qanunsuz olaraq söküldüyünə görə 20000 (iyirmi min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması və ya kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-1136/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1136/2024
20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver