Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1143/2023 24.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “ona dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 24 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb onlara verilməsi barədə iddia qaldırdıqlarını, iddia tələbindən imtina etdiklərini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdıqları 24 noyabr 2023-cü il tarixli ərizələrini məhkəməyə təqdim etmişdirlər. Cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçıların iddia tələbindən imtina etmələri barədə ərizələrinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçıların ərizələrini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçıların ərizələri təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “ona dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi tələbi”nə dair iddiası üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 24 noyabr 2023-cü il tarixli ərizələri təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 24 noyabr 2023-cü il tarixli ərizələri təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “ona dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1143/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1143/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver