Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1147/2023 22.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb onlara verilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb onlara verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 22 noyabr 2023-cü il tarixə təyin edilmişdir. İşin hazırlıq icraatı ilə bağlı hazırlıq iclasları 04 oktyabr və 22 noyabr 2023-cü il tarixə təyin edilərək tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdarlıq edilmişdir. Cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 04 oktyabr 2023-cü il tarixə, saat 12:15-ə təyin edilən hazırlıq iclasında iştirak etmişdir. Lakin, iddiaçılar 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığı təqdirdə iddianın geri götürülmüş sayılacağı barədə qərardad qəbul ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçıların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ardıcıl olaraq 04 oktyabr və 22 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsi ilə bağlı hər hansı müraciət etməmiş və bununla da 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb onlara verilməsi tələbi”nə dair iddiaları geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Bu qərardadla iddiaçılara izah edilir ki, məhkəmə tərəfindən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığına görə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən onların məhkəməyə müraciət etmək hüquqlarını istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb onlara verilməsi tələbi”nə dair iddiaları geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1147/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1147/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver