Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-115/2022 01.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı "X14, X19, X3, X15, X36, X5, X29, X37, X4, X20, X21, X30, X38, X31 və X22 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsində yerləşən 10 nömrəli mənzilin qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14, X19, X3, X15, X36, X5, X29, X37, X4, X20, X21, X30, X38, X31 və X22 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsində yerləşən 10 nömrəli mənzilin qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilk öncə eyni tələblə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək X14, X19, X3, X15, X36, X5, X29, X37, X4, X20, X21, X30, X38, X31 və X22 Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsində yerləşən 10 nömrəli mənzilin qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Cavabdeh inzibati orqanın İddiaçı ünvanladığı 14 mart 2022-ci il tarixli, 7/969-A-203 nömrəli məktubdan görünür ki, X12, X20, X21, X30, X38, X31, X22, X13, X15, X36, X6, X29, X37, X14, X19 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı 12 aprel 2022-ci il tarixdə daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14, X19, X3, X15, X36, X5, X29, X37, X4, X20, X21, X30, X38, X31 və X22 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsində yerləşən 10 nömrəli mənzilin qeydiyyatından çıxarılmaları öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 22.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 21 aprel 2022-ci il tarixli, 7/1498 nömrəli məktubla məhkəməyə ünvanladığı yazılı münasibətini onunla əsaslandırmışdır ki, X12, X20, X21, X30, X38, X31, X22, X13, X15, X36, X6, X29, X37, X14, X19 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından İddiaçı ərizəsi icra edilə bilməz. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2- 1(122)-115/2022 nömrəli qərardadı ilə X39, X45, X16, X40, X62, X23, X55, X63, X17, X46, X47, X56, X64, X57 və X48 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 17 may 2022-ci il tarixli, 2-1(122)-115/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 01 iyun 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsi, üçüncü şəxslər X39, X45, X16, X40, X62, X23, X55, X63, X17, X46, X47, X56, X64, X57 və X48 məhkəmə iclasında iştirak etməmiş, lakin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə 25 may 2022-ci il tarixli, 7/1935 nömrəli məktub göndərərək 01.06.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakları olmadan işə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, əvvəllər 2 qardaşı ilə birlikdə ata evində yaşadıqlarını, sonradan ata evinin 3 qardaş arasında bölündüyünü, hər birinin öz ailələri ilə özlərinə məxsus evlərdə yaşadıqlarını, Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsində mülkiyyətində olan 228.84 kv.m. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 36.24 kv.m. yaşayış, 57.91 kv.m. qeyri-yaşayış, 47.83 kv.m. köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 1430 nömrəli vərəqində qeydiyyata alındığını, daşınmaz əmlakın texniki pasportunda ******* nömrəli reyestr ilə onun adına qeydiyyata alındığını, hal-hazırda həmin evdə onun, X2, X18, X24, X25 və X7 yaşadıqlarını, onun qardaşları və onların uşaqlarının uzun illərdir özlərinə məxsus evlərdə yaşadıqlarını, lakin hələ də ona məxsus evdə qediyyatda durduqlarını, Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsi, 10 nömrəli ona məxsus mənzilin qeydiyyatında olanlar X3, X15, X36, X5, X29, X37 Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsi, ev 10B ünvanında, X4, X20, X21, X30, X31 və X22 Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsi, ev 10A ünvanında, X14 Naxçıvan şəhəri, 56-cı məhəllə, ev 13 ünvanında, X19 isə Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, 7/3 ünvanında yaşadıqlarını, həmin şəxslərin onun mənzilinin qeydiyyatında olmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırdığını, əmlakı üzərində istədiyi kimi sərəncam verə bilmədiyini, buna görə də həmin şəxslərin mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarılmaları üçün əvvəlcə özlərinə, sonradan isə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini, inzibati orqan tərəfindən onun ərizəsinin icra edilmədiyini, məcbur qalaraq məhkəməyə müraciət etməli olduğunu bildirərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddiaçının dediklərini təsdiqləyərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 17 may 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X40 həyat yoldaşı və uşaqları ilə birlikdə İddiaçı məxsus olan evin pasport qeydiyyatında olduqlarını, həyat yoldaşı Abbasov Qabilə məxsus evlərinin olduğunu, həmin evin ünvanının ünvan 4ını, İddiaçı məxsus olan evin pasport qeydiyyatından çıxarılmasına etirazının olmadığını bildirmişdir. 17 may 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X46 həyat yoldaşı və övladları ilə İddiaçı məxsus olan Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsi, 10 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatında durduqlarını, ərim Abbasov Qadirə məxsus evinin olduğunu, həmin evin ünvanının ünvan 5ə yaşadıqlarını, İddiaçı onu Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsi, 10 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatından çıxartmasına etirazının olmadığını bildirmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, mənzilin Çıxarışının və şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətlərini, texniki pasportun surətini, qeydiyyatla bağlı arayışları əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və iddiaçının vəkilinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri A.Tarverdiyev küçəsində mülkiyyətində olan 228.84 kv.m. torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 36.24 kv.m. yaşayış, 57.91 kv.m. qeyri-yaşayış, 47.83 kv.m. köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 1430 nömrəli vərəqində qeydiyyata alınmışdır. (reyestr nömrəsi-**********47-1031430, qeydiyyat nömrəsi-4769, qeydiyyat tarixi-20.08.2007). - 16 avqust 2007-ci il tarixdə tərtib edilmiş 1735 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsi, ev 10 ünvanın hüquq subyekti kimi İddiaçı göstərilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 21 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsi, ev-10 ünvanında aşağıda adları qeyd olunanlar qeydiyyatda durur: 1. İddiaçı 1956-yaşayır; 2. X8 1960-yaşayır; 3. X41 1982-yaşayır; 4. X49 1990-yaşayır; 5. X50 2009-yaşayır; 6. X26 2012-yaşayır; 7. X39 1987-yaşamır; 8. X45 1960-yaşamır; 9. X32 1954-yaşamır; 10. X40 1957-yaşamır; 11. X62 1977-yaşamır;
12. X27 1984-yaşamır; 13. X55 2009-yaşamır; 14. X63 2006-yaşamır; 15. X17 1950yaşamır; 16. X46 1950-yaşamır; 17. X47 1978-yaşamır; 18. X56 1982-yaşamır; 19. X64 201l-yaşamır; 20. X57 2006-yaşamır; 21. X48 2011-yaşamır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 22 nömrəli arayışdan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda duran yoxdur, lakin adları aşağıda qeyd olunanlar yaşayır: 1. X17 1950; 2. X46 1950; 3. X56 1982; 4.X9 1984; 5. X57 2006; 6. X48 2011. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 23 nömrəli arayışdan görünür ki, ünvan 7 ünvanında qeydiyyatda duran yoxdur, lakin adları aşağıda qeyd olunanlar yaşayır: 1. X16 1954; 2. X42 1957; 3. X27 1984. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 599 nömrəli arayışdan görünür ki, Abbasov X11 şəhəri, A.Tarverdiyev küçəsi, ev 10 ünvanında qeydiyyatdadır və aşağıdakı ailə üzvləri vardır: 1. X8-həyat yoldaşı-1960; 2. X41-oğlu-1982, 3. X51-qızı- 1979, X52-qızı-1980. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 598 nömrəli arayışdan görünür ki, Abbasov X11 şəhəri, A.Tarverdiyev küçəsi, ev 10 ünvanında qeydiyyatdadır. - ünvan 8 tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 309 nömrəli arayışdan görünür ki, X1 məhəlləsi, ev 7, mənzil 3 ünvanında yaşayır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1956-cı ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 07 aprel 2022-ci il tarixli, 04/199 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X12 adına 18.05.2011-ci il tarixdə Naxçıvan şəhər 2-ci DNK-nın 11.07.2007-ci il tarixli , 2V-01-51 nömrəli vərəsəlik şəhadətnaməsi və 4487 inventar nömrəli texniki pasport əsasında ünvan 9 ünvanında 90 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 68,94 m2 olan 2 otaqlı fərdi yaşayış evi, X28 adına 18.05.2011-ci il tarixdə Babək Rayon DNK-nın 03.08.2005-ci il tarixli, 4Ə-1-73 nömrəli alqı-satqı müqaviləsi və 10356 inventar nömrəli texniki pasport əsasında ünvan 10 ünvanında 168,3 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 36,6 m2 olan 2 otaqlı fərdi yaşayış evi, X14 adına 08.06.2012-ci il tarixdə Naxçıvan şəhər 3-cü DNK-nın 23.06.2012-ci il tarixli, 4Ə-01-77 nömrəli alqı-satqı müqaviləsi əsasında Naxçıvan şəhəri, 56-cı məhəllə, 18B ünvanında 300 m2 torpaq sahəsi, X43 adına 22.12.2015-ci il tarixdə Naxçıvan şəhər 1-ci DNK-nın 23 noyabr 2015-ci il tarixli, 2/v-01-252 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında ünvan 12 ünvanında ümumi sahəsi 62,6 m2 olan 2 otaqlı mənzil qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində X32, X40, X10 və X19 adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Naxçıvan şəhəri A.Tarverdiyev küçəsində mülkiyyətində olan 76.2 kv.m. torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 23.01 kv.m. yaşayış, 17.42 kv.m. köməkçi sahədən ibarət 10B nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 1431 nömrəli vərəqində qeydiyyata alınmışdır. (reyestr nömrəsi-**********75-1031431, qeydiyyat nömrəsi-5026, qeydiyyat tarixi- 20.08.2007). - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Naxçıvan şəhəri A.Tarverdiyev küçəsində mülkiyyətində olan 0.009 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 52.59 kv.m. yaşayış, 16.35 kv.m. köməkçi sahədən ibarət 10A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/7 nömrəli reyestr kitabının 1309 nömrəli vərəqində qeydiyyata alınmışdır. (reyestr nömrəsi-**********61-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi- 18.05.2011). Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsi, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusluğu, üçüncü şəxslərin hazırda həmin yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq onların orada yaşamamaları müəyyən edilmişdir. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı hüquqa malik olmadıqları və yaşamadıqları halda qeyd edilən ünvanda qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınması nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Fiziki şəxslərin mülkiyyət hüquqlarının müdafiəsi qüvvədə olan qanunvericilikdə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus mənzildən qeydiyyatdan çıxarılmaları tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Buna görə də X14, X19, X3, X15, X36, X5, X29, X37, X4, X20, X21, X30, X38, X31 və X22 Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsində yerləşən 10 nömrəli mənzilin qeydiyyatından çıxarılmalarından cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsində yerləşən 10 nömrəli mənzilin qeydiyyatından X14, X19, X3, X15, X36, X5, X29, X37, X4, X20, X21, X30, X38, X31 və X22 çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 34, 68, 69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsində yerləşən 10 nömrəli mənzilin qeydiyyatından X14, X19, X3, X15, X36, X5, X29, X37, X4, X20, X21, X30, X38, X31 və X22 çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV