Məhkəmə qərarları › İş №2-1(122)-116/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-116/2021

15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-116/2021 15.09.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 Hüquqi Şəxsin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X2rşı “xidmət illərinə görə qazandığı 37 il əmək stajının illərlə və natamam illərin iş stajının ayların sayına görə düzgün hesablanması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət illərinə görə qazandığı 37 il əmək stajının illərlə və natamam illərin iş stajının ayların sayına görə düzgün hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 28 avqust 1997-ci il tarixdə Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarına xidmətə qəbul olunmuşdur. 20 aprel 2021-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135.1-ci maddəsinə əsasən öz razılığı ilə təqaüdə buraxılmışdır. Əmək kitabçasına, DİN tərəfindən xidmət illərinin hesablama cədvəlinə və arayışına əsasən daxili işlər orqanlarında xidmət müddəti təqvim hesablama ilə 27 il 08 ay 11 gün, imtiyazlı hesablama ilə isə 37 il, 18 gün təşkil etmişdir. 01 iyul 2017-ci il tarixədək iş stajı təqvimi hesablama ilə 23 il, 10 ay, 22 gün, imtiyazlı hesablama ilə 31 il, 04 ay, 05 gün təşkil etmişdir. Bununla bağlı 28 aprel 2021-ci il tarixdə sənədlərini Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Rasim müəllimə təqdim etmiş, o isə hesablayıb qazandığı 37 il əmək stajına görə ona 94.33 faiz pensiya düşdüyünü bildirmişdir. Belə ki, 2017-ci ilin iyul ayının 1-dək 31 il, 04 ay, 5 gün olmaqla onun 20 ili 50 faizlə, 11 ili 3 faizlə hesablanıb 83 faiz, 2017-ci ilin iyul ayının 1-dən 2021-ci ilin aprel ayının 20-dək isə 5 il, 8 ay, 13 gün olmaqla 11,33 faiz, cəmi 94,33 faiz təşkil etmişdir. İddiaçı qeyd edir ki, ondan niyə 2017-ci ilin iyul ayının 1-dək 31 il, 04 ay, 5 günün natamam ilin 4 ay 5 günün hesablamadığını soruşmuşdur. Halbuki 4 ay 5 gün 1 faiz təşkil edir. İddiaçı bununla bağlı 07 may 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyevə ərizə ilə müraciət edərək “Əmək pensiyaları haqqında” 01 yanvar 2006-cı il tarixli Qanunun 20.14.21-ci maddəsinin tələblərinə əsasən onun pensiyası natamam illərin iş stajı ayların sayına görə düzgün hesablanmadığını bildirərək yenidən obyektiv və qanuni hesablanmasını, neçə faiz təşkil etməsi barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. X7 Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən müraciəti öz qanuni həllini tapmamışdır. 18 may 2021-ci il tarixdə rədd cavabı alaraq ona bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 15 yanvar 2020-ci il tarixli, **********2 məktubuna əsasən 01 iyul 2017-ci il tarixədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 ildən artıq hissəsinin hər il üçün müvafiq təminat xərclərinin 3 faizi (aylar nəzərə alınmadan) miqdarda, 01 iyul 2017-ci il tarixdən sonrakı xidmət müddəti üçün təminat xərclərinin 2 faizi (aylar nəzərə alınmaqla) miqdarda hesablanmaqla aparılır. İddiaçı göstərilənlərə əsasən məhkəmədən xidmət illərinə görə qazandığı 37 il əmək stajının illərlə və natamam illərin iş stajının ayların sayına görə düzgün hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X8 Hüquqi Şəxsinə göndərilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X8 Hüquqi Şəxsi iddiaya dair məhkəməyə ünvanlanan 03 iyun 2021-ci il tarixli, 01/170 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçulara əmək pensiyası təminat xərcliyindən, yəni hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşından hesablanan digər əlavələrdən hesablanır. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarına müvafiq olaraq əmək pensiyası hüququ yaranmış və ehtiyata buraxılmış hərbi qulluqçulara qulluq etdikləri orqanların müvafiq qurumları tərəfindən Dövlət Sosial X8 Hüquqi Şəxsinə məlumat vərəqəsi təqdim edildikdən sonra əmək pensiyası təyin olunur. İddiaçı 28 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən ehtiyata buraxıldığından ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün sənədlərini Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinə təqdim etmişdir. Vətəndaş İddiaçı təqdim etdiyi müvafiq sənədlər qanunvericiliyə uyğun olaraq araşdırılmışdır. İddiaçı cəmi 37 il 18 gün imtiyazlı iş stajı olmuş, həmin stajın 31 il 4 ay 5 gün 01 iyul 2017-ci il tarixədək, 5 il 8 ay 13 gün isə 01 iyul 2017-ci il tarixdən sonrakı dövrdə olmuşdur. Vətəndaş İddiaçı əmək pensiyası hesablanarkən 01 iyul 2017-ci il tarixədək olan iş stajının 20 ilinə görə 50 faiz, 11 il isə hər ilə 3 faizlə hesablanaraq (11x3+50) cəmi 83 faiz təşkil etmiş, 01 iyul 2017-ci il tarixdən sonrakı dövrdə olan 5 il 8 ay 13 gün əmək stajına görə isə 11,33 faiz (5x2+(2:12x8) olmaqla cəmi 94,33 faiz hesablanmışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı adına təqdim edilmiş 05 may 2021-ci il tarixli arayışda olan göstəricilərə istinad edərək, ona 21 aprel 2021-ci il tarixdən 1625,00 (bir min altı yüz iyirmi beş) manat təminat xərcliyinə əsasən 94,33 faizlə (01 iyul 2017-ci il tarixədək 31 il 4 ay 5 gün 83 faiz, 01 iyul 2017-ci il tarixdən sonra 5 il 8 ay 13 gün 11,33 faiz, cəmi 94,33 faiz) 1532,86 manat (bir min beş yüz otuz iki manat səksən altı qəpik) məbləğində əmək pensiyası hesablanmışdır. Vətəndaş İddiaçı iddia ərizəsində ona əmək pensiyası təyin olunarkən 4 ay 5 gün iş stajının nəzərə alınmadığını qeyd etmişdir. Məlumat üçün bildiririk ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla əmək pensiyası təyin edilir. 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə edilən dəyişikliyə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faiz, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa diqqət yetirsək məlum olur ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 20.14.1-ci maddəsində əmək pensiyası hesablanarkən hər il üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında nəzərə alınmaqla əmək pensiyası təyin edilir. Buradan aydın olur ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsində natamam illər nəzərə alınmadan hesablama aparılır. İddiaçı 16 may 2021-ci il tarixdə ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 Hüquqi Şəxsinə müraciət edərək xidmət illərinə görə qazandığı 37 il 18 gün əmək stajının illərlə və natamam illərin iş stajının ayların sayına görə düzgün hesablanmasını xahiş etmişdir. Vətəndaşın müraciətinə Fondun Aparatında baxılmış və ona qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən 15 yanvar 2020-ci il tarixində daxil olmuş **********2 nömrəli məktubda 01 iyul 2017-ci il tarixədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 ildən artıq hissəsinin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi (aylar nəzərə alınmadan) miqdarında, 01 iyul 2017-ci il tarixdən sonrakı xidmət müddəti üçün təminat xərcliyinin 2 faizi (aylar nəzərə alınmaqla) miqdarında hesablama aparılması bildirilmişdir. İddiaçı 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən onun iş stajı qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmışdır. Vətəndaşın əmək pensiyası hesablanarkən tələb etdiyi 4 ay iş stajının nəzərə alınması 01 iyul 2017-ci ilədək qüvvədə olan qanunvericiliyə uyğun deyildir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 15 sentyabr 2021-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək 01 iyul 2017ci il tarixədək qazandığı 31 il, 04 ay, 05 gün imtiyazlı iş stajının həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə ilə, lakin natamam il, yəni 4 ay nəzərə alınmadan, 01 iyul 2017-ci il tarixdən sonra qazandığı 5 il, 8 ay, 13 gün imtiyazlı iş stajının isə hazırda qüvvədə olan qanuna əsasən hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə ilə, aylar nəzərə alınaraq hesablandığını, 01 iyul 2017ci il tarixdən əvvəlki iş satjının hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə ilə hesablanmasına razı olmadığını, 01 iyul 2017-ci il tarixədək qazandığı 4 aylıq iş stajının nəzərə alınaraq yeni qanunvericiliyə əsasən əmək pensiyasının düzgün hesablanmalı olduğunu bildirib iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 Hüquqi Şəxsin nümayəndəsi X3 məhkəməyə ünvanlanan 03 iyun 2021-ci il tarixli yazılı münasibətə uyğun izahat verərək İddiaçı 16 may 2021-ci il tarixdə ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X8 Hüquqi Şəxsinə müraciət edərək xidmət illərinə görə qazandığı 37 il 18 gün əmək stajının illərlə və natamam illərin iş stajının ayların sayına görə düzgün hesablanmasını xahiş etdiyini, İddiaçı 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən onun iş stajının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandığını, vətəndaşın əmək pensiyası hesablanarkən tələb etdiyi 4 ay iş stajının nəzərə alınmasının 01 iyul 2017-ci ilədək qüvvədə olan qanunvericiliyə uyğun olmadığını bildirib məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X8 Hüquqi Şəxsi tərəfindən Babək rayonu, Nehrəm qəsəbəsi sakini İddiaçı ünvanlanan 18 may 2021-ci il tarixli, 01/Ə- 23 nömrəli məktubdan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçulara əmək pensiyası təminat xərcliyindən, yəni hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşından hesablanan digər əlavələrdən hesablanır. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarına müvafiq olaraq əmək pensiyası hüququ yaranmış və ehtiyata buraxılmış hərbi qulluqçulara qulluq etdikləri orqanların müvafiq qurumları tərəfindən Dövlət Sosial X8 Hüquqi Şəxsinə məlumat vərəqəsi təqdim edildikdən sonra əmək pensiyası təyin olunur. 01 iyul 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə hesablanır. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2017-ci il tarixli Fərmanına əsasən 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliklərdə Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə əsasən hərbi xidmətdən buraxılan günə 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı adına təqdim edilmiş məlumat vərəqində olan göstəricilərə istinad edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq, ona 21 aprel 2021-ci il tarixdən 1625,00 (bir min altı yüz iyirmi beş) manat təminat xərcliyinə əsasən 84,00 faizlə 1365,00 manat (bir min üç yüz altmış beş) manat məbləğində əmək pensiyası hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondununun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən 15 yanvar 2020-ci il tarixində daxil olmuş, **********2 nömrəli məktubda 01 iyul 2017-ci il tarixədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 ildən artıq hissəsinin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi (aylar nəzərə alınmadan) miqdarında, 01 iyul 2017-ci il tarixdən sonrakı xidmət müddəti üçün təminat xərcliyinin 2 faizi (aylar nəzərə alınmaqla) miqdarında hesablama aparılması bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı adına təqdim edilmiş 05 may 2021-ci il tarixli arayışda olan göstəricilərə istinad edərək 21 aprel 2021-ci il tarixdən 1625,00 (bir min altı yüz iyirmi beş) manat təminat xərcliyinə əsasən 94,33 faizlə (01 iyul 2017-ci il tarixədək 31 il 04 ay 05 gün - 83 faiz, 01 iyul 2017-ci tarixdən sonra 5 il, 8 ay, 13 gün-11,33 faiz, cəmi 94,33 faiz) 1532,86 (bir min beş yüz otuz iki manat səksən altı qəpik) məbləğində əmək pensiyası hesablanmışdır ki, bu da qanunvericiliyə uyğundur. - İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 28 avqust 1997-ci il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, 20 aprel 2021-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135.1-ci maddəsinə əsasən (öz arzusu ilə) xidmətdən xaric edilmişdir. Daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 27 il, 08 ay, 11 gün, imtiyazlı hesablama ilə 37 il, 00 ay, 18 gün təşkil edir. - Babək Rayon Polis Şöbəsi tərəfindən 19 fevral 2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxxx 1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Nehrəm kəndində doğulmuş İddiaçı Babək rayonu, Nehrəm kəndində pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İddiaçı xidmət illərinin təqvimi və imtiyazlı şərtlərlə hesablanmasına dair məlumatı özündə əks etdirən 05 may 2021-ci il tarixli arayışdan aydın olur ki, sabiq polis əməkdaşı İddiaçı arxivdə olan şəxsi işi icraata götürülərək xidmət illəri yenidən hesablanmış və İddiaçı 01 iyul 2017-ci il tarixədək xidməti iş stajı təqvimi hesablama ilə 23 il, 10 ay, 22 gün, imtiyazlı hesablama ilə 31 il, 04 ay, 05 gün təşkil etmişdir. - 20 may 2021-ci il tarixli, 27655 nömrəli qəbzdən məlum olur ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. İş materiallarından aydın olur ki, İddiaçı cəmi 37 il 18 gün imtiyazlı iş stajı olmuş, həmin stajın 31 il 4 ay 5 günü 01 iyul 2017-ci il tarixədək, 5 il 8 ay 13 günü isə 01 iyul 2017-ci il tarixdən sonrakı dövrdə olmuşdur. İddiaçı 01 iyul 2017-ci il tarixədək xidmət müddəti üçün təminat xərcliyi həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə ilə, 01 iyul 2017-ci il tarixdən sonrakı xidmət müddəti üçün təminat xərcliyi isə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanmışdır. Yəni, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı adına təqdim edilmiş 05 may 2021-ci il tarixli arayışda olan göstəricilərə istinad edilərək ona 21 aprel 2021-ci il tarixdən 1625,00 (bir min altı yüz iyirmi beş) manat təminat xərcliyinə əsasən 94,33 faizlə (01 iyul 2017-ci il tarixədək 31 il 4 ay 5 gün 83 faiz, 01 iyul 2017-ci il tarixdən sonra 5 il 8 ay 13 gün 11,33 faiz, cəmi 94,33 faiz) 1532,86 manat (bir min beş yüz otuz iki manat səksən altı qəpik) məbləğində əmək pensiyası hesablanmışdır. İddiaçı xidmət illərinə görə qazandığı 37 il 18 gün əmək stajının illərlə və natamam illərin iş stajının ayların sayına görə düzgün hesablanmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının 01 iyul 2017-ci il tarixdən əvvəlki xidmət müddəti üçün təminat xərcliyinin aylar nəzərə alınmaqla hesablanmasından imtina etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı hazırda qüvvədə olan qanunun geriyə qüvvəsi tətbiq olunaraq ona aylar nəzərə alınmaqla, 2017-ci ildən əvvəl xidmət etdiyi natamam ilin, yəni 4 ay, 5 günün nəzərə alınmaqla müvafiq təminat xərcliyinə əlavənin hesablanmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xidmət etdiyi natamam il, yəni 4 ay, 5 gün 01 iyul 2017-ci il tarixdən əvvəlki dövrə aid olduğundan, onun hesablanma qaydası da həmin hüquq münasibətinin mövcud olduğu vaxt qüvvədə olan normaya uyğun olmalıdır. Belə ki, hazırda qüvvədə olan qanun norması 01 iyul 2017-ci il tarixdən əvvəlki dövrdə mövcud olmuş hüquq münasibətlərinə tətbiq olunaraq iddiaçının iş stajı aylar nəzərə alınmaqla hesablana bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. - 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. - 7.3-ci maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. - 20.14.1-ci maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir. 01 iyul 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə hesablanır. Hazırki iş üzrə iddiaçının izahatından da aydın olur ki, o, hazırda qüvvədə olan qanun normasının geriyə qüvvəsinin tətbiq olunaraq 01 iyul 2017-ci il tarixədək qazanılmış iş stajının natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq, yəni 4 ay nəzərə alınmaqla hesablanmasını tələb etsə də, hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə ilə hesablanmasına razı deyil. Belə ki, iddiaçı həm 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş, həm də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun normalarının onun lehinə olan hissələrinin eyni anda tətbiq olunmasını tələb edir. Məhkəmə qeyd edir ki, qanun normasının geriyə qüvvəsinin tətbiq olunması şəxsin vəziyyətini yaxşılaşdıran hallarda mümkündür. İddiaçı hazırda qüvvədə olan qanun normasının geriyə qüvvəsinin yalnız öz vəziyyətini yaxşılaşdıran hissədə tətbiq olunmasını istəsə də, digər hissəyə münasibətdə bundan imtina edir. Qanun normasının geriyə qüvvəsinin qismən tətbiq olunması mümkün olmadığından cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin icrası mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlərə baxdığı zaman formalaşdırdığı hüquqi mövqeyə əsasən hüquq normalarının qüvvəsinin geriyə şamil edilməməsi normaların zaman baxımından tətbiqi ilə bağlı əsas ümumi prinsiplərdən biridir. Bu prinsip ümumən normanın qüvvəyə mindiyi tarixdən əvvəlki münasibətlərə tətbiqini qadağan etməklə, yeni tənzimləmənin ancaq qüvvəyə mindiyi tarixdən sonra yaranmış hadisələrə tətbiqini mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X2rşı “xidmət illərinə görə qazandığı 37 il əmək stajının illərlə və natamam illərin iş stajının ayların sayına görə düzgün hesablanması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81, 85 və 110.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X2rşı “xidmət illərinə görə qazandığı 37 il əmək stajının illərlə və natamam illərin iş stajının ayların sayına görə düzgün hesablanması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar