Məhkəmə qərarları › İş №2-1(122)-116/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-116/2024

22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-116/2024 22.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X5 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı məxsus Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 2 saylı məktəb binasının yaxınlığından keçən Nehrəm-Qızıl-Vəng avtomobil yolunun kənarında inşa olunmuş mağaza binasının qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 2 saylı məktəb binasının yaxınlığından keçən Nehrəm- Qızıl-Vəng avtomobil yolunun kənarında inşa olunmuş mağaza binasının qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclasları 25 iyun və 22 iyul 2024-cü il tarixlərə təyin olunmuş, bu barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. İddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, həmçinin 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmanın prosessual nəticələri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, o, məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə icraatı gedişində mübahisənin faktiki və hüquqi hallarının iddiaçı ilə müzakirə edilməsi məqsədilə ağlabatan vaxt təyin edilərək məhkəmə iclasları təxirə salınmış, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “İddiaçı məxsus Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 2 saylı məktəb binasının yaxınlığından keçən Nehrəm-Qızıl-Vəng avtomobil yolunun kənarında inşa olunmuş mağaza binasının qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Ona görə də iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. İddia geri götürülmüş hesab edildiyindən məhkəmə icraatı gedişinə dair digər məsələlərə baxılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “İddiaçı məxsus Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən 2 saylı məktəb binasının yaxınlığından keçən Nehrəm-Qızıl-Vəng avtomobil yolunun kənarında inşa olunmuş mağaza binasının qanunsuz olaraq söküldüyünə görə 50000 (əlli min) manat dəymiş zərərin və həmin torpaq sahəsinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar