Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1160/2023 06.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı "Naxçıvan MR Dövlət Əmlak Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 02 nömrəli reyestrlə mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən onun adına verilmiş Ordubad rayonu Vənənd kəndində yerləşən 12,0 kv. m mağazanın (qeyri-yaşayış sahəsinin) qanunsuz sökülməsinə görə 40.000 (qırx min) manat məbləğində kompensasiyanın, eyni zamanda 16 il ərzində qeyd edilən mağazanın işləməməsi nəticəsində məhrum olduğu 192.000 (yüz doxsan iki min) əldən çıxmış faydanın cavabdeh Ordubad Rayon icra Hakimiyyəti tərəfindən ona ödənilməsi, həmçinin müvafiq sərəncamla ona mağaza üçün ayrılmış həmin torpaq sahəsinin ona geri qaytarılması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Dövlət Əmlak Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 02 nömrəli reyestrlə mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən onun adına verilmiş Ordubad rayonu Vənənd kəndində yerləşən 12,0 kv. m mağazanın (qeyri-yaşayış sahəsinin) qanunsuz sökülməsinə görə 40.000 (qırx min) manat məbləğində kompensasiyanın, eyni zamanda 16 il ərzində qeyd edilən mağazanın işləməməsi nəticəsində məhrum olduğu 192.000 (yüz doxsan iki min) əldən çıxmış faydanın cavabdeh Ordubad Rayon icra Hakimiyyəti tərəfindən ona ödənilməsi, həmçinin müvafiq sərəncamla ona mağaza üçün ayrılmış həmin torpaq sahəsinin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 06 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 27 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə göndərərək Ordubad Rayon İcra Hakimiyyətinə qarşı Naxçıvan MR Dövlət Əmlak Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 02 nömrəli reyestrlə mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən onun adına verilmiş Ordubad rayonu Vənənd kəndində yerləşən 12,0 kv. m mağazanın (qeyri-yaşayış sahəsinin) qanunsuz sökülməsinə görə 40.000 (qırx min) manat məbləğində kompensasiyanın, eyni zamanda 16 il ərzində qeyd edilən mağazanın işləməməsi nəticəsində məhrum olduğu 192.000 (yüz doxsan iki min) əldən çıxmış faydanın cavabdeh Ordubad Rayon icra Hakimiyyəti tərəfindən ona ödənilməsi, həmçinin müvafiq sərəncamla ona mağaza üçün ayrılmış həmin torpaq sahəsinin ona geri qaytarılması ilə bağlı 2-1(122)-1160/2023 nömrəli iş üzrə iddia qaldırdığını, cavabdeh tərəfindən Vənənd kəndində 31 kv. metr torpaq sahəsi ilə təmin olduğu üçün iddiadan imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah olunduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının 27 sentyabr 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı "Naxçıvan MR Dövlət Əmlak Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 02 nömrəli reyestrlə mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən onun adına verilmiş Ordubad rayonu Vənənd kəndində yerləşən 12,0 kv. m mağazanın (qeyri-yaşayış sahəsinin) qanunsuz sökülməsinə görə 40.000 (qırx min) manat məbləğində kompensasiyanın, eyni zamanda 16 il ərzində qeyd edilən mağazanın işləməməsi nəticəsində məhrum olduğu 192.000 (yüz doxsan iki min) əldən çıxmış faydanın cavabdeh Ordubad Rayon icra Hakimiyyəti tərəfindən ona ödənilməsi, həmçinin müvafiq sərəncamla ona mağaza üçün ayrılmış həmin torpaq sahəsinin ona geri qaytarılması tələbi”nə dair iddiası üzrə İddiaçı 27 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 27 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı "Naxçıvan MR Dövlət Əmlak Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 02 nömrəli reyestrlə mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən onun adına verilmiş Ordubad rayonu Vənənd kəndində yerləşən 12,0 kv. m mağazanın (qeyri-yaşayış sahəsinin) qanunsuz sökülməsinə görə 40.000 (qırx min) manat məbləğində kompensasiyanın, eyni zamanda 16 il ərzində qeyd edilən mağazanın işləməməsi nəticəsində məhrum olduğu 192.000 (yüz doxsan iki min) əldən çıxmış faydanın cavabdeh Ordubad Rayon icra Hakimiyyəti tərəfindən ona ödənilməsi, həmçinin müvafiq sərəncamla ona mağaza üçün ayrılmış həmin torpaq sahəsinin ona geri qaytarılması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1160/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1160/2023
06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver