Məhkəmə qərarları › İş №2-1(122)-1160/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1160/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1160/2024 30.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "01 may 1994-cü ildə "xxxx" MMC-nin nəzdində onun üçün ayrılan 300 kv.m torpaq sahəsi və sexin tikintisi üçün xərclədiyi 50000 (əlli min) manat pulun ona ödənilməsini təmin edən öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 may 1994-cü ildə "xxxx" MMC-nin nəzdində onun üçün ayrılan 300 kv.m torpaq sahəsi və sexin tikintisi üçün xərclədiyi 50000 (əlli min) manat pulun ona ödənilməsini təmin edən öhdəliyin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 30 iyul 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı 2-1(122)-1160/2024 nömrəli işin məhkəmənin icraatında olduğunu, cavabdeh inzibati orqanla məhkəmədənkənar razılıq əldə etdiklərinə görə iddiadan imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 30 iyul 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçının iddiadan imtina barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "01 may 1994-cü ildə "xxxx" MMC-nin nəzdində onun üçün ayrılan 300 kv.m torpaq sahəsi və sexin tikintisi üçün xərclədiyi 50000 (əlli min) manat pulun ona ödənilməsini təmin edən öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı "01 may 1994-cü ildə "xxxx" MMC-nin nəzdində onun üçün ayrılan 300 kv.m torpaq sahəsi və sexin tikintisi üçün xərclədiyi 50000 (əlli min) manat pulun ona ödənilməsini təmin edən öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar