Məhkəmə qərarları › İş №2-1(122)-1169/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1169/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1169/2024 21.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “istifadəsində olmuş Babək rayonu, Nehrəm qəsəbəsinə yerləşən sahəsi 47.19 kv.m. olan tikinti materialları mağazasını və Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən çayxananın yenidən tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin tikinti materialları mağazasının və çayçının dəyəri olan 50.000 (əlli min manat) kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olmuş Babək rayonu, Nehrəm qəsəbəsinə yerləşən sahəsi 47.19 kv.m. olan tikinti materialları mağazasını və Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən çayxananın yenidən tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin tikinti materialları mağazasının və çayçının dəyəri olan 50.000 (əlli min manat) kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 21 avqust 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırdığını, iddia tələbindən imtina etdiyini, iddiadan imtina etməyin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 21 avqust 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçının nümayəndəsinin ərizəsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “istifadəsində olmuş Babək rayonu, Nehrəm qəsəbəsinə yerləşən sahəsi 47.19 kv.m. olan tikinti materialları mağazasını və Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən çayxananın yenidən tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin tikinti materialları mağazasının və çayçının dəyəri olan 50.000 (əlli min manat) kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə İddiaçı 21 avqust 2024-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 21 avqust 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “istifadəsində olmuş Babək rayonu, Nehrəm qəsəbəsinə yerləşən sahəsi 47.19 kv.m. olan tikinti materialları mağazasını və Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən çayxananın yenidən tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin tikinti materialları mağazasının və çayçının dəyəri olan 50.000 (əlli min manat) kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar