Məhkəmə qərarları › İş №2-1(122)-117/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-117/2020

22.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-117/2020 22.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1969-cu il tarixdə doğulmuş İddiaçı 20 nömrəli akt əsasında xx xxxxxx 1970-ci il tarixində verilmiş ölüm akt qeydinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il tarixdə doğulmuş İddiaçı 20 nömrəli akt əsasında xx xxxxxx 1970-ci il tarixində verilmiş ölüm akt qeydinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxxxxx 1969-cu il tarixində Sədərək (İliç rayon Sədərək kəndində) rayonunda anadan olmuş, xx xxxx 1969cu il tarixində, AZ nömrə ******* əsasında doğum haqqında şəhadətnamə verilmişdir. 1975-ci il tarixində Sədərək (İliç rayon Sədərək kəndində) rayonunda orta məktəbə getmiş, 1985-ci il tarixində həmin məktəbi bitirmiş, məktəbi bitirdikdən sonra Dəmirçi yerəvan Azərbaycanlı sovxoz texnikumuna qəbul olmuş, texnikumu bitirmədən, 1987-ci il tarixində hərbi xidmətə çağırılmış, 1989-cu il tarixində hərbi xidmətdən tərxis olunub gəlmişdir. Təhsilini 1990-cı il tarixində Salyan kənd Təsərrüfat texnikumunda bitirmiş, təhsilini bitirdikdən sonra Sədərək (İliç rayon Sədərək kəndində) rayonunda “oktyabrın 60 illiyi adına” Sədərək üzümçülük sovxozunda fəhlə olaraq işə başlamış və hazırda Sədərək (İliç rayon Sədərək kəndində) rayon baytarlıq idarəsində işləyir. 1990-cı il tarixində erməni qəsbkarları tərəfindən Sədərək (İliç rayon Sədərək kəndində) rayonunda hücum olunan zaman o, 1990-cı il tarixindən 1992-ci il tarixinədək müharibədə aktiv iştirak etmişdir. O, oğlu X1 təhsillə əlaqədar Sədərək rayon notariat kontorunda etibarnamə verən zaman ona bildirilmişdir ki, siz sistemdə xx xxxxxx 1970-ci il tarixindən ölü olaraq qeydiyyatdasınız. Bundan sonra Cavabdehnə müraciət etmiş, 20 nömrəli akt əsasında xx xxxxxx 1970-ci il tarixindən ölü olaraq qeydiyyatda dayandığı bildirilmişdir. O, övladının xaricdə təhsil alması ilə əlaqədar yaşaya-yaşaya ölü olduğunu bilmişdir. Hazırda övladı X1 etibarnamə verməlidir ki, təhsillə əlaqədar getsin təhsilini davam etdirsin. Lakin, onun sənəd üzərində ölü olaraq görsədilməsi onun bu hüquqdan məhrum edir. O, hal-hazırda yaşayır, yaşayış yeri Sədərək rayon Heydərabad qəsəbəsidir, iş yeri də Sədərək (İliç rayon Sədərək kəndində) rayon baytarlıq idarəsində işləyir, əlavə olaraq 2002-ci il tarixində nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan iki övladı doğulmuşdur. Yeni nəsil şəxsiyyət vəsiqəsi almışdır. xx xxxxxxx 2020-ci il tarixində ölüm haqqında akt qeydinin ləğv edilməsi barədə Cavabdehnə müraciət etmişdir. Lakin, ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı xx.xx.2020-ci ildə Cavabdehnə müraciət edərək adına tərtib edilmiş ölüm akt qeydinin ləğv edilməsini istəmişdir. Aparılan yoxlama nəticəsində müəyyən edilmişdir ki, xx.xx.1970-ci il tarixdə Şərur rayon Sədərək kənd İN tərəfindən tərtib olunan 20 nömrəli ölüm haqqında akta əsasən İddiaçı xx xxxxxx 1970-ci ildə Sədərək kəndində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 No-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən ölüm haqqında akt qeydinin ləğvi qeydiyyat şöbəsinin səlahiyyətinə aid olmadığından icrası mümkün deyil. İş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə mahiyyəti üzrə baxılması üçün şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə məktub göndərərək iştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə cavabdeh inzibati orqanın imtina məktubunu, qeydiyyatla bağlı arayışı, doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, НЗ seriyalı, ******* nömrəli həbi biletin surətini, НТ-İ seriyalı, 548253 nömrəli diplomun surətini, Vİİ-ЖГ seriyalı, 423410 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətini, 061713 nömrəli müharibə veteranı vəsiqəsinin surətini, xx xxxxxxx 2020-ci il tarixli, 325130 nömrəli ölüm haqqında arayışın surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, iş materiallarında olan:- - Cavabdeh İddiaçı ünvanlandığı xx xxxxxxx 2020-ci il tarixli, 54/02 nömrəli cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirilir. Göstərilənlərə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. -Sədərək Rayon İcra Hakimiyyətinin Heydərabad İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli, 10/293 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən Sədərək Rayonu, Heydərabad qəsəbəsində qeydiyyatda dayanır. - xx xxxx 1969-cu il tarixli, AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1969-cu il tarixdə doğulmuşdur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1969-cu il tarixdə doğulmuşdur.. - НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, xx xxxxxx 1969-cu il tarixdə doğulmuş İddiaçı 1987-ci ildən 1989-cu il tarixədək hərbi xidmətdə olmuşdur. - АК seriyalı, 102415 nömrəli orta təhsil haqqında attestatın surətindən müəyyən olunur ki, 1969-cu il tarixdə İliç rayonunun Sədərək kəndində anadan olmuş İddiaçı 1985ci il tarixdə Naxçıvan MSSR, İliç rayonu, Sədərək kənd 2 nömrəli orta məktəbin tam kursunu bitirmişdir. - НТ-İ seriyalı, 548253 nömrəli diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1985ci ildə Azərbaycan SSR Dövlət Aqrar - Sənaye komitəsinin F.Ə.Məlikov adına X5 Texnikumuna daxil olmuş və 1990-cı ildə həmin texnikumu zootexnik ixtisası üzrə tam kursu bitirmişdir. - Vİİ-ЖГ seriyalı, 423410 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx xxxxxx 1969-cu il tarixdə doğulmuş İddiaçı ilə X2 arasında xx xxxxxx 2002-ci ildə nikah bağlanmışdır. - 061713 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən müəyyən olunur ki, xx xxx 2001-ci il tarixdə İddiaçı müharibə veteranı vəsiqəsi verilmişdir. - Azərbaycan SSR Dövlət Aqrar –Sənaye komitəsinin F.Ə.Məlikov adına X5 Texnikumunun xx xxxxxxx 1989-cu il tarixli, 10532 nömrəli tələbə biletinin surətindən müəyyən olunur ki, İddiaçı həqiqətən texnikumun tələbəsi olmuşdur. - xx xxxxxxx 2020-ci il tarixli, 325130 nömrəli ölüm haqqında arayışından müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1970-ci il tarixdə Şərur rayonu, Sədərək kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli, 75/02 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdehnə ünvanlanan xx.xx.2020-ci il tarixli, 2-1(122)-117/2020 nömrəli sorğuda İddiaçı müraciəti əsasında Cavabdehndə aparılmış araşdırmanın bütün materiallarını (məhkəməyədək inzibati icraat materiallarım, o cümlədən ölüm akt qeydinin aparılmasına dair ilkin sənədləri və ölüm haqqında şəhadətnaməni) məhkəməyə təqdim etməyi qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimata 15 No-li əlavənin 59-cu bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamələr və məhkəmə tibb ekspertizasının rəyləri 1 il müddətində arxivdə saxlanılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8-ci bəndinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. İş materiallarına əlavə olunmuş 20 nömrəli ölüm haqında akt qeydinin surətindən müəyyən olunur ki, xx xxxxxx 1969-cu il tarixdə doğulmuş İddiaçı xx xxxxxx 1970-ci il tarixdə Naxçıvan MSSR, İliç rayonu, Sədərək kəndində ölmüş və onun barəsində A-HE seriyalı, 325130 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Həmin Qaydanın 8.1, 8.6, 8.14 və 8.15-ci bəndlərində nəzərdə tutulmuşdur ki, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. İşin hallarından məlum olur ki, ölüm haqqında məlumat akt kitabında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılmalı olduğu halda, İddiaçı adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. İddiaçı barəsində Cavabdehndə xx xxxxxx 1970-ci il tarixli, 20 nömrəli ölüm akt qeydi olmasına baxmayaraq, iddiaçı barəsində xx xxxxxx 2002-ci il tarixdə nikaha daxil olması qeydlər aparılaraq şəhadətnamə verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və xx.xx.1969-cu il tarixdə doğulmuş İddiaçı 20 nömrəli akt əsasında xx xxxxxx 1970-ci il tarixində verilmiş ölüm akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nətcəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 58.1, 58.7, 68, 69, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. xx.xx.1969-cu il tarixdə doğulmuş İddiaçı 20 nömrəli akt əsasında xx xxxxxx 1970-ci il tarixində verilmiş ölüm akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. İddia tələbi təmin olunduğundan ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçısı tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar