Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1170/2023 11.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, iddiaçılar Abdullayev Vüqar Salman oğlunun və Abdullayev Salman Behtulla oğlunun (eyni zamanda Abdullayev Vüqar Salman oğlunun nümayəndəsi) cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb onlara verilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar Abdullayev Vüqar Salman oğlu və Abdullayev Salman Behtulla oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb onlara verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 11 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı və digər iddiaçı Abdullayev Vüqar Salman oğlunun nümayəndəsi Abdullayev Salman Behtulla oğlu məhkəməyə 21 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Culfa Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan Culfa şəhərində yerləşən mağazanın qanunsuz sökülməsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah edildiyini bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Abdullayev Salman Behtulla oğlu iddiadan imtina barədə məhkəməyə 28 sentyabr 2023-cü il tarixli eyni məzmunlu ərizə də göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Abdullayev Salman Behtulla oğlunun ərizələrini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizələri təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar Abdullayev Vüqar Salman oğlunun və Abdullayev Salman Behtulla oğlunun (eyni zamanda Abdullayev Vüqar Salman oğlunun nümayəndəsi) cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb onlara verilməsi tələbi”nə dair iddiası üzrə iddiaçı Abdullayev Salman Behtulla oğlunun 21 sentyabr və 28 sentyabr 2023-cü il tarixli ərizələri təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Abdullayev Salman Behtulla oğlunun 21 sentyabr və 28 sentyabr 2023-cü il tarixli ərizələri təmin edilsin. İddiaçılar Abdullayev Vüqar Salman oğlunun və Abdullayev Salman Behtulla oğlunun (eyni zamanda Abdullayev Vüqar Salman oğlunun nümayəndəsi) cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “onlara dəymiş ziyanın Culfa Rayon İcra Hakimiyyətindən alınıb onlara verilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1170/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1170/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver