Məhkəmə qərarları › İş №2-1(122)-1177/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1177/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1177/2025 22.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və DSMF-Naxçıvan MR üzrə qarşı "ŞRTŞ tərəfindən 2008-ci ilə dair sığortalı məlumatlarının dürüstləşdirilmiş Forma B3 üzrə elektron qaydada DSMF-yə təqdiminə və DSMF tərəfindən qəbul olunduğuna dair rəsmi təsdiqin alınmasına məcbur edilməsi, DSMF tərəfindən 2008-ci il üzrə məbləğlərin iddiaçının fərdi şəxsi hesabına (SSN **********892) yazılması, başqa hesabda düşən vəsaitlərin barışdırma aktı ilə transferi, düzəlişdən sonra pensiya kapitalının indeksləşdirilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2024 tarixindən bu günədək ödənilməmiş aylıq fərqlərin tam ödənilməsi, müraciətlərə qanuni müddətdə cavab verilməməsinin aradan qaldırılması üçün qısa müddətdə cavab verilməsi barədə göstəriş, məhkəmə və nümayəndəlik xərclərinin cavabdehlərin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və DSMF-Naxçıvan MR üzrəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ŞRTŞ tərəfindən 2008-ci ilə dair sığortalı məlumatlarının dürüstləşdirilmiş Forma B3 üzrə elektron qaydada DSMF-yə təqdiminə və DSMF tərəfindən qəbul olunduğuna dair rəsmi təsdiqin alınmasına məcbur edilməsi, DSMF tərəfindən 2008-ci il üzrə məbləğlərin iddiaçının fərdi şəxsi hesabına (SSN **********892) yazılması, başqa hesabda düşən vəsaitlərin barışdırma aktı ilə transferi, düzəlişdən sonra pensiya kapitalının indeksləşdirilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2024 tarixindən bu günədək ödənilməmiş aylıq fərqlərin tam ödənilməsi, müraciətlərə qanuni müddətdə cavab verilməməsinin aradan qaldırılması üçün qısa müddətdə cavab verilməsi barədə göstəriş, məhkəmə və nümayəndəlik xərclərinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci il üzrə ŞRTŞ tərəfindən DSMF-yə illik Forma B3-də adım qeyd olunmadığından həmin il üzrə fərdi şəxsi hesabımda (SSN **********892) yığım görünmür. DSMF-nin xx.xx.2024-cü il tarixli məktubu ilə bu hal ona rəsmi bildirilmişdir. ŞRTŞ xx.xx.2025-ci il tarixində Forma B3 tərtib edib adı və SSN-ilə, illik cəmi 1403,62 AZN xx.xx.2024-cü il tarixindən ona əmək pensiyası təyin olunmuşdur. 2008-ci ilin göstəriciləri sistemdə görünmədiyindən aylıq pensiya məbləği az hesablanmışdır. Rəsmi məktubu xəbərnaməli poçtla göndərmişdir. DSMF tərəfindən məktub xx.xx.2025-ci il tarixində qəbul edilib və xx.xx.2025-ci il tarixində cavab verilmişdir. Naxçıvan MR Təhsil Nazirliyi xx.xx.2025-ci il tarixində qəbul edib, cavab yoxdur. ŞRTŞ xx.xx.2025-ci il tarixində qəbul edib, cavab yoxdur. X1 xx.xx.2025-ci il tarixində qəbul edib, cavab yoxdur. DSMF məsləhətçisi işəgötürənin 2008-ci il üzrə vəsaitləri DSMF-yə köçürdüyünü, lakin texniki hesabat xətasına görə adının sistemdə əks olunmadığını bildirmişdir. ŞRTŞ-nin kağız B3-ü DSMF sisteminə daxil edilmir, elektron düzəliş işəgötürən-DSMF xətti ilə aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 22 yanvar 2026-cı il tarixə təyin edilərək məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq iddia ərizəsində iddia tələbinin aydın ifadə olunmadığı, məhkəmənin adının səhv qeyd edildiyini, iki fərqli cavabdehin göstərildiyini, həmçinin cavabdehlərdən birinin adının DSMF-Naxçıvan MR üzrə kimi qeyd edilməklə, səhv göstərildiyini, belə olan halda hüquqlarının və qanunla qorunan maraqlarının hansı cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etməyin mümkün olmadığı bildirilmiş, yol verilmiş formal xətaların aradan qaldırılması, iddia tələbinin və cavabdeh orqanın dəqiqləşdirilməsi təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən hüquqi yardım məktubunda göstərilən hallarla bağlı heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı göndərilən yardım məktublarından xəbərdar olduğunu, hazırki tələb üzrə işə baxılmasını istədiyini, iddiasının 2008-ci il yığımlarının B3 hesabına yığılmaması ilə bağlı olduğunu bildirib, təhsil şöbəsinə hansısa vasitə ilə, müraciətlə və ya tələb qoyularaq pozulmuş hüquqlarının düzəldilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəməyə daxil olmuş iddia ərizəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, iddia ərizəsində iddia tələbi aydın ifadə edilməmiş, iki fərqli cavabdeh göstərilmişdir. Hansı cavabdehə qarşı hansı tələbin irəli sürüldüyü müəyyən edilməmişdir. Həmçinin iddia ərizəsində məhkəmənin adı Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsi, cavabdeh inzibati orqanlardan birinin adı “DSMF-Naxçıvan MR üzrə” kimi qeyd edilməklə düzgün göstərilməmiş, cavabdeh inzibati orqanların ünvanları qeyd edilməmişdir. Bununla da iddiaçı məhkəmədə iddianı lazımi qaydada qaldırmamışdır. Hazırkı iş üzrə iddiaçı məhkəmədən cavabdehlər Cavabdeh1nə və DSMF-Naxçıvan MR üzrəyə qarşı ŞRTŞ tərəfindən 2008-ci ilə dair sığortalı məlumatlarının dürüstləşdirilmiş Forma B3 üzrə elektron qaydada DSMF-yə təqdiminə və DSMF tərəfindən qəbul olunduğuna dair rəsmi təsdiqin alınmasına məcbur edilməsi, DSMF tərəfindən 2008-ci il üzrə məbləğlərin iddiaçının fərdi şəxsi hesabına (SSN **********892) yazılması, başqa hesabda düşən vəsaitlərin barışdırma aktı ilə transferi, düzəlişdən sonra pensiya kapitalının indeksləşdirilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2024 tarixindən bu günədək ödənilməmiş aylıq fərqlərin tam ödənilməsi, müraciətlərə qanuni müddətdə cavab verilməməsinin aradan qaldırılması üçün qısa müddətdə cavab verilməsi barədə göstəriş, məhkəmə və nümayəndəlik xərclərinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmadığından və iddiaçının tələbi aydın ifadə olunmadığından məhkəmə tərəfindən iddiaçının hazırki iddia tələbi üzrə hüquqi marağının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən yardım məktubunda göstərilən hallarla bağlı hər hansı tədbir görülməmişdir. Eyni zamanda məhkəmə iclaslarında iddiaçıya bilavasitə hüquqi yardım edilsədə iddiaçı təqdim etdiyi ərizə üzrə işə baxılmasında xahiş etmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah olunur ki, aydın ifadə olunmuş tələblə ilkin olaraq həmin tələbə cavab verməli olan orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edildiyi təqdirdə, iddiaçı yeni iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1nə və DSMF-Naxçıvan MR üzrə qarşı "ŞRTŞ tərəfindən 2008-ci ilə dair sığortalı məlumatlarının dürüstləşdirilmiş Forma B3 üzrə elektron qaydada DSMF-yə təqdiminə və DSMF tərəfindən qəbul olunduğuna dair rəsmi təsdiqin alınmasına məcbur edilməsi, DSMF tərəfindən 2008-ci il üzrə məbləğlərin iddiaçının fərdi şəxsi hesabına (SSN **********892) yazılması, başqa hesabda düşən vəsaitlərin barışdırma aktı ilə transferi, düzəlişdən sonra pensiya kapitalının indeksləşdirilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2024 tarixindən bu günədək ödənilməmiş aylıq fərqlərin tam ödənilməsi, müraciətlərə qanuni müddətdə cavab verilməməsinin aradan qaldırılması üçün qısa müddətdə cavab verilməsi barədə göstəriş, məhkəmə və nümayəndəlik xərclərinin cavabdehlərin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1nə və DSMF-Naxçıvan MR üzrəyə qarşı "ŞRTŞ tərəfindən 2008-ci ilə dair sığortalı məlumatlarının dürüstləşdirilmiş Forma B3 üzrə elektron qaydada DSMF-yə təqdiminə və DSMF tərəfindən qəbul olunduğuna dair rəsmi təsdiqin alınmasına məcbur edilməsi, DSMF tərəfindən 2008-ci il üzrə məbləğlərin iddiaçının fərdi şəxsi hesabına (SSN **********892) yazılması, başqa hesabda düşən vəsaitlərin barışdırma aktı ilə transferi, düzəlişdən sonra pensiya kapitalının indeksləşdirilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2024 tarixindən bu günədək ödənilməmiş aylıq fərqlərin tam ödənilməsi, müraciətlərə qanuni müddətdə cavab verilməməsinin aradan qaldırılması üçün qısa müddətdə cavab verilməsi barədə göstəriş, məhkəmə və nümayəndəlik xərclərinin cavabdehlərin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar