Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1178/2024 08.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X24 Heydər oğlunun sədrliyi, X25 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 17 noyabr 1977-ci ildən 06 dekabr 1979-cu ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər qismində müddətli həqiqi hərbi xidmət keçmişdir. 1976-cı ildə əmək fəaliyyətinə başlamış, daha sonra hərbi xidmətdə olmuş və 1998-ci ilə qədər əmək fəaliyyətini davam etdirmişdir. 1980-ci ildən 1998-ci ilə qədər Qarabağlar kənd K.Marks adına Sovxozda işləmişdir. 2010-cu ildən 2018-ci ilə qədər mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bunu təsdiqləyən qəbzləri də işə əlavə etmişdir. İddiaçı ona əmək pensiyasının təyin olunması ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şöbəsinə müraciət etsə də, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 17 nömrəli qərarı ilə qanunvericiliklə tələb olunan şərtlər ödənilmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 17 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun iddiaya dair məhkəməyə ünvanlanan 15 iyul 2024-cü il tarixli yazılı münasibəti onunla əsaslandırılmışdır ki, xx xxxx 1959-cu il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikasının, Kəngərli Rayonu, Qarabağlar kəndində yaşayan İddiaçı 17 may 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin 29 may 2024-cü il tarixli, 17 nömrəli qərarı ilə iddiaçıya əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının ümumi sığorta stajının Qanunla tələb olunan 25 ildən az, yəni 5 il 5 ay 19 gün olduğu və ya tələb olunan 40.320 manat pensiya kapitalına qarşı iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış 5453,09 manat pensiya kapitalının olduğu göstərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Kəngərli Rayon il tarixli, 3-43-73/3-2-86/2024 nömrəli arayışına əsasən, Kəngərli Rayon Xok kənd sakini 1959- cü il təvəllüdlü İddiaçı xx.xx.1977-ci ildən, xx.xx.1979-cu ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli, 13/731 nömrəli arayışda İddiaçı xx.xx.1980-cı il tarixli 15 “s” nömrəli əmrlə 101 nömrəli PMK-ya İİİ dərəcəli çilingər qəbul edilməsi, əmr kitabları 1990-cı il tarixədək olduğundan işdən azad olunmağı barədə hər hansı məlumata rast gəlinmədiyi göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli, 13/731 nömrəli digər arayışda İddiaçı 101 nömrəli PMK-da işlədiyi və xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək əmək haqqı aldığı göstərilmişdir. Kəngərli Rayon Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli, 25 nömrəli arayışda İddiaçı Qarabağlar kənd K.Marks adına sovxozda işlədiyi və 1976-cı il tarixdə 1 ay, 1977-ci il tarixdə 5 ay, 1996-cı il tarixdə 8 ay, 1997-ci il tarixdə 8 ay, 1998-ci il tarixdə 7 ay əmək haqqı aldığı göstərilmişdir. Arayışda 1996-cı, 1997-ci, 1998-ci illərin əməkhaqqı kitablarında İddiaçı adının, soyadının, ata adının və rəqəmlərin fərqli qələmlə yazıldığı qeyd edilmişdir. Həmçinin iddiaçı tərəfindən əmək pensiyası təyin edilməsi üçün Fondun pensiya təyin edən şöbəsinə əmək kitabçası təqdim edilməmişdir. Beləliklə, iddiaçının hərbi xidmətdə olduğu və arxiv arayışlarına əsasən işlədiyi müddətləri cəmlədikdə onun 5 il 5 ay sığorta stajı olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının tələb olunan 25 ilə qarşı 5 il 5 ay sığorta stajı olduğu və ya tələb olunan 40.320 manat pensiya kapitalına qarşı onun 5.458,09 manat pensiya kapitalı olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçı təqdim etdiyi JN-182 nömrəli, (KOD ********) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1999-cu il tarixli, 07 nömrəli qərarına əsasən 0,61 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi Şərur Rayon, Qarabağlar kənd sakini İddiaçı və onun ailə üzvləri X5, X10, X11 və X13 mülkiyyətinə verilmişdir. İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə 2010-cu, 2011- ci, 2013cü, 2014-cü və 2015-ci illərin müxtəlif aylarında ümumilikdə 150,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1 Sistemində (MEİS) öz əksini tapmamışdır. Həmçinin iddiaçı X1 Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh İddiaçı “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 17 nömrəli qərarının ləğv edilməsi” tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 23 iyul 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 17 nömrəli qərarının ləğv edilməsi” barədə iddia qaldırdığını, iddia tələbini “ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23 iyul 2024-cü il tarixli, 2-1(122)-1178/2024 nömrəli protokol qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 08 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 etirazda yazılanlara uyğun olaraq izahat verərək müvafiq qərar verilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 3-17-9-1/2-Ə-4654/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5458,09 manat pensiya kapitalının tələb olunan 40320 manat pensiya kapitalından az olduğundan, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və qanunla nəzərdə tutulan 25 il sığorta stajının olmadığından ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminat şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 29 may 2024cü il tarixli, 17 nömrəli qərarından məlum olur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 13/731 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı xx.xx.1980-cı il tarixli 15 “s” №-li əmrlə İİİ dərəcəli çilingər qəbul edilməsi əmr kitabında göstərilmişdir. Əmr kitabları 1990-cı ilə qədərdir və işdən azad olunması haqqında hər hansı bir məlumata rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 13/731 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 101 №-li PMK-da işləmiş 1991-ci il tarixdə müvafiq aylar üzrə əmək haqqı almışdır.(Əməkhaqqı kitabları 1991-ci ilə qədərdir. Növbəti illərə dair əməkhaqqı kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir). - Kəngərli rayon Dövlət Arxivi tərəfindən verilmiş 17 may 2024-cü il tarixli, 25 nömrəli arxiv arayışından məlum olur ki, Əsgərov X2 K.Marks adına sovxozda işləmiş və müvafiq aylarda əmək haqqı almışdır. (1996,1997,1998-ci illərin əməkhaqqı kitablarında adı, soyadı, ata adı və rəqəmlər fərqli qələmlə yazılmışdır). - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin 15 may 2024-cü il tarixli, 3-43-73/3-2-86/2024 nömrəli arayışından məlum olur ki, 1959-cü il təvəllüdlü İddiaçı 17 noyabr 1977-ci ildən 06 dekabr 1979-cu ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər qismində müddətli həqiqi hərbi xidmət etmişdir. - ünvan 3si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli, 149/24 nömrəli arayışdan məlum olur ki, Əsgərov X16 rayon Qarabağlar kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. - ünvan 3si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli, 150/24 nömrəli arayışdan məlum olur ki, İddiaçı X14 (arvadı), X22 (oğlu), X21 (oğlu), X18 (qızı) tərkibdən ibarət ailə üzvləri vardır. - JN-182, KOD 10209018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1999-cu il tarixli, 07 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvləri X8, X12, X19, və X4 təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.61 hektar torpaq sahəsi verilmişdir. - xx.xx.2010-cu il tarixli, 468303 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 470404 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 473158 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 474544 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 471177 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 472833 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 477857 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 023286 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 024933 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2010-cu il tarixli, 025674 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 026547 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 028577 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 029432 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 2 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 033294 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 034266 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 035105 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 037216 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 038204 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 038858 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2011-ci il tarixli, 040118 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2012-ci il tarixli, 040926 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 5 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2012-ci il tarixli, 042559 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2012-ci il tarixli, 044324 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2012-ci il tarixli, 045319 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2012-ci il tarixli, 87 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2012-ci il tarixli, 108 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2012-ci il tarixli, 19 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2012-ci il tarixli, 50 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2012-ci il tarixli, 41 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2013-cü il tarixli, 34 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2013-cü il tarixli, 47 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2013-cü il tarixli, 61 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2013-cü il tarixli, 48 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2013-cü il tarixli, 32 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2013-cü il tarixli, 8 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2013-cü il tarixli, 5 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2013-cü il tarixli, 116 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 12 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2014-cü il tarixli, 99 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 9 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2014-cü il tarixli, 79 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2014-cü il tarixli, 130 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 10 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2014-cü il tarixli, 14 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 9 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2015-ci il tarixli, 18 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 18 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2015-ci il tarixli, 135 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 6 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2016-cı il tarixli, 121 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 15 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - xx.xx.2018-ci il tarixli, 68 nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən 6 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. - 3.0 və 3.0.1- ci maddələrinə görə dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması prinsipləri əsasında təşkil edilir. - 4.1- ci maddəsinə görə fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. -18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının X1 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi haqqında Əsasnamə”nin: -2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. -2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş üzrə əsas mübahisəli məsələlər iddiaçının ümumi siğorta stajının qanunla nəzərdə tutulan müddətdən az olması və onun mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabında (X7 Sistemində) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan qeyd edilən arqumentləri əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaya dair etiraz edərkən iddiaçının adından ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1 Sistemində (MEİS) öz əksini tapmaması, həmçinin iddiaçının X1 Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmaması əsası ilə çıxış etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh etirazında 2010-cu il tarixdən 2018ci il tarixədək mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə öz adına ümumilikdə 150,0 (əslində 187.0) manat məbləğində məcburi dövlət sosial sığorta haqqını iddiaçıdan qəbul etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı həmin pul məbləğlərini buna səlahiyyəti olan müvafiq orqana təqdim etməklə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı qanunvericiliyin onun üzərinə qoyduğu vəzifəni yerinə yetirmişdir ki, bu hal özü-özlüyündə cavabdehin dəlillərinin əsassızlığını sübut edir. İddiaçının X1 Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmaması yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmamalıdır və bu hal da iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən pensiya hüququnun pozulmasına səbəb olmamaqla onun əleyhinə şərh edilməməlidir. İddiaçı paylı mülkiyyətçisi olduğu kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutu məhkəməyə təqdim etdiyindən ödənişin elektron sistemdə öz əksini tapmaması da iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələrini doğurmamalıdır. İddiaçı müvafiq dövrdə torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi təqdim etməklə aidiyyəti qurumda uçota durmasa da, yuxarıda qeyd olunan pul vəsaitini təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənədlər mövcuddur. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və yuxarıda qeyd olunan hüquq normalarının tətbiqi baxımından vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Bu qərarda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmaqla, onun hüquqlarını pozmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-1178/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1178/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver