Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1189/2025 10.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinə qarşı “Naxçıvan MR Ədliyyə Nazirliyinin Şahbuz Rayon Qeydiyyat Şöbəsində xx.xx.1957-ci il tarixli, 81 nömrəli doğum akt qeydində ana ad qrafasında anasının soyadının Məmmədovadan dəyişdirilərək “Əliyeva” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Şahbuz Rayon Qeydiyyat Şöbəsində onun doğum akt qeydində X4 yazılmış mərhum anasının soyadı dəyişdirilərək “Əliyeva” qeyd olunmaqla “X18” qızı kimi yazılması öhdəliyinin cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, mərhum anası X12 20 avqust 2021-ci il tarixdə “beyin infarktı” nəticəsində vəfat etmişdir. Mərhum anası X12 1950-1960cı illərdə X5 ilə qeyri-rəsmi nikahda olmuşdur. Həmin qeyri-rəsmi nikahdan övladları 20 oktyabr 1955-ci il təvəllüdlü mərhum qardaşı X14 və xx xxxxxxx 1957-ci il tarixdə o, Ələkbərova (Məmmədova) Xanım Arif qızı doğulmuşdur. Mərhum anası X12 vəfat etdikdən sonra Naxçıvan MR Şahbuz rayonu, Güney Qışlaq kəndində 116.6 kv.m olan daşınmaz əmlak miras qalmışdır. Həmin miras qalmış daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı mərhum anasının subaylıq haqqında arayışı tələb olunmuşdur ki, o, bununla bağlı Şahbuz Rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Şahbuz Rayon Qeydiyyat şöbəsinin 21 oktyabr 2025-ci il tarixli məktubunda 15 dekabr 1957-ci il tarixdə tərtib olunmuş 81 nömrəli doğum akt qeydinin ana məlumat qrafasında X1 Məmmədova soyadından Əliyeva soyadına düzəliş edilməsi barədə Şahbuz Rayon Qeydiyyat Şöbəsinin arxivində və avtomatlaşdırılmış elektron sistemində X1 Məmmədova soyadından Əliyeva soyadına dəyişməsi ilə bağlı bir akt qeydi aşkar edilməmişdir. Qeyd edilən doğum akt qeydi nikahsız, tək ana ərizəsi əsasında aparıldığı qeyd olunmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən müddəaları”na əsasən X1 Əliyeva soyadına dəyişdirilməsi Qeydiyyat şöbəsinin səlahiyyətinə aid olmadığından akt qeydində düzəlişlə bağlı məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Həmçinin 19 avqust 2025-ci il tarixli subaylıq haqqında arayışda mərhum anasının adı, soyadı və ata adı X12 olaraq qeyd edilmişdir. O da doğum haqqında çıxarışında yazılmış anası X1 dəyişdirilərək “Əliyeva” yazılmaqla “X18” qızı kimi yazılması barədə doğum akt qeyd kitabında düzəlişlər olunmasını istəyir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Naxçıvan MR Ədliyyə Nazirliyinin Şahbuz Rayon Qeydiyyat Şöbəsində onun doğum akt qeydində X4 yazılmış mərhum anasının soyadı dəyişdirilərək “Əliyeva” qeyd olunmaqla “X18” qızı kimi yazılması öhdəliyinin cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 18 noyabr 2025-ci il tarixli, 3-16-5/8-13-393/2025 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Şahbuz rayon qeydiyyat şöbəsinin arxivində və Azərbaycan Respublikası Ədliyyə nazirliyinin avtomatlaşdırılmış elektron sistemində X1 Məmmədova soyadından Əliyeva soyadına dəyişməsi ilə bağlı heç bir akt qeydi aşkar edilməmişdir. Qeyd edilən doğum akt qeydi nikahsız, tək ana ərizəsi əsasında aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən X1 Məmmədova soyadından Əliyeva soyadına dəyişdirilməsi qeydiyyat şöbəsinin səlahiyyəti daxilində deyildir. İşə qanuni nəticə verilməsini xahiş edilmişdir. 18 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək iddia tələbinin “Naxçıvan MR Ədliyyə Nazirliyinin Şahbuz Rayon Qeydiyyat Şöbəsində xx.xx.1957-ci il tarixli, 81 nömrəli doğum akt qeydində ana ad qrafasında anasının soyadının Məmmədovadan dəyişdirilərək “Əliyeva” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci tarixli, 2-1(122)-1189/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 mart 2026-cı il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 30 yanvar 2026-cı il tarixli ərizə göndərərək səhhətində yaranmış problemlə (Beyin qan dövranının pozğunluğu (hemorragik insultdan sonrakı vəziyyət) bağlı Şahbuz şəhərindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə gəlibqayıtmaqda çətinlik çəkdiyi üçün təyin olunmuş məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən Şahbuz şəhər sakini İddiaçı ünvanlanmış 21 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-13-368/2025 nömrəli məktubdan görünür ki, Şahbuz rayon qeydiyyat şöbəsi Kükü kənd icra nümayəndəliyində xx.xx.1957ci il tarixində tərtib edilmiş 81 nömrəli doğum akt qeydinin ana məlumat qrafasında X1 Məmmədova soyadından Əliyeva soyadına düzəliş edilməsi barədə xx.xx.2025-ci il tarixli ərizənizlə əlaqədar olaraq bildirir ki, Şahbuz rayon qeydiyyat şöbəsinin arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin avtomatlaşdırılmış elektron sistemində X1 Məmmədova soyadından Əliyeva soyadına dəyişməsi ilə bağlı heç bir akt qeydi aşkar edilməmişdir. Qeyd edilən doğum akt qeydi nikahsız, tək ana ərizəsi əsasında aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən X1 Məmmədova soyadından Əliyeva soyadına dəyişdirilməsi qeydiyyat şöbəsinin səlahiyyəti daxilində deyildir. Akt qeydinə düzəlişlə bağlı məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. - 08 oktyabr 1981-ci il tarixli, İ-ЖГ seriyalı, 492844 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, 24 yanvar 1954-cü il təvəllüdlü X8 ilə 15 dekabr 1957-ci il təvəllüdlü X13 08 oktyabr 1981-ci il tarixdə nikah bağlamışlar. Nikahın bağlanmasından sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 13 nömrə ilə qeyd edilmişdir. - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 avqust 2021-ci il tarixdə tərtib edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə Şahbuz rayon G.Qışlaq kəndində beyin infarktı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 88 nömrə ilə qeyd edilmişdir. - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli, 05/09İS/097590-25 nömrəli arayışdan məlum olur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. X12 (doğum tarixi: xx.xx.1932) öldüyü xx.xx.2021ci il tarixədək subay olmuşdur. - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2025-ci il tarixli, 265717 nömrəli doğum akt qeydindən çıxarışdan məlum olur ki, X14 xx.xx.1955-ci il tarixdə Şahbuz rayon Remeşin kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1955-ci il tarixdə 56-cı səhifəsində qeydiyyat aparılmışdır. Doğum akt qeydində ata adı qrafası boş, ana adı X10, valideynin milliyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2025-ci il tarixli, 426329 nömrəli doğum akt qeydindən çıxarışdan məlum olur ki, X13 xx.xx.1957-ci il tarixdə Şahbuz rayon Remeşin kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1957-ci il tarixdə 81-ci səhifəsində qeydiyyat aparılmışdır. Doğum akt qeydində ata adı qrafası boş, ana adı X10, valideynin milliyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - Şahbuz Rayon İcra Hakimiyyətinin Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2025-ci il tarixli, 3/647 nömrəli arayışdan görünür ki, Şahbuz şəhər sakini İddiaçın Şahbuz şəhəri, Ordubadi küçəsi, ev 5 ünvanında pasport qeydiyyatında dayanır və yaşayır. - Şahbuz Rayon Polis Şöbəsi tərəfindən 27 may 2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1957-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayon Y.Remeşin kəndində doğulmuş İddiaçı ünvan 5 ünvanında pasport qeydiyyatındadır. İddaçının mərhum anasına məxsus hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bank kartının surətlərində soyadı “Əliyeva” kimi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 yanvar 2026-cı il tarixli, 3-13-43/2-407/2026 nömrəli məktubdan aydın olur ki, xx.xx.1932-ci il təvəllüdlü X12 ilk dəfə xx.xx.2003-cü il tarixdə Şahbuz RPŞ tərəfindən “AZE-00575464” nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Vətəndaşa məxsus olmuş “AZE00575464” nömrəli şəxsiyyət vəsiqəsi Şahbuz RPŞ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən xx.xx.2021-ci il tarixdə "ölüm” səbəbilə deaktivləşdirilmişdir. X9 Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu ilə təmin olunmasına dair məlumat aşkar edilməmişdir. - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 06 yanvar 2026-cı il tarixli, 3-16-5/8-xx-xx/2026 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazırliyinin rayon(şəhər) qeydiyyat şöbələrində işlərin nomenklaturasının 05/24 bəndinə əsasən doğum haqqında şəhadətnamələr, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilmiş digər sənədlərin saxlanılma müddəti bir il nəzərdə tutulduğundan Şahbuz rayon qeydiyyat şöbəsinin arxivində X19 qizinın doğumunun qeydiyyatı ilə bağlı heç bir sənəd aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş xx.xx.1957-ci il tarixli, 81 nömrəli doğum akt qeydinin surətindən məlum olur ki, X13 xx.xx.1957-ci il tarixdə Şahbuz rayon Remeşin kəndində anadan olmuşdur. Doğum akt qeydində ata adı qrafası boş, ana adı X10, valideynin milliyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 yanvar 2026-cı il tarixli, 3-13-43/2-760/2026 nömrəli məktubdan görünür ki, İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 13.1-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. - 13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: - 13.2.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın - 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. - 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. - 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, xx.xx.1957-ci il tarixli, 81 nömrəli doğum akt qeydində iddiaçının mərhum anası X3 qrafasında yanlışlıqla “Əliyeva” əvəzinə “Məmmədova” yazılmışdır. İş materiallarında olan iddiaçıya məxsus doğum haqqında akt qeydindən çıxarışda iddiaçının mərhum anası X2 “Məmmədova” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - X7 məxsus olmuş şəxsiyyət vəsiqələrində, ölüm akt qeydində, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bank kartının surətlərində soyadı “Əliyeva” kimi göstərilmişdir. Həmçinin iş materiallarından aydın olur ki, X9 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının mərhum anasının soyadının nikahdan sonra “Məmmədova” kimi dəyişdirilməsi üçün faktiki və hüquqi əsas mövcud deyildir. Müəyyən olunmuşdur ki, iddiaçının doğum haqqında akt qeydində mərhum anasının soyadının “Məmmədova” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində, o cümlədən mərhum anasının ölümündən sonra qalmış mirasın qəbul edilməsində maneələr yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum haqqında akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən Qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı doğum haqqında akt qeydində (iddiaçının mərhum anasının soyadına münasibətdə) düzəlişin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinə qarşı “Naxçıvan MR Ədliyyə Nazirliyinin Şahbuz Rayon Qeydiyyat Şöbəsində xx.xx.1957-ci il tarixli, 81 nömrəli doğum akt qeydində ana ad qrafasında anasının soyadının Məmmədovadan dəyişdirilərək “Əliyeva” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Ələkbərova (Məmmədova) Xanım Arif qızının Naxçıvan MR Ədliyyə Nazirliyinin Şahbuz Rayon Qeydiyyat Şöbəsində xx.xx.1957-ci il tarixli, 81 nömrəli doğum akt qeydində ana ad qrafasında anasının soyadının Məmmədovadan dəyişdirilərək “Əliyeva” yazılması öhdəliyi cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-1189/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1189/2025
10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver