Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-119/2020 30.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı və X4 arasında Culfa rayon Yayıcı kənd X10 üzrə nümayəndəlikdə xx xxxxxx 1991-ci il tarixdə bağlanmış və 44 nömrə ilə qeydə alınmış nikah aktının Culfa Rayon Məhkəməsinin 2-170/xx.xx.2003 nömrəli qətnaməsi əsasında nikahın pozulması kitabında qeydiyyat aparılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və X4 arasında Culfa rayon Yayıcı kənd X10 üzrə nümayəndəlikdə xx xxxxxx 1991-ci il tarixdə bağlanmış və 44 nömrə ilə qeydə alınmış nikah aktının Culfa Rayon Məhkəməsinin 2-170/xx.xx.2003 nömrəli qətnaməsi əsasında nikahın pozulması kitabında qeydiyyat aparılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1970-ci ildə Culfa rayonu, Yaycı kəndində doğulmuşdur. xx xxxxxx 1991-ci ildə Culfa rayonu, Yaycı kənd X10 üzrə nümayəndəlikdə rəsmi olaraq nikaha daxil olub, nikahlarını nikah akt qeydləri kitabında 44 nömrə ilə qeydiyyatdan keçirməklə X4 ilə evlənmişlər. Onların aralarındakı nikah Culfa Rayon Məhkəməsinin 2-170/xx.xx.2003 nömrəli qətnaməsi ilə pozulmuşdur. Aralarındakı nikahın pozulması haqqında mülki işə Culfa Rayon Məhkəməsində baxılarkən o, məhkəmənin iclaslarında iştirak etməmiş, məhkəmənin qətnaməsinin surəti ona göndərilməyib, təqdim olunmamışdır. xx xxxx 2020-ci il tarixdə onun 50 yaşı tamam olub. Qanunun tələbinə əsasən onun 50 yaşı tamam olduğundan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Buna görə də o, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün Culfa Rayon Polis Şöbəsinə müraciət etmişdir. Ondan subaylıq və ya evlilik barədə müvafiq sənəd tələb etmişdirlər. O, da evlilik barədə sənəd almaq üçün Cavabdehnə müraciət etmişdir. Oradan ona bildirmişdirlər ki, onunla X4 arasında olan nikah Culfa Rayon Məhkəməsinin 2-170/xx.xx.2003 nömrəli qətnaməsi əsasında pozulmuş və Məmməd İsmayılova xx xxxxxx 2004-cü il tarixdə akt №- 01 ilə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. O, Qeydiyyat şöbəsində ona da nikahın pozulması haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bunun üçün ondan Culfa Rayon Məhkəməsinin 2-170/xx.xx.2003 nömrəli qətnaməsinin surətini tələb etmişdirlər. Qətnamənin surətinin alınması üçün o, Culfa Rayon Məhkəməsinə getmişdir. Oradan ona bildirilmişdir ki, həmin illərin sənədləri Culfa Rayon Dövlət Arxivinə təhvil verilmişdir. Culfa Rayon Dövlət Arxivində müəyyən araşdırma aparıldıqdan sonra həmin qətnamənin arxivdə olmadığı bildirilmişdir. Cavabdehndə nikahın pozulması akt qeydiyyatı kitabında müvafiq qeydiyyat aparılmaqla onlar arasındakı nikaha xitam verilmişdir. Ona da nikahın pozulması haqqında şəhadətnamə verilməsi barədə Cavabdehnə ünvanlandığı ərizəyə cavab verilərək nikahın pozulması haqqında məhkəmə qətnaməsinin surətinin təqdim edilməli olduğu bildirilmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1991-ci il tarixində Yaycı kənd X10 üzrə nümayəndəliyində 44 nömrəli nikah akt qeydi ilə Yaycı kənd sakini X4 ilə rəsmi nikah qeydiyyatından keçmişlər. xx xxxxxx 2004-cü ildə Culfa Rayon Qeydiyyat Şöbəsində əri X2 ərizəsi əsasında 01 nömrəli nikahın pozulması akt qeydi tərtib edilmiş və ona AZ-İ N° 020750 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Nikahın pozulması haqqında akt qeydində nikahın pozulması Culfa Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, 2-170 nömrəli qətnaməsi əsasında qeydiyyatdan keçirilib. xx xxxxxxxx 2020-ci il tarixində İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək ona nikahın pozulması haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 Dövlət Qeydiyyatı qaydasına əsasən nikahın pozulması dövlət qeydiyyatına alınarkən nikahı pozulan ər (arvad) qeydiyyat orqanına şəxsiyyət vəsiqəsini, dövlət rüsumunun ödənilməsi haqqında qəbzi və nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini (çıxarış) təqdim etməlidir. Vətəndaş İddiaçı nikahın pozulması haqqında məhkəmə qətnaməsini Cavabdehnə təqdim etmədiyindən xx xxxxxxxx 2020-ci il tarixində özünə geniş izah verməklə nikahın pozulması qeydiyyatının aparılmasından imtina edilmişdir. İş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə mahiyyəti üzrə baxılması üçün şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin xx xxxxxx 2020-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək, Bakı şəhərində yaşadığını, pandemiya ilə əlaqədar Naxçıvan şəhərinə gəlməyin mümkün olmadığını, xx xxxxxx 2020ci il tarixinə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını və yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə cavabdeh inzibati orqanın imtina məktubunu, yaşayış yeri ilə bağlı arayışı, Az-ı seriyalı, 020750 nömrəli nikahın pozulması haqqında çıxarışı, AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının vəkilinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı deyil və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, iş materiallarında olan: - Cavabdeh Culfa rayonu, Yayıcı kəndində qeydiyyatda olan İddiaçı ünvanlandığı xx xxxxxxxx 2020-ci il tarixli, 117 nömrəli cavab məktubundan müəyyən olunur ki, nikahın pozulması haqqında şəhadətnamə alınması üçün vətəndaşlar nikahın pozulması haqqında məhkəmə qətnaməsini, dövlət rüsumunun ödənilməsi haqqında qəbz və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər. Nikahın pozulması haqqında məhkəmə qətnaməsini Cavabdehnə təqdim etmədiyindən İddiaçı nikahın pozulması haqqında şəhadətnamə verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş X1 dövlət qeydiyyatı qaydasına zidd olduğu bildirilmişdir. - Cavabdeh Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanlandığı xx xxxxxxx 2020-ci il tarixli, 123 nömrəli məktubundan müəyyən olunur ki, Yayıcı kənd İcra Nümayəndəliyində xx xxxxxx 1991-ci il tarixdə 44 nömrəli akt ilə rəsmiləşdirilmiş X4 ilə İddiaçı nikahlarına Culfa Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, 2-170 nömrəli qətnaməsi, X2 ərizəsi əsasında Cavabdehndə xx xxxxxx 2004-cü il tarixində 01 nömrəli nikahın pozulması akt qeydi ilə xitam verilmişdir. Bu barədə vətəndaşa Az-İ seriyalı, 020750 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. - Culfa rayonu, Yayıcı kəndində qeydiyyatda olan İddiaçı Cavabdehnə ünvanlandığı xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı Cavabdehndən müvafiq sənədlər əsasında ona nikahın pozulması haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin Yayıcı kənd X10 üzrə Nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli, 871 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən Culfa rayonu, Yayıcı kəndində yaşayır. - Az-İ seriyalı, 020750 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli nikahın pozulması haqqında çıxarışdan müəyyən olunur ki, X4 ilə İddiaçı arasında xx xxxxxx 2004-cü il tarixdə nikah Cavabdehndə pozulmuş və nikahın pozulması kitabının 01 səhifəsində qeydiyyata alınmışdır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx xxxx 1970-ci il tarixdə Culfa rayonu, Yayıcı kəndində doğulmuş İddiaçı Culfa rayonu, Yayıcı kəndində yaşayır və şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay olaraq göstərilmişdir. İş materiallarına əlavə olunmuş Culfa Rayon Polis Şöbəsinin məhkəməyə ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli, 7/1291 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.2012 ci il tarixdə AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı xx xxxx 2012-ci il tarixli, AZ-İ, 020750 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən çıxarışı onlara təqdim edib və onlar da həmin çıxarış əsasında İddiaçı şəxsiyyət vəsiqəsində subay qeyd edilməklə ona şəxsiyyət vəsiqəsi verilib. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi bu məsələ ilə bağlı Culfa Rayon Polis Şöbəsinin Qeydiyyat və X5 məktub göndərdikdən sonra bu məsələ onlar tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı ərinin nikahın pozulması haqqında şəhadətnamədən çıxarışını onlara təqdim etmişdir. Onlar da həmin şəhadətnamənin Cəmaləyə və yaxud onun ərinə aid olduğunu həmin vaxt bilməmişlər. Onu da qeyd edirlər ki, həmin şəxsiyyət vəsiqəsi üçün toplanmış sənədlər təlimata uyğun olaraq saxlama müddəti bitdiyindən tərəflərindən akt tərtib olunaraq yandırma yolu ilə məhv edilmişdir. İddiaçı şəxsiyyət vəsiqəsində subay yazılmasına əsas sənəd olaraq onun X7 surətinin məlumat üçün məhkəməyə göndərilməsi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı X7 surətindən müəyyən olunur ki, X8 xx xxxx 2012-ci il tarixdə hazırlanaraq verilmiş şəxsiyyət vəsiqəsində İddiaçı xx xxxx 1970-ci il tarixdə Culfa rayonu, Yayıcı kəndində doğulduğu və ailə vəziyyətinin subay olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Culfa Rayon Dövlət Arxiv İdarəsinin məhkəməyə ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli, 08 nömrəli məktubundan görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan Culfa Rayon Məhkəməsinin 2-170/xx.xx.2003 nömrəli qətnaməsi mülki işlərdə müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş Culfa Rayon Məhkəməsinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli, 36/55 nömrəli məktubundan görünür ki, Culfa Rayon Məhkəməsində 2003-cü ildə baxılmış mülki işlər Culfa Rayon Dövlət Arxivinə təhvil verilmişdir. İşlərin Culfa Rayon Dövlət Arxivinə təhvil verilməsi barədə akt, həmçinin 2003-cü ildə baxılmış işlər üzrə çıxarılmış qərarlar Culfa Rayon Məhkəməsində saxlanılmır. İş materiallarına əlavə olunmuş vjq seriyalı, 443176 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli nikahın bağlanması haqqında çıxarışdan müəyyən olunur ki, xx xxxxxx 1991-ci il tarixdə X4 ilə İddiaçı arasında nikah bağlanmış və nikahın bağlanması haqqında qeyd nikah kitabının 44-cü səhifəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən X1 dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X1 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X1 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. X1 dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır (maddə 17.4). Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (maddə 158.2). X1 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır (maddə 159.1). Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər (maddə 159.2). İş materialları ilə müəyyən olunur ki, xx xxxxxx 1991-ci il tarixdə İddiaçı ilə X4 arasında Culfa rayon Yayıcı kənd X10 üzrə nümayəndəlikdə nikah bağlanmış, sonradan Culfa Rayon Məhkəməsinin 2-170/xx.xx.2003 nömrəli qətnaməsi əsasında həmin nikah pozulmuşdur. X4 həmin qətnamə əsasında Cavabdehnə müraciət etmiş, ona xx xxxxxx 2004-cü il tarixdə 01 nömrəli akt ilə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Lakin, inzibati orqan iddiaçıya nikahın pozulması haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Belə ki, Culfa Rayon Məhkəməsinin 2-170/xx.xx.2003 nömrəli qətnaməsi əsasında nikahın pozulması ilə bağlı X3 xx xxxxxx 2004-cü il tarixdə 01 nömrəli akt ilə nikahın pozulması haqqında şəhadətnamə verilsə də, İddiaçı Culfa Rayon Məhkəməsinin 2- 170/xx.xx.2003 nömrəli qətnaməsinin surətini təqdim edə bilmədiyinə əsaslanaraq nikahın pozulması haqqında şəhadətnamə verilməmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı və X4 arasında Culfa rayon Yayıcı kənd X10 üzrə nümayəndəlikdə xx xxxxxx 1991-ci il tarixdə bağlanmış və 44 nömrə ilə qeydə alınmış nikah aktının Culfa Rayon Məhkəməsinin 2-170/xx.xx.2003 nömrəli qətnaməsi əsasında nikahın pozulması kitabında qeydiyyat aparılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İPM-in 110.1-ci maddəsinin tələbinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nətcəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 34.1, 58.1, 58.7, 68, 69, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. İddiaçı və X4 arasında Culfa rayon Yayıcı kənd X10 üzrə nümayəndəlikdə xx xxxxxx 1991-ci il tarixdə bağlanmış və 44 nömrə ilə qeydə alınmış nikah aktının Culfa Rayon Məhkəməsinin 2-170/xx.xx.2003 nömrəli qətnaməsi əsasında nikahın pozulması kitabında qeydiyyat aparılması öhdəliyi Cavabdeh üzərinə qoyulur. İddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçısı tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 (otuz) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-119/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-119/2020
30.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver