Məhkəmə qərarları › İş №2-1(122)-1192/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1192/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1192/2024 22.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan, lakin Naxçıvan Muxtar Respublikasının keçmiş rəhbərliyi tərəfindən zorla əlindən alınmış ünvan 1 ünvanda yerləşən çörək və şirniyyat istehsalı sexi mağazasının ona qaytarılmasına və ya bugünkü bazar qiyməti ilə qiymətləndirib əvəzi olaraq 850000 manat, 18 il ərzində əldən çıxmış fayda olaraq hesabladığı 1 080 000 (bir milyon səksən min) manat və vurulan mənəvi zərərə görə 300 000 (üç yüz min) manat, ümumilikdə 2 230 000 (iki milyon iki yüz otuz min) manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş “mülkiyyətində olan, lakin Naxçıvan Muxtar Respublikasının keçmiş rəhbərliyi tərəfindən zorla əlindən alınmış ünvan 1 ünvanda yerləşən çörək və şirniyyat istehsalı sexi mağazasının ona qaytarılmasına və ya bugünkü bazar qiyməti ilə qiymətləndirib əvəzi olaraq 850000 manat, 18 il ərzində əldən çıxmış fayda olaraq hesabladığı 1 080 000 (bir milyon səksən min) manat və vurulan mənəvi zərərə görə 300 000 (üç yüz min) manat, ümumilikdə 2 230 000 (iki milyon iki yüz otuz min) manatın ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 22 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 24 sentyabr 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq qeyd edilən çörək sexi mağazasının 05 dekabr 2007-ci il tarixli, Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 4/Ə-2-618 nömrəli alqı-satqı müqaviləsi əsasında X1 bildirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. -78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. -3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. -15.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. -15.5-ci bəndinə görə İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. -15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin müəyyən edilən hallarından görünür ki, hazırki tələb üzrə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 05 dekabr 2007-ci il tarixli, 4/Ə-2-618 nömrəli alqı-satqı müqaviləsi mövcuddur. Belə ki, həmin alqı-satqı müqaviləsi ilə satıcı İddiaçı Azərbaycan Respublikası Naxçıvan MR Dövlət Əmlakı Komitəsinin xx.xx.1996-cı ıl tarixli, reyestr kitabı: № 04/39, qeydiyyat № 410 olan Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsinə əsasən ona məxsus Naxçıvan MR Taxıl və X2 Birliyinin 1 saylı sex mağazasını alıcı X3 2629 (iki min altı yüz iyirmi doqquz) manat qarşılığında satmışdır. Məhkəmə qeyd edir ki, işin bu vəziyyətш hazırki iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir. Belə ki, iddiaçının zorla əlindən alındığını iddia etdiyi ünvan 1 ünvanda yerləşən çörək və şirniyyat istehsalı sexi alqı-satqı müqaviləsi əsasında satılmışdır. Buna görə də, həmin müqavilə mahiyyət etibarilə iddiaçının qeyd olunan əmlakla bağlı mülkiyyət hüququnu istisna etməklə yanaşı, hazırki iddia tələbinə baxılmasının mümkünlüyünü də istisna edir. Həmçinin o da qeyd edilməlidir ki, bu (subyektiv) hüququn sahibi olmayan iddiaçı on yeddi ilə yaxın müddət öncə hüquqi müqəddəratı həll edilmiş mülkiyyətə dair başqa iddia qaldırması əsassız olaraq cavabdehin hesabına özünə yeni imkanlar yaratmaq niyyəti daşıyır ki, bu imkanın yaradılması cavabdehin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və ona hüquqi əsas olmadan zərər vurulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan, lakin Naxçıvan Muxtar Respublikasının keçmiş rəhbərliyi tərəfindən zorla əlindən alınmış ünvan 1 ünvanda yerləşən çörək və şirniyyat istehsalı sexi mağazasının ona qaytarılmasına və ya bugünkü bazar qiyməti ilə qiymətləndirib əvəzi olaraq 850 000 manat, 18 il ərzində əldən çıxmış fayda olaraq hesabladığı 1 080 000 (bir milyon səksən min) manat və vurulan mənəvi zərərə görə 300 000 (üç yüz min) manat, ümumilikdə 2 230 000 ( iki milyon iki yüz otuz min) manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar