Məhkəmə qərarları › İş №2-1(122)-12/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-12/2020

20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-12/2020 20.05.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, X2liyi, İddiaçı iştirakı ilə, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsinin və üçüncü şəxslər X4, X9 və X13 iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X4, X9 və X13 Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4, X9 və X13 Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin Qeydiyyat və X5 üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sabiq həyat yoldaşı X11 ilə birgə nikahda olduğu dövrdə Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B nömrəli 0.0727 ha torpaq sahəsi üzərində bir mərtəbəli, iki otaqlı ev tikmişlər. Xasiyyətləri uyğun gəlmədiyindən 19 mart 2012-ci il tarixdə nikahları rəsmi olaraq pozulmuşdur. Nikahları pozulduqdan sonra öz aralarında barışıq sazişi bağlayaraq birgə nikah dövründə əldə etdikləri Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B nömrəli 0.0727 ha torpaq sahəsi üzərində tikmiş olduqları bir mərtəbəli, iki otaqlı evin bir otağını və həyətyanı torpaq sahəsinin 350 kv.m. hissəsini sabiq həyat yoldaşı Fazilənin adına, qalmış hissəni isə öz adına sənədləşdirmələri barədə razılığa gəlmişlər. Bu əsasla da Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək həmin torpaq sahəsinin 0.0376 ha hissəsini və həmin torpaq üzərində tikmiş olduqları sahəsi 20.5 kv.m. olan bir otağı öz adına sənədləşdirmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirərək xx.xx.2012-ci il tarixdə çıxarış əldə etmişdir. Həyətin digər hissəsini isə Fazilənin adına sənədləşdirmişlər. İddiaçı qeyd edir ki, hələ birgə nikah dövründə olduqları müddətdə yuxarıda qeyd etdiyi evin pasport qeydiyyatında idilər. Əmlakı bölərkən belə razılaşmışlar ki, Fazilə də uşaqları ilə birlikdə onun qeydiyyatından çıxaraq özlərinə aid olan hissəyə düşməli idilər. Lakin aradan 7 ildən artıq vaxt keçməsinə baxmayaraq dəfələrlə Faziləyə xəbərdarlıq etmişdir. Lakin onlar könüllü olaraq onun evinin pasport qeydiyyatından çıxmaq istəmirlər. Həmin şəxsləri onun adına olan evin qeydiyyatından çıxarılmaları barədə Naxçıvan Şəhər Polis İdarəsinin Qeydiyyat və X7 ünvanlandığı müraciətə isə müsbət cavab verilməmişdir. Ona görə də X4, X9 və X13 onun mülkiyyətində olan evin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını istəyir. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və 33-cü maddələrinə əsasən X4, X9 və X13 Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B nömrəli evin qeydiyyatından çıxarılmaları öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin Qeydiyyat və X5 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2-1(087)-156/2019 nömrəli qərardadı ilə X11, X14 və X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2- 1(087)-12/2020 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin Qeydiyyat və X12 əsl cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi ilə əvəz edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 20 may 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmiş, lakin Naxçıvan Şəhər Polis İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X4, X9 və X13 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilmiş və üçüncü şəxslər həmin ünvanda yaşamadıqlarından məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır. Odur ki, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına şəxsiyyət vəsiqəsinin surətini, evin əldə olunmasna dair sənədləri, yaşayış yerindən arayışı, ödəniş qəbzini, cavabdehin imtina məktubunu, əmlakın bölünməsi barədə sazişi, nikahın pozulması barədə akt qeydindən çıxarışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Belə ki, iş materiallarında olan ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ünvanladığı 17 dekabr 2019-cu il tarixli, 7/3831-M-1435 nömrəli məktubundan görünür ki, X4, X9 və X13 Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B ünvanının pasport qeydiyyatından çıxarılmaları tələbindən imtina edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05 mart 2012-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8-də mülkiyyətində olan 0.0727 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45.92 kv.m. yaşayış sahəsindən ibarət 60B nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/10 nömrəli reyestr kitabının 1883 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 18 may 2012-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8-də mülkiyyətində olan 0.0376 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.5 kv.m. yaşayış sahəsindən ibarət 60B nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/11 nömrəli reyestr kitabının 2032 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsində bağlanmış 25 yanvar 2012ci il tarixli, 2(078)-10/2012 nömrəli sazişin surətindən görünür ki, İddiaçı özünə məxsus olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8-də yerləşən 0.0727 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 45.92 kv.m. yaşayış sahəsindən 1 otaq 24 kv.m. yaşayış və həmin tikililərin altında olan zirzəmi qatının eyni zamanda 350 kv.m. həyətyanı torpaq sahəsinin iş üzrə cavabdeh X4 adına keçirilməsinə və cavabdeh X11 isə həmin daşınmaz əmlakın onun adına daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınacağı təqdirdə gələcəkdə İddiaçı əmlak və ev tələbi ilə bağlı hər hansı tələbinin olmayacağı barədə razılığa gəlmişlər. İş materiallarında olan nikahın pozulması barədə akt qeydinin çıxarışından görünür ki, İddiaçı ilə X4 aralarındakı nikahın pozulması 19 mart 2012-ci il tarixdə Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən “Nikahın pozulması” kitabının 29 səhifəsində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 24 dekabr 2019-cu il tarixli, 01/809 nömrəli arayışından görünür ki, İddiaçı məxsus olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B ünvanında X11, X14 və X16 qeydiyyatdadırlar. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1973-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Xətai kəndində anadan olub və Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B ünvanında yaşayır. İş materiallarında olan 03 iyul 2019-cu il tarixli, TT**********6210 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün AZ21NABZ******************** nömrəli hesaba 10 (on) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2012-ci il tarixli, 2(078)-10/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X4 arasında 06 aprel 1999-cu il tarixdə Babək Rayon Əliabad Kənd İcra Nümayəndəliyində bağlanmış 13 nömrəli nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması və 25 fevral 2002-ci il təvəllüdlü X13 və 23 iyun 1999-cu il təvəllüdlü X9 anaları X4 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlandığı 16 mart 2020-ci il tarixli, 116 nömrəli məktubundan görünür ki, Naxçıvan Şəhər 2-ci DNK-nın xx.xx.2012-ci il tarixli, 4/ə-01-118 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 6 ünvanında, 350 kv.m. torpaq sahəsində yerləşən, ümumi sahəsi 25.42 kv.m. olan 1 otaqlı fərdi yaşayış evi Naxçıvan Muxtar Respublikasının Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə X4 adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə Naxçıvan Şəhər 1 saylı Notariat Ofisində qeydiyyata alınan 4ə-403 nömrəli alqı-satqı müqaviləsi əsasında Fazilə Mazanova həmin yaşayış evini X1. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq müəyyən etdi ki, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı ilə X4 arasında 06 aprel 1999-cu il tarixdə Babək Rayon Əliabad Kənd İcra Nümayəndəliyində bağlanmış nikahın pozularaq, 25 fevral 2002-ci il təvəllüdlü X13 və 23 iyun 1999-cu il təvəllüdlü X9 anaları X4 yanında saxlanıldığından, İddiaçı ilə X4 nikahları pozulduqdan sonra öz aralarında barışıq sazişi bağlayaraq birgə nikah dövründə əldə etdikləri Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B nömrəli 0.0727 ha torpaq sahəsi üzərində tikmiş olduqları bir mərtəbəli, iki otaqlı evin bir otağını və həyətyanı torpaq sahəsinin 350 kv.m. hissəsini sabiq həyat yoldaşı Fazilənin adına, qalmış hissəni isə öz adına sənədləşdirmələri barədə razılığa gəldiklərindən və Naxçıvan Şəhər 2-ci Dövlət Notariat Kontorunun xx.xx.2012-ci il tarixli, 4/ə-01-118 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 6 ünvanında, 350 kv.m. torpaq sahəsində yerləşən, ümumi sahəsi 25.42 kv.m. olan 1 otaqlı fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə X4 adına qeydiyyata alındığından, uşaqlar isə ananları ilə birlikdə yaşadığından, üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması öz təsdiqini tapdığından hazırki iş üzrə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı ”İnsan Hüquqları və X6 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə həmçinin qeyd edir ki, vətəndaş qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. İş materiallarından görünür ki, üçüncü şəxslər X4, X9 və X13 həmin evdən istifadə hüquqlarına dair heç bir sübut yoxdur və həmin evdə qeydiyyatda qalmaları üçün əsas olan sənədlər mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin birinci abzasında qeyd edilir ki, şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinin 2-ci abzasında qeyd edilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göründüyü kimi hər bir şəxs yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Şəxsin yaşayış yeri yuxarıda qeyd edilən hüquq normalarına görə daimi və ya daha çox yaşadığı ev, mənzil başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, X11, X14 və X3 şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B ünvanında yerləşən evdə yaşamadıqlarına və həmin ev onların yaşayış yerləri olmadığına görə sözü gedən evdə qeydiyyatda qalmaları düzgün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, üçüncü şəxslər X4, X9 və X13 Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 68-69, 75, 81, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 8, ev 60B ünvanının pasport qeydiyyatından X4, X9 və X13 çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN : HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar