Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-12/2022 02.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinin nümayəndəsi X4, üçüncü şəxs X5 və üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinə qarşı “Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarı əsasında ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində bir otaq və aynabəndin inşa edilmiş tikililəri X6 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarı əsasında ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində bir otaq və aynabəndin inşa edilmiş tikililəri X6 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X6 birinci növbəli vərəsəsidir. Vərəsə statusundan istifadə edərək mərhum X3 fərdi yaşayış evinin tikilməsi üçün Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinə müraciət etmiş, Naxçıvan şəhəri XDM İcraiyyə Komitəsinin 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarı əsasında anası X5 adına olan ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsində bir otaq və aynabəndin tikilməsinə icazə verilmişdir. X2 şəhəri, Ə.Sadiqov küçəsi 15 ünvanında yerləşən torpaq sahəsinin üzərində qeyd olunan evi inşa etmişdir. İddiaçı mərhum X3nun ölümündən sonra evi sənədləşdirmək istədiyi zaman Zeynalova Bulqeyislə aralarında mübahisə yaranmışdır. O, bundan sonra Naxçıvan MR Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinə yazılı olaraq müraciət etmişdir. Cavab olaraq Naxçıvan MR Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinin 29 sentyabr 2021-ci il tarixli, 04/582 nömrəli məktubunda qeyd olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 1962 və 1973-cü illərdə inventarlaşdırılmışdır. Hər iki halda X5 adına 2569 nömrəli texniki pasport tərtib edildiyi qeyd edilmişdir. Əlavə olaraq həmin məktubda qeyd olunur ki, 2021-ci ildə əmlakın yenidən inventarlaşdırılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə X7 Xidmətin Naxçıvan Şəhər İdarəsinə müraciət etmiş, müraciət əsasında müvafiq ölçü işlərinin aparılması üçün İdarənin mütəxəssisi X17 tərəfindən əmlaka baxış keçirilmiş, lakin baxış zamanı tərəflər arasında mübahisə yarandığından və mütəxəssisə ölçü işlərinin aparılması ilə bağlı şərait yaradılmadığında inventarlaşma işləri dayandırılmış, tərəflərə dövlət qeydiyyatı ilə bağlı mübahisələrini məhkəmə qaydasında həll etməli olduqları izah olunmuşdur. Həmçinin həmin məktubda qeyd olunur ki, İddiaçı ünvanlanmış 31 avqust 2021-ci il tarixli, 04/517 nömrəli məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə uyğun olaraq aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı və onun vəkilli yuxarıda qeyd olunanlara, Azərbaycan Respublikası İPM-nin 2.2.2 və 33-cü maddələrini rəhbər tutaraq məhkəmədən Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarı əsasında ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin üzərində bir otaq və aynabəndin inşa edilmiş tikililəri X6 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 04 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 29 oktyabr 2021-ci il tarixli, 04/652 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi 1962 və 1973-cü illərdə inventarlaşdırılmış, hər iki halda X5 adına 2569 nömrəli texniki pasport tərtib edilmişdir. Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 08.08.1988-ci il tarixli, 367 nömrəli qərarı əsasında X6 anası X5 adına olan ünvan 6 ünvanında yerləşən həyətyanı torpaq sahəsində bir otaq və aynabəndin tikintisinə icazə verilmişdir. 2021-ci ilin avqust ayında əmlakın yenidən inventarlaşdırılması və daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması məqsədi ilə X7 Xidmətin Naxçıvan Şəhər İdarəsinə müraciət etmiş, müraciət əsasında müvafiq ölçü işlərinin aparılması üçün İdarənin mütəxəssisi X17 tərəfindən əmlaka baxış keçirilmişdir. Lakin baxış zamanı tərəflər arasında mübahisə yarandığından və mütəxəsissə ölçü işlərinin aparılması ilə bağlı şərait yaradılmadığından inventarlaşma işləri dayandırılmış, tərəflərə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməli olduğu izah olunmuşdur. 18.08.2021-ci il tarixdə İddiaçı əmlakın qeydiyyatı ilə bağlı müraciət etmiş, yuxarıda qeyd edilənlər nəzərə alınaraq İddiaçı ünvanlanmış 31 avqust 2021-ci il tarixli, 06/517 nömrəli məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə uyğun olaraq aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2- 1(122)-221/2021 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 14 yanvar 2022ci il tarixli, 2-1(122)-12/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 02 fevral 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinin nümayəndəsi X8 cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanan iddiaya qarşı yazılı münasibətə uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X7 ötən məhkəmə iclasında təqdim edilmiş yazılı münasibətə uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin vəkili Vəkil2 hüquqlarını müdafiə etdiyi şəxsin dediklərini təsdiq edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin məktublarını, texniki pasportun surətini, qeydiyyatla bağlı arayışı, doğum və ölüm haqqında şəhadətnamələrin surətlərini, qərarı, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın mümkünlük şərtlərinə əməl edilsə də, iddia mahiyyəti baxımdan əsaslı deyildir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X20 Dövlət Xidməti tərəfindən Vəkil1 ünvanlanan 29 sentyabr 2021-ci il tarixli, 04/582 nömrəli cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibət ilə eyni məzmunlu məktubdan görünür ki, İddiaçı aidiyyəti üzrə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X20 Dövlət Xidməti tərəfindən Vəkil1 ünvanlanan 10 sentyabr 2021-ci il tarixli, 04/537 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Ə.Sadıq küçəsi, ev 15 ünvanında yerləşən fərdi yaşayış evi 1973-cü ildə X5 adına inventarlaşdırılmış və onun adına 2569 inventar nömrəli texniki pasport verilmişdir. Lakin həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X20 Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan 31 avqust 2021-ci il tarixli, 06/517 nömrəli məktubdan görünür ki, qeyd edilən əmlak üzərində mübahisə vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən aidiyyəti üzrə müraciət edilməsi tövsiyyə olunmuşdur. - 1973-cü ildə tərtib edilmiş 2569 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, X1 şəhəri, Ə.Sadiq küçəsi 15 ünvanında yerləşən evin həqiqi istifadəçisi sayılır. - 08 avqust 1988-ci il tarixli, 367 nömrəli Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin qərarından görünür ki, bəzi vətəndaşların öz həyətyanı torpaq sahələrində əlavə yaşayış evləri tikmələri barədə ərizələrini nəzərdən keçirərək. Ə.Sadıq küçəsi, ev 15 ünvanında yaşayan X6 ehtiyacını nəzərə alaraq ona anası X5 adına olan həyətyanı torpaq sahəsində bir otaq və aynabənd tikməsinə icazə verilmiş, Naxçıvan şəhər XDS İcraiyyə Komitəsi Tikinti və X21 və Naxçıvan Şəhər Əmlak Bürosuna müvafiq qaydada lazımi icazə sənədlərinin verilməsi və texniki pasportda dəyişiklik aparılmasının təmin edilməsi tapşırılmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli, 05/1277 nömrəli arayışdan görünür ki, ünvan 13 nömrəli evdə yaşamış X6 aşağıdakı vərəsələri vardır: 1. X22-həyat yoldaşı (1958), 2. İddiaçı-oğlu (1987), 3. X24-qızı (1988), 4. X18-atası (vəfat edib), 5. X15anası (1934). - 10 iyun 1987-ci il tarixli, Xİİ-ЖГ 367463 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 1987-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. X3, anası X13, milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 21 may 2021-ci il tarixli, AZ-İİ 165142 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 25 aprel 2021-ci ildə Naxçıvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin may ayının 21 günündə 208 nömrə ilə qeyd edilmişdir. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 1987-ci il tarixdə ünvan 9 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş: - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən Naxçıvan Şəhər Hüquq Məslətxanasının vəkili Vəkil2 ünvanlanan 03 noyabr 2021-ci il tarixli, 15/36 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin X9 ünvan 13 ünvanında fərdi yaşayış evinin tikintisinə razılıq verilməsinə dair 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarının surəti göndərilsə də, qərarın rəsmiləşdirilməsi üçün sənədlər arxivdə yoxdur. - Üçüncü şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş 06 yanvar 2022-ci il tarixli yazılı izahatdan görünür ki, oğlu X6 toyu 1986-cı ildə göstərilən ünvanda olub. Oğlu Tofiqin toyu olanda mübahisəli evin alt mərtəbəsi (zirzəmi hissəsi) tikilmişdir. Onun qarşısında olan boş sahədə isə toy etmişlər. Toydan sonra o, oğlu və gəlini köhnə evdə yaşayıblar. Təxminən 4-5 ilə evin üst hissəsini də tikib başa çatdırdıqdan sonra o köçüb həmin evdə yaşayıb və bugünə kimi də həmin evdə yaşamaqda davam edir. Evin ayrıca işıq, qaz, su xətti var. Onu da əlavə edir ki, onun həyətində oğlu Tofiq tərəfindən heç bir tikinti işi aparılmayıb, o, həyətində heç kimə ev tikməyə razılıq verməyib, mübahisəli evi də özü tikib, özü orda fəhləlik edib. Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin fərdi mənzil tikintisinə icazə verilməsi haqqında 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarında bəzi vətəndaşların öz həyatyanı torpaq sahələrində əlavə yaşayış evləri tikmələri barədə ərizələrini nəzərdən keçirərək Naxçıvan şəhər XDS İcraiyyə Komitəsi Ə.Sadiq küçəsi, ev 15-də yaşayan X6 ehtiyacını nəzərə alaraq anası X5 adına olan həyatyanı torpaq sahəsində 1 otaq və aynabənd tikilməsinə icazə verilməsi qərara alınması göstərilmişdir. Həmin qərarla əlaqədar bildirir ki, o heç zaman həyətində ev tikilməsinə icazə verilməsi ilə bağlı Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinə ərizə ilə müraciət etməyib və həyətində oğlunun belə tikinti aparmasına razılıq ərizəsi verməyib. O, həyətində ikinci yaşayış evi tikib və yaşayış evi hazır olan gündən də orda özü yaşayır. Onun razılığı, xəbəri, icazəsi olmadan Naxçıvan şəhər XDS İcraiyyə Komitəsi qanunsuz qərar qəbul edib. Həmin qərarın sonunda şəhər XDS İcraiyyə Komitəsi Tikinti və X21 və şəhər əmlak bürosuna müvafiq qaydada lazımi icazə sənədlərinin verilməsi və texniki pasportlarda dəyişiklik aparılmasının təmin edilməsinin taprşırıldığı göstərilmişdir. Bununla bağlı heç bir icazə sənədləri verilməmiş və onun fərdi yaşayış evinə aid şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda heç bir dəyişiklik aparılmamışdır. Bu bir daha onu təsdiq edir ki, həmin qərardan onun xəbəri olmayıb, bu işlər ondan gizlin olaraq aparılıb. ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə 1961-ci ildə özü almışdır. Artıq 20 fevral 1962-ci ildə onun adına tikinti vergisi və torpaq rentasını ödəməli olduğu barədə tədiyyə bildirişi yazılaraq ünvanına göndərilmişdir. Mübahisəli fərdi yaşayış evi onun mülkiyyətində olan torpaq sahəsində və özü tərəfindən tikildiyindən İddiaçı iddiasının rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı tərəf Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarına istinad edərək, həmin qərarın cavabdeh inzibati orqan tərəfindən icra edilməsini və mübahisəli evin iddiaçının mərhum X3nun adına hüquqların dövlət qeydiyyatına alınmasını tələb edirlər. Cavabdeh inzibati orqan isə həmin ev üzərində mübahisə olduğundan hüquqların dövlət qeydiyyatının həyata keçirilməsinin mümkün olmadığına istinad edərək iddiaçı tərəfin tələbindən imtina edir. Hazırki inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X7 mübahisəli evin və onun altında yerləşən torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək, iddianın təmin olunmasına etiraz edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8.0.9-cı maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.10 maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, hazırki iş üzrə mübahisə doğuran məsələ Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarının icrası ilə əlaqədardır. Qeyd olunan qərarda İddiaçı mərhum X3na onun ehtiyacı nəzərə alınaraq ünvan 13 ünvanında mənzil tikintisinə icazə verildiyi qeyd edilmişdir. Bundan sora qeyd olunan ünvanda mübahisəli mənzil inşa edilmişdir. İddiaçı tərəf həmin evin qeyd olunan qərar əsasında iddiaçının mərhum X3 tərəfindən inşa edildiyini bildirərək, evin onun adına qeydiyyata alınmasını tələb edirlər. Lakin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X7 evin onun tərəfindən tikildiyini və torpağın da ona məxsus olduğunu, tikildiyi vaxtdan həmin evdə özünün yaşadığını, evin onun adına qeydiyyata alınmalı olduğunu bildirərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə göstərilənlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarı haliyə də öz hüquqi qüvvəsini saxlayır. Həmin qərarın ləğv və ya etibarsız hesab olunması ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Göstərilən qərarda evin tikintisi üçün icazə və müvafiq orqanlara tapşırıqlar verildiyi qeyd olunsa da, həmin qərarın icrası ilə bağlı hər hansı hərəkətlərin edilməsi mübahisəli olaraq qalır. Belə ki, evin həqiqətən də iddiaçının mərhum X3 tərəfindən tikilməsi, üçüncü şəxs X5 müvafiq razılıq verməsi sübutlar əsasında təsdiq edilmədiyindən bu hal şübhə doğurur. Həmçinin qərarda Naxçıvan şəhər XDS İcraiyyə Komitəsi Tikinti və X16 və Naxçıvan Şəhər Əmlak Bürosuna müvafiq qaydada lazımi icazə sənədlərinin verilməsi və texniki pasportda dəyişiklik aparılmasının təmin edilməsi tapşırılsa da, müvafiq sübutların təqdim edilməsi istiqamətində aparılmış məhkəmə araşdırması müsbət nəticə verməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş pasportun surətindən görünür ki, pasportda qərarda qeyd edilən dəyişikliklər edilməmişdir. İddiaçı tərəf X5 icazəsinin və müvafiq icazə sənədlərinin mövcud olduğunu, qərarın da həmin sənədlər əsasında qəbul edildiyini bildirsələr də, bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdirlər. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin məktubunda da Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin X9 ünvan 13 ünvanında fərdi yaşayış evinin tikintisinə razılıq verilməsinə dair 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarın rəsmiləşdirilməsi üçün sənədlərin arxivdə olmadığı aydın olmuşdur. Hüquqların dövlət qeydiyyatı üçün qanunvericiliklə müvafiq qərarla bərabər digər sənədlər də tələb olunur. Həmin sənədlərin təqdim edilməməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya səbəb olmuşdur. Buna görə də, hazırki vəziyyətdə iddiaçının tələbinin cavabdeh inzibati orqan tərəfindən icra edilməsi mümkün deyildir. Belə ki, mübahisəli mülkün yerləşdiyi torpaq sahəsi üçüncü şəxs X5 adına qeydiyyata alındığından və bu hal mübahisə doğrumadığından mülkiyyətçinin razılığı olmadan ona məxsus torpaq sahəsi üzərində yeləşən evin digər şəxsin adına qeydiyyata alınması mümkün deyildir. İnzibati məhkəmə icraatı qaydasına baxılan mübahisələrdə əsas məsələ məhkəmə tərəfindən cavabdehin hərəkət və ya hərəkətsizliyinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamaqdan ibarətdir. Məhkəmə hazırki iş üzrə cavabdehin imtinasına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun olduğundan, cavabdeh imtina etməkdə haqlı olmuşdur. Hazırki iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı onun tələb etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçı tərəf hüquqların dövlət qeydiyyatına alınması üçün lazım olan sənədləri təqdim edə bilmədiyindən cavabdeh tərəfindən hazırki tələb icra edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X20 Dövlət Xidməti tərəfindən İddiaçı “Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarı əsasında ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində bir otaq və aynabəndin inşa edilmiş tikililəri X6 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”ndən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinə qarşı “Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarı əsasında ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində bir otaq və aynabəndin inşa edilmiş tikililəri X6 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X20 Dövlət Xidmətinə qarşı “Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 08 avqust 1988-ci il tarixli, 367 nömrəli qərarı əsasında ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində bir otaq və aynabəndin inşa edilmiş tikililəri X6 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-12/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-12/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver