Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-12/2024 20.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli Rayon Şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarını ləğv edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 12 il 6 aydan artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 25 ildən artıq olan iş stajını təsdiq etməklə bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Şərur rayonu Şahtaxtı kəndində anadan olmuş, hazırda Kəngərli rayonu Şahtaxtı kəndində qeydiyyatda olaraq orada yaşayır. Əmək kitabçasından, arxiv arayışlarından və digər sənədlərdən aydın şəkildə görünür ki, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixinədək Texniki Peşə Məktəbində peşə təhsili almışdır. xx.xx.1976-cı il tarixdən 18 nömrəli əmrlə sovxozda traktorçu vəzifəsinə təyin edilmiş, xx.xx.1977-ci il tarixində 16 nömrəli əmrlə öz ərizəsi əsasında həmin vəzifədən azad olunmuşdur. xx.xx.1977-ci il tarixli, 167 nömrəli əmrlə Naxçıvan Tikinti Kombinatının Şahtaxtı travertin bloklar karyerinə ikinci dərəcəli fəhlə təyin olunmuş, xx.xx.1982-ci il tarixində 255 nömrəli əmrlə İliç Tikinti materialları zavodunun təşkili ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1982-ci il tarixli, 2 nömrəli əmrlə ikinci dərəcəli daş düzən kimi Naxçıvan Tikinti Kombinatından İliç Tikinti materialları zavoduna köçürülmüş, xx.xx.1983-cü il tarixli, 187 nömrəli əmrlə işdən azad olunmuşdur. xx.xx.1984cü ildən xx.xx.1985-ci illərdə və xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək Rusiya Federesiyasında Tikinti Zavodunda işləmiş, bu hal da Rusiyadan verilmiş arayışlarla təsdiqini tapmışdır. xx.xx.1985-ci il tarixli, 514 nömrəli əmrlə İliç Tikinti materialları zavoduna ikinci dərəcəli sürücü təyin olunmuş, xx.xx.2000-ci il tarixində 07 nömrəli əmrlə Şərur Tikinti Materialları zavodu ləğv edildiyindən işdən azad olunmuşdur. Hazırda 62 yaşı var və pensiyaya çıxmaq üçün “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə müraciət etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi müraciətinə uyğun olaraq 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar qəbul edərək ona göndərmişdir. Həmin qərara görə təqdim olunan sənədlərə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı müraciətə baxılmış və iş illəri nəzərə alınmaqla onun xx.xx.2000-ci il tarixədək cəmi 22 il 5 ay 28 gün ümumi iş stajının olması göstərilmiş və ona güzəştli şənlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı bu işlərə nəzarət etmək səlahiyyətinə malik olmamışdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən ona 25 ildən artıq olan iş stajını təsdiq etməklə bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 31 mart 2023-cü il tarixli ərizə göndərək, iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirib, həmin iddia tələbində dəqiqləşdirmə apararaq iddia tələbinə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli Rayon Şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarını ləğv edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 12 il 6 aydan artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli Rayon şöbəsinin üzərinə qoyulması” şəklində baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(122)-183/2023 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 13 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı məhkəməyə vəsatət verərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi cavabdeh qismində qəbul edilərək iddia ərizəsinin nəticəvi hissəsində qeyd olunan "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin sözünün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sözü ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəməyə verdiyi izahatında eyni nazirliyin tabeliyində olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin pensiya təyinatına və digər pensiya əməliyyatlarına dair səlahiyyətli olduğunu bildirib cavabdehin adının dəyişdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin protokol qərarı ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi cavabdeh qismində qəbul edilməklə iddia ərizəsinin nəticəvi hissəsində qeyd olunan "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin sözü Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sözü ilə əvəz edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 19 may 2023-cü il tarixli, 85/83 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1960-cı il tarixdə anadan olmuş, Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 18 yanvar 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Fondun Kəngərli rayon şöbəsinin pensiya təyin edən komissiyasının 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarı ilə ona pensiya təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi iddiaçının 25 il ümumi sığorta stajına malik olmamasıdır. İddiaçı tərəfindən Fondun Kəngərli rayon şöbəsinə təqdim edilmiş sənədlərə baxıldıqda məlum olmuşdur ki, vətəndaşın tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı mövcud deyil. Belə ki, İddiaçı təqdim etdiyi 20 may 1971-ci il tarixli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (11 ay 29 gün) Naxçıvan MR İliç rayon 121 nömrəli Texniki peşə məktəbində ekskovator maşinisti peşəsi üzrə təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək (8 ay 17 gün) İliç rayon H.Cavid adına sovxozda traktorçu, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (1 il 4 ay 7 gün) Naxçıvan Tikinti Kombinatının Şahtaxtı travertin bloklar karyerində ikinci dərəcəli fəhlə işləmiş, 03 01.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək (1 il 10 ay 15 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdikdən sonra, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (2 il 7 ay 27 gün) Naxçıvan Tikinti Kombinatının Şahtaxtı travertin bloklar karyerində ikinci dərəcəli fəhlə olaraq işinə davam etmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (1 il) Rusiya Federasiyasında Tikinti zavodunda sürücü, xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (14 il 8 ay 18 gün) İliç Tikinti materialları zavodunda ikinci dərəcəli sürücü işləmişdir. Beləliklə iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və işlədiyi müddətləri cəmlədikdə onun 23 il 3 ay 24 gün sığorta stajı yaranmış olur. Kəngərli rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, 68 nömrəli arayışda İddiaçı Şahtaxtı Tikinti Materialları Zavodunda işlədiyi 1993-1997-ci illərin əmək haqqı kitablarına baxıldıqda adına rast gəlinmədiyi, 1998-2000-ci illərin isə əmək haqqı kitablarının X6 təhvil verilmədiyi qeyd olunmuşdur. Beləliklə iddiaçının əmək kitabçasına əsasən 23 il 3 ay 24 gün iş stajı 5 il (1993-1997-ci illər) azalaraq 18 il 3 ay müəyyən olunmuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mümkünsüz edir. İddiaçı pensiya hüququnun yarandığını və 2010, 2011, 2012 və 2013-cü illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyini bildirərək hesab edir ki, ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməlidir. Təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı 2010-cu il üzrə 28 manat, 2011-ci il üzrə 27 manat, 2012-ci il üzrə 28 manat və 2013-cü il üzrə 35 manat olmaqla, cəmi 118 manat məbləğində mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarını ləğv edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 12 il 6 aydan artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması tələbi”nin iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 20 fevral 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarından məlum olur ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Naxçıvan MR İliç rayon 121 nömrəli Texniki peşə məktəbində ekskovator maşinisti peşəsi üzrə təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək İliç rayon H.Cavid adına sovxozda traktorçu, xx.xx.1977ci il tarixdən xx.xx.1978-ci il tarixədək Naxçıvan Tikinti Kombinatının Şahtaxtı travertin bloklar karyerində ikinci dərəcəli fəhlə işləmiş, 03 01.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdikdən sonra, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Naxçıvan Tikinti Kombinatının Şahtaxtı travertin bloklar karyerində ikinci dərəcəli fəhlə olaraq işinə davam etmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasında Tikinti zavodunda sürücü, xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək İliç Tikinti materialları zavodunda ikinci dərəcəli sürücü işləmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06 dekabr 2022-ci il tarixli, xx/xx-2017 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Şərur rayonunda 1960-cı ildə doğulmuş Əsədov X2 MSSR, Şahbuz rayon Xalq Məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmünə əsasən Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin 127-ci, 120-ci və 38-ci maddələri ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixli qərarı ilə Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 1 il 22 gün hissəsindən şərti olaraq azad olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 3-43-73/3- 2-43/2023 nömrəli arayışdan görünür ki, Kəngərli rayon Şahtaxtı kənd sakini 1960-cı il təvəllüdlü İddiaçı, həqiqətən 03 yanvar 1979-cu il tarixdən 18 noyabr 1980-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 68 nömrəli arayışda İddiaçı Şahtaxtı Tikinti Materialları Zavodunda işlədiyi və 1982-1992-ci illər ərzində aylar üzrə aldığı əməkhaqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 1993, 1994, 1995, 1996, 1997-ci illərin əməkhaqqı kitablarına baxdıqda İddiaçı adına rast gəlinmədiyi, 1998, 1999¸2000-ci illərin əməkhaqqı kitabları Kəngərli Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərin əməkhaqqı kitablarına baxmağın mümkün olmadığı qeyd edilmişdir. - Babək Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 129 nömrəli arayışda İddiaçı Babək rayon “Naxçıvan" tikinti materialları kombinatında işlədiyi və 1978- 1982-ci illər ərzində aylar üzrə aldığı əməkhaqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 68 nömrəli arayışdan məlum olur ki, Əsədov X3 Tikinti Materialları Zavodunda xx.xx.1982-ci il tarixli, 2 №-li əmrlə 2-ci dərəcəli daş düzən (vıb.ukladşik)seçici-yığıcı) kimi Naxçıvan Tikinti Kombinatından İliç Tikinti Materialları Zavoduna köçürülməsi, xx.xx.1983-cü il tarixli, 187 №-li əmrlə “Kraz 256” markalı avtomobilin sürücüsü kimi işdən azad edilməsi və xx.xx.1985-ci il tarixli, 558 №-li əmrlə müvəqqəti olaraq 2-ci dərəcəli sürücü kimi “Zil 130” markalı avtomobilə sürücü qəbul edilməsi əmr kitablarında göstərilmişdir. Əmr kitablarında işdən azad olunma barədə əmrə rast gəlinməmişdir. - Babək Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 129 nömrəli arayışdan aydın olur ki, İddiaçı xx.xx.1977-ci ildə 167 №-li əmrlə həmin ilin 12 avqustundan 7 saatlıq iş günü müddətində gündəlik əmək haqqı ödənilməklə Şahtaxtı sexinə ikinci dərəcəli fəhlə təyin edilib, xx.xx.1982-ci ildə 255 №-li əmrlə cari ilin 01 oktyabrından İliç Tikinti Materialları Zavodunun təşkili ilə əlaqədar Şahtaxtı travertin bloklar karyeri Naxçıvan kombinatının tərkibindən çıxdığından İddiaçı işdən azad edilib. - İddiaçı tərəfindən təqdim edilən qəbzlərin surətlərindən məlum olur ki, o, 2010- 2013-cü illər üzrə ümumilikdə 34 ay kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə müxtəlif məbləğlərdə məcburi dövlət sosial sığorta haqları ödəmişdir. - Kəngərli Rayon İcra Hakimiyyətinin Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 30 nömrəli arayışdan görünür ki, Əsədov X4 rayon Şahtaxtı kəndində qeydiyyatda durur. - Kəngərli Rayon Polis Şöbəsi tərəfindən 19 aprel 2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1960-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şahtaxtı kəndində doğulmuş Əsədov X4 rayonu, Şahtaxtı kəndində pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 21 iyun 2023-cü il tarixli, 02/330 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş arxiv arayışından aydın olur ki, Əsədov X3 Tikinti Materialları Zavodunda xx.xx.1986-ci il tarixli, 597K №-li əmrlə 2-ci dərəcəli işçilikdən, MMZ-555 markalı avtomobilə sürücü vəzifəsinə keçirilmişdir. Lakin əmr kitablarında işdən azad edilməsi barədə məlumata rast gəlinməmişdir. Məktuba həmçinin İddiaçı Şahtaxtı Tikinti Materialları Zavodunda əməkhaqqı alması barədə arxiv arayışlarını və xx.xx.1986-cı il tarixli əmrin təsdiq edilmiş surəti əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi 17 yanvar 2024-cü il tarixli, 02/86 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası X7 Tikinti Materialları Zavodunun və Şahtaxt Tikinti Materialları Zavodunun sənəd materiallarının mühafizə edilmədiyini bildirib, Kəngərli Rayon Dövlət Arxivində mühafizə edilən Şahtaxtı Tikinti Materialları Zavodunun və ya İliç Tikinti Materialları Zavodunun sənəd materiallarında zavodun dağ-mədən sahəsində fəaliyyət göstəribgöstərməməsini təsdiq edən hər hansı bir məlumata rast gəlinməməsi barədə Kəngərli Rayon Dövlət Arxivinin 10 yanvar 2024-cü il tarixli, 01 №-li məktubunun surətini məhkəməyə göndərmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət Sığortaolunanın sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinin b)bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.10-cu bəndinə görə məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. 3-cü bəndinə görə sosial sığorta subyektlərinin hüquq bərabərliyi sosial sığortanın prinsipləri kimi müəyyən edilmişdir. 4-cü bəndinə görə pensiya yaşına çatmaq sosial sığorta hadisəsidir: 14.5-cü bəndinə görə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.5.1-1.9-cu bəndində nəzərdə tutulur ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ... və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ...ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, 5 hektaradək olduqda – 2 faiz miqdarında minimum aylıq əməkhaqqının dərəcələri üzrə hesablanır: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısı: 1-ci yarımbölmə, kod 20101000, 2010100a -11442. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı işdə iddiaçının əsas hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin olunmasından ibarətdir. İddiaçı tələbinin hüquqi əsası kimi əmək kitabçasında aparılmış qeydlərə, hərbi xidmət dövrünə və əmək kitabçasında qeydin aparılmasına dair arayışlara (rusca), attestat və məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair qəbzlərə istinad edir. Cavabdeh tərəf iddiaya dair etiraz edərkən iddiaçının 23 il 3 ay 24 gün sığorta stajının olduğunu, lakin işlədiyi müvafiq illər üzrə əmək haqqı kitablarında iddiaçının adına rast gəlinməməsi səbəbindən iş stajının azaldığına görə iddiaçının 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajının olmaması əsasından çıxış etmişdir. Cavabdeh etirazında iddiaçı tərəfindən 2010-2013-cü illər üzrə (ümumilikdə 34 ay) kənd təsərrüfatına yararlı yararlı torpaq sahələrindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqının ödənildiyini qeyd etsə də, həmin illərin sosial sığorta stajına hansı səbəbdən daxil edilməməsini əsaslandırmamışdır. Göründüyü kimi işin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçının ümumi və xüsusi iş stajına malik olmamasıdır. Bununla əlaqədar məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq, formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bildirir ki, əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərlə bağlı təhvil verilməyən əmr kitabları və əmək haqqı cədvəllərinə görə iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası və aryışlalarla təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Eyni zamanda iddiaçı və ailə üzvlərinin mülkiyyətində 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin məcburi dövlət sosial sığorta haqqı ödədikləri dövr barədə 2010-2013-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.10-cu maddəsinə əsasən həmin müddət iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını 2012-2013-cü illərdə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixədək ödəmişdir. İddiaçı bu ödənişlər barədə məhkəməyə təqdim etdiyi həmin qəbzlərin mötəbərliyi şübhə doğurmamış və cavabdeh də bu qəbzlərin mötəbər olmaması ilə bağlı heç bir dəlil irəli sürməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh inzibati orqan tərəfindən qəbul edilən, həmçinin mübahisələndirilən və nəzərə alınmayan sığorta stajları nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox ümumi stajı yaranır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının, 1-ci yarımbölməsinin 20101000, 2010100a -11442 koduna uyğun olan “Zil 130” və “MMZ-555” markalı avtomobilllərin sürücüsü kimi Şərur (İliç) TMZ-da işlədiyi illər nəzərə alındıqda (...1986-2000-ci illər) iddiaçının 12 il 6 aydan çox xüsusi sığorta stajı yaranmış olur. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Həmçinin inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Beləliklə, işin faktiki hallarına və istinad olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli Rayon Şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarını ləğv edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 12 il 6 aydan artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli Rayon Şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarı ləğv edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 12 il 6 aydan artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov