Məhkəmə qərarları › İş №2-1(122)-120/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-120/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-120/2022 29.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı "İddiaçı ilə X3 arasında 20 sentyabr 1982-ci ildə Culfa Rayon VVAQ Şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 92 nömrə ilə qeydə alınmış nikahın pozulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X3 arasında 20 sentyabr 1982-ci ildə Culfa Rayon VVAQ Şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 92 nömrə ilə qeydə alınmış nikahın pozulması öhdəliyinin cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və işin hazırlıq icraatına başlanılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2- 1(122)-120/2022 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 06 iyun 2022-ci il tarixli, 2-1(122)-120/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 29 iyun 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən məhkəmə bildirişi və SMS xəbərdarlıq vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxs X3 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili Vəkil cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı İddiaçı ilə X3 arasında 20 sentyabr 1982-ci ildə Culfa Rayon VVAQ Şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 92 nömrə ilə qeydə alınmış nikahın pozulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırdıqlarını bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı geri qaytarılmasını xahiş etmiş və bu barədə yazdıqları 29 iyun 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X2 iddiaçının və onun vəkilinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə vəsatətlərinə heç bir etirazlarının olmadığını bildirmiş və bu barədə yazdığı 29 iyun 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və İddiaçı və iddiaçının vəkili Vəkil ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqdim edilmiş müraciətindən görünür ki, onlar iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadırlar və iddia tələbinə baxılmasını arzu etmirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Hazırki mübahisədə də iddiaçının və onun vəkilinin ərizəsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçının və onun vəkilinin diqqətinə çatdırılır ki, onların ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı və iddiaçının vəkili Vəkil 29 iyun 2022-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Culfa Rayon Qeydiyyat Şöbəsinə qarşı "İddiaçı ilə X3 arasında 20 sentyabr 1982-ci ildə Culfa Rayon VVAQ Şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 92 nömrə ilə qeydə alınmış nikahın pozulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi" barədə iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar