Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-120/2024 23.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X19 Heydər oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 52 yaşının tamam olduğu 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 11 iyul 2023-cü il tarixli, 155 nömrəli qərarının ləğv edilməsi, onun 1993-2000-ci illərdə “Türkcan” müştərək müəssisəsində və 2006-2012-ci illərdə isə Bəstəkarlar Təşkilatında işlədiyi illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1965-ci ildə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində doğulmuşdur. Naxçıvan şəhərində tam orta məktəbi 1981-ci ildə bitirmiş, 1981-ci ildən 1982-ci ilədək peşə məktəbində təhsil almışdır. xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü ilədək tikiş fabrikində işləmişdir. xx.xx.1993-cü ildən xx.xx.2000-ci ilədək “Türkcan” müştərək müəssisəsində fəhlə işləmiş, 2000-ci ilən 2004-cü ilədək duz mədəni icarə sexində işləmişdir. 2006-2012-ci illərdə isə Bəstəkarlar Təşkilatında işləmişdir. 58 yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına buraxılmağı üçün “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə ərizə ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən 11 iyul 2023-cü il tarixli məktubla imtina olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı göstərilənlərə əsasən “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 11 iyul 2023-cü il tarixli, 155 nömrəli qərarının ləğv edilməsi, onun 1993-2000-ci illərdə “Türkcan” müştərək müəssisəsində və 2006-2012-ci illərdə isə Bəstəkarlar Təşkilatında işlədiyi illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 23 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 26 sentyabr 2023-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək, “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 11 iyul 2023-cü il tarixli, 155 nömrəli qərarının ləğv edilməsi, onun 1993-2000-ci illərdə “Türkcan” müştərək müəssisəsində və 2006-2012-ci illərdə isə Bəstəkarlar Təşkilatında işlədiyi illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23 oktyabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh iddia tələbinə dair 14 dekabr 2023-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1965-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə 17 may 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsinə müraciət etmişdir. Fondun Naxçıvan şəhər İdarəsininin pensiya təyin edən komissiyasının 11 iyul 2023-cü il tarixli, 155 nömrəli qərarı ilə ona pensiya təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi iddiaçının tələb olunan 20 il ümumi iş stajına malik olmamasıdır. İddiaçı təqdim etdiyi, lakin X5 adına olan əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən o, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (11 ay) Naxçıvan şəhər 163 nömrəli Texniki Peşə məktəbində təhsil almış, xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (11 il 4 ay 13 gün) X18 Fabrikində tikişçi, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Naxçıvan Filiz İdarəsində fəhlə, 01,03.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək (6 il) Azərbaycan Respublikası Bəstəkarlar X10 Respublika Təşkilatında makinaçı-stenoqraf vəzifələrində işləmişdir. Beləliklə iddiaçının təhsil aldığı və işlədiyi müddətləri cəmlədikdə onun xx.xx.2006-cı il tarixədək 22 il 7 ay 23 gün ümumi, 10 il 4 ay 13 gün xüsusi iş stajı, 01,03.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək isə 6 il olmaqla, cəmi 28 il 7 ay 23 gün ümumi iş stajı vardır. Fondun Naxçıvan şəhər İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə verilmiş sorğulara cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli 13/1046 nömrəli arayışlardan müəyyən olundu ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (11 ay) Naxçıvan şəhər 163 nömrəli Texniki Peşə məktəbində “tikici-motorçu” ixtisası üzrə təhsil almış, xx.xx.1982-ci il tarixdən xx.xx.1993-cü il tarixdək (11 il 4 ay 16 gün) Naxçıvan X2 tikiş sexində, 2000-2004-cü illərdə isə X15 işləmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən o, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Naxçıvan Filiz İdarəsində fəhlə işlədiyi göstərilsə də, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 13/1046 nömrəli əmək haqqı arayışlarında iddiaçının 1993-cü ilin əmr kitablarında əmrlərin uyğun gəlmədiyi, 1993-1999-cu illərə dair əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi, 2000-ci ildə 3 ay, 2001-ci ildə 7 ay, 2003-cü ildə 2 ay, 2004-cü ildə 9 ay olmaqla, cəmi 21 ay, yəni 1 il 9 ay əmək haqqı almadığı göstərilmişdir. Eyni tarixli, eyni nömrəli digər arxiv arayışında iddiaçının Naxçıvan Tikiş-Trikotaj və İstahsalat Fabrikində işlədiyi 1992-1993-cü illərə dair əmək haqqı cədvəllərində 1992-ci ildə adına rast gəlinmədiyi, 1993-cü ildə isə 3 ay əmək haqqı almadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə verilmiş sorğuya cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda Naxçıvan Filiz İdarəsi “Türkcan” müştərək müəssisəsi adlı hüquqi şəxsin vergi uçotuna alınması üçün vergi orqanlarına müraciət etmədiyi bildirilmişdir. İddiaçının iş yeri barədə təqdim etdiyi arayışlarda onun işlədiyi vəzifələr sadalanmış, lakin onun çalışmış olduğu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Siyahısının hansı koduna uyğun olması öz əksini tapmamışdır. Qeyd edilməlidir ki, iddaiçının təqdim etdiyi sənədlərdə (əmək kitabçası və güzəştli arayış) iddiaçının adı Firuzə olaraq qeyd edilmişdir. Bundan başqa iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək (6 il) Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının Naxçıvan MR Təşkilatında makinaçı-stenoqraf vəzifəsində işləməsi faktı əmək kitabçasında qeyd olunmasına baxmayaraq X9 Sistemində öz əksini tapmamışdır. Beləliklə iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlərin olmasına baxmayaraq, əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı, eləcə də 2006-cı ildən sonra Bəstəkarlar ittifaqının Naxçıvan MR Təşkilatında işlədiyi barədə məlumatlar X9 Sistemində öz əksini tapmadığı üçün həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və azı 20 il ümumi iş stajına malik olmadığından ona güzəştli şərtlərlə əmək pensiya təyin olunmasından imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 11 iyul 2023-cü il tarixli, 155 nömrəli qərarının ləğv edilməsi, onun 1993-2000-ci illərdə “Türkcan” müştərək müəssisəsində və 2006-2012-ci illərdə isə Bəstəkarlar Təşkilatında işlədiyi illəri sığorta stajına daxil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 aprel 2024-cü il tarixə təyin edilmişdir. 23 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 23 aprel 2024-cü il tarixli ərizə təqdim edərək, iddia tələbinin dəqiqləşdirərək iddia tələbinə “ona 52 yaşının tamam olduğu 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin 23 aprel 2024-cü il tarixli, 2-1(122)-120/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 11 iyul 2023-cü il tarixli, 155 nömrəli qərarından məlum olur ki, vətəndaşın xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixdək Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan MR Təşkilatında işləməsi faktı əmək kitabçasında qeyd olunmasına baxmayaraq, X9 Sistemində öz əksini tapmadığından tələb olunan olunan 20 il ümumi iş stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı tərəfindən verilən 17 iyul 2023cü il tarixli, 05/23 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilədək Naxçıvan MR Bəstəkarlar Təşkilatında makinaçı-steneqrof vəzifəsində çalışmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 28 aprel 2023-cü il tarixli, 13/790 nömrəli arayışda Abdullayeva (Nağıyeva) Pürüzə Qəşəm qızının X15 işləməsi faktı və 2000-2004-cü illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 1993-1999-cu illərə dair əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi, 1993-cü ilə dair əmr kitablarında əmrlərin uyğun gəlmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 28 aprel 2023-cü il tarixli, 13/790 nömrəli arayışda Abdullayeva (Nağıyeva) Pürüzə Qəşəm qızının Naxçıvan Tikiş-trikotaj və istehsalat fabrikində işləməsi faktı və 1999-cü il ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 28 aprel 2023-cü il tarixli, 13/790 nömrəli arayışlarda İddiaçı 163 №-li peşə məktəbinə xx.xx.1981-ci il tarixli, 7 №-li əmrlə “tikici-motorçu” ixtisasına qəbul olmasının və Xİİİ qrup üzrə oxumasının, xx.xx.1982-ci il tarixli, 18 №-İİ əmrlə məktəbi bitirməsinin əmr kitabında göstərildiyi, Naxçıvan Tikiş-trikotaj istehsal fabrikinə xx.xx.1982-ci il tarixli 131 LS №-li əmrlə tikiş sexinə qəbul edilməsinin, xx.xx.1993-cü il tarixli 76 ŞH №-li əmrlə işdən azad olunmasının əmr kitablarında göstərildiyi qeyd olunmuşdur. - 29 iyul 1982-ci il tarixdə verilmiş Б 690302 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Naxçıvan şəhər 163 nömrəli Texniki Peşə məktəbinin “Trikotaj istehsalının tikici-motorçu” peşəsi üzrə tam kursunu bitirmişdir. (10 ay 28 gün) - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli, 960 nömrəli arayışdan görünür ki, Nağıyeva X11 şəhər, Əliabad qəsəbəsi, döngə 16, ev 44A ünvanında qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1965-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilən 28 dekabr 2023cü il tarixli, 13/2290 nömrəli arxiv arayışından aydın olur ki, Naxçıvan Duz mədəninin xx.xx.1997-ci il tarixli, 5 №-li əmrinə əsasən mükafat alanların adlı siyahısında Abdullayeva (Nağıyeva) Pürüzə Qəşəm qızının adının olması, xx.xx.1998-ci il tarixli, 18 №-li əmrlə mükafat alanların adlı siyahısında adının olması, xx.xx.1999-cu il tarixli, 1 №-li əmrlə 1997-1998-ci illərin əmək məzuniyyətinə buraxılması, xx.xx.1999-cu il tarixli, 2 №-li əmrlə işlər dayandığı üçün əməkhaqqı saxlanılmaq şərti ilə məzuniyyətə buraxılan işçilərin adlı siyahısında adının olması, xx.xx.2000-ci il tarixli, 15 “A” №-li əmrlə “Türkcan” müştərək müəssisəsi Naxçıvan Filiz idarəsinə öz vəzifələri üzrə işə keçirilənlərin adlı siyahısında adının olması və vəzifəsinin fəhlə olaraq qeyd olunması, xx.xx.2003-cü il tarixli, 24/k №-li əmrlə 2 nömrəli sexə keçirilməsi, xx.xx.2004-cü il tarixli, 29/k №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının Naxçıvan MR Təşkilatının əmr kitabları 2012-ci ildən başladığına görə işə qəbul edilməsi haqqında məlumat vermək mümkün olmamış, xx.xx.2012-ci il tarixli, 01 №-li əmrlə katibə-makinaçı olaraq işdən azad olunması əmr kitabında göstərilmişdir. Arayışın qeyd hissəsində Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının Naxçıvan MR Təşkilatının əməkhaqqı kitabları 2014-2017-ci illəri əhatə etdiyi, əvvəlki illərə dair əməkhaqqı kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi, əmr kitablarının 2012-ci ildən başlayıb 2017-ci ildə bitdiyi, təkcə 2000-ci ilə dair əmr kitabında may ayına dair bir vərəq göstərildiyi, “Türkcan” müştərək müəssisəsi Naxçıvan Filiz idarəsinin əmr kitablarında adının Abdullayeva Firuzə olaraq yazıldığı qeyd olunmuşdur. - “X16” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən 12 fevral 2024-cü il tarixli, 03 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Naxçıvan Filiz İdarəsinin 2 nömrəli sexində fəhlə vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1.2.1 bəndinin (açıqda dağ-mədən işləri və yer səthində işlər) a) a) (fəhlələr, tayvuranlar, çeşidləyicilər) yarımbəndinə uyğundur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 dekabr 2023-cü il tarixli, **********523500 nömrəli məktubundan məlum olur ki, Naxçıvan Filiz İdarəsinin “Türkcan” müəssisəsi adlı hüquqi şəxs Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına və vergi uçotuna alınmamışdır. Əlavə məlumat olaraq bildirilir ki, Naxçıvan Filiz İdarəsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 13 sentyabr 1995-ci il tarixdə 407 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 11 oktyabr 2010-cu il tarixdən "X16" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) olaraq fəaliyyət göstərir. - “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 dekabr 2023-cü il tarixli, 34 nömrəli məktubundan aydın olur ki, haliyədə “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində heç bir müəssisə, müştərək müəssisə və icarə subyekti fəaliyyət göstərmir və Cəmiyyətin arxivində Naxçıvan Filiz İdarəsinin nəzdində “Türkcan” müəssisəsinin fəaliyyət göstərib-göstərməməsi barədə məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 yanvar 2024-cü il tarixli, 3-17-9-1/2-218/2024 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda sığorta edənlərin 1993-2000-ci illərə aid arxiv sənədlərində Naxçıvan Filiz idarəsinin “Türkcən” müştərək müəssisəsi qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 dekabr 2023-cü il tarixli, 13/2265 nömrəli məktubundan məlum olur ki, Naxçıvan Duz mədəninin xx.xx.1997-ci il tarixli, 5 №-li əmrinə əsasən mükafat alanların adlı siyahısında Abdullayeva (Nağıyeva) Pürüzə Qəşəm qızının adının olması, xx.xx.1998-ci il tarixli, 18 №-li əmrlə mükafat alanların adlı siyahısında adının olması, xx.xx.1999-cu il tarixli, 1 №-li əmrlə 1997-1998-ci illərin əmək məzuniyyətinə buraxılması, xx.xx.1999-cu il tarixli, 2 №-li əmrlə işlər dayandığı üçün əməkhaqqı saxlanılmaq şərti ilə məzuniyyətə buraxılan işçilərin adlı siyahısında adının olması, xx.xx.2000-ci il tarixli, 15 “A” №-li əmrlə “Türkcan” müştərək müəssisəsi Naxçıvan Filiz idarəsinə öz vəzifələri üzrə işə keçirilənlərin adlı siyahısında adının olması və vəzifəsinin fəhlə olaraq qeyd olunması əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində Naxçıvan Filiz idarəsi-“Türkcan” müştərək müəssisəsinin 1997-2000-ci illərə dair əmr kitablarında vətəndaşın adının Abdullayeva Firuzə olaraq yazıldığı, Naxçıvan Filiz idarəsinin 1993-1996-cı illər Naxçıvan Filiz idarəsi-“Türkcan” müştərək müəssisəsinin sənədlərinin Naxçıvan MR Dövlət Arxivində mühafizə olunmadığı qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. 1 saylı Protokolun 1-ci Maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyətdən dinc istifadəyə hər hansı bir müdaxilə üç əsas şərtə cavab verməlidir: (1) müdaxilə və əlaqəli məhdudlaşdırıcı şərtlər üçün hüquqi zəmin olmalıdır, (2) müdaxilə ictimai maraqlara xidmət etməlidir, və (3) sonda, şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansa (mütənasiblik prinsipinə) cavab verməlidir (Broniovski Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 147-151; Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 163-168; Vistiņš və Perepjolkins Latviyaya qarşı Böyük Palatanın qərarı, §§ 69-71, 79, 81). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) 9.1 maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: ... qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı on ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: (hazırda qüvvədə olan redaksiyada). - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 31.2-1-ci maddələrinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş redaksiyada) 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinink ordinaturada təhsil müddəti. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 2010100a a) fəhlələr 2010100a-18627 çeşidləyicilər 2010100a-14829 tayvuranlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı ona 52 yaşının tamam olduğu 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsidir. Cavabdeh 11 iyul 2023-cü il tarixli, 155 nömrəli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddia tələbinə dair etirazında cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 22 il 7 ay 23 gün ümumi, 10 il 4 ay 13 gün xüsusi iş stajının, 01,03.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək isə 6 il olmaqla, cəmi 28 il 7 ay 23 gün ümumi iş stajının olmasını qəbul edir. Cavabdehin imtinasının əsasını iddiaçının tələb olunan 20 il ümumi iş stajına malik olmaması, əməkhaqqı arayışlarında, əmr kitablarında əmrlərin uyğun gəlməməsi, əməkhaqqı cədvəllərində adına rast gəlinməməsi, əmək haqqı almaması, iddiaçının çalışmış olduğu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Siyahısının hansı koduna uyğun olmasının öz əksini tapmaması, iddiaçının təqdim etdiyi sənədlərdə adının Firuzə olaraq qeyd edilməsi, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının Naxçıvan MR Təşkilatında makinaçı-stenoqraf vəzifəsində işləməsi faktının X9 Sistemində öz əksini tapmaması təşkil etmişdir. Məhkəmə göstərilən mövqeni qəbul etmir. Əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarının pozulmamasının təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərardadı) Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin ona pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmçinin, məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbləri baxımından iddiaçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının 52 yaşına çatması, azı 20 il sığorta stajına malik olması və bu müddətin azı on ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə çalışması. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, iddiaçının 2017-ci il mart ayının 10-dək qanunvericiliklə tələb olunan 20 il sığorta stajına malik olması və güzəştli pensiya hüququ verən on il iş stajını topladığı iş üzrə materiallarla təsdiq olunur. Eyni zamanda, iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə həmin dövrə aid iş stajı barədə dövlət arxivinin və şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. İddiaçının əmək stajını təsdiq edən sübutları şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış, məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını, ümumi və xüsusi iş stajını təsdiq edən arayışları, ASSR Dövlət Tikinti Peşə Təhsil Komitəsi tərəfindən iddiaçıya verilmiş diplomu və s. mötəbər sübut kimi qiymətləndirir. Arxiv arayışlarının qeyd hissəsində yazılanlara münasibətdə məhkəmə bildirir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu illərə dair arxiv sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi (eləcə də mdss haqları üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabatlarında - MEİS-də öz əksini tapmaması) iddiaçının vəzifəsi olmadığından, bu hallar da onun ziyanına şərh edilə bilməz. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Bu zaman həmçinin işçinin məşğul olduğu peşənin və həmin peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu mütləq nəzərə alınmalıdır. Həmçinin, müəyyən edildi ki, iddiaçı 20 ildən artıq ümumi sığorta stajına malik olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən (10 ildən artıq), xüsusi stajına dair işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 1. Dağ-mədən işləri bəndində 2010100a-18627 kodu üzrə “çeşidləyicilər” və ya 2010100a-14829 kodu üzrə “tayvuranlar” peşələrinə uyğundur. Məhkəmə cavabdehin xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmadan, yəni həmin sənədlərdə oxşar ad, soyad, ata adının eynilik təşkil etdiyi digər şəxsin olub-olmaması məsələsini aydınlaşdırmadan, iddiaçıya aid sənədləri məcmu halında qiymətləndirmədən həmin sənədlərdə adının Firuzə olaraq qeyd edilməsi kimi ziddiyyətli məqamların mövcud olması barədə gətirdiyi arqumentlə də razılaşmır. Belə ki, həmin sənədlər məhkəmə tərəfindən tədqiq edilərkən X1 qeyd olunmuş şəxsin X7 olması həqiqiliyi şübhə doğurmamışdır. Digər tərəfdən, iş materiallarında olan filiz idarəsinin fəaliyyətinə dair və s. sənədlərdə X4 X1 qeyd edilməsi də iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Vurğulanmalıdır ki, inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı on ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1965-ci il təvəllüdlü iddiaçı pensiya hüququnu həmin normaya uyğun olaraq, 52 yaşının tamam olduğu 2017-ci ilin mart ayının 9-da qazanmışdır. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 11 iyul 2023-cü il tarixli, 155 nömrəli qərarını haqlı olaraq mübahisələndirməmişdir. Çünki həmin qərar həmin qərarın qəbul olunduğu zaman kəsiyində iddiaçını hər hansı hüququndan məhrum etmədiyi və ya onun hüququnu məhdudlaşdırmadığı, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt olmadığı üçün əlverişsiz inzibati akt sayılmır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bunula belə, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçı pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. Bu halda iddiaçıya pensiya müraciət edilən xx.xx.2023-cü il tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə yəni xx.xx.2020-ci il tarixdən təyin edilə bilər. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Bu qərarda ifadə edilmiş hüquqi mövqelər cavabdeh tərəfindən nəzərə alınmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 52 yaşının tamam olduğu 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir.
Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı iddiası təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu 09 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov