Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-120/2025 21.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı "Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli 26 saylı qərarının Naxçıvan şəhər XDM İK-nin 28 iyun 1993-cü il tarixli 428 saylı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 1997-ci il tarixli 504 saylı sərəncamları ilə mərhum əri X10 dərzi sexi tikilməsi məqsədi ilə verilmiş və həmin sahədə tikinti aparılmış cəmi 24 kv.m hissəyə münasibətdə qismən ləğv edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdehlər Naxçıvan Bələdiyyəsinə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 saylı qərarının ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.4 kv.m olan dərzi sexinin mərhum əri X8 adına qeydiyyata alınması öhdəliyinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X9 dərzi sexi tikmək üçün Naxçıvan şəhər XDM İK-nin 28 iyun 1993-cü il tarixli, 428 saylı sərəncamı ilə 12 kv.m torpaq sahəsi ayrılmışdır və orada dərzi sexi tikmişdirlər. Həmin sexin genişləndirilməsi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 1997-ci il tarixli, 504 saylı sərəncamı ilə həmin dərzi sexinin 12 kv.m ölçüsündə genişləndirilməsinə icazə verilmişdir. Ümumilikdə 21.4 kv.m torpaq sahəsində tikinti aparılmışdır. Həmin tikilinin sxemi hazırlanmış, Dövlət Əmlakının İnventarlaşdırılması şöbəsi tərəfindən həmin əmlakın dəyəri 17608671 manat qiymətləndirilib və 28 yanvar 1999-cu ildə 1/353 qeydiyyat nömrəsi ilə texniki pasport verilmişdir. Səlim Qazıyev 2020-ci ildə ölmüş, onun ölümündən sonra mirası iddiaçı qəbul etmişdir. Bu yaxınlarda həmin dərzi sexinə aid sənədləri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə apararaq onu qeydiyyata alınmasını xahiş etmişdir. Araşdırma zamanı ona bildirilmişdir ki, dərzi sexinin yerləşdiyi torpaq sahəsi Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 saylı qərarı ilə X17 adlı bir şəxsə satılmışdır. O, bələdiyyəyə getmiş, orada ona bildirmişdirlər ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin müvafiq rəyi əsasında həmin torpaq satılmışdır. O, yenidən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə getmiş və rəyi onlara göstərəndə bildirmişdirlər ki, onlar səhv ediblər, verin məhkəməyə ləğv etsinlər. Rəydə göstərilmişdir ki, torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir. Üzərində məhdudiyyət mövcud deyildir. Halbuki həmin torpaq sahəsində ona məxsus olan tikili mövcuddur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 saylı qərarının ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 21.4 kv.m olan dərzi sexinin mərhum əri X8 adına qeydiyyata alınması öhdəliyinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 26 aprel 2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək, cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 saylı qərarının Naxçıvan şəhər XDM İK-nin 28 iyun 1993-cü il tarixli 428 saylı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 1997-ci il tarixli 504 saylı sərəncamları ilə mərhum əri X10 dərzi sexi tikilməsi məqsədi ilə verilmiş və həmin sahədə tikinti aparılmış cəmi 24 kv.m hissəyə münasibətdə qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 26 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin müvafiq sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Bələdiyyəsi iddiaya dair 05 iyun 2024-cü il tarixli, 402 nömrəli məktubla məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi Naxçıvan Bələdiyyəsinə məxsus olub, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin 18 mart 2022-ci il tarixli, 39 saylı rəyi əsasında, Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 saylı qərarı ilə fərdi mənzil tikintisi üçün ünvan 2 ünvanında yaşayan X4. Bunun üçün də İddiaçı iddiası mümkün deyildir. Məhkəmənin 06 iyun 2024-cü il tarixli, 2-1(122)-551/2024 nömrəli qərardadı ilə X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxsin vəkili və nümayəndəsinin yazılı etirazının qısa xülasəsi: Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuş 08 mart 2025-ci il tarixli etirazını onunla əsaslandırmışdır ki, iddia üzrə məhkəmə hazırlıq iclaslarında da öz etirazını bildirmiş, hətta burada nümayəndəsi olduğu üçüncü şəxs X11 "vicdanlı alıcı" olması dəfələrlə məhkəmənin nəzər diqqətinə çatdırılmışdır. İddaçı öz iddia ərizəsində həmin torpaq sahəsinin iddiaçının məhrum həyat yoldaşına Naxçıvan Şəhər XDM İK-nın 28 iyun 1993-cü il tarixli, 428 saylı sərəncamı əsasında verildiyini qeyd etmiş, daha sonra isə Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət olunduğunu və müvafiq icra hakimiyyətinin 09 sentyabr 1997-ci il tarixli, 504 saylı sərəncamı əsasında dərzi sexinin 12 kv.m genişləndirilməsinə icazə verdiliyini qeyd etmiş və bu halı öz öz iddia ərizəsində qeyd etmişdir. Yəni iddiaçının mərhum həyat yoldaşına 12 kv.m torpaq sahəsi ayrılmış və bu torpaq sahəsi də iddiaçının mərhum həyat yoldaşının istifadəsinə verilmişdir. Çünki həmin vaxt, torpaq sahələri mülkiyyətə deyil, yalnız və yalnız məqsədli istifadə üçün istifadəyə verilirdi. Sonradan isə iddiaçının özünün də qeyd etdiyi kimi həmin dərzi sexinin genişləndirilməsi üçün müraciət edildiyi, buna dair icazə verildiyi və 12 kv.m də dərzi sexinin genişləndirildiyi qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, həmin vaxt dərzi sexinin genişləndirilməsi ilə bağlı icazə verilsə də, torpaq sahəsinin (12 kv.m hissəyə münasibətdə) hər hansı hüquqmüəyyən edici sənəd də yoxdur, məhkəməyə təqdim edilməmişdir. Yəni həmin torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir (sərəncamın tikiliyə münasibətdə verildiyini nəzərə almaq lazımdır). Həmçinin onu qeyd etmək lazımdır ki, vəkili və nümayəndəsi olduğu X18 qanunla müəyyən olunmuş formada müvafiq bələdiyyəyə müraciət etmiş, sonradan bələdiyyə qeyd edilən torpaq sahəsinin satılması ilə bağlı qərar qəbul edilmiş və son nəticədə isə tam qanuni olaraq bu torpaq sahəsi vəkili və nümayəndəsi olduğu şəxs tərəfindən alınmışdır. Üçüncü şəxs olan X18 vicdanlı alıcı kimi bu torpaq sahəsini almışdır. Yəni məhkəmə üçüncü şəxs və hazırki iş üzrə bələdiyyə tərəfindən aparılan alqı-satqının legitimliyini müzakirə edərkən nəzərə almalıdır ki, üçüncü şəxs həmin torpaq sahəsini hər hansı bir fiziki şəxsdən deyil, məhz bələdiyyədən almışdır və təbii ki bələdiyyə də (hansı ki seçkili orqandır) həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunu bilə-bilə satmış, üçüncü şəxs olan X18 da həmin torpaq sahəsinin "bələdiyyənin mülkiyyətində olduğunu, torpaq sahəsini bələdiyyədən aldığını" bilərək almış və məhz buna görə də o mütləq şəkildə vicdanlı alıcıdır. Eyni zamanda müvafiq olaraq alqı-satqı prosesi aparıİmazdan əvvəl torpaq sahəsinin satılması üçün müvafiq dövlət qurumundan rəy alınmış, və bu verilmiş rəydən sonra həmin alqı-satqı prosesi baş tutmuşdur. Bələdiyyə qərarı 28 mart 2022-ci il tarixində verilmiş, iddiaçı isə 2 ildən sonra hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Yəni bu iki il müddətdə "susmuş", bu barədə hüquqi hərəkətlər etməmiş, hərəkətsizilik etmiş, 2 ildəndə artıq bir müddət keçdikdən sonra bu barədə iddia məhkəməyə müraciət etmişdir. Bu hala da məhkəmə diqqət yetirməli, 2 ildən də çox müdddətdə məhkəməyə müraciətin niyə edilmədiyini araşdırmalıdır (bələdiyyə qərarının 2 ildən sonra mübahisələndirilməsi iddianın mükünlük məsələsi üçün də vacib əhəmiyyət daşıyır) Məlumdur ki, mülkiyyət hüququ toxunulmazıdr və dövlət tərəfindən müdafiə olunur. Məhkəmənin qərarı olmadan mülkiyyət hüququna müdaxilə oluna bilməz. Üçüncü şəxs olan X18 vicdanlı alıcı kimi müvafiq torpaq sahəsini almış, həmin torpaq sahəsini də məhz Naxçıvan Şəhər Bələdiyyəsindən almış, alqı-satqı prosesi tam qanuni və düzgün aparılmışdır. Məhkəməyədə iddia qaldırılana qədər, həmçinin o üçüncü şəxs qismində cəlb edilənədək həmin torpaq sahəsini tam mülkiyyətçi kimi idarə etmiş, bu torpaq sahəsini də bir mülkiyyətçi olaraq idarə etmişdir. Yəni bu müvafiq qərarın məhkəmə qaydasında mübahisələndirilməsi baş tutanadək bir mülkiyyətçi olaraq bu torpaq sahəsini "yiyələnmiş" həm də qanuni olaraq 'yiyələnmiş"dir. İddiaçıya XDM İK-in müvafiq qərarı ilə 12 kvm torpaq sahəsi ayrılmış və bu torpaq sahəsi də iddiaçının mülkiyyətinə deyil, istifadəsinə verilmişdir. Yəni bu istifadə də məhz müvəqqəti xarakter daşıyan istifadə hüququdur və daimi istifadə hüququ deyildir. Yəni bu istifadədə olan torpaq sahələri məzh bələdiyyə yarandıqdan (1999-cu ildə müvafiq bələdiyyə seçkiləri keçirildikdən sonra) bələdiyyələrin mülkiyyətinə verilmişdir. Bələdiyyə də hazırki iddia tələbində qeyd edilən torpaq sahəsini öz mülkiyyətində olan torpaq sahəsi kimi stamışdır, hansı ki, bu tam qanuni və düzgün alqı-satqı olmuşdur. Yəni iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində deyil, istifadəsində olan 12 kv.m-lik torpaq sahəsi olmuşdur. Həmçinin iddiaçı iddia tələbində 24 kv.m hissəyə münasibətdə ləğv edilməsini tələb edir. Hansı ki iddiaçının özünün də etiraf etdiyi kimi həmin digər 12 kv. m hissə də Naxçıvan Şəhər İcra Hakmiyyətinə müraciət olunmuş və dərzi sexinin genişləndirilməsi xahiş edilmişdir. Yəni 12 kv.m hissə onun istifadəsinə verilməmiş, yalnız tikinti aparılmasına icazə verilmişdir. Yəni o hissənin istifadəyə verilməsinə dair hüquqmüəyyənedici sənəd və ya sübut mövcud deyidir. Üçüncü şəxsin vəkili iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 21 aprel 2025-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil1, üçüncü şəxs X18, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuş 18 aprel 2025-ci il tarixli vəsatət göndərərək 21 aprel 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınaraq başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil1, üçüncü şəxs X18, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan Bələdiyyəsinin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli, 428 saylı sərəncamına əsasən Naxçıvan şəhər Sabir küçəsi 14 №-li evdə yaşayan X8 ərizəsi nəzərə alınaraq, şəhərin Sabir küçəsində şəhər ictimai iaşə trestinin hasarının şimal tərəfində istifadəsiz sahədə onun 4x8 metr ölçüsündə dərzi sexinin tikintisinə icazə verilmişdir. - AR Müdafiə Nazirliyinin Naxçıvan rayon Mənzil İstismar hissəsinin xx.xx.1997-ci il tarixli, 57 saylı və xx.xx.1997-ci il tarixli, 196 nömrəli məktubların məzmunundan aydın olur ki, mülki həyətdə küçə divarına və onun iş yerinə bitişik tamamilə yararsız, həm də onların istifadə etmədikləri kiçik bir otağın X12 verilməsinə Naxçıvan rayon Mənzil İstismar hissəsi etiraz etmir - Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 504 nömrəli sərəncamına əsasən Naxçıvan şəhər Sabir küçəsi 14-də yaşayan X8 ərizəsi və AR Müdafiə Nazirliyinin Naxçıvan rayon Mənzil İstismar hissəsinin 57 saylı, xx.xx.1997-ci il tarixli məktubu nəzərə alınaraq, Naxçıvan şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli, 428 saylı sərəncamı ilə Seyid küçəsində yerləşən AR Müdafiə Nazirliyinin Naxçıvan rayon Mənzil İstismar hissəsinin həyətində S.Qazıyevin istifadəsində olan dərzi sexinin 3.0x4.0 metr ölçüsündə genişləndirilməsinə icazə verilmişdir. - Naxçıvan MR Dövlət Əmlakının İnventarlaşdırılması Şöbəsi tərəfindən verilmiş 02 saylı məktuba əlavədən məlum olur ki, Naxçıvan şəhər Sabir küçəsi 14-də yerləşən dərzi sexi, ümumi faydalı sahəsi 21.4 m2 olan tikilinin dəyəri 17608671 manatdır. - Naxçıvan şəhər Sabir küçəsi 14-də yerləşən ümumi sahəsi 21.4 m2 olan dərzi sexinə dair xx.xx.1999-cu il tarixdə 1/353 nömrəli qeyri-yaşayış fonduna daxil olan obyektlərin texniki pasportu tərtib edilmişdir. - Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 saylı qərarından aydın olur ki, Naxçıvan şəhərinin X21 küçəsi 6B-də yerləşən 549.37 m2 torpaq sahəsi fərdi mənzil tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 №-li Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqı qaydaları"na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 may tarixli 89 №-li Qərarı ilə təsdiq edilmiş "Torpaqların normativ qiymətləri haqqında" Əsasnaməyə uyğun olaraq, Torpaq Məcəlləsinin 59-cu maddəsinin l-ci bəndinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 7-ci maddəsinin 7.1.1-ci yarımbəndinə, 7.3 və 7.3.1-cü yarımbəndinə əsasən 1375 (bir min üç yüz yetmiş beş) manat dəyərində qiymətləndirilmiş və müəyyən olunan məbləğ X6 bankdakı hesabına ödənildiyindən həyətyanı torpaq sahəsi kimi vətəndaş X11 mülkiyyətinə verilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan səhəri, X21 küçəsi, ev 8A ünvanında yaşayan Nümayəndə ünvanlanan 16 noyabr 2023-cü il tarixli, 52 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən aydın olur ki, Naxçıvan şəhəri, X21 küçəsi, 6B ünvanında yerləşən əmlakın araşdırılması aparılmışdır. Təqdim edilən sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.10.1-ci maddəsinin (tikintisinə icazə tələb olunan obyektlər üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismara icazə) tələblərinə cavab vermədiyi və iddia olunan torpaq sahəsinin Naxçıvan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 26 nömrəli qərarı ilə X2 və onun adına qeydiyyata alındığı üçün təqdim edilən sənədlər Naxçıvan MR Dövlət Əmlak Komitəsinin texniki pasportu əsasında qeydiyyat verilməsi qanunvericiliyə uyğun deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən Naxçıvan Bələdiyyəsinə verilmiş 18 mart 2022-ci il tarixli, 39 nömrəli rəydən görünür ki, bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan 549.37 m2 torpaq sahəsi Naxçıvan bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqəsi kateqoriyalıdır, İ zonaya daxildir və alqı-satqı predmetidir. Bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşutəsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir. Torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərininmühafizə zolağında və ya sürüşmə zonasında yerləşmir. Qeyd edilənlərə əsasən həmin torpaq sahəsinin (yerquruluşu planından çıxarış əlavə olunur) bilavasitə mülkiyyətə verilməsinə baxıla bilər. - 11 may 1989-cu il tarixli, V-ЖГ seriyalı, 251651 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, 05 mart 1939-cu il təvəllüdlü X16 ilə xx xxxxxxx 1957-ci il təvəllüdlü İddiaçı 11 may 1989-cu il tarixdə nikah bağlamışlar. Nikah şəhadətnaməsinə əsasən ərə Qazıyev, arvada Seyidova soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 19 nömrə ilə qeyd edilmişdir. - Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə dair xx.xx.2023-cü il tarixli "Elektron notariat" X1 çıxarışdan görünür ki, Naxçıvan MR DƏDRX tərəfindən xx.xx.2013 tarixdə X10 verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında 0.0148 ha torpaq sahəsində ünvanında yerləşən ümumi sahəsi 71.13 kv/m, yaşayış sahəsi 25.6 kv/m, yardımçı sahəsi 28.22 kv/m, 3 otaqlı olan fərdi yaşayış evidən ibarət miras əmlak ölmüş şəxs (miras qoyan) X8 qanun üzrə vərəsəsi İddiaçı tərəfindən qəbul edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli, 1642 nömrəli arayışdan görünür ki, Seyidova X7 şəhəri, Sabir küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. - Naxçıvan Bələdiyyəsinin 06 aprel 2024-cü il tarixli məktubu ilə 28 mart 2022-ci il tarixli, 26 saylı qərarın və həmin qərarın verilməsi üçün əlavə edilmiş sənədlərin surəti məhkəməyə göndərilmişdir. Məktuba əlavə edilmiş 28 mart 2022-ci il tarixli, 25 nömrəli bələdiyyə torpağının xüsusi mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin surətindən görünür ki, satan Naxçıvan Bələdiyyəsi 26 saylı qərarı əsasında Naxçıvan Bələdiyyəsinin ərazisində yerləşən ümumi sahəsi 549.37 m2 torpaq sahəsini alıcı X3. Torpağın satış qiyməti 1 m2 üçün 250 manat təşkil etmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 may 2024cü il tarixli, 04/360 nömrəli məktubdan məlum olur ki, Naxçıvan şəhəri, X21 küçəsi 6B ünvanında yerləşən 0,0549 ha torpaq sahəsi Naxçıvan bələdiyyəsinin 28 mart 2022-ci tarixli, 26 nömrəli qərarı əsasında 31 mart 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə X11 adına qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14 may 2024-cü il tarixli, 02/426 nömrəli məktubla Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 28 iyun 1993-cü il tarixli, 428 nömrəli və Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 1997-ci il tarixli, 504 nömrəli sərəncamları və əlavələrinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 sentyabr 2024-cü il tarixli, 04/944 nömrəli məktubdan aydın olur ki, Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 28 yanvar 1999-cu il tarixli, 1/353 nömrəli texniki pasportda qeyd edilmiş tikili Naxçıvan bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 nömrəli qərarına əsasən satılmış, Naxçıvan şəhəri, X21 küçəsi, 6B ünvanında yerləşən 549,37 m2 torpaq sahəsinin sərhədləri daxilində yerləşir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 oktyabr 2024-cü il tarixli, 04/997 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının inventarlaşdırılması İdarəsi tərəfindən ünvan 10 ünvanında yerləşən dərzi sexinə dair xx.xx.1999-cu il tarixdə 1/353 nömrəli texniki pasport verilmişdir. Lakin həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 oktyabr 2024-cü il tarixli, 5-5/2-1270/2024 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə verilmiş 08 oktyabr 2024-cü il tarixli Naxçıvan şəhər XDM İK-nin 28 iyun 1993-cü il tarixli, 428 saylı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 1997-ci il tarixli, 504 saylı sərəncamlarının qüvvədən düşüb-düşməməsi, düşdüyü təqdirdə hansı inzibati akt əsasında düşməsinə səbəb olan aktın və iş üçün əhəmiyyət kəsb edən digər zəruri məlumatların qısa müddətdə göndərilməsi barədə sorğuya cavab olaraq Arxiv İdarəsi tərəfindən həmin sərəncamların surətlərinin və sərəncamlara dair əlavə sənədlərin surətinin ünvanlarına göndərildiyi qeyd edilərək Naxçıvan şəhər XDM İK-nin 28 iyun 1993-cü il tarixli, 428 saylı və Naxçıvan Şəhər icra Hakimiyyətinin 09 sentyabr 1997-ci il tarixli, 504 saylı sərəncamlarının qüvvədən düşməsi haqqında əlavə məlumatlara rast gəlinmədiyi bildirilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 dekabr 2024-cü il tarixli, 04/1311 nömrəli məktubdan görünür ki, Naxçıvan bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 nömrəli qərarı ilə X14 verilmiş Naxçıvan şəhəri, X21 küçəsi 6B ünvanında yerləşən həyətyanı torpaq sahəsinin faktiki vəziyyətində ölçüsü Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən ölçülərlə yalnız tikilinin yerləşdiyi hissədə uyğunsuzluq təşkil edir. Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının inventarlaşdırılması idarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 1/353 nömrəli texniki pasporta əsasən X10 məxsus Naxçıvan şəhəri, X21 küçəsi 14 ünvanında yerləşən, ümumi sahəsi 21.4 m2 olan dərzi sexi Naxçıvan bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 nömrəli qərarı ilə X11 mülkiyyətinə verilmiş torpaq sahəsinin şimal-şərq istiqamətində yerləşir. Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş xx.xx.1999cu il tarixli, 1/353 nömrəli texniki pasporta əsasən X10 məxsus Naxçıvan şəhəri, X21 küçəsi 14 ünvanında yerləşən, ümumi sahəsi 21.4 m2 olan dərzi sexi Naxçıvan şəhəri, X21 küçəsi 6B ünvanında X11 mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir. X10 məxsus dərzi sexi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 yanvar 2025-ci il tarixli, 04/41 nömrəli məktubdan məlum olur ki, 06 dekabr 2024-cü il tarixli məktubda məhkəmə tərəfindən qoyulan 3-cü sual cavablandırılarkən X10 məxsus dərzi sexinin Naxçıvan şəhəri, X21 küçəsi 6B ünvanında X11 mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi qeyd olunduğundan, 4-cü sualın cavabında X10 məxsus dərzi sexinin üçüncü şəxslərin (Əsəd Yusiflidən başqa şəxslərin) istifadəsində olan torpaq salfiələri ilə üst-üstə düşmədiyi bildirilmişdir. İddiaçı tərəfindən mübahisəli dərzi sexinə aid qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi Səlim Qazıyev arasında qazın alqı-satqısı və Energetika Agentliyi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının 2016-cı ilə aid birtipli müqavilələri, müvafiq aktlar və sexə aid fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. - 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. - 16-cı maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. - 23.1-ci maddəsinə əsasən torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməkdir. - 23.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. - 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 saylı qərarının Naxçıvan şəhər XDM İK-nin 28 iyun 1993-cü il tarixli 428 saylı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 1997-ci il tarixli 504 saylı sərəncamları ilə mərhum əri X10 dərzi sexi tikilməsi məqsədi ilə verilmiş və həmin sahədə tikinti aparılmış cəmi 24 kv.m hissəyə münasibətdə qismən ləğv edilməsinə nail olmaqdan ibarətdir. İş materiallarında olan Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 saylı qərarından aydın olur ki, Naxçıvan şəhərinin X21 küçəsi 6B-də yerləşən 549.37 m2 torpaq sahəsi fərdi mənzil tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 №-li Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqı qaydaları"na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 may tarixli 89 №-li Qərarı ilə təsdiq edilmiş "Torpaqların normativ qiymətləri haqqında" Əsasnaməyə uyğun olaraq, Torpaq Məcəlləsinin 59-cu maddəsinin l-ci bəndinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 7-ci maddəsinin 7.1.1-ci yarımbəndinə, 7.3 və 7.3.1-cü yarımbəndinə əsasən 1375 (bir min üç yüz yetmiş beş) manat dəyərində qiymətləndirilmiş və müəyyən olunan məbləğ X6 bankdakı hesabına ödənildiyindən həyətyanı torpaq sahəsi kimi vətəndaş X11 mülkiyyətinə verilmiş və xx.xx.2022-ci tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16/26 nömrəli reyestr kitabının 4942 nömrəli vərəqində qeydiyyata alınaraq çıxarış təqdim edilmişdir. Naxçıvan şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli 428 saylı sərəncamına əsasən Naxçıvan şəhər Sabir küçəsi 14 №-li evdə yaşayan X8 ərizəsi nəzərə alınaraq, şəhərin Sabir küçəsində şəhər ictimai iaşə trestinin hasarının şimal tərəfində istifadəsiz sahədə onun 4x8 metr ölçüsündə dərzi sexinin tikintisinə icazə verilmiş, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 504 nömrəli sərəncamına əsasən Naxçıvan şəhər Sabir küçəsi 14-də yaşayan X8 ərizəsi və AR Müdafiə Nazirliyinin Naxçıvan rayon Mənzil İstismar hissəsinin 57 saylı, xx.xx.1997-ci il tarixli məktubu nəzərə alınaraq, Naxçıvan şəhər XDM İK-nın xx.xx.1993-cü il tarixli, 428 saylı sərəncamı ilə Seyid küçəsində yerləşən AR Müdafiə Nazirliyinin Naxçıvan rayon Mənzil İstismar hissəsinin həyətində S.Qazıyevin istifadəsində olan dərzi sexinin 3.0x4.0 metr ölçüsündə genişləndirilməsinə icazə verilmişdir. Məhkəmə araşdırılması zamanı Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş yuxarıda qeyd edilən məktublara əsasən məlum olmuşdur ki, Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 1/353 nömrəli texniki pasporta əsasən X10 məxsus Naxçıvan şəhəri, X21 küçəsi 14 ünvanında yerləşən və halhazırda fəaliyyət göstərən, ümumi sahəsi 21.4 m2 olan dərzi sexi Naxçıvan şəhəri, X21 küçəsi 6B (əvvəlki X21 küçəsi 14) ünvanında X11 mülkiyyətinə verilmiş 549.37 m2 torpaq sahəsinin sərhədləri daxilindədir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş arxiv arayışından və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının mərhum əri X10 torpaq sahəsinin ayrılması barədə Naxçıvan şəhər XDM İK-nin 28 iyun 1993-cü il tarixli, 428 saylı və Naxçıvan Şəhər icra Hakimiyyətinin 09 sentyabr 1997-ci il tarixli, 504 saylı sərəncamları inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, bələdiyyələr tərəfindən şəxslərə torpaq sahələri ayrılarkən bu proseduranı tənzimləyən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun, həmçinin, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” nin yuxarıda sadalanan normalarının tələblərinə riayət edilməmişdir. Belə ki, həmin Əsasnamənin 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurana başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Qeyd olunan normaların məzmunundan, həmçinin, bələdiyyələrin inzibati praktikasından məlum olduğu kimi şəxslərə ayrılması nəzərdə tutulan torpaq sahəsinə bələdiyyə tərəfindən baxış keçirilməsində məqsəd torpaq sahəsinin həm hüquqi cəhətdən, həm də faktiki cəhətdən boş olub-olmamasının, o cümlədən müraciət edən şəxsə məhz həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğunun müəyyən edilməsidir. Hazırkı işin hallarından görünür ki, bələdiyyə tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qərar qəbul edilərkən, həmin torpaq sahəsində tikilmiş 24 kv.m binanın (sexin) faktiki iddiaçı tərəfindən istifadə edilməsi ilə bağlı hala diqqət yetirilməmişdir. Belə ki, məhkəmənin mübahisəli ərazinin faktiki vəziyyəti barədə arayışın təqdim edilməsi barədə sorğusuna dair Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 06 dekabr 2024-cü il tarixli məktubda qeyd edilir ki, Naxçıvan bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 nömrəli qərarı ilə X14 verilmiş Naxçıvan şəhəri, X21 küçəsi 6B ünvanında yerləşən həyətyanı torpaq sahəsinin faktiki vəziyyətində ölçüsü Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən ölçülərlə yalnız tikilinin yerləşdiyi hissədə uyğunsuzluq təşkil edir. X10 məxsus Naxçıvan şəhəri, X21 küçəsi 14 ünvanında yerləşən, ümumi sahəsi 21.4 m2 olan dərzi sexi Naxçıvan şəhəri, X21 küçəsi 6B ünvanında X11 mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilindədir. Cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan, eyni zamanda iş materiallarından görünür ki, 1993-cü ildən bu günədək torpaq sahəsi və üzərində inşa edilmiş tikili etirazsız və fasiləsiz olaraq iddiaçının istifadəsində olmasına baxmayaraq, bələdiyyə qərarı qəbul edilərkən inzibati icraat aparılmamış, iddiaçının mübahisəli torpaq sahəsinin üçüncü şəxsə satılması ilə bağlı razılığının olub-olmaması araşdırılmamış və iddiaçıya heç bir məlumat verilməmişdir. Halbuki, mübahisə predmeti olan 24 kv.m torpaq sahəsi ümumiyyətlə, üçüncü şəxsin istifadəsində olmamış, həmin sahədə yerləşən tikili isə məhz iddiaçının mərhum əri X10 və ona məxsus olmuş, eləcə də torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İnzibati icraatda dinlənilmə hüququ prosedur prinsip və təminat kimi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, bələdiyyə diskresion səlahiyyətindən istifadə edərək, torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsini məqsədə uyğun hesab etsə belə, mübahisəli torpaq sahəsi faktiki iddiaçının istifadəsində olduğundan ilk növbədə həmin torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılmasını təmin etməli, daha sonra torpaq sahəsi üzərində sərəncam vermək hüququnu həyata keçirməli idi. Həmçinin bələdiyyə mübahisəli torpaq sahəsinin hərrac və ya müsabiqədən kənar üçüncü şəxsə satılması ilə əlaqədar qərar qəbul etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə əməl etmədən qərar qəbul etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında gəlinən nəticə həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iddiaya etirazında və məhkəmə iclasında verdiyi izahatında irəli sürdüyü arqumentlərə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus 24 m2 tikili (dərzi sexi) üçüncü şəxsin mülkiyyətinə verilən 549.37 m2 torpaq sahəsinin giriş hissəsində yerləşir, yəni alınan torpaq sahəsinə daxil olmaq üçün 24 m2 tikilinin qarşısından keçilməsi mütləqdir. Belə ki, əraziyə daxil olmaq üçün əlavə yol nəzərdə tutulmamışdır. Belə olan halda üçüncü şəxsin aldığı torpaq sahəsinə daxil olarkən mövcud tikilini görməməsi mümkün deyildir. Əlavə olaraq qeyd olunur ki, həmin 24 m2 tikili 30 ildən çox müddətdir və hal-hazırda elektrik əşyalarının təmiri kimi fəaliyyət göstərir. Bu halda üçüncü şəxsin mülkiyyətinə verilən 549.37 m2 torpaq sahəsinin giriş hissəsində 24 m2 tikili (dərzi sexi) mövcud olduğundan xəbərdar olmaması mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqanın tərəfindən Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 saylı qərarı Naxçıvan şəhər XDM İKnin 28 iyun 1993-cü il tarixli, 428 saylı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 1997-ci il tarixli, 504 saylı sərəncamları ilə mərhum əri X10 dərzi sexi tikilməsi məqsədi ilə verilmiş və həmin sahədə tikinti aparılmış cəmi 24 kv.m hissəyə münasibətdə qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Bələdiyyəsinə qarşı "Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 saylı qərarının Naxçıvan şəhər XDM İK-nin 28 iyun 1993-cü il tarixli, 428 saylı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 1997ci il tarixli, 504 saylı sərəncamları ilə mərhum əri X10 dərzi sexi tikilməsi məqsədi ilə verilmiş və həmin sahədə tikinti aparılmış cəmi 24 kv.m hissəyə münasibətdə qismən ləğv edilməsi tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan Bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 26 saylı qərarı Naxçıvan şəhər XDM İK-nin 28 iyun 1993-cü il tarixli, 428 saylı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 1997-ci il tarixli, 504 saylı sərəncamları ilə İddiaçı mərhum əri X10 dərzi sexi tikilməsi məqsədi ilə verilmiş və həmin sahədə tikinti aparılmış cəmi 24 kv.m hissəyə münasibətdə qismən ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-120/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-120/2025
21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver