Məhkəmə qərarları › İş №2-1(122)-121/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-121/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-121/2024 01.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X13 Heydər oğlunun sədrliyi, X14 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8rşı “Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu 81 nömrəli qərarı ilə X5, X2, X6, X4 mülkiyyətinə verilmiş 0.27 hektar torpaq sahəsinə aid torpağın mülkiyyətə verilməsinə dair JN-571 A nömrəli şəhadətnamənin İddiaçı verilmiş **********39-10301 nömrəli Daşınmaz əmlakın texniki pasportunda “ödənişdə qalan hissə” kimi qeyd olunan 450.46 m2 torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab olunması, bu barədə aparılmış qeydiyyatın qismən ləğv olunması, həmin 0.27 hektar torpaq sahəsindən 450.46 kvadrat metr ödənişli sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənişli sahənin və tikililərin qonşu sahədən çıxarılmaqla fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun üzərinə daxil edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 aprel 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia tələbinə dair iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Məhkəmənin 31 may 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına X9 üçüncü şəxs qismində cəlb edilmişdir. 05 iyul 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmənin 05 iyul 2024-cü il tarixli protokol qərardadı ilə iddiaçının “Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il 81 nömrəli qərarı ilə X5, X2, X6, X4 mülkiyyətinə verilmiş 0.27 hektar torpaq sahəsinə aid torpağın mülkiyyətə verilməsinə dair JN-571 A nömrəli şəhadətnamənin ödənişli sahə olan 450.46 kvadrat metr torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab olunması, bu barədə aparılmış qeydı̇ yyatın qismən ləğv olunması, həmin 0.27 hektar torpaq sahəsindən 450.46 kvadrat metr ödənişli sahənin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə 12 avqust 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək dəyişdirilmiş iddia tələbinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfin vəsatəti təmin edilmiş, məhkəmənin 01 oktyabr 2024-cü il tarixli protokol qərardadı ilə iddiaçının Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8rşı “Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu 81 nömrəli qərarı ilə X5, X2, X6, X4 mülkiyyətinə verilmiş 0.27 hektar torpaq sahəsinə aid torpağın mülkiyyətə verilməsinə dair JN-571 A nömrəli şəhadətnamənin İddiaçı verilmiş **********39-10301 nömrəli Daşınmaz əmlakın texniki pasportunda “ödənişdə qalan hissə” kimi qeyd olunan 450.46 m2 torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab olunması, bu barədə aparılmış qeydiyyatın qismən ləğv olunması həmin 0.27 hektar torpaq sahəsindən 450.46 kvadrat metr ödənişli sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə 08 avqust və 02 oktyabr 2024-cü il tarixli yardım məktubları ünvanlanaraq iddiaçının Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyü, həmçinin adına qeydiyyata alınmasını tələb etdiyi 450.46 m2 torpaq sahəsi X5 adına qeydiyyata alındığından hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmasının mübahisəli olduğu bildirilmiş, 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarın ona məlum olduğu anı müəyyən etməyə imkan verən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 01 noyabr 2024-cü il tarixə təyin olunmuşdur. İddiaçı, iddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil yardım məktublarından xəbərdar olduğunu bildirmiş və məhkəməyə təqdim olunmuş sənədlər üzrə baxılıb, işin mahiyyətinə uyğun müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 məhkəmədən qanunauyğun qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia tələbindən göründüyü kimi iddiaçının əsas hüquqi marağı JN-571 A nömrəli şəhadətnamənin İddiaçı verilmiş **********39-10301 nömrəli Daşınmaz əmlakın texniki pasportunda “ödənişdə qalan hissə” kimi qeyd olunan 450.46 m2 torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab olunmaqla həmin torpaq sahəsindən 450.46 m2 ödənişli sahənin onun adına qeydiyyata alınmasından ibarətdir. İlk öncə qeyd edilməlidir ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Bununla bağlı, məhkəmə xüsusi olaraq qeyd edir ki, belə xarakterli iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu iddia növündə əsaslandırılmış maraq subyektiv komponentlə (iddiaçının marağı) bərabər həm də zaman komponentinə malik olmalıdır. Məhkəmə hesab edir ki, JN-571 A nömrəli şəhadətnamənin iddiaçıya verilmiş **********39-10301 nömrəli Daşınmaz əmlakın texniki pasportunda “ödənişdə qalan hissə” kimi qeyd olunan 450.46 m2 torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab olunmasına dair hazırkı tələbi əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir və hazırkı mübahisə üzrə iddiaçı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bu baxımdan, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək edilmiş inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddianın digər mümkünlük şərtlərindən biri ümumiyyətlə, iddia qaldıran şəxsin hazırkı iddianın irəli sürülməsi üçün subyektiv hüquqnun olmaması ilə bağlıdır. Belə ki, İddiaçı fərdi yaşayış evinin texniki pasportunda aparılmış “ödənişdə qalan hissə” qeydinə əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarına əsasən JN 570 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 762.92 m2 torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 30 avqust 2005-ci il tarixli, 4ə-1-98 nömrəli qərarla Torpağın mülkiyyətə verilməsinə dair JN-507A_A nömrəli Şəhadətnamə əsasında iddiaçının mərhum anası X7 mülkiyyətinə verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsi əsasında mərhum anası X3 qalan Babək rayonu Şıxmahmud kəndində yerləşən ümumi sahəsi 0.0762 ha olan torpaq və fərdi yaşayış sahəsini miras kimi qəbul etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi isə Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr, 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə JN-571 A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X5 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində olmaqla xx.xx.2023-cü il tarixli Çıxarışla dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Belə olan halda da, məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbinə dair iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8rşı “Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu 81 nömrəli qərarı ilə X5, X2, X6, X4 mülkiyyətinə verilmiş 0.27 hektar torpaq sahəsinə aid torpağın mülkiyyətə verilməsinə dair JN-571 A nömrəli şəhadətnamənin İddiaçı verilmiş **********39-10301 nömrəli Daşınmaz əmlakın texniki pasportunda “ödənişdə qalan hissə” kimi qeyd olunan 450.46 m2 torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab olunması, bu barədə aparılmış qeydiyyatın qismən ləğv olunması, həmin 0.27 hektar torpaq sahəsindən 450.46 kvadrat metr ödənişli sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar