Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-122/2023 06.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X18 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "Şərur rayon Püsyan kəndində yerləşən, ümumi sahəsi 1500 kv. metr olan həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin Şərur rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci tarixli, 11 nömrəli qərarı əsasında texniki səhvlik nəticəsində qardaşları X5 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və mərhum ataları X8 adına torpağa mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Püsyan kəndində yerləşən, ümumi sahəsi 1500 kv. metr olan həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin Şərur rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci tarixli, 11 nömrəli qərarı əsasında texniki səhvlik nəticəsində qardaşları X5 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və mərhum ataları X8 adına torpağa mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 06 aprel 2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən 18 yanvar 2023-cü il tarixli, 17 fevral 2023-cü il tarixli və 06 mart 2023-cü il tarixli, 2-1(122)-122/2023 nömrəli yardım məktubları ünvanlanaraq cavabdeh inzibati orqana qarşı iddia tələbinin dəqiqləşdirilməsi iddiaçı tərəfə təklif olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılara lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi 06 aprel 2023-cü il tarixli ərizə ilə dəqiqləşdirilmiş iddia tələbi üzrə iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqalarıGürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmənin əsaslandırması: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçı tərəfin ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək onlara zəruri hüquqi yardım göstərilmiş, iddia ərizəsindəki çatışmazlıqlar onlara bildirilmiş, bu halların hüquqi nəticələri barədə bilavasitə məlumatlandırılmışlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Belə olan təqdirdə məhkəmə tərəfindən iddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Əvvəlcə iddiaçıların vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş 06 mart 2023cü il tarixli ərizədə iddia tələbi dəqiqləşdirilərək hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlik nəticəsində Şərur Rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci il tarixli, 11 nömrəli qərarı əsasında qardaşları X5 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-238B (KOD:********) saylı Şəhadətnamənin etibarsız hesab edilməsi və mərhum ataları X8 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqlarının qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması kimi ifadə olunmuşdur. Sonradan iddiaçıların vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş 06 aprel 2023cü il tarixli ərizədə iddia tələbi bir daha dəqiqləşdirilərək Şərur Rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci il tarixli, 11 nömrəli qərarına əsasən qardaşları X7 mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvliklərə düzəliş edilərək nəticəsində adına verilmiş hüquqların dövlət qeydiyyatına düzəliş edilməsi JN-238B həyətyanı torpaq sahəsinə İddiaçı1 ailə başçısı olmaqla qardaşı İddiaçı3, qardaşı arvadı X1, qardaşı qızı X4 və mərhum ataları X8 adlarına hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestr xidmətində və hüquqların dövlət qeydiyyatına dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qoyulması kimi ifadə olunmuşdur. İddia tələblərindən göründüyü kimi iddiaçının əsas hüquqi marağı Şərur rayon Püsyan kəndində yerləşən, ümumi sahəsi 1500 kv. metr olan həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin Şərur Rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci tarixli, 11 nömrəli qərarı əsasında texniki səhvlik nəticəsində qardaşları X5 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-238B (KOD:********) saylı Şəhadətnamənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi və ya düzəlişlər edilməsidir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-238B (KOD:********) saylı Şəhadətnamədən və Torpağa Mülkiyyət Hüququna dair JN-1102 (KOD ********) Dövlət Aktından göründüyü kimi islahat zamanı mübahisəli torpaq sahəsi X10 verilmişdir. Məhkəmə hesab edir ki, şəhadətnamənin verilməsini cavabdeh inzibati orqan tərəfindən publik hüquq sahəsində idarəçilik funksiyalarının həyata keçirilməsi nəticəsində qəbul edilmiş inzibati akt hesab etmək olmaz. İş materiallarına əlavə edilmiş JN-238B (KOD:********) saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə inzibati deyil, hüquqi aktdır və özündə Şərur Rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci tarixli, 11 nömrəli qərarı ilə həll edilmiş məsələlərə dair hüququ tanıyan qeydiyyatın aparılmasını ehtiva edir. Bu mənada, hazırki iş üzrə dövlət aktının verilməsinin əsasını təşkil etmiş Şərur Rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci tarixli, 11 nömrəli qərarı mübahisələndirilmədən birbaşa həmin qərara əsasən verilmiş şəhadətnamənin ləğv edilməsinə və ya etibarsız hesab olunmasına dair qaldırılmış iddiaya iddiaçıların hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda şəhadətnamənin ləğv olunmasını və ya etibarsız hesab olunması tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü tarixli arayışından görünür ki, Püsyan kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında X8 xx.xx.1995-ci il tarixdə vəfat etdiyi qeyd olunmuş, torpaq islahatının aparılması məqsədilə kəndin yerquruluşu planı tərtib olunarkən istifadəsində torpaq sahəsi uçota alınmamışdır. Müəyyən olunur ki, mərhum X12 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, mübahisələndirilən şəhadətnamə isə Şərur Rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci tarixli, 11 nömrəli qərarı ilə X5 və onun ailə üzvlərinin adına verilmişdir. Bu hal onu deməyə əsas verir ki, aqrar islahat aparılan zaman mərhum X12 artıq yaşamadığından islahat zamanı buraxılmış hər hansı texniki səhvlik nəticəsində onun adına olan torpaq sahəsinin başqasının mülkiyyətinə verilməsi barədə göstərilən arqumentlər ağlabatan deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında aparılmış aqrar islahatlar artıq başa çatmışdır və iddiaçılar islahatların nəticələrinə dair qərarı və yaxud islahatın nəticələrinin mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdür. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(102)-785/2021 nömrəli inzibati iş üzrə qəbul etdiyi qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Hazırkı iş üzrə iddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hallara əsasən təqdim edilən oxşar məzmunlu yeni iddia tələbləri üzrə məhkəmə tərəfindən hər dəfə müvafiq prosessual hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulan hüquqlardan sui-istifadə, prosesin sonsuzadək davam etdirilməsi və prosessual qənaət prinsipinin pozulması ilə nəticələnəcəkdir. Beləliklə, məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "Şərur rayon Püsyan kəndində yerləşən, ümumi sahəsi 1500 kv. metr olan həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin Şərur rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci tarixli, 11 nömrəli qərarı əsasında texniki səhvlik nəticəsində qardaşları X5 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və mərhum ataları X8 adına torpağa mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-122/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-122/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver