Məhkəmə qərarları › İş №2-1(122)-1228/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1228/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1228/2025 19.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X6 Heydər oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, cavabdeh Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin cavabdeh Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsinə qarşı "Naxçıvan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 97 saylı və xx.xx.2025-ci il tarixli 98 saylı qərarlarının ləğv edilməsinə və qərarlar üzrə qəbul edilmiş müqavilələrin etibarsız hesab edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 97 saylı və xx.xx.2025-ci il tarixli 98 saylı qərarlarının ləğv edilməsinə və qərarlar üzrə qəbul edilmiş müqavilələrin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 19 dekabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Bələdiyyəsinin nümayəndəsi X1 bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 97 saylı və xx.xx.2025-ci il tarixli 98 saylı qərarlarının ləğv edildiyini və qərarlar üzrə qəbul edilmiş müqavilələrə xitam verildiyini, beləliklə iddiaçının tələbinin təmin olunduğunu bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş sənədlərdən məlum olur ki, Naxçıvan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 97 saylı və xx.xx.2025-ci il tarixli 98 saylı qərarları ləğv edilmiş və qərarlar üzrə qəbul edilmiş müqavilələrə xitam verilmişdir. Bununla da, hazırkı iddianın irəli sürülməsinə səbəb olmuş əsaslar aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. - 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin cavabdeh Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsinə qarşı "Naxçıvan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 97 saylı və xx.xx.2025-ci il tarixli 98 saylı qərarlarının ləğv edilməsinə və qərarlar üzrə qəbul edilmiş müqavilələrin etibarsız hesab edilməsi tələbi”nə dair iş üzrə cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67.1, 67.3, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin cavabdeh Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsinə qarşı "Naxçıvan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 97 saylı və xx.xx.2025-ci il tarixli 98 saylı qərarlarının ləğv edilməsinə və qərarlar üzrə qəbul edilmiş müqavilələrin etibarsız hesab edilməsi tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar