Məhkəmə qərarları › İş №2-1(122)-1229/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-1229/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-1229/2025 03.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X25 Heydər oğlunun sədrliyi, X26 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "xx.xx.1957-ci il təvəllüdlü İddiaçı X7 övladlığına verilməsi ilə əlaqədar 22 fevral 1960-cı il tarixli, 9 nömrəli övladlığa götürmə şəhadətnaməsinə əsasən İddiaçı övladlığa götürmə haqqında akt qeydinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, Culfa şəhər ZDS İcraiyyə Komitəsinin 22 fevral 1960-cı il tarixli 8 nömrəli qərarına əsasən Culfa şəhər sakini X7 övladlığına verilmişdir. Cavabdehnə müraciət edərək doğum haqqında şəhadətnaməsində ana ad qrafasında “X14” yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh 18 dekabr 2024-cü il tarixli məktubu ilə müvafiq müraciətinin təmin edilməsindən imtina edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a istinad edilərək övladlıq haqqında itmiş qeydin bərpası üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. X2 övladlığına verilməsinə dair hər hansı qeyd itməmiş və müvafiq faktı təsdiq edən sənədlər Cavabdehnə təqdim edilmişdir. İddiaçı göstərilənlərə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı X7 övladlığına verilməsi ilə əlaqədar 22 fevral 1960-cı il tarixli, 9 nömrəli övladlığa götürmə şəhadətnaməsinə əsasən İddiaçı övladlıq haqqında akt qeydinin bərpa olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya dair 08 dekabr 2025-ci il tarixli, 3-16-5/8-13-371/2025 nömrəli yazılı münasibətini belə izah edir ki, vətəndaşın adına Qeydiyyat şöbəsinin Vəziyyəti aktları" avtomatlaşdırılmış sistemində övladlığa qeydiyyat informasiya götürmə haqqında akt qeydi tərtib olunmamış və övladlığa götürmə haqqında şəhadətnamə yazılmamışdır. Buna görə də onun doğum akt qeydində müvafiq dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə ilkin düzəliş akt qeydinin edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Övladlığa götümə aşkar olunmadığı üçün doğum akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsi qanuna zidddir 16 yanvar 2026-cı il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin “xx.xx.1957-ci il təvəllüdlü İddiaçı X7 övladlığına verilməsi ilə əlaqədar 22 fevral 1960-cı il tarixli, 9 nömrəli övladlığa götürmə şəhadətnaməsinə əsasən İddiaçı övladlığa götürmə haqqında akt qeydinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin 16 yanvar 2026-cı il tarixli, 2-1(122)-1229/2025 nömrəli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 03 fevral 2026-cı il tarixə təyin edilmişdir. Cavabdeh məhkəməyə 26 yanvar 2026-cı il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktub göndərərək, xx.xx.2026-cı il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında işlərinin çoxluğundan iştirak edə bilməyəcəklərini bildirərək, iştirakları olmadan işə baxmaqla qanuni nəticə verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Cavabdeh tərəfindən Culfa rayon sakini İddiaçı ünvanlanmış 18 dekabr 2024-cü il tarixli, 3-16-5/8-15-242/2024 nömrəli məktubla vətəndaşın məhkəməyə müraciət hüququ izah olunmuşdur. - 10 fevral 1992-ci il tarixli, XVİ-ЖГ seriyalı, 409183 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı 1957-ci ildə Ordubad rayonunda doğulmuşdur. X5 və anası X13r. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1957-ci il tarixdə doğulmuşdur. - Culfa şəhər sakini X8 və Salahov Oruc K.Teymur oğlunun ərizələrinə baxılması haqqında 8 nömrəli qərardan məlum olur ki, həmin qərarla X7 Salahov Oruc K. Teymur oğlunun həyat yoldaşı vəfat etdiyinə görə ondan qalmış İddiaçı onun övladlığına verilməsi barədə ərizəsi nəzərə alınmışdır. - Azərbaycan SSR Daxili İşlər Nazirliyi Milis İdarəsinin 9 nömrəli övladlığa götürmə şəhadətnaməsindən məlum olur ki, 1957-ci il tarixdə doğulan İddiaçı “Salahov” soyadı, “Tovuz” ana adı verilmiş və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının övladlığa götürmə akt kitabında 27 aprel 1960-cı il tarixdə 9 nömrə ilə qeyd edilmişdir. - 09 sentyabr 1994-cü il tarixli, İİ-ЖГ seriyalı, 467116 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 15 avqust 1994-cü il tarixdə ölmüşdür. - 06 dekabr 2024-cü il tarixli (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********55-05101-093006) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Culfa şəhəri, İmadəddin Nəsimi küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 57,48 kv/m olan 1 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 14/5 nömrəli reyestr kitabının 893 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 14 noyabr 2024-cü il tarixli, 01.98.49 nömrəli nikah akt qeydindən çıxarışdan məlum olur ki, X18 ilə X14 arasında bağlanmış nikah nikah kitabının xx.xx.1961-ci il tarixli, 21 nömrəli səhifəsində qeydiyyata alınmışdır. - 04 noyabr 2024-cü il tarixli, AZ seriyalı, 130350 nömrəli ölüm akt qeydindən çıxarışdan məlum olur ki, X4 şəhərində ölmüş və bu barədə ölüm kitabının 22 avqust 1964-cü il tarixli, 22-ci səhifəsində qeydiyyatı aparılmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, 13/1749 nömrəli Culfa şəhər ZDS İcraiyyə Komitəsinin 22 fevral 1960-cı il tarixli 8 №-li qərarından çıxarışdan məlum olur ki, həmin qərarla Culfa şəhər sakini X1 Oruc K.Teymur oğlunun həyat yoldaşı vəfat etdiyinə görə ondan qalmış X11, İddiaçı, X9rının öz övladlığına götürmüşdür. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 08 dekabr 2025-ci il tarixli, 3-16-5/8-13-372/2025 nömrəli məktubla göndərilmiş 08 dekabr 2025-ci il tarixli, AZ-İ seriyalı, 948089 nömrəli doğum akt qeydindən çıxarışdan məlum olur ki, X12 1957-ci il tarixdə Ordubad rayonu, Nüsnüs kəndində doğulmuş və bu barədə doğum kitabında xx.xx.1960-cı il tarixli, 29-cu səhifəsində qeydiyyatı aparılmışdır. X5 və anası X13r, valideynlərinin milliyyətləri azərbaycanlıdır. - Culfa Rayon İcra Hakimiyyəti Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 09 dekabr 2025-ci il tarixli, 122 nömrəli məktubla göndərilmiş 09 dekabr 2025-ci il tarixli, 660 nömrəli ailə tərkibi haqqında arayışdan məlum olur ki, X3 şəhəri, Nəsimi küçəsi, ev 7 ünvanında yaşamışdır və ailə üzvləri X18 (əri), X20 (qızı), X15 (oğlu), X10 (oğlu) ibarət olmuşdur. Qeyd: Salahov X6 Tovuz Məcid qızı tərəfindən 1960-cı ildə övladlığa götürülmüşdür. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 19 dekabr 2025-ci il tarixli, 04/661 nömrəli məktubla ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 57,48 m2 olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınmasına əsas olan sənədlərin surəti iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 dekabr 2025-ci il tarixli, 3-13-43/2-19134/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya məhkumluğu barədə məlumat yoxdur. - Culfa Rayon İcra Hakimiyyəti Culfa şəhər Mənzil-İstismar İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 06 yanvar 2026-cı il tarixli, 446 nömrəli məktubla göndərilmiş 06 yanvar 2026-cı il tarixli, 19 nömrəli vərəsəlik arayışından məlum olur ki, mərhum X3 şəhəri, Nəsimi küçəsi, ev 7 ünvanında yaşamışdır və vərəsələri X18 (əri), X20 (qızı), X15 (oğlu), X10 (oğlu) və İddiaçı (oğlu) ibarətdir. - 16 yanvar 2026-cı il tarixli, AZ-İ seriyalı, 176777 nömrəli ölüm akt qeydindən çıxarışdan məlum olur ki, X19 16 dekabr 1959-cu il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 23 dekabr 1959-cu il tarixli, 31-ci səhifəsində qeydiyyatı aparılmışdır. - 16 yanvar 2026-cı il tarixli, AZ-İ seriyalı, 274632 nömrəli ölüm akt qeydindən çıxarışdan məlum olur ki, X17 26 aprel 1981-ci il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 27 aprel 1981-ci il tarixli, 09-cu səhifəsində qeydiyyatı aparılmışdır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 4.2. Övladlığa götürmənin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.20-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa (məhkəmə qətnaməsinin nəticə hissəsinə) əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır. 4.10. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında 01 mart 2011-ci il tarixli, 52 nömrəli Qərarı:

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı öz ailə-hüquqi statusunun rəsmi qaydada tanınmasına yönəlməklə, X2 övladlığına verilməsi ilə əlaqədar 22 fevral 1960-cı il tarixli, 9 nömrəli övladlığa götürmə şəhadətnaməsinə əsasən övladlığa götürmə haqqında akt qeydinin bərpa olunmasına nail olmaqdan ibarətdir. İş materialları ilə müəyyən olunur ki, Culfa şəhər ZDS İcraiyyə Komitəsinin 22 fevral 1960-cı il tarixli 8 №-li qərarı ilə Salahov X6 Tovuz Məcid qızının övladlığına verilmiş və bu barədə övladlığa verilmə haqqında 9 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Məhkəmə araşdırması nəticəsində əldə olunmuş ailə tərkibi haqqında arayışdan, eləcə də vərəsəlik arayışlarından məlum olur ki, Salahov X6 Tovuz Məcid qızının ailə üzvüdür (vərəsəsidir). Belə olan halda da, Məhkəmə təcrübəsi və inzibati hüquq prinsipləri eləcə də, iddiaçının hüquqi statusunu faktiki statusuna uyğunlaşdırmaq baxımından hazırkı iş üzrə "Hüquqi müəyyənlik" və "Faktiki vəziyyətin üstünlüyü" prinsipləri əsas götürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı övladlığa götürmə haqqında akt qeydinin bərpa olunmasına heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, “İnzibati icraat” haqqında qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan İnzibati icraat haqqında Qanunun 14-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyəti şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönələ bilməz. Cavabdehin "kifayət qədər əsasların olmaması" arqumenti, məhkəmə icraatı zamanı araşdırılmış yazılı sübutlarla təkzib olunur. Hazırkı iş üzrə akt qeydinin bərpası heç bir üçüncü şəxsin hüququna xələl gətirmir və ictimai asayiş üçün təhlükə yaratmır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 64.2-ci maddəsi nəzərdə tutur ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, bir dəfə qəbul edilmiş və sənədin hüquqi sahibinə təqdim edilmiş inzibati akt (9 nömrəli övladlığa götürmə şəhadətnaməsi), müvafiq icraat qaydasında ləğv edilməyənə qədər etibarlılıq statusuna malikdir. İnzibati orqanın ərizənin icrasından formal əsaslarla imtina etməsi həmin aktın qanunun istinad edilən maddəsi ilə təminat altına alınan hüquqi qüvvəsini sarsıda bilməz. İddiaçının tələbində açıq-aşkar qeyd olunmuşdur ki, onun çatmaq istədiyi hüquqi nəticə məhz 22 fevral 1960-cı il tarixli, 9 nömrəli övladlığa götürmə şəhadətnaməsinə əsasən onun övladlığa götürmə haqqında akt qeydinin bərpa olunmasıdır. Qeyd olunan hal üzrə cavabdeh inzibati orqanın imtinasında göstərilən arqument hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Beləliklə, İddiaçı Cavabdehnə qarşı "xx.xx.1957-ci il təvəllüdlü İddiaçı X7 övladlığına verilməsi ilə əlaqədar 22 fevral 1960-cı il tarixli, 9 nömrəli övladlığa götürmə şəhadətnaməsinə əsasən İddiaçı övladlığa götürmə haqqında akt qeydinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddia təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü İddiaçı X7 övladlığına verilməsi ilə əlaqədar 22 fevral 1960cı il tarixli, 9 nömrəli övladlığa götürmə şəhadətnaməsinə əsasən İddiaçı övladlığa götürmə haqqında akt qeydinin bərpa olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar