Məhkəmə qərarları › İş №2-1(122)-124/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-124/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-124/2021 30.09.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N dekabr 2019-cu il tarixli və N mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun N mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N dekabr 2019-cu il tarixli və N mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun N mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin may ayından 29 may 2021-ci il tarixədək N №-li hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları xidməti rəisinin müavini vəzifəsində xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən N dekabr 2019-cu il tarixdə komanda üzrə raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu N №-li hərbi hissənin kargüzarlığında N dekabr 2019-cu il tarixli, 5078 daxilolma nömrəsi ilə qeydiyyata alınmışdır. Belə ki, o artıq 21 ildir ki, zabit kimi xidmət edir. Lakin onun bu raportuna baxılmamış və cavabsız qalmışdır. N mart 2021-ci il tarixdə o yenidən raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156–cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İddiaçı qeyd edir ki, raportu N №-li hərbi hissənin kargüzarlığında N mart 2021-ci il tarixli, 1345 daxilolma nömrəsi ilə qeydiyyata alınmışdır. Bu raportu komanda üzrə N №-li hərbi hissənin Maddi- Texniki Təminat İdarəsinin rəisi və N №-li hərbi hissə komandirinin Maddi-Texniki Təminat üzrə müavini tərəfindən imzalansa da, bugünə qədər cavablandırılmamış və nəticəsiz qalmışdır. İddiaçı bildirir ki, ehtiyata buraxılmaq üçün raport yazdığına görə o, N №-li hərbi hissə komandirinin N nömrəli, 29 may 2021-ci il tarixli əmri ilə bərabər vəzifə adı altında aşağı vəzifəyə, N №-li hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə xidmət edir. İddiaçı hesab edir ki, onun ehtiyata buraxılması hüququ yuxarı komandanlıq tərəfindən pozulmuş və nəticədə ona maddi ziyan dəymişdir. Belə ki, 29 may 2021-ci il tarixədək xidmət etdiyi “N №-li hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsinin vəzifə maaşı 870 manat, hazırda xidmət etdiyi “N №-li hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi” vəzifəsinin vəzifə maaşı 700 manat təşkil edir. İddiaçı hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş müraciət etmə və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N dekabr 2019-cu il tarixli və N mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması və onun N mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 28 iyun 2021-ci il tarixli, 2430 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində X3 Maddi-Texniki Təminat İdarəsinin Raket- Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsində xidmət edərkən N dekabr 2019-cu ildə və N mart 2021-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156–cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün müraciət etdiyini, lakin müraciətlərinin cavablandırılmadığını bildirmişdir. X2 müraciətlərinə baxılmış, tabeliyində olduğu komandanlıq onun müraciətlərini şifahi qaydada cavablandıraraq zabit heyətinə tələbatı nəzərə alıb onun ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasının məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Nəticədə, İddiaçı müraciətlərinə baxılmış, lakin yazılı qaydada yox, şifahi qaydada cavablandırılmışdır. Eyni ilə, X8 Komandanına etdiyi yazılı müraciətinə də baxılmış və müraciəti yazılı qaydada cavablandırılmışdır. Komandanlıq İddiaçı uzun müddət zabit kimi xidmətini, peşəkar bir zabit kimi xidmət dövründə əldə etdiyi bilik və bacarığını, “Vətən müharibəsi”ndən sonra ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmir. Hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan tələbatı nəzərə alaraq məhkəmədən İddiaçı iddiasının əsassız hesab olunaraq rədd edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 14 iyun 2021-ci il tarixli ərizə göndərərək, iddia tələbinə dəqiqləşdirmə verərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N dekabr 2019-cu il tarixli və N mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun N mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 avqust 2021-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 14 sentyabr 2021-ci il tarixli, 2-1(122)-124/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 30 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirib, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N dekabr 2019-cu il tarixli və N mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, N mart 2021-ci il tarixli raportuna əsasən N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 14 sentyabr 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X7 izahat verərək İddiaçı N mart 2021-ci il tarixli raportla müraciət etdiyi dövrdə “Vətən müharibəsi”ndən sonra ixtisaslı kadrlara olan ehtiyac nəzərə alınaraq məqsədəuyğun hesab edilmədiyindən ehtiyata buraxılmadığını, iddiaçının Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X8 Komandanının 29 may 2021-ci il tarixli, N nömrəli əmri ilə əvvəl tutduğu vəzifəyə bərabər olan N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunduğunu, həmin əmrlə razılaşdığını, bügunə kimi əmri mübahisələndirmədiyini, əmr ləğv olunmadığı təqdirdə N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən ehtiyata buraxılmasının mümkün olmadığını, iddiaçıya dəfələrlə hazırda xidmət etdiyi vəzifədən öz arzusu ilə ehtiyata buraxılması üçün raportla müraciət etməsi təklif olunsa da, bundan imtina etdiyini bildirib məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 07 sentyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1978ci il tarixdə Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində doğulmuş Əhmədov X5 şəhəri, hərbi şəhərcik-1, ev 38, mənzil 13-də pasport qeydiyyatındadır. - 16 dekabr 2019-cu il tarixli və N mart 2021-ci il tarixli raportların məzmunundan aydın olur ki, polkovnik-leytenant İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. - 28 may 2021-ci il tarixli təqdimatın təsdiq olunmuş surətindən aydın olur ki, X8 Komandanının Maddi-Texniki Təminat üzrə müavini tərəfindən polkovnik-leytenant İddiaçı 10 iyul 2019-cu il tarixdən tutduğu X1 Heyətində Maddi-Texniki Təminat İdarəsinin Raket- Artilleriya Silahları Xidməti rəisinin raketlər üzrə müavini vəzifəsindən N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunması barədə vəsatət qaldırılmışdır. Təqdimatın əsaslandırılma hissəsindən görünür ki, polkovnikleytenant İddiaçı 05 aprel 2016-cı il tarixdən X1 Heyətində xidmət etmişdir. Xidmət etdiyi müddətdə özünü təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərməyə çalışmışdır. O, xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşaraq verilən tapşırıqların icrasını tam həcmdə və nöqsansız yerinə yetirmək üçün əlindən gələni əsirgəməmişdir. Sıradan çıxmış və nasaz silahların təmirinin təşkil olunmasına nəzarət etmiş və zərurət yarandıqda isə onların yenisi ilə əvəz olunması üçün sifarişlər hazırlamışdır. Anbarlarda silah və sursatların saxlanılma vəziyyətini mütəmadi olaraq yoxlamış və şöbə rəisinə yoxlamanın nəticələri barədə dolğun məlumat vermişdir. Xidmət sahəsi üzrə zabit və gizirlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin yerinə yetirilməsində şöbə rəisinə yaxından köməklik göstərmişdir. Mütəmadi olaraq silahlanmaya daxil edilmiş yeni silah və texnikaları öyrənmişdir. Səmərəli təkliflər verməyi bacarmışdır. Yuxarıda göstərilənləri və polkovnik-leytenant İddiaçı işgüzar keyfiyyətlərini, bilik və bacarığını nəzərə alıb, hərbi qulluqçudan daha məqsədyönlü şəkildə istifadə olunması məqsədi ilə digər hərbi hissədə bərabər vəzifəyə təyin olunması məqsədə uyğun hesab edilmişdir. İş materiallarından, o cümlədən 28 may 2021-ci il tarixli təqdimatın təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı işgüzar keyfiyyətləri, bilik və bacarığı nəzərə alınıb, hərbi qulluqçudan daha məqsədyönlü şəkildə istifadə olunması məqsədi ilə digər hərbi hissədə bərabər vəzifəyə, yəni X1 Heyətində Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin raketlər üzrə müavini vəzifəsindən N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunması məqsədəuyğun hesab edilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X8 Komandanının 29 may 2021-ci il tarixli, N nömrəli əmri ilə həmin vəzifəyə təyin olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X8 Komandanının 29 may 2021-ci il tarixli, N nömrəli əmri ilə N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsinə təyin olunmasına baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş vəzifəsindən yəni, N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi- Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilərHəmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X8 Komandanının 29 may 2021-ci il tarixli, N nömrəli əmrini mübahisələndirməmiş, bununla da həmin əmrlə razılaşmışdır. İddiaçı hazırda X8 Komandanının 29 may 2021-ci il tarixli, N nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin İstehsalat rəisi-İstehsalat bölməsinin rəisi vəzifəsində xidmət etdiyindən və qeyd olunan əmr bugünədək ləğv olunmadığından iddiaçının N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması mümkün deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması üçün zəruri ilkin şərt qeyd olunan əmrin ləğv edilməsidir. Lakin iddiaçı qeyd olunan əmrlə başqa vəzifəyə keçirildiyini bilməsinə baxmayaraq, əmri bugünədək mübahisələndirməmişdir. Bununla da o, əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. İddianın qalan hissəsinə, yəni hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddianın bu hissəsinin həlli onun N mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması hissəsinin nəticəsindən asılı olduğundan iddia tələbi bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N dekabr 2019-cu il tarixli və N mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun N mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi- Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 14.3, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun N dekabr 2019-cu il tarixli və N mart 2021-ci il tarixli raportlarının cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun N mart 2021-ci il tarixli raportuna əsasən “N nömrəli hərbi hissənin (Naxçıvan X3) Maddi-Texniki Təminat İdarəsinin Raket-Artilleriya Silahları Xidməti rəisinin müavini” vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar