Məhkəmə qərarları › İş №2-1(122)-125/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-125/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-125/2025 30.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “xx.xx.2009-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə qeydiyyatın ləğvi, Naxçıvan şəhəri 1 saylı DNKnın 08 sentyabr 2006-cı il tarixli, 2/V-150 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin X3 adına və 2/V-151 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yenidən qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə qeydiyyatın ləğvi, Naxçıvan şəhəri 1 saylı DNK-nın 08 sentyabr 2006-cı il tarixli, 2/V-150 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin X3 adına və 2/V-151 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yenidən qeydiyyata alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28.37 kv.m. olan bir otaqlı mənzil X2ndan miras qalmışdır. Mərhum atası X15 xx.xx.2005ci il tarixdə vəfat etmişdir və aşağıdakı vərəsələri vardır: 1. X8-həyat yoldaşı; 2. İddiaçıoğlu. ünvan 4 08 sentyabr 2006-cı il tarixli, 2/V-150 nömrəli vərəsəlik şəhadətnaməsi ilə ½ hissə ilə X3 və 2/V-151 nömrəli vərəsəlik şəhadətnaməsi ilə ½ hissə İddiaçı adına qeydiyyata alınmışdır. Mərhum anası X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2009-cu il tarixdə Daşınmaz Əmlakın dövlət reyestri xidməti ********** nömrə ilə qeydiyyata alan zaman İddiaçı adına ¼ hissə, X3 adına ¾ hissə olmaqla qeydiyyata almışdır. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə İddiaçı adına ½ hissə, X3 adına ½ hissə qeyd olunmuşdur. İddiaçı yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 45-46-cı maddələrinə əsasən məhkəmədən, xx.xx.2009-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə qeydiyyatın ləğvi, Naxçıvan şəhəri 1 saylı DNK-nın 08 sentyabr 2006-cı il tarixli, 2/V-150 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin X3 adına və 2/V-151 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yenidən qeydiyyata alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 30 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair 28 dekabr 2023-cü il tarixli, 04/1093 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 28.37 m2 olan bir otaglı mənzil X7 adına olmuşdur. xx.xx.2006-cı il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 2/V-150 nömrəli “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında Şəhadətnamə” əsasında mənzilin 1/2 hissəsi X5 verilmişdir. Mənzilin digər 1/2 hissəsi xx.xx.2006-cı il tarixdə 1-ci DNK-da qeydiyyata alınan 2/V-151 nömrəli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə əsasında X8 və X11 verilmişdir. Yuxarıda qeyd olunan şəhadətnamələrə müvafiq olaraq xx.xx.2009-cu il tarixdə mənzilin 3/4 hissəsi X3, 1/4 hissəsi isə X9 adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2- 1(122)-125/2025 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Bundan sonra yenidən işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı eyni məzmunlu 19 mart 2025-ci il tarixli, 04/168 nömrəli yazılı münasibəti (etirazı) 02 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 04 iyun 2025-ci il tarixli, 2-1(122)-125/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 30 iyun 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, iş üzrə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının, onun vəkili və nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X6 məhkəmənin sərancamına verilən cavaba uyğun izahat verərək, məhkəmədən müvafiq qərar verilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, şəhadətnamələrin və çıxarışın surətlərini və arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış 07 avqust 2023-cü il tarixli, 04/496 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 28,37 m2 olan bir otaqlı mənzil ünvan 4 xx.xx.2006-cı il tarixli, 2/V- 150 və 2/V-151 nömrəli vərəsəlik şəhadətnamələri əsasında daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ ilə X3 (3/4 hissə) və İddiaçı (1/4 hissə) adına qeydiyyata alınmışdır. - 08 sentyabr 2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 08 dekabr 2005-ci ildə vəfat etmiş X7 əmlakına ünvan 1-də yaşayan arvadı X8 və ünvan 5-də yaşayan İddiaçıdur. Şəhadətnamədə verilən miras əmlak Naxçıvan MR NKXDPDR Xidmətindən xx.xx.2006-cı il tarixli, qeydiyyat nömrəsi 04/404 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Naxçıvan şəhəri, Bektaşi küçəsi, bina 1/17-də yerləşən evin ½ hissəsindən ibarətdir. - 08 sentyabr 2006-cı il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 08 dekabr 2005-ci ildə vəfat etmiş X7 əmlakına sağ qalmış arvadı X3 nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak Naxçıvan şəhəri, Bektaşi küçəsi, bina 1/17-də yerləşən evin ½ hissəsindən ibarətdir. - 12 iyul 1965-ci il tarixli, АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1965-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1965-ci ilin 7-ci ayının 12-ci günündə 522 nömrə ilə qeyd edilmişdir. X2, milliyyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Naxçıvan şəhəri, Bektaşi küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 2 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində, 28.37 kv.m. ümumi, 15.96 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı, 17 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı adına 1/4 hissə, X3 adına 3/4 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 386 nümrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi- **********75-05101-093004, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2009). - 12 dekabr 2005-ci il tarixli, AZ-İ 163115 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 08 dekabr 2005-ci ildə Naxçıvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci ilin dekabr ayının 12-ci günündə 371 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi miokard infarkt göstərilmişdir. - 24 iyun 2023-cü il tarixli, AZ-İİ 296501 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 iyun 2023-cü ildə Naxçıvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin iyun ayının 24-cü günündə 181 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi kəskin miokard infarkt göstərilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli, 4 nömrəli arayışdan görünür ki, Naxçıvan şəhəri, Bektaşi küçəsi, 2/17 nömrəli evdə yaşamış X7 aşağıdakı vərəsələri vardır: 1. İddiaçı-oğlu-1975; 2. X8-həyat yoldaşı-1957. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli, 880 nömrəli arayışdan görünür ki, Nadirov X12 şəhəri, Əzizbəyov küçəsi, döngə 8, ev 2 ünvanında qeydiyyatdadır. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı tərəf 08 sentyabr 2006-cı il tarixli, 2/V-151 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad edərək, ½ hissə payının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Cavabdeh inzibati orqan isə qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının ¼ hissə payının qeydə alındığını bildirərək, iddiaçının tələbinin icrasından imtina etmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunidir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28.37 kv.m. olan bir otaqlı mənzil barəsində ½ hissə payının daşınmaz əmlakın dövlət reyestrində yenidən qeydə alınmasından ibarətdir. İddiaçı tələbinin hüquqi əsası kimi 08 sentyabr 2006-cı il tarixli, 2/V-151 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad etmişdir. İddiaçı hesab edir ki, həmin şəhadətnamədə vərəsələrin ½ hissədə payı müəyyən edildiyindən onun həmin payı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin cavabdeh inzibati orqan haqsız olaraq onun adına ¼ hissə olmaqla çıxarış vermişdir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının mərhum X2 06 dekabr 2005-ci il tarixdə vəfat etmişdir. Mərhumun miras əmlakı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28.37 kv.m. olan bir otaqlı mənzildən ibarət olmuşdur. Həmin mənzil birgə nikah dövründə əldə edildiyindən mərhum X13 ilə X3 ümumi mülkiyyəti hesab edilmişdir. Bu səbəbdən də mərhum X7 ölümündən sonra 08 sentyabr 2006-cı il tarixdə 2/V-150 nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında X3 birgə nikah dövründə əldə edilmiş əmlak barəsində ½ hissə payı olduğu qeyd edilmişdir. Bundan sonra mərhuma çatası ½ hissə paya münasibətdə vərəsəlik açılmış və mərhumun vərəsələri arvadı X8, oğlu İddiaçı ibarət olduğunu müəyyən edilmişdir. Bundan sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28.37 kv.m. olan bir otaqlı mənzilin ½ hissəsi mərhum X10 çatdığından həmin hissəyə münasibətdə 08 sentyabr 2006-cı il tarixli, 2/V-151 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərək iki vərəsəsi olduğundan hər birinə münasibətdə ½ hissə pay müəyyənləşdirilmişdir. Qeyd olunan şəhadətnamələr əsasında cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Əmlak birgə mülkiyyət dövründə əldə edildiyindən ½ hissəsi, mərhuma çatası ½ hissənin vərəsəsi olaraq ½ hissə, ümumilikdə isə ¾ hissə X3, mərhuma çatası ½ hissənin vərəsəsi olaraq ½ hissə, yəni ¼ hissə isə İddiaçı adına qeydə alınmış və tərəflərə bu hüquqlarını təsdiq edən müvafiq çıxarış verilmişdir. İşin hallarından da göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları dövlət qeydiyyatına alınarkən qanunvericilik normasının tələblərinə əməl edilmiş və hər hansı hüquq pozuntusuna yol verilməmişdir. İddiaçı onun hüquqlarının ½ hissə olaraq yenidən qeydə alınmasını tələb etsə də, bu hal iddiaçının adına aparılmış müvafiq qeydiyyatın ləğv edilməsindən sonra həyata keçirilə bilər. Lakin qanunvericiliyin tələbləri baxımından iddiaçının hüquqları cavabdeh inzibati orqan tərəfindən pozuntusu halı müəyyənləşdirilmədiyindən iddiaçının adına olan qeydiyyatın ləğv edilməsi və ½ hissə olmaqla hüquqlarının yenidən qeydə alınması mümkün deyil. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırki inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin tələbdə qeyd olunan xx.xx.2009-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə qeydiyyatın ləğvindən, Naxçıvan şəhəri 1 saylı DNK-nın 08 sentyabr 2006-cı il tarixli, 2/V-150 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin X3 adına və 2/V-151 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yenidən qeydiyyata alınmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “xx.xx.2009-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə qeydiyyatın ləğvi, Naxçıvan şəhəri 1 saylı DNK-nın 08 sentyabr 2006-cı il tarixli, 2/V-150 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin X3 adına və 2/V-151 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yenidən qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “xx.xx.2009-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə qeydiyyatın ləğvi, Naxçıvan şəhəri 1 saylı DNKnın 08 sentyabr 2006-cı il tarixli, 2/V-150 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin X3 adına və 2/V-151 nömrəli vərəsəlik şəhadətnaməsi ilə 1/2 hissəsinin İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yenidən qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar