Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1262/2023 22.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə və cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “onların mülkiyyətində olmuş Şahbuz rayon, Badamlı kəndində yerləşən sahəsi 82 kv.metr olan çayxana-bufetin yenidən tikilməsi üçün torpaq sahəsinin onlara geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının (çayxana-bufetin) dəyəri olan 50.000 (əlli min manat) kompensasiyanın Şahbuz Rayon İcra Hakimiyyətindən alınıb onlara ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndələri vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olmuş Şahbuz rayon, Badamlı kəndində yerləşən sahəsi 82 kv.metr olan çayxana-bufetin yenidən tikilməsi üçün torpaq sahəsinin onlara geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının (çayxana-bufetin) dəyəri olan 50.000 (əlli min manat) kompensasiyanın Şahbuz Rayon İcra Hakimiyyətindən alınıb onlara ödənilməsi öhdəliyinin cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 22 noyabr 2023-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Mümkünlük icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıların lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçıların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə məhkəməyə 06 oktyabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı çayxana-bufetin sökülməsi, kompensasiya ödənilməsi tələbinə dair iddia qaldırdığını, cavabdeh tərəfindən dəymiş ziyanın qarşılığında Şahbuz rayonu, Badamlı kəndində qeyri-yaşayış binası tikmək üçün 311.86 kv/m torpaq sahəsinin güzəştli şərtlərlə ona verilməsinə razı olduğunu, iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona izah olunduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçıların nümayəndəsinin iddia tələbindən imtina olunması barədə ərizəsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddiaçıların nümayəndəsinin ərizəsini nəzərdə keçirərək, belə qənaətə gəlir ki, iddiaçıların nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “onların mülkiyyətində olmuş Şahbuz rayon, Badamlı kəndində yerləşən sahəsi 82 kv.metr olan çayxana-bufetin yenidən tikilməsi üçün torpaq sahəsinin onlara geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının (çayxana-bufetin) dəyəri olan 50.000 (əlli min manat) kompensasiyanın Şahbuz Rayon İcra Hakimiyyətindən alınıb onlara ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə iddiaçıların nümayəndəsi Nümayəndə 06 oktyabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi Nümayəndə 06 oktyabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “onların mülkiyyətində olmuş Şahbuz rayon, Badamlı kəndində yerləşən sahəsi 82 kv.metr olan çayxana-bufetin yenidən tikilməsi üçün torpaq sahəsinin onlara geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının (çayxana-bufetin) dəyəri olan 50.000 (əlli min manat) kompensasiyanın Şahbuz Rayon İcra Hakimiyyətindən alınıb onlara ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1262/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1262/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver