Məhkəmə qərarları › İş №2-1(122)-1268/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1268/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1268/2023 11.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan xx.xx.2011 ci il tarixli MH № ******* saylı çıxarışa əsasən ona məxsus torpaq sahəsinin avtomobil yoluna qatılması nəticəsində dəymiş ziyan 20.000 (iyirmi min) manat, orada olan tikililərin sökülməsi nəticəsində dəymiş maddi zərər 20.000 (iyirmi min) manat və mənəvi zərər 10.000 (on min) manat olmaqla ümümilikdə 50.000 (əlli min) manat məbləğində maddi zərərin alınaraq ona ödənilməsi (və yaxud əvvəllki vəziyyətin bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan xx.xx.2011 -ci il tarixli MH № ******* saylı çıxarışa əsasən ona məxsus torpaq sahəsinin avtomobil yoluna qatılması nəticəsində dəymiş ziyan 20.000 (iyirmi min) manat, orada olan tikililərin sökülməsi nəticəsində dəymiş maddi zərər 20.000 (iyirmi min) manat və mənəvi zərər 10.000 (on min) manat olmaqla ümümilikdə 50.000 (əlli min) manat məbləğində maddi zərərin alınaraq ona ödənilməsi (və yaxud əvvəllki vəziyyətin bərpa edilməsi) öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 11 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlardan heç biri üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə 22 noyabr 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan xx.xx.2011 -ci il tarixli MH № ******* saylı çıxarışa əsasən ona məxsus torpaq sahəsinin avtomobil yoluna qatılması nəticəsində dəymiş ziyan 20.000 (iyirmi min) manat, orada olan tikililərin sökülməsi nəticəsində dəymiş maddi zərər 20.000 (iyirmi min) manat və mənəvi zərər 10.000 (on min) manat olmaqla ümümilikdə 50.000 (əlli min) manat məbləğində maddi zərərin alınaraq ona ödənilməsi (və yaxud əvvəllki vəziyyətin bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin 22 noyabr 2023-cü il tarixli ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının vəkili və nümayəndəsinin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan xx.xx.2011 -ci il tarixli MH № ******* saylı çıxarışa əsasən ona məxsus torpaq sahəsinin avtomobil yoluna qatılması nəticəsində dəymiş ziyan 20.000 (iyirmi min) manat, orada olan tikililərin sökülməsi nəticəsində dəymiş maddi zərər 20.000 (iyirmi min) manat və mənəvi zərər 10.000 (on min) manat olmaqla ümümilikdə 50.000 (əlli min) manat məbləğində maddi zərərin alınaraq ona ödənilməsi (və yaxud əvvəllki vəziyyətin bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil 22 noyabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçının vəkili və nümayəndəsi Vəkil 22 noyabr 2023-cü il tarixli 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan xx.xx.2011 ci il tarixli MH № ******* saylı çıxarışa əsasən ona məxsus torpaq sahəsinin avtomobil yoluna qatılması nəticəsində dəymiş ziyan 20.000 (iyirmi min) manat, orada olan tikililərin sökülməsi nəticəsində dəymiş maddi zərər 20.000 (iyirmi min) manat və mənəvi zərər 10.000 (on min) manat olmaqla ümümilikdə 50.000 (əlli min) manat məbləğində maddi zərərin alınaraq ona ödənilməsi (və yaxud əvvəllki vəziyyətin bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar