Məhkəmə qərarları › İş №2-1(122)-127/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-127/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-127/2025 14.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Kəngərli rayonu, Şahtaxtı kəndində anadan olmuşdur. 1981-ci il tarixdən-1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 1983-cü ildən 2000-ci ilə qədər Şərur Tikinti Materialları Zavodunda maşınist vəzifəsində, xx.xx.2007-ci il tarixdən 2011-ci ilə qədər Naxçıvan Tikinti Materialları X13 Səhmdar Cəmiyyətinin Kəngərli sahəsində maşınist vəzifəsində, xx.xx.2011-ci il tarixdən 2013-cü ilə qədər X2 maşınist vəzifəsində, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək həmin idarədə dəlici vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Gəmiqaya DMSK MMC-in Qarabağlar sahəsində dəlici vəzifəsində, xx.xx.2017ci il tarixdən Gəmiqaya DMSK MMC Qarabağlar sahəsində dağkəsən vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən daş mədənlərinə dəlici vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixinədək fəaliyyətini davam etdirmişdir. Ümumi olaraq 2007-ci ildən 2023-cü ilə qədər maşınist vəzifəsində çalışsa da, əmək kitabçasında müəyyən dövrlərdə yanlış olaraq maşınist-köməkçisi vəzifəsi qeyd olunmuşdur. Bu da onun güzəştli şərtərlə yaşa görə pensiyasına çıxmasına maneə olur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 30 noyabr 2023-cü il tarixli, 04 nömrəli qərarında "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnun olduğu göstərilmişdir. "xxxx" MMC-nin 21 iyul 2023-cü il tarixli, 104 №-li arayışında onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmədiyindən tələb olunan xüsusi stajı (12 il 6 ay) olmadığına görə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qərar rəsmi qaydada verildikdən sonra 30 gün müddətində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və ya məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Buna görə də o, məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149 və 150-ci maddələrinə əsasən məhkəmədən, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 01 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya qarşı 03 aprel 2024-cü il tarixli etirazını onunla əsaslandırmışdır ki, xx xxxx 1963-cü il tarixində anadan olmuş Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı 31 avqust 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat şöbəsinin 30 noyabr 2023-cü il tarixli, 04 nömrəli qərarında iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin, xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Fondun Xüsusi Şərtlərlə Təyinat şöbəsinin xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtinanı səbəbi kimi, iddiaçının 12 il 6 ay xüsusi iş stajının olmaması göstərilmişdir. Bununla razılaşmayan İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, Fondun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Dövlət Arxivinin 17 oktyabr tarixli, 149 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (11 ay) Babək rayon “Naxçıvan” tikinti materialları kombinatında işləmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Kəngərli Rayon Şöbəsinin 06 iyul 2023-cü il tarixli, 3-43-73/3-2-178/2023 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (2 il 21 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş 20 dekabr 1983-cü il tarixli, MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, Şərur Tikinti Materialları Zavodunda xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (2 il 8 ay 18 gün) fəhlə, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (4 ay 3 gün) 3-cü dərəcəli maşınist, xx.xx.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (13 il 4 ay 8 gün) sürücü, Naxçıvan Tikinti Materialları X13 Səhmdar Cəmiyyətinin Kəngərli sahəsində xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək (5 il 10 ay) maşınist köməkçisi, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək (7 ay 10 gün) maşınist, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək (2 il 2 ay) dəlici, X7 Sənaye X1 Cəmiyyətində xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək dəlici, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (3 il 20 gün) daşkəsən vəzifələrində işləmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 iyul 2023-cü il tarixli, 104 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən bu günə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində dəlici vəzifəsində işləyir. Beləliklə, arxiv arayışlarına və əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən iddiaçının əmək fəaliyyətinə başladığı ildən hərbi xidmət illəri də daxil olmaqla 34 il 11 ay 11 gün ümumi, 15 il 10 ay 25 gün xüsusi iş stajı olduğu müəyyən olunmuşdur. Kəngərli Rayon Dövlət Arxivinin 12 iyul 2023-cü il tarixli, 75 nömrəli arayışında Hacıyev X5 Tikinti Materialları Zavodunda xx.xx.1983-cü il tarixdə 240 nömrəli əmrlə 2-ci kateqoriya fəhlə kimi işə qəbul edildiyi, xx.xx.1986-cı il tarixdə 520 nömrəli əmrlə maşınist təyin edildiyi, xx.xx.1987-ci il tarixdə 743 nömrəli əmrlə Zil 131 markalı maşına sürücü təyin edildiyi, 2000-ci ilin əmr kitabında işdən azad edildiyinə dair əmrə rast gəlinmədiyi göstərilmişdir. Arayışa əsasən, İddiaçı Şahtaxtı Tikinti Materialları Zavodunda işlədiyi 1993-cü, 1996-cı və 1997-ci illərin əmək haqqı kitablarında adına rast gəlinməmiş, 1998, 1999 və 2000-ci illərin əmək haqqı kitabları isə Kəngərli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə İddiaçı əmək kitabçasında qeyd olunan Şahtaxtı Tikinti Materialları Zavodunda işlədiyi 1993-cü il tarixindən 2000-ci il tarixədək əməkhaqqı alması və boşdayanma dövrlərinə aid məzuniyyət əmrləri barədə məlumat verilməsi ilə bağlı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 01/392 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, Şahtaxtı Tikinti Materialları Zavodunun sənədləri Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi haqqında məlumat verilməsi mümkün olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü il 21 iyun tarixli, 104 nömrəli məktubunda İddiaçı Naxçıvan Tikinti Materialları istehsalı Açıq Səhmdar Cəmiyyətinin Kəngərli sahəsində maşınist, X7 X1 Cəmiyyətində maşınist köməkçisi, maşınist, dəlici, dağkəsən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində dəlici işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahının 1.2.1 maddəsinin “a” bəndinin 1-ci abzasına, 12-ci abzasına, 44-cü abzasına, “b” bəndinin 6-cı abzasına uyğun olduğu göstərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü il 29 noyabr tarixli, 138 nömrəli məktubunda isə İddiaçı 02 may 2007-ci il tarixdən 11 oktyabr 2023-cü il tarixədək Qarabağlar və Kəngərli daş karxanasında işlədiyi maşınist köməkçisi, maşınist, dəlici və dağkəsən vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan vəzifələrinə uyğun maddələrin olmaması səbəbindən onun güzəştli iş dövrünün olmaması göstərilmişdir. İddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlər olmasına baxmayaraq, əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı üçün onun xx.xx.1980-cı il tarixdən xx.xx.1995ci il tarixədək 12 il 3 ay 1 gün ümumi, xx.xx.2007-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə 13 il 5 ay xüsusi iş stajının olduğu müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edək ki, 1992-ci ilin yanvarın 1-dən sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda, əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndində deyilir ki, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Qaydaların 2 nömrəli Əlavəsində göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli və ağır əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdə qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçı tərəfindən işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) təqdim edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi 21 iyul 2023-cü il tarixli, 104 nömrəli arayışında iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmamışdır. Nəticədə, iddiaçının tələb olunan 12 il 6 ay xüsusi iş stajı olmadığına görə ona Fondun Xüsusi Şərtlərlə Təyinat şöbəsinin 30.11 2023-cü il tarixli, 04 nömrəli qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 18 noyabr 2024-cü il tarixli, 2-1(122)-578/2024 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 21 iyun 2025-ci il tarixli 2-1(122)-127/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 14 avqust 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X11 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına mübahisələndirilən qərarı, əmək kitabçasının və şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətlərini, qeydiyyatla bağlı arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə pensiya təyinatı şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 30 noyabr 2023-cü il tarixli, 4 nömrəli qərarından görünür ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır oian işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. "xxxx" MMC-nin 21 iyul 2023-cü il tarixli, 104 №-li arayışında onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda göstərilmədiyindən tələb olunan xüsusi stajı (12 il 6 ay) olmadığına görə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - ИT-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, 1963cü ildə doğulmuş İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Şərur Tikinti Materialları Zavodunda fəhlə, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək 3-cü dərəcəli maşınist, xx.xx.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək sürücü, xx.xx.2007-ci il tarixdən Naxçıvan Tikinti Materialları X13 Səhmdar Cəmiyyətinin Kəngərli sahəsində müvəqqəti olaraq maşınist köməkçisi vəsifəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdən X10 Sənaye Kompleksi MMC-nin və İqtisadi İnkişaf Nazirliyinin 18 may 2011-ci il tarixli, 68 nömrəli icarə müqaviləsinə əsasən X2 maşınist köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdən maşınist vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdən dəlici vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin e bəndinə əsasən işlərin həcminin azalması ilə əlaqədar bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2016-cı il tarixdən Gəmiqaya DMSK MMC-də bağlanmış əmək müqaviləsinə əsasən Qarabağlar sahəsinə dəlici qəbul edilmiş, xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddəti qurtardığından bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2017-ci il tarixdən X7 Sənaye Kompleksi MMC-də bağlanmış əmək müqaviləsinə əsasən Qarabağlar sahəsinə daşkəsən qəbul edilmiş, xx.xx.2020-ci il tarixdən daş mədənlərinə dəlici vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdən işin və göstərilən xidmətlərin həcmi azaldığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin ç bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyətinin Şahtaxtı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli, 314 nömrəli arayışdan görünür ki, Hacıyev X6 rayonu, Şahtaxtı kəndində qeydiyyatdadır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1963-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli, 104 nömrəli arayışdan görünür ki, İddiaçı 01 may 2007-ci il tarixdən 20 iyul 2011-ci il tarixədək Naxçıvan Tikinti Materialları İstehsalı ASC-nin Kəngərli sahəsində, 20 iyul 2011-ci il tarixdən 03 mart 2013cü il tarixədək X7 Sənaye Kompeksi MMC-də maşınist köməkçisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 1.2.1-ci maddəsi a bəndinin 1-ci abzası), 03 mart 2013-cü il tarixdən 11 oktyabr 2013-cü il tarixədək X7 Sənaye Kompleksi MMC-də maşınist (həmin siyahının 1.2.1-ci maddəsinin a bəndinin 44-cü abzası), 11 oktyabr 2013-cü il tarixdən 12 dekabr 2015-ci il tarixədək, 14 aprel 2016-cı il tarixdən 22 dekabr 2016-cı il tarixədək X7 Sənaye Kompleksi MMC-də dəlici (həmin siyahının 1.2.1-ci maddəsinin b bəndinin 6-cı abzası), 03 aprel 2017-ci il tarixdən 23 aprel 2020-ci il tarixədək X7 Sənaye Kompleksi MMC-də dağkəsən (həmin siyahının 1.1.2-ci maddəsinin a bəndinin 12-ci abzası), 23 aprel 2020-ci il tarixdən bugünədək ARKOZ Travertin-Mərmər Zavodu MMC-də dəlici (həmin siyahının 1.2.1-ci maddəsinin b bəndinin 6-cı abzası) vəzifələrində işləmişdir. Arayışın qeyd hissəsində maşınist köməkçisi-gövdəçi, maşınist-dağ kəsən maşının maşınisti və dəliciqazıcı vəzifələri ilə eyni qəbul edildiyi bildirilmişdir. - "xxxx" MMC-nin 29 noyabr 2023-cü il tarixli, 138 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı 02 may 2007-ci ildən 11 oktyabr 2023-cü ilədək Qarabağlar və Kəngərli daş karxanasında maşınist köməkçisi, maşınist, dəlici və dağkəsən vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan vəzifələrə uyğun maddələrin olmaması səbəbindən vətəndaş İddiaçı güzəştli iş dövrü olmamışdır. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 05 aprel 2024-cü il tarixli, 60 nömrəli məktubdan görünür ki, “Arkoz Travertin-Mərmər Zavodu" MMC-də işləmiş İddiaçı 01 may 2007-ci ildən 20 iyul 2011-ci il tarixədək Naxçıvan Tikinti materialları istehsalı ASCnin Kəngərli sahəsində 20 iyul 2011-ci il tarixdən 03 mart 2013-cü il tarixədək maşınist köməkçisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 1.2.1 maddəsi a) bəndinin 44-ci abzası), 03 mart 2013-cü il tarixdən 11 oktyabr 2013-cü il tarixədək X7 Sənaye Kompleksi MMC-də maşınist (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 1.2.1 maddəsi a) bəndinin 44-cü abzası), 11 oktyabr 2013-cü il tarixədən 12 dekabr 2015-ci ilədək, 14 aprel 2016-cı il tarixdən 22 dekabr 2016-cı ilədək X7 Sənaye Kompleksi MMC-də dəlici (həmin siyahının 1.1.2-ci maddəsi b) bəndinin 6-cı abzası), 03 aprel 2017-ci il tarixdən 23 aprel 2020-ci il tarixədək X7 Sənaye Kompleksi MMC-də dağkəsən (həmin siyahının 1.1.2 maddəsi a) bəndinin 12ci abzası), 23 aprel 2020-ci il tarixdən bu günədək Arkoz Travertin-Mərmər Zavodu MMCdə dəlici (həmin siyahının 1.2.1 maddəsi b) bəndinin 6-cı abzası) vəzifələrində işləmişdir. Məktubun qeyd hissəsində maşınist köməkçisi və maşınist vəzifələri-dağ kəsən maşının maşınisti vəzifəsini dəlici-qazıcı vəzifəsini yerinə yetirdiyi qeyd edilmişdir. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 06 avqust 2024-cü il tarixli, 191 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı 20 iyul 2011-ci ildən 03 mart 2013-cü il tarixədək X7 Sənaye Kompleksi MMC-də maşınist köməkçisi, 03 mart 2013-cü il tarixdən 11 oktyabr 2013-cü il tarixədək X7 Sənaye Kompleksi MMC-də maşınist, 11 oktyabr 2013cü il tarixədən 12 dekabr 2015-ci ilədək, 14 aprel 2016-cı il tarixdən 22 dekabr 2016-cı il tarixədək X7 Sənaye Kompleksi MMC-də dəlici, 03 aprel 2017-ci il tarixdən 23 aprel 2020ci il tarixədək X7 Sənaye Kompleksi MMC-də, 23 aprel 2020-ci il tarixdən Arkoz Travertin- Mərmər zavodu MMC-də dəlici vəzifələrində işləmiş və 11 oktyabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir (05 yanvar 2023-cü il tarixində “X7 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" MMC adlandırıldı). Yuxarıda qeyd olunanlara əsasən vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarının 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər bölməsinin a) fəhlələr bəndinin 52-ci abzasına-daşkəsən maşın maşınistləri peşəsində 11 il 7 ay 8 gün (on bir il yeddi ay səkkiz gün) xüsusi stajı vardır. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 04 fevral 2025-ci il tarixli, 19/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2007-xx.xx.2010-cu il tarixlərində İddiaçı adlı şəxslə heç bir əmək münasibəti mövcud olmamışdır. Həmçinin qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC arasında hüquqi varislik münasibəti olmamışdır. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 25 aprel 2025-ci il tarixli, 67/2025 nömrəli məktubdan görünür ki, "X7 Sənayə Kompleksi" MMC-də (indiki adı ilə "xxxx" MMС) 2011-2013-cü il tarixlərində maşinist, maşinist köməkçisi vəzifəsi mövcud olmuşdur. Həmin vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na uyğun olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən etirazla birlikdə məhkəməyə ünvanlanmış: - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 29 sentyabr 2023-cü il tarixli, 15/88 nömrəli məktubundan görünür ki, Şahtaxtı Tikinti Materialları Zavodunun sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən vətəndaş İddiaçı işləməsi haqqında məlumat vermək mümkün olmamışdır. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli, 75 nömrəli arxiv arayışından görünür ki, Kəngərli Rayon Dövlət Arxivində mühafizə olunan Şahtaxtı Tikinti Materialları Zavodunun sənədlərinə baxdıqda məlum oldu ki. İddiaçı xx.xx.1983-cü il tarixli, 240 №-li əmrlə 2-ci kateqoriyalı fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli, 520 №-li əmrlə maşınist təyin edilmiş, xx.xx.1987-ci il tarixli, 743 №li əmrlə maşınistlikdən Zil 131 markalı maşına sürücü təyin edilmişdir. Lakin 2000-ci ilin əmr kitabında işdən azad edilməsinə dair əmrə rast gəlinməmişdir. 1992, 1994-1995-ci illərdə müvafiq aylarda əməkhaqqı alması üzrə cədvəl tərtib edilmişdir. Arayışın qeyd hissəsində əmək haqqı kitablarında İddiaçı ata adı qeyd edilmədiyi və 1993. 1996, 1997-ci illərin əmək haqqı kitablarında adına rast gəlinmədiyi, 1998, 1999, 2000-ci illərin əmək haqqı kitabları Kəngərli Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərə baxmaq mümkün olmadığı qeyd edilmişdir. - Babək Rayon Dövlət Arxivinin 7 oktyabr 2023-cü il tarixli, 149 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Babək rayon “Naxçıvan” tikinti materialları kombinatında işləmiş və 1980-1981-ci illərdə müvafiq qaydada əməkhaqqı almışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Kəngərli Rayon Şöbəsi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 3-43-73/3-2-179/2023 nömrəli arayışdan görünür ki, Kəngərli rayonu, Şahtaxtı kənd sakini 1963-cü il təvəllüdlü İddiaçı 19 oktyabr 1981-ci il tarixdən 09 noyabr 1983-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. Həmçinin cavabdeh tərəfindən arxiv arayışlarının düzgünlüyünün yerində yoxlanılması barədə aktlar, iddiaçının sığorta stajı barədə məlumatlar məhkəməyə göndərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxx 1963-cü il tarixdə anadan olmuş, xx.xx.1980-ci il tarixdən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı 31 avqust 2023-cü il tarixdə 60 yaşı tamam olduğu üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 30 noyabr 2023-cü il tarixli, 04 nömrəli qərarı ilə iddiaçının tələbinin icrasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının qanunvericilikdə tələb olunan 12 il 6 ay xüsusi iş stajı mövcud deyil. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi və hüquqi marağı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 30 noyabr 2023-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq, araşdırılması zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 7-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddinin olması;

2. İddiaçının xx.xx.2023-cü ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının xx.xx.2023-cü ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Yuxarıda qeyd olunan 1-ci şərtə münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 2021-ci ilin iyul ayının 1-dən etibarən 65 olaraq müəyyən edilsə də, həmin Qanununun 9.1-ci maddəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx xxxx 1963-cü il tarixdə doğulmuşdur və 06 iyul 2023-cü il tarixdə 60 yaşı tamam olduğundan Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının xx.xx.2023-cü ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması ilə bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərarda imtina səbəbi kimi qeyd edilməsədə, məhkəməyə ünvanlanmış etiraz məktubunda onun işlədiyi dövrlərin əmək kitabçasında öz əksini tapmasına baxmayaraq, arxiv arayışları ilə öz təsdiqini tapmadığı qeyd edilmişdir. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.1980-ci ildən xx.xx.2000-ci il tarixədək 19 il 4 ay 20 gün, xx.xx.2007-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 15 il 6 ay 22 gün ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçı 25 ildən artıq ümumi iş stajına malikdir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilsə də, bəzi illərdə əmək fəaliyyəti ilə məşğul olması arxiv arayışları ilə təsdiqlənmədiyinə istinad edərək, həmin dövrlərin ümumi iş stajından çıxılması qənaətindədir. Bu hal isə iddiaçının ümumi iş stajının azalmasına səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Buna görə də əmək kitabçasında qeyd olunan iş dövrlərinin arxiv arayışları ilə təsdiqlənməsindən asılı olmayaraq, əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır və həmin dövrlər ümumi iş stajı kimi nəzərə alınmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Bu hal isə özlüyündə sübut edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2-ci tələb də ödənilmiş hesab olunur. İddiaçının qanunvericilikdə tələb olunan minimum 12 il 6 ay xüsusi iş stajına malik olmasına münasibətdə isə qeyd edilməlidir ki, İddiaçı xx.xx.2007-xx.xx.2013, xx.xx.2013xx.xx.2013, xx.xx.2013-xx.xx.2015-ci il tarixlərdə Naxçıvan Tikinti materialları İstehsalı ASC-də işlədiyi maşınist köməkçisi, maşınist və dəlici vəzifələri, xx.xx.2016-xx.xx.2016, xx.xx.2017-xx.xx.2020-ci il tarixlərdə X3 işlədiyi dəlici və daşkəsən vəzifələri, xx.xx.2020xx.xx.2023-cü il tarixdə Arkoz Travertin-Mərmər zavodunda işlədiyi dəlici vəzifələri güzəştli şərtlərlə pensiya hüququ verən işlər hesab olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarının 1.1.2-ci bəndində maşinist vəzifəsi Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında öz əksini tapmışdır. Bu hal "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış müxtəlif tarixli məktublarda da öz əksini tapmış, həmçinin məktublarda maşınist köməkçisi və maşınist vəzifələri-dağ kəsən maşının maşınisti vəzifəsini dəlici-qazıcı vəzifəsini yerinə yetirdiyi qeyd edilmişdir. Bununla da iddiaçı qanunvericilikdə tələb olunan minimum 12 il 6 ay olmaqla xüsusi iş stajına malik olmuşdur. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün nəzərdə tutulmuş 3-cü şərt də ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hər üç şərt ödənildiyindən ona pensiya təyin edilməsindən imtina edilməsi barədə qəbul edilmiş inzibati akt-Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. Bununla da iddiaçının tələbinin 1-ci hissəsi təmin edilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Qanunvericiliyə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə əsaslandırma aparılmalıdır. Lakin inzibati orqan tərəfindən mübahisələndirilən qərarda hər hansı bir sübutla əsaslandırma aparılmadığı kimi, inzibati icraat da aparılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. İddiaçının tələbinin 2-ci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, ona pensiya təyin edilməsindən imtina edilməsi barədə inzibati aktın ləğv edilməsi ona bu hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi deməkdir. Həmçinin yuxarıda sadalandığı kimi iddiaçıya münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş hər 3 şərt ödənildiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğu öz təsdiqini tapmışdır. Bununla da, iddiaçının tələbinin ikinci hissəsi də təmin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 34.1-ci maddəsinə əsasən phdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarı ləğv edilməli və İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 04 nömrəli qərarı ləğv edilir. İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar