Məhkəmə qərarları › İş №2-1(122)-1278/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1278/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1278/2025 05.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinə qarşı "xx.xx.2023-cü ildən bu günədək ona dəymiş 10000 (on min) manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü ildən bu günədək ona dəymiş 10000 (on min) manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, aidiyyət ilə bağlı məhkəmə iclası 05 fevral 2026-cı il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin ərazi aidiyyətini müəyyənləşdirmək üçün verilmiş sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş 20 yanvar 2026-cı il tarixli, 3-13-43/2-951/2026 nömrəli məktubundan məlum olur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı sonuncu dəfə xx.xx.2026-cı il tarixdə 5 saylı Bakı "ASAN xidmət” mərkəzi tərəfindən yaşayış yeri üzrə qeydiyyat ünvanı "Cəbrayıl rayonu, Çərəkən kəndi" göstərilməklə “AA7558517” nömrəli biometrik şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. - 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırki mübahisə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan həmin mübahisəyə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, iş materiallarına əsasən iddiaçı Hüseynov X1 rayonunda anadan olmuş, həmin rayonda xidmət etmiş, ehtiyata buraxılmışdır və hazırda həmin rayonda yaşayış yeri üzrə qeydiyyatda durur. Buna görə də tərəflər arasında yaranmış hüquq münasibətlərinə iddiaçının qeydiyyatda olduğu yerin yurisdiksiyasına aid olan məhkəmə tərəfindən baxılmalıdır. "Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Cəbrayıl rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinə qarşı "xx.xx.2023cü ildən bu günədək ona dəymiş 10000 (on min) manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair inzibati iş üzrə iddiaçı ilə inzibati orqan arasında yaranan xidməti hüquq münasibətləri Cəbrayıl rayonunda olduğundan və həmin rayon Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olduğundan hazırki iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinə qarşı "xx.xx.2023-cü ildən bu günədək ona dəymiş 10000 (on min) manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar