Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1287/2023 15.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "Babək rayon XDK İcraiyyə Komitəsinin 21 oktyabr 1993-cü il tarixli, 398 nömrəli qərarı 15 mart 1993-cu il və 23 sentyabr 1993-cü il tarixli rəyə əsasən "asvalt" kiçik müəssisəsinin istifadəsində olan “asfalt” zavodunun yanında dülgər sexini tikmək üçün 0,15 hektar torpaq sahəsinin, 12 may 1991-ci il tarixli 175 nömrəli qərara əsasən müstəqil “Nehrəm tikinti kooperativinin bazası əsasında sahəsi 540 kv.m olan “Babək” kommersiya ticarət mərkəzinin, 09 mart 1999-cu il tarixində Babək rayon Nehrəm kəndində fermer təsərrüfatının yaradılması məqsədilə torpaq sahəsinin və Babək Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1999-cu il tarixli, 006 nömrəli qərarı ilə verilmiş tövlə binasının əvvəlki vəziyyətinə qaytarmaqla mülkiyyət hüququnun təmin olunması və ya kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək rayon XDK İcraiyyə Komitəsinin 21 oktyabr 1993-cü il tarixli, 398 nömrəli qərarı 15 mart 1993-cu il və 23 sentyabr 1993-cü il tarixli rəyə əsasən "asvalt" kiçik müəssisəsinin istifadəsində olan “asfalt” zavodunun yanında dülgər sexini tikmək üçün 0,15 hektar torpaq sahəsinin, 12 may 1991-ci il tarixli 175 nömrəli qərara əsasən müstəqil “Nehrəm tikinti kooperativinin bazası əsasında sahəsi 540 kv.m olan “Babək” kommersiya ticarət mərkəzinin, 09 mart 1999-cu il tarixində Babək rayon Nehrəm kəndində fermer təsərrüfatının yaradılması məqsədilə torpaq sahəsinin və Babək Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1999-cu il tarixli, 006 nömrəli qərarı ilə verilmiş tövlə binasının əvvəlki vəziyyətinə qaytarmaqla mülkiyyət hüququnun təmin olunması və ya kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 15 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlardan heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Bakı şəhəri 24 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə verilmiş 7E- 12000 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X1 məhkəməyə 27 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə göndərərək Babək rayon XDK İcraiyyə Komitəsinin 21 oktyabr 1993-cü il tarixli, 398 nömrəli qərarı 15 mart 1993-cu il və 23 sentyabr 1993-cü il tarixli rəyə əsasən "asvalt" kiçik müəssisəsinin istifadəsində olan “asfalt” zavodunun yanında dülgər sexini tikmək üçün 0,15 hektar torpaq sahəsinin, 12 may 1991-ci il tarixli 175 nömrəli qərara əsasən müstəqil “Nehrəm tikinti kooperativinin bazası əsasında sahəsi 540 kv.m olan “Babək” kommersiya ticarət mərkəzinin, 09 mart 1999-cu il tarixində Babək rayon Nehrəm kəndində fermer təsərrüfatının yaradılması məqsədilə torpaq sahəsinin və Babək Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1999-cu il tarixli, 006 nömrəli qərarı ilə verilmiş tövlə binasının əvvəlki vəziyyətinə qaytarmaqla mülkiyyət hüququnun təmin olunması və ya kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırdığını, cavabdeh tərəfindən torpaq sahəsi ilə təmin edildiyindən iddiasından imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, məhkəmədən iddiadan imtina barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "Babək rayon XDK İcraiyyə Komitəsinin 21 oktyabr 1993-cü il tarixli, 398 nömrəli qərarı 15 mart 1993-cu il və 23 sentyabr 1993-cü il tarixli rəyə əsasən "asvalt" kiçik müəssisəsinin istifadəsində olan “asfalt” zavodunun yanında dülgər sexini tikmək üçün 0,15 hektar torpaq sahəsinin, 12 may 1991-ci il tarixli 175 nömrəli qərara əsasən müstəqil “Nehrəm tikinti kooperativinin bazası əsasında sahəsi 540 kv.m olan “Babək” kommersiya ticarət mərkəzinin, 09 mart 1999-cu il tarixində Babək rayon Nehrəm kəndində fermer təsərrüfatının yaradılması məqsədilə torpaq sahəsinin və Babək Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1999-cu il tarixli, 006 nömrəli qərarı ilə verilmiş tövlə binasının əvvəlki vəziyyətinə qaytarmaqla mülkiyyət hüququnun təmin olunması və ya kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası üzrə İddiaçı 27 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və İPM-in 55.1, 55.4, 55.5, 80 və 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı 27 sentyabr 2023-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "Babək rayon XDK İcraiyyə Komitəsinin 21 oktyabr 1993-cü il tarixli, 398 nömrəli qərarı 15 mart 1993-cu il və 23 sentyabr 1993-cü il tarixli rəyə əsasən "asvalt" kiçik müəssisəsinin istifadəsində olan “asfalt” zavodunun yanında dülgər sexini tikmək üçün 0,15 hektar torpaq sahəsinin, 12 may 1991-ci il tarixli 175 nömrəli qərara əsasən müstəqil “Nehrəm tikinti kooperativinin bazası əsasında sahəsi 540 kv.m olan “Babək” kommersiya ticarət mərkəzinin, 09 mart 1999-cu il tarixində Babək rayon Nehrəm kəndində fermer təsərrüfatının yaradılması məqsədilə torpaq sahəsinin və Babək Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1999-cu il tarixli, 006 nömrəli qərarı ilə verilmiş tövlə binasının əvvəlki vəziyyətinə qaytarmaqla mülkiyyət hüququnun təmin olunması və ya kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-1287/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1287/2023
15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver