Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-129/2022 21.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2, üçüncü şəxslər X1 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0.13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixli İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı adına Babək Rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarı ilə verilmiş Babək rayon Yarımca kəndində 0.13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixli, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə uyğun, dəqiqləşmədən əvvəlki vəziyyətə uyğun) dəqiqləşmədən əvvəlki vəziyyətdə icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 31 may 2022-ci il tarixə təyin olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş 17 may 2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək hal-hazırda torpaq sahəsinin mübahisələndirilən hissəsinin 2005-ci ildə hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən aparılmış dəqiqləşmə nəticəsində İddiaçı mülkiyyətindən çıxarıldığını və qonşunun mülkiyyətinə verildiyini, halbuki 2005-ci il tarixədək (dəqiqləşmədən əvvələdək) həmin torpaq sahəsinin (mübahisə olunan) İddiaçı mülkiyyətində olduğunu, son vaxtlaradək qonşu tərəfindən heç bir etiraz olmadan İddiaçı həmin hissədən istifadə və sahiblik etdiyini, qonşunun da bu mübahisədən xəbəri olmadığını, yəni dəqiqləşmə nəticəsində mübahisə olunan torpaq sahəsinin onlara, yəni qonşuya verilməsindən (rəsmi sənəd üzərində) onların da məlumatı olmadığını, dəqiqləşmədən əvvəl də həmin hissənin təkcə faktiki olaraq yox, həm də sənəd üzərində rəsmi qaydada İddiaçı mülkiyyətində olduğunu, iddia tələbini dəqiqləşdirirək hazırki iddia tələbinin "cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0.13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixli İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” olduğunu bildirib iddia tələbinə yuxarıda qeyd olunan formada (çərçivədə) baxılması və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31 may 2022-ci il tarixli, 2-1(122)-129/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bundan sonra işin hazırlıq icraatına başlanılaraq məhkəmənin 16 iyun 2022-ci il tarixli, 2-1(122)-129/2022 nömrəli qərardadı ilə X3, X10, X11, X12, X7 və X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Məhkəmənin hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 21 oktyabr 2022-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Üçüncü şəxslər X10, X12, X7 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə üçüncü şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı Babək rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarına əsasən ona JN-159A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə 0.13 ha torpaq sahəsi verildiyini, eyni zamanda şəhadətnamə əsasında həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata alındığını, özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdiyini, evi tikən zaman evin arxa tərəfindən 39 metr uzunluğunda və 3 metr enində boş sahə saxladığını, həmin boş sahəni kommunikasiya xətləri üçün saxladığını, eyni zamanda fərdi yaşayış evi üçün həmin sahəyə baxan 4 ədəd pəncərə açdığını, sonradan təxminən 2005-ci ildə cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən torpaq sahələrində dəqiqləşmələr aparılaraq həmin torpaq sahəsinin hazırki iş üzrə üçüncü şəxslərin mülkiyyətinə verildiyini, həmin sahədən su və kanalizasiya xətləri çəksə də, bütün bunların heç birindən istifadə edə bilmədiyini, mübahisəli torpaq sahəsinin həm hüquqi, həm də faktiki cəhətdən öz mülkiyyətində olduğunu ehtimal etdiyini, maddi imkanı əl vermədiyindən hasarı evə bitişik inşa etdiyini, mübahisəli torpağın hasara alınmış torpaq sahəsindən kənarda qaldığını bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 2005-ci ildə Yarımca kəndində həyətyanı torpaq sahələrinin sərhədlərinin yenidən dəqiqləşdirilməsi məqsədilə planalma işləri həyata keçirildiyini, faktiki sərhədlər daxilində İddiaçı məxsus torpaq sahəsinin 1274.7 kv.m., Əsgər Məmmədova məxsus torpaq sahəsinin isə 1453.1 kv.m. olduğunun müəyyənləşdirildiyini, faktiki istifadə vəziyyətinə uyğun mülkiyyət sənədlərinin tərtib olunduğunu, iddiaçının 1274.7 kv.m. torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair 12 dekabr 2009-cu il tarixli ərizəsi əsasında ölçmə işləri aparılaraq Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış hazırlanaraq ona təqdim olunduğunu bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, əvvəllər iddiaçı ilə yaxın qonşuluq münasibətləri olduğundan iddiaçı və ailəsinin həmin torpaq sahəsindən istifadə etmələrinə heç bir maneçilik törətmədiklərini, kənddə dəqiqləşmələr aparılan zaman Rəsulun icra nümayəndəsi olduğunu, sənədləşmə işlərindən xəbərdar olduğunu, İddiaçı özünə məxsus olduğunu düşündüyü mübahisəli torpaq sahəsini hasarın daxilinə salmalı olduğunu, lakin iddiaçının evinə bitişik hasar hördüyünü, həmin torpaq sahəsinin hasardan kənarda qaldığını bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 digər üçüncü şəxsin dediklərini təsdiq edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0.13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixli İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan torpaq sahəsinin hüquqi rejimi ilə 17 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının həmin torpaq sahəsinə üçüncü şəxslərin hüquqlarının olduğu barədə məlumatının olmaması barədə nəticəyə gəlmək çətindir. Belə ki, iddiaçıya ərizəsi əsasında 12 dekabr 2009-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ölçmə işləri aparılaraq 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Belə olan təqdirdə iddiaçının mübahisəli torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olduğundan xəbərsiz olması ağlabatan deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 2005-ci il tarixdə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 10 iyun 2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə tənzimlənirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni inzibati orqanın mübahisələndirilən hərəkətinin baş verdiyi vaxtda qüvvədə olan, 10 iyun 2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada) - 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. - 299.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla qeyd edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və hərəkətlərə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla da, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddiaçı hazırkı tələb barədə məhkəmədə iddia qaldırmamışdır. Yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış 1 ay iddia müddəti müəyyən etmişdir. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından istifadə etmədiyindən yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı iş” üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-551/2022 nömrəli iş üzrə qəbul etdiyi 05 aprel 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Beləliklə, sadalanan normaların tələblərindən və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Məhkəmə mübahisənin faktiki və hüquqi hallarını iddiaçı, iddiaçının vəkili və nümayəndəsi ilə müzakirə etmiş və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh inzibati orqanın 2005ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0.13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixli İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh inzibati orqanın 2005-ci il tarixli aparılmış dəqiqləşdirilmə hərəkətinin Babək rayon, Yarımca kəndində 0.13 ha torpaq sahəsinə münasibətdə (2000-ci il tarixli İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə münasibətdə) qanunauyğun olmayan (qanunsuz) hesab edilməsi, İddiaçı adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin dəqiqləşmədən əvvəlki vəziyyətə qaytarılması (bərpa olunması) və torpaq sahəsinin mübahisə olunan hissəsinin İddiaçı adına olan **********30-10301 reyestr nömrəli, 15 dekabr 2009-cu il tarixli, 358 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna işlənilməsi (qeydiyyatın aparılması) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-129/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-129/2022
21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver