Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-13/2025 27.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı1, iddiaçının nümayəndəsi İddiaçı2, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X8 və üçüncü şəxs X12 nümayəndəsi X23 iştirakları ilə, İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “X12 adına Naxçıvan şəhəri, 6-cı küçə, 134 ünvanına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 312 kv.m. əraziyə münasibətdə qeydiyyatın ləğvi, 563.3 kv.m. sahənin X13 öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 adına Naxçıvan şəhəri, 6-cı küçə 134 ünvanına verilmiş texniki pasportda qeydiyyatın ləğvi, 312 kv.m. sahənin pasportdan çıxılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən əmlak anası X13 adına qeydiyyata alınmışdır. Anası xx.xx.2019-cu il tarixdə, X11 1985-ci il tarixdə vəfat etmişdir. X2 aşağıdakı vərəsəsi var: 1. İddiaçı1. Naxçıvan MR Dövlət Arxiv İdarəsinin arayışında qeyd olunmuşdur ki, 1984-1986-cı illərə dair X2 adına ünvan 8 olmaqla adına 563 m2 torpaq sahəsi göstərilmişdir. Həmin sahənin 312 kv.m. qonşu olan X28 tərəfindən zəbt olunmuş və texniki pasporta işlənmişdir. Ona dəfələrlə torpaq sahəsinin zəbtdən azad olunmasın xahiş edilsə də, o, buna məhəl qoymamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlanmış ərizəyə cavab olaraq bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyindən 2023-cü il 19 yanvar tarixli, 24-7-Ş/Ə-264 nömrəli qeydiyyat-nəzarət vərəqəsi ilə daxil olan müraciətin nəticəsi olaraq bildiririlmişdir ki, vətəndaş İddiaçı1 müraciəti araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı1 anası X13 adına olan Naxçıvan şəhəri, 6-cı küçə 136 (Firdovsi 158) ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2127 inventar nömrəli texniki pasportda 563.3 m2 göstərilmişdir. İddiaçı1 iştirakı ilə Xidmətin mütəxəsisləri tərəfindən əmlaka yerində baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmış, nəticədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 251 m2 olduğu müəyyən olunmuşdur. Qonşu mülkiyyətçi X16 aid sənədlər araşdırılmış, müəyyən olunmuşdur ki, 446 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2770 inventar nömrəli texniki pasport Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2011-ci il tarixli, ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında xx.xx.2011-ci il tarixdə X12 adına qeydiyyata alınmışdır. İddiaçı1 faktiki vəziyyətlə razılaşmadığı üçün hüquqların qeydiyyatının aparılması mümkün olmamışdır. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməli olduğu İddiaçı1 diqqətinə çatdırılmışdır. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək, məhkəmədən X12 adına Naxçıvan şəhəri, 6-cı küçə 134 ünvanına verilmiş texniki pasportda qeydiyyatın ləğvi, 312 kv.m. sahənin pasportdan çıxılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 28 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair 17 mart 2023-cü il tarixli, 04/202 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı1 anası X13 adına olan, Naxçıvan şəhəri, 6-cı küçə 136 (Firdovsi 158) ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2127 inventar nömrəli texniki pasportda 563,3 m2 göstərilmişdir. İddiaçı1 iştirakı ilə Xidmətin mütəxəsisləri tərəfindən əmlaka yerində baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmış, nəticədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hazırda 251 m2 olduğu müəyyən olunmuşdur. Qonşu mülkiyyətçi X16 aid sənədlər araşdırılmış, müəyyən olunmuşdur ki, 446 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2770 inventar nömrəli texniki pasport və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2011-ci il tarixli, 005548 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında xx.xx.2011-ci il tarixdə X12 adına qeydiyyata alınmışdır. İddiaçı1 faktiki vəziyyətlə razılaşmadığı üçün hüquqların qeydiyyatının aparılması mümkün olmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2- 1(122)-320/2023 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “X12 adına Naxçıvan şəhəri, 6-cı küçə, 134 ünvanına verilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvi, 312 kv.m. sahənin pasportdan çıxılması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması”. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2- 1(122)-320/2023 nömrəli qərardadı ilə X28 üçüncü şəxs qismində inzibati işə cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2- 1(122)-28/2024 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “X13 adına verilmiş texniki pasportda göstərilmiş 563,3 kv.m torpaq sahəsinin X13 adına hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2- 1(122)-28/2024 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 12 fevral 2025-ci il tarixli, 2-1(122)-13/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2- 1(122)-13/2025 nömrəli qərardadı ilə iş şifahi məhkəmə baxışı icraatı mərhələsindən hazırlıq icraatı mərhələsinə qaytarılmış və iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “X12 adına Naxçıvan şəhəri, 6-cı küçə, 134 ünvanına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 312 kv.m. əraziyə münasibətdə qeydiyyatın ləğvi, 563.3 kv.m. sahənin X13 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Bundan sonra yenidən işin hazırlıq icraatı davam etdirilmiş və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 08 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 06 may 2025-ci il tarixli, 04/247 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı1 anası X13 adına olan, Naxçıvan şəhəri, 6-cı küçə 136 (Firdovsi 158) ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2127 inventar nömrəli texniki pasportda 563,3 m² göstərilmişdir. İddiaçı1 iştirakı ilə Xidmətin mütəxəssisləri tərəfindən əmlaka yerində baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmış, nəticədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hazırda 251 m² olduğu müəyyən olunmuşdur. Qonşu mülkiyyətçi X16 aid sənədlər araşdırılmış, müəyyən olunmuşdur ki, 446 m² torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2770 inventar nömrəli texniki pasport və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 10 mart 2011-ci il tarixli, 005548 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında 14 aprel 2011ci il tarixdə X12 adına qeydiyyata alınmışdır. İddiaçı1 faktiki vəziyyətlə razılaşmadığı üçün hüquqların qeydiyyatının aparılması mümkün olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 11 iyun 2025-ci il tarixli, 2-1(122)-13/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 27 avqust 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, iş üzrə üçüncü şəxs X28 və üçüncü şəxsin vəkili Vəkil2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkili Vəkil1 27 avqust 2025ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə iddiaçının vəkilinin, üçüncü şəxsin və üçüncü şəxsin vəkilinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq bildirmişdir ki, 1969-cu ildə həmin evdə doğulmuşdur. O vaxtdan torpaq sahəsinin ölçüsü 251 kv.m. olmuşdur, lakin Naxçıvan şəhəri, 6-cı küçə 136 (Firdovsi 158) ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2127 inventar nömrəli texniki pasportda 563.3 m2 göstərilmişdir. Hesab edir ki, torpaq sahəsinin 512 kv. m-nin qonşu X12 torpaq sahəsinin üzərinə işlənibdir.Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X17 məhkəmənin sərancamına verilən cavaba uyğun izahat verərək, məhkəmədən müvafiq qərar verilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs X12 nümayəndəsi X38 məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına arayışı, arxiv arayışını, ölüm, doğum və evlənmək haqqında şəhadətnamələrin surətlərini, texniki pasportun surətini, qərardadı, yaşayış yeri üzrə qeydiyyat haqqında arayışları əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 09 fevral 2023-cü il tarixli, 05/97 nömrəli arayışından görünür ki, İddiaçı1 anası X13 adına olan, Naxçıvan şəhəri, 6-cı küçə 136 (Firdovsi 158) ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2127 inventar nömrəli texniki pasportda 563,3 m2 göstərilmişdir. İddiaçı1 iştirakı ilə Xidmətin mütəxəsisləri tərəfindən əmlaka yerində baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmış, nəticədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 251 m2 olduğu müəyyən olunmuşdur. Qonşu mülkiyyətçi X16 aid sənədlər araşdırılmış, müəyyən olunmuşdur ki, 446 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2770 inventar nömrəli texniki pasport Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2011-ci il tarixli, ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında xx.xx.2011-ci il tarixdə X12 adına qeydiyyata alınmışdır. İddiaçı1 faktiki vəziyyətlə razılaşmadığı üçün hüquqların qeydiyyatının aparılması mümkün olmamışdır. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməli olduğu İddiaçı1 diqqətinə çatdırılmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 09 yanvar 2023-cü il tarixli, 03/27 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Maliyyə şöbəsinin 1984-1986-cı illərə dair 5 №-li kitabında X2 adına ünvan 8 olmaqla adına 563 m2 torpaq sahəsi göstərilmişdir. - 17 aprel 2019-cu il tarixli, AZ-İ 748062 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X29 02 aprel 2019-cu İl tarixdə Naxçıvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 04-cü ayının 17-ci günündə 131 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi ürəyin sklerotik xəstəliyi göstərilmişdir. - 30 aprel 1987-ci il tarixli, İİİ-ЖГ 341998 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X37 01 avqust 1985-ci ildə Babək rayonu, Şəkərabad kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1985-ci ilin avqust ayının 3-cü günündə 7 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi beynində şiş göstərilmişdir. - 05 avqust 1964-cü il tarixli, İ-ИЕ 339888 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 1934-cü ildə anadan olmuş X37 ilə 1931-ci ildə anadan olmuş X29 05 avqust 1964-cü ildə evləndilər. Bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 1964-cü ilin avqust ayının 5-ci günündə 132 nömrə ilə qeyd edilmişdir. Evlənmə qeyd ediləndən sonra arvad Əliyeva familyasını götürmüşdür. - 10 noyabr 1980-ci il tarixli, Vİİ-ЖГ 381670 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X29 25 may 1931-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1937-ci ilin dekabr ayının 10-cu günündə 3351 nömrə ilə qeyd edilmişdir. X7, anası X18, valideynlərinin milliyyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - 21 may 1991-ci il tarixli, XV-ЖГ 393100 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1969-cu ildə Naxçıvan şəhərində doğulmuşdur. Bu barədə doğum haqqınd akt qeydləri kitabında 1969-cu ilin oktyabr ayının 06-cı günündə 682 nömrə ilə qeyd edilmişdir. X11, anası X33, valideynlərinin milliyyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - 2127 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Firdovsi küçəsi 158 ünvanının hüquq subyekti kimi X14, sonradan X39, daha sonra isə X18 göstərilmişdir. - Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 2(078)-442/2023 nömrəli qərardadından görünür ki, İddiaçı1 X16 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı qeydiyyatın ləğvi, sahənin pasportdan çıxarılması, zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilmiş və İddiaçı1 qeydiyyatın ləğvi tələbi i lə əlaqədar aidiyyəti üzrə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edilməsi izah olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, 249 nömrəli arayışdan görünür ki, Əliyev X34 şəhəri, 6-cı küçə, ev 136 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, 250 nömrəli arayışdan görünür ki, mərhum X3 şəhəri, 6-cı küçə, ev 136 ünvanında yaşayıb və aşağıdakı vərəsələri vardır: 1. İddiaçı1-1969. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 07 sentyabr 2023-cü il tarixli 04/563 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş 04 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, mübahisəli əraziyə yerində baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mübahisəli ərazidə İİİ şəxsin istifadəsində olan 13.5 m2 sanitar qovşağı, 65.36 m2 yardımçı tikili, 6.12 m2 hamam, 16.46 m2 mətbəx, 1 su quyusu və ağaclar mövcuddur. Qonşu qismində aktın tərtibində iştirak edən Məmməd Cabbarov 83 yaşının olduğunu, özünü biləndən bu həyətin indiki vəziyyətlə eyni olduğunu bildirmişdir. Tərəflərə barışıq təklif edilsə də, heç biri razılaşmamışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 29 may 2024-cü il tarixli, 04/41 nömrəli məktubdan görünür ki, İddiaçı1 anası X13 adına olan, Naxçıvan şəhəri, 6-cı küçə 136 (Firdovsi 158) ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2127 inventar nömrəli texniki pasportda 563,3 m2 göstərilmişdir. İddiaçı1 iştirakı ilə Xidmətin mütəxəsisləri tərəfindən əmlaka yerində baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmış, nəticədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hazırda 251 m2 olduğu müəyyən olunmuşdur. Qonşu mülkiyyətçi X16 aid sənədlər araşdırılmış, müəyyən olunmuşdur ki, 446 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2770 inventar nömrəli texniki pasport və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 10 mart 2011-ci il tarixli, 005548 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında 14 aprel 2011ci il tarixdə X12 adına qeydiyyata alınmışdır. İddiaçı1 faktiki vəziyyətlə razılaşmadığı üçün hüquqların qeydiyyatının aparılması mümkün olmamışdır. - İddiaçı1 02 fevral 2024-cü il tarixli ərizəsi ilə məhkəməyə göndərilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13 dekabr 2023-cü il tarixli, 03/2163 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərə baxdıqda müəyyən oldu ki, Naxçıvan şəhər Maliyyə Şöbəsinin 1960-1965-ci illərə dair kitablarında mərhum X19 adna rast gəlinmədi, lakin 1984-1986-cı illərə dair kitabda X12 adına rast gəlinmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 25 yanvar 2024-cü il tarixli, 13/95 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Maliyyə şöbəsinin 1950- 1960-cı illərə dair kitablarında mərhum X19 adna Naxçıvan şəhər Firdovsi küçəsi ev 116 olmaqla torpaq sahəsi olması haqqında hər hansı bir məlumata rast gəlinməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 26 oktyabr 2023-cü il tarixli, 13/1829 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərə baxdıqda müəyyən oldu ki, Naxçıvan Şəhər Maliyyə Şöbəsinin 1969-1971-ci illərə dair 11 №-li kitabında mərhum X9 adına Naxçıvan şəhər Firdovsi küçəsi, ev 158 olmaqla 563 m2 torpaq sahəsi göstərilmişdir. İddiaçı1 tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlanmış 26 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, 6-cı küçə 136 ünvanında yerləşən torpaq sahəsi sənəd üzrə 563.30 m2 olsa da, faktiki yerində 251.12 m2 olmasına baxmayaraq onun sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azalan 312.18 m2 torpaq sahəsi ilə bağlı gələcəkdə heç bir iddia və tələb etməyəcəyinə söz vermişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 17 aprel 2024-cü il tarixli, 04/201 nömrəli məktubdan görünür ki, İddiaçı1 anası X13 adına olan, Naxçıvan şəhəri, 6-cı küçə 136 (Firdovsi 158) ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2127 inventar nömrəli texniki pasportda 563,3 m2 göstərilmişdir. İddiaçı1 iştirakı ilə Xidmətin mütəxəsisləri tərəfindən əmlaka yerində baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmış, nəticədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 251 m2 olduğu müəyyən olunmuşdur. Qonşu mülkiyyətçi X16 aid sənədlər araşdırılmış, müəyyən olunmuşdur ki, 446 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2770 inventar nömrəli texniki pasport və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2011-ci il tarixli, 005548 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında xx.xx.2011-ci il tarixdə X12 adına qeydiyyata alınmışdır. İddiaçı1 faktiki vəziyyətlə razılaşmadığı üçün hüquqların qeydiyyatının aparılması mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 07 avqust 2024-cü il tarixli, 04/134 nömrəli məktubdan görünür ki, İddiaçı1 müraciəti araşdırılmış, müəyyən olunmuşdur ki, İddiaçı1 anası X13 adına olan, Naxçıvan şəhəri, 6-cı küçə 136 (Firdovsi 158) ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2127 inventar nömrəli texniki pasportda 563,3 m2 göstərilmişdir. İddiaçı1 iştirakı ilə Xidmətin mütəxəsisləri tərəfindən əmlaka yerində baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmış, nəticədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 251 m2 olduğu müəyyən olunmuşdur. Qonşu mülkiyyətçi X16 aid sənədlər araşdırılmış, müəyyən olunmuşdur ki, 446 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2770 inventar nömrəli texniki pasport və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 10 mart 2011-ci il tarixli 005548 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında 14 aprel 2011-ci il tarixdə X12 adına qeydiyyata alınmışdır. İddiaçı1 faktiki vəziyyətlə razılaşmadığı üçün hüquqların qeydiyyatının aparılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətindəki torpaqlarda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) Azərbaycan Respublikası Topaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılır. Buna razılıq olmadıqda isə mübahisəyə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə uyğun olaraq müvafiq məhkəmədə baxılır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 16 may 2023-cü il tarixli, 04/327 nömrəli məktubdan görünür ki, İddiaçı1 anası X13 adına olan, Naxçıvan şəhəri, 6-cı küçə 136 (Firdovsi 158) ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 2127 inventar nömrəli texniki pasportda 563,3 m2 göstərilmişdir. İddiaçı1 iştirakı ilə Xidmətin mütəxəsisləri tərəfindən əmlaka yerində baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmış, nəticədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hazırda 251 m2 olduğu müəyyən olunmuşdur. Qonşu mülkiyyətçi X16 aid sənədlər araşdırılmış, müəyyən olunmuşdur ki, 446 m2 torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2770 inventar nömrəli texniki pasport və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2011-ci il tarixli 005548 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında xx.xx.2011 -ci il tarixdə X12 adına qeydiyyata alınmışdır. İddiaçı1 faktiki vəziyyətlə razılaşmadığı üçün hüquqların qeydiyyatının aparılması mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 10 aprel 2023-cü il tarixli, 04/253 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış 04 aprel 2023-cü il tarixli aktdan görünür ki, mübahisəli ərazilərə baxış keçirilmiş və ölçülər dəqiqləşdirilmişdir. Köhnə pasportdakı sərhədlərlə faktiki vəziyyət arasındakı fərqlər aşkarlanmış, tərəflərdən (qonşulardan) biri iddiaçının iddia etdiyi ərazidə yaşayan olduğuna görə mübahisənin predmeti izah olunmuşdur. Heç biri razılığa gəlməmişdir. Yerquruluşu planları məktuba əlavə olunmuşdur. Məktuba əlavə edilmiş: - 20 noyabr 1980ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 03 avqust 1974-cü ildə ölmüş vətəndaş X9 vərəsəsi X20r. Vərəsəlik əmlakı ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 98.5 kv.m. olan iki otaq, bir dəhliz və bir saraydan ibarət mülkdür. – 18 may 1973-cü il tarixli müqavilədən görünür ki, X1 şəhəri, Firdovsi küçəsi, 158 №-də olan 563 kv.m. torpaq sahəsində yerləşən iki otaq, bir kolidor və bir saraydan ibarət 32.5 kv.m. yaşayış sahəsindən ibarət evi və 563 kv.m. torpaq sahəsini X31 1500 (bir min beş yüz) manata satmışdır. – 23 may 1974-cü il tarixli müqavilədən görünür ki, X5 şəhəri, Firdovsi küçəsi, 158 №-də olan 563 kv.m. torpaq sahəsində yerləşən iki otaq, bir kolidor və bir saraydan ibarət 32.5 kv.m. yaşayış sahəsindən ibarət evi X10 1400 (bir min dörd yüz) manata satmışdır. – may 1982-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 08 mart 1979-cu ildə ölmüş vətəndaş X24 vərəsəsi X21r. Vərəsəlik əmlakı Naxçıvan şəhəri, Firdovsi küçəsi 154-də yerləşən 28.3 kv.m. ümumi, 19.4 kv.m. yaşayış sahəsindən ibarət 1718 manat dəyərində bir otaq, bir dəhliz və bir saraydan ibarət mülkdür. – Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 9 ünvanında yerləşən 445 kv.m. torpaq sahəsi Naxçıvan şəhər DNK-nın may 1982-ci il tarixli, 17/4147 nömrəli vərəsəlik haqqında şəhadətnaməsi əsasında X12 adına X47 kitabıbda 10 mart 2011-ci il tarixdə 2063 nömrə ilə uçota alınmışdır. – 2000-ci ildə tərtib edilmiş 2770 inventar, **********86-10301 qeydiyyat nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 11 ünvanının ev sahibi kimi X28 qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 05 dekabr 2024-cü il tarixli, 04/291 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, 6-cı küçə 136 (Firdovsi 158) ünvanında yerləşən X13 adına olan, fərdi yaşayış evinə baxış keçirilmiş məlum olmuşdur ki, 2127 inventar nömrəli texniki pasportda 563,3 m2 qeyd olunmuş, lakin faktiki istifadə vəziyyəti 251 m2 təşkil edir. Mübahisəli torpaq sahəsinin cənub-qərb istiqamətində yerləşən X16 aid sənədlər araşdırılmış, müəyyən olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində 446 m2 qeydiyyata alınmış, faktiki sahəsi 460,7 m2 təşkil edir. Torpaq sahəsinin şimal-şərq istiqamətində X25 aid sənədlər araşdırılmış, müəyyən olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində 353,45 m2 qeydiyyata alınmış, faktiki istifadə vəziyyəti ilə eynilik təşkil edir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 05 mart 2025-ci il tarixli, 3- 48-NDA/1-2-326/2025 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 16 mart 1935-ci il tarixli Qərarının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Məktubun qeyd hissəsində həmin qərar əsasında X26 adına verilmiş şəhər daxilində torpaqdan istifadə etmək ixtiyarı üçün 78 nömrəli qeydinə rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 16 may 2025-ci il tarixli, 04/268 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, 6-cı küçə 136 (Firdovsi 158) ünvanında yerləşən X13 adına tərtib olunmuş 2127 inventar nömrəli texniki pasportda və Naxçıvan şəhəri, 6-cı küçə 134 (Firdovsi 154A) ünvanında yerləşən X24 adına tərtib olunmuş 2770 inventar nömrəli texniki pasportda torpaq sahələrinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən və qonşu torpaq istifadəçilərinə dair məlumatlar müfəssəl qeyd olunmadığından torpaq sahələrinin üst-üstə düşməsi, iddia olunan 312 m2 torpaq sahəsinin X22 mülkiyyətinə aid torpaq sahəsinin sərhədləri daxilində yerləşibyerləşməməsi barədə məlumat verilə bilməmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Naxçıvan şəhəri, B.Abbasov küçəsində mülkiyyətində olan 0.0445 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.5 kv.m. yaşayış, 56.8 kv.m. köməkçi sahədən ibarət 154A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 18/7 nömrəli reyestr kitabının 1234 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi- **********86-10301, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2011). - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 09 yanvar 2023-cü il tarixli, 13/27 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Maliyyə şöbəsinin 1984-1986-cı illərə dair 5 nömrəli kitabında X12 adına Naxçıvan şəhəri, Firdovsi küçəsi, ev 116 olmaqla 396 m2 torpaq sahəsi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 26 oktyabr 2023-cü il tarixli, 13/1829 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Maliyyə şöbəsinin 1969-1971-ci illərə dair 11 nömrəli kitabında mərhum X9 adına ünvan 8 olmaqla 563 m2 torpaq sahəsi göstərilmişdir. - 16 mart 1935-ci il tarixli, 78 nömrəli torpaq qeydindən görünür ki, 564.50 kv.m. həyətyanı torpaq sahəsi və 35.50 kv.m. tikili müddətsiz olaraq X24 istifadəsinə verilmişdir. Torpaq qeyd etməsinə işarələrdən görünür ki, Firdovsi küçəsi, ev 12, 26 yanvar 1955-ci ildə X32 verilmişdir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı tərəf köhnə texniki pasporta əsasən X2 adına 563.3 kv.m. torpaq sahəsinin qeyd edilməsinə baxmayaraq, faktiki istifadədə torpaq sahəsinin 251 kv.m. olduğunu, bu səbəbdən də qonşu mülkiyyətçi X12 adına Naxçıvan şəhəri, 6-cı küçə, 134 ünvanına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 312 kv.m. əraziyə münasibətdə qeydiyyatın ləğvi, 563.3 kv.m. sahənin X13 adına qeydiyyata alınmasını tələb edir. Cavabdeh inzibati orqan isə üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvi və iddiaçının mərhum anasının adına qeydiyyatın aparılması üçün hər hansı əsasverici hal və sənədin olmamasına istinad edərək, iddiaçının tələbinin icrasından imtina etmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunidir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxsin mülkiyyətində olan 312 kv.m. torpaq sahəsinin mərhum anasının adına qeydiyyata alınmasından ibarətdir. İşin faktiki hallarından aydın olur ki, iddiaçının mərhum anası X13 mülkiyyətində 563.3 kv.m. torpaq sahəsi olmuşdur. İş materiallarında olan müqavilələrdən aydın olur ki, həmin torpaq sahəsi X6 ona miras qalmış, müxtəlif tarixlərdə X4, sonra yenidən həmin şəxsdən almışdır. Həmin dövrlərdə torpaq sahəsinin ölçüləri ilə bağlı hər hansı mübahisə olmamışdır. Hazırki vəziyyətdə X13 vərəsəsi qismində İddiaçı1 tərəfindən torpaq sahəsi sənədləşdirilərkən onun faktiki ölçülərinin 251 kv.m. olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən bu hal qəbul edilərək 2022-ci il tarixdə müvafiq ərizə yazılaraq sənədləşdirmə işlərinin aparılması, heç bir iddiasının olmayacağı qeyd edilsə də, sonradan onların kəsir torpaq sahələrinin qonşu mülkiyyətçi X12 adına işləndiyi iddia edilmişdir. Hazırki iş üzrə qəbul ediləcək məhkəmə qərarı həmin şəxsin hüquqlarına toxunacağından məhkəmə həmin şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında cəlb etmişdir. Bundan sonra üçüncü şəxsin mülkiyyəti ilə bağlı müvafiq araşdırma aparılmış və məlum olmuşdur ki, üçüncü şəxsin mərhum atasının mülkiyyət hüquqları 1935-ci il tarixdə verilmiş torpaq qeydinə əsasən yaranmışdır. Belə ki, həmin torpaq qeydində 564.50 kv.m. torpaq sahəsi qeyd edilmişdir. Lakin sonrakı dövrlərdə X24 vəfatından sonra vərəsəsi qismində üçüncü şəxs X28 tərəfindən miras əmlakı qəbul edilərkən faktiki torpaq sahəsi 445 kv.m. olmuşdur. Üçüncü şəxs isə bununla razılaşaraq müvafiq çıxarış, texniki passport, torpaq sahəsinin planı və ölçüsünü almışdır. Göründüyü kimi iddiaçı üçüncü şəxsin qeydiyyatının 312 kv.m. hissəyə münasibətdə ləğv edilməsini tələb etsə də, üçüncü şəxsin qeydiyyatının aparılması zamanı hər hansı yanlışlığın olmadığı əksinə onun torpaq sahəsinin arxiv sənədləri ilə müqayisədə azaldığı müəyyən olmuşdur. Bu səbəbdən də həmin qeydiyyat qanunvericiliyin tələbləri baxımından düzgün olduğundan ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının anası X29 17 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Ölmüş şəxsin adına qeydiyyatın aparılması hazırki qanunvericiliyin tələbinə ziddir. Mərhumun kəsir torpaq sahəsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin torpaq sahəsinin hazırda kimin mülkiyyətində olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən mübahisəli əraziyə dəfələrlə yerində baxış keçirilmiş, lakin köhnə texniki pasportda qeyd edilən torpaq sahəsinin sərhəd nöqtələrini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan və yerində baxış zamanı qonşuların ifadəsindən aydın olur ki, torpaq sahələri iddiaçı doğulduğu tarixdən və ondan əvvəlki illərdə faktiki vəziyyətə uyğun-251 kv.m. olaraq istifadə olunmuş və tərəflər bu halı mübahisələndirməmişdirlər. Göründüyü kimi, iddiaçının ləğv edilməsini tələb etdiyi üçüncü şəxs X12 adına aparılmış qeydiyyatın ləğvi üçün əsas olmadığından 312 kv.m. torpaq sahəsinin iddiaçının mərhum anasının adına qeydiyyata alınması üçün də hər hansı əsas yoxdur. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırki inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin tələbdə qeyd olunan X12 adına Naxçıvan şəhəri, 6-cı küçə, 134 ünvanına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 312 kv.m. əraziyə münasibətdə qeydiyyatın ləğvindən və 563.3 kv.m. sahənin X13 adına dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “X12 adına Naxçıvan şəhəri, 6-cı küçə, 134 ünvanına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 312 kv.m. əraziyə münasibətdə qeydiyyatın ləğvi, 563.3 kv.m. sahənin X13 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “X12 adına Naxçıvan şəhəri, 6-cı küçə, 134 ünvanına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 312 kv.m. əraziyə münasibətdə qeydiyyatın ləğvi, 563.3 kv.m. sahənin X13 adına hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-13/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-13/2025
27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver