Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-133/2020 16.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtar oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.2006-cı il tarixli, 12678 inventar, 103283 qeydiyyat nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda qeyd olunmuş göstəricilər əsasında A sxeminə müvafiq 1 mərtəbəli 6 otaqdan ibarət, ümumi sahəsi 652,7 kv.m+120,5=773,2 kv.m. olan tikiliyə bələdiyyənin xx.xx.2013-cü il tarixli, 82/01 qərarı əsasında verilmiş 140,1 kv.m. özəlləşdirilmiş sahəyə, xx.xx.2013-cü il tarixli İsgəndər Qasımovun ərizəsi ilə 27 kv.m. ərazinin Rövşənin mülkiyyətinə verilməsi nəticəsində mülkiyyətinin ümumi sahəsinə 960 kv.m. qalan 660 kv.m. əraziyə İsmayılov Rövşən Arif oğlunun adına reyestr çıxarışının verilməsi” tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahbuz rayon X13 xx xxxxxx 1997-ci il tarixli 50 saylı qərarı əsasında X7 3 övladı nəzərə alınmaqla ailə başçısı olaraq onun adı siyahıdan yayındırılmaqla verilmiş YN-45A/45/B10500038 kod nömrəli şəhadətnamələrinə müvafiq olaraq 45/A-da 0.11 ha, 45/B-də 0.04 ha hektar ərazidə yerləşən torpağa xx xxxxx 2006-cı il tarixdə Naxçıvan MR Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti İdarəsi tərəfindən 12678 inventar, 103283 qeydiyyat nömrəli Fərdi yaşayış fonduna daxil olan 35-ci məhəllə, ev 42/a ünvanında yerləşən yaşayış evinin Texniki pasportu əsasında övladı Rövşənin adına verilmiş 652.7 kv.m. əsas, 120.5 kv.m. yardımçı tikilinin ümumilikdə 773.2 kv.m. xx xxxxxxxx 2013-cu il tarixli, 82/01 saylı bələdiyyə qərarı əsasında 140 kv.m ərazi özəlləşdirilərək əlavə olunur. xx xxxxxx 2016-cı il tarixli, 7/E1013 saylı ərizə əsasında 27 kv.m. əlavə olunaraq mülkiyyəti 940.2 kv.m-ə çatdırılaraq bundan xx xxxxxxx 2013-cü il tarixli, 4/Ə-682 saylı müqaviləsi əsasında 300 kv.m. satıldığından qalmış ərazinin 940.2-300=640 kv.m. əvəzinə Xidmət idarəsinin xx xxxxxx 2019-cu il tarixdə Rövşənin adından verilmiş müqavilə əsasında 167 kv.m. yayındırılaraq 473 kv.m. əraziyə 062.496/804 saylı çıxarışları verilmişdir. Mülkiyyət hüququnun tanınmasında yerində baxış keçirilməklə sərhədlərin yer quruluş plan ölçülərinə müvafiq olaraq torpağa və fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və qarşıya çıxan maneənin aradan qaldırılması öhdəliyinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsində aydın olmayan və qeyri-müəyyən ifadələr yazıldığından və iddia tələbi ilə inzibati orqandan nə istədiyi məlum olmadığından İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13 və 48ci maddəsinin tələblərinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsi və iddia ərizəsində olan qeyri-müəyyən ifadələrin aydınlaşdırılması üçün xx xxxxxx 2020-ci il tarixədək müddət təyin edilmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixli izahatla məhkəməyə müraciət edərək, bildirmişdir ki, Naxçıvan MR DƏ və TM üzrə DX-nin Şahbuz rayon şöbəsinə Şahbuz rayon X14 1997ci il tarixli, 50 nömrəli qərarı əsasında Aşaği Qışlaq əhatə dairəsində torpağın mülkiyyətə verilməsinə dair 45/A-0.11 ha. 45/B-0.04 ha. l92/A-0.36 ha 10500038 kod nömrəli Şəhadətnamələrində qeyd olunmuş ərazilərin mövcudluğunun sərhədlərin müəyyənliyi yer quruluş plan sxeminə müvafiq heç bir kənarlaşmaya yol verilmədən maneənin aradan qaldırmaqla əraziyə və fərdi yaşayiş evinə qeydiyyat reyestr çıxarışlarının verilməsi öhdəliyini qoyasınız. Odur ki yuxarıda qeyd olunanları və İPM-nin 13,47,48,49,60,61 maddələrini rəhbər tutaraq övladı Rövşənin mülkiyyətində qalmış 640.2 kv.m əraziyə mülkiyyət hüququnun tanınmasında 4/Ə-2-385.395.682 saylı müqavilələrlə verilmiş ərazilərin sərhədlərinin dəqiqləşmiş ölçülər əsasında mövcudluğu nəzərə alınmaqla verilməsində qarşıya çıxan maneənin aradan qaldırmaqla qalmış yayındırılmiş 640.2- 472.9=167.3 kv.m əraziyə reyestr çıxarışının verilməsi təmin edilməklə həmin ərazinin Yasəmənin adına keçirilməklə vərəsəsi olaraq onun, yəni İddiaçı adına ərazilərə və fərdi yaşayış evinə qeydiyyat reyestr çıxarışlarının verilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(122)- 133/2020 nömrəli sərəncamına münasibətlə bağlı məhkəməyə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 546 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı müraciəti əsasında Şahbuz Rayon X13 xx xxxxxx 1997-ci il tarixli 50 nömrəli qərarı əsasında X5 adına qeydiyyata alınan, Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yerləşən, sahəsi 0,04 ha və 0,11 ha olan həyətyanı torpaq sahələrinə yerində baxış keçirilmişdir. Baxış zamanı torpaq sahələrinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında əsaslı fərq olduğu aşkarlanmışdır. İddiaçı faktiki vəziyyətlə razılaşmadığı üçün sənədləşmə işlərinin aparılması mümkün olmamışdır. ünvan 1 (35-ci məhəllə 42A) ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı İddiaçı dəfələrlə iddia qaldırmış, iddiası əsassız olduğundan rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(122)-93/2020 nömrəli qərardadı ilə İddiaçı həmin əmlakla bağlı iddiası mümkün sayılmamışdır. İnzibati Məhkəmənin qeyd olunan qərardadından İddiaçı verdiyi şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında baxılmış və İnzibati Kollegiyanın xx xxxxxxx 2020-ci il tarixli, 2-1(108)-20/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq icraatı iclasında İddiaçı iddia tələbini bir daha dəqiqləşdirərək, hazırda tələbinin cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.2006-cı il tarixli, 12678 inventar, 103283 qeydiyyat nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda qeyd olunmuş göstəricilər əsasında A sxeminə müvafiq 1 mərtəbəli, 6 otaqdan ibarət, ümumi sahəsi 652,7 kv.m+120,5=773,2 kv.m olan tikiliyə bələdiyyənin xx.xx.2013-cü il tarixli, 82/01 qərarı əsasında verilmiş 140,1 kv.m özəlləşdirilmiş sahəyə, xx.xx.2013-cü il tarixli İsgəndər Qasımovun ərizəsi ilə 27 kv.m. ərazinin Rövşənin mülkiyyətinə verilməsi nəticəsində mülkiyyətinin ümumi sahəsinə 960 kv.m. qalan 660 kv.m. əraziyə İsmayılov Rövşən Arif oğlunun adına reyestr çıxarışının verilməsi” tələbi olduğunu bildirərək, bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etmişdir və tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(122)-133/2020 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək, “xx.xx.2006-cı il tarixli, 12678 inventar, 103283 qeydiyyat nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda qeyd olunmuş göstəricilər əsasında A sxeminə müvafiq 1 mərtəbəli 6 otaqdan ibarət, ümumi sahəsi 652,7 kv.m+120,5=773,2 kv.m olan tikiliyə bələdiyyənin xx.xx.2013-cü il tarixli, 82/01 qərarı əsasında verilmiş 140,1 kv.m özəlləşdirilmiş sahəyə, xx.xx.2013-cü il tarixli İsgəndər Qasımovun ərizəsi ilə 27 kv.m ərazinin Rövşənin mülkiyyətinə verilməsi nəticəsində mülkiyyətinin ümumi sahəsinə 960 kv.m qalan 660 kv.m əraziyə İsmayılov Rövşən Arif oğlunun adına reyestr çıxarışının verilməsi” tələbi kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında İddiaçı xx xxxxxx 2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsinə uyğun izahat verərək, iddia tələnin təmin olunması barədə qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 546 nömrəli məktubuna uyğun izahat verərək, iddiaçının ünvan 1 (35-ci məhəllə 42a) ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı dəfələrlə iddia qaldırdığını, iddiası əsassız olduğundan rədd edildiyini, lakin, hazırkı iddia tələbi ilə bağlı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmədiyini, X3 miras qalmış əmlakın vərəsəsi kimi qanun üzrə vərəsəlik şəhadətnaməsini əsasında qanunvericiliyə uyğun olaraq müraciət etdiyi təqdirdə, onun hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsinin mümkün olduğunu, lakin, bu barədə və hazırki iddia tələbi ilə bağlı Xidmətə müraciət etmədiyini bildirərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.5-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında öhdəliyin icrası haqqında iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyindən aydın olur ki, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş sənədlər inzibati akt hesab olunmur. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsində, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya yardım edilmişdir. Lakin, iddiaçı xx xxxxxx 2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etdiyi iddia tələbi üzrə inzibati işə baxılıb müvafiq qərar verilməsini xahiş etmişdir. İş materiallarında olan:- - xx xxxxx 2006-cı il tarixli, 103283 qeydiyyat nömrəli, 12678 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Naxçıvan şəhəri, 35-ci məhəllə, ev 42A bağışlama müqaviləsi əsasında İsmayılov Rövşən Arif oğlunun adına qeydiyyata alınmışdır. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxxx 2006-cı il qeydiyyat tarixli, MH seriyalı, --- nömrəli çıxarışın surətindən görünür ki, Naxçıvan şəhəri, 35-ci məhəllədə mülkiyyətində olan 500 kv.m. torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 65.6 kv.m. yaşayış, --- qeyri-yaşayış, 54.9 kv.m. köməkçi sahədən ibarət 42A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İsmayılov Rövşən Arif oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 283 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Bələdiyyəsinin xx xxxxxxxx 2013-cü il tarixli, 82/01 nömrəli qərarının surətindən görünür ki, Naxçıvan şəhərinin 35-ci məhəlləsində yerləşən 500 kv.m. sahəsi olan 42 nömrəli olan həyətyanı torpaq sahəsinə bitişik və baxış zamanı dəqiqləşdirilmiş ölçülərə əsasən 140.1 kv.m. torpaq sahəsi 112 manat dəyərində qiymətləndirilməsi və müəyyən olunan məbləğin X6 bankdakı hesabına ödənildiyindən həyətyanı torpaq sahəsi kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4.0.2. yarımbəndinə, 16-cı maddəsinin 16.3. və 16.4-cü bəndlərinə əsasən vətəndaş İsmayılov Rövşən Arif oğlunun mülkiyyətinə verilməsi qərara alınmışdır. - xx xxxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İsmayılov Rövşən Arif oğlu Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi xx.xx.2013, qeydiyyat nömrəsi 123006743, reyestr nömrəsi **********90-10301 və ******* nömrəli çıxarışa əsasən Naxçıvan MR, Naxçıvan şəhəri, 35-ci məhəllədə mülkiyyətində olan 0.064 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 65.60 kv.m. yaşayış, --- qeyri-yaşayış, 54.90 kv.m. köməkçi sahədən ibarət 42A nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 300 kv.m. torpaq sahəsini X1. - ünvan 4 mənzil 54 ünvanında qeydiyyatda olan X11 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlandığı xx xxxxxx 2016cı il tarixli ərizəsindən görünür ki, Naxçıvan şəhəri, 35-ci məhəllə, ev 42A-da İsmayılov Rövşən Arif oğluna məxsus olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxx 2006-cı il qeydiyyat tarixli, qeydiyyat nömrəsi 103283 olan texniki pasportuna əsasən 35-ci məhəllədə olan torpaq sahəsindən xx xxxxxxxx 2006-cı il tarixli müqavilə əsasında ona 70 kv.m. torpaq sahəsi verilmişdir. Lakin, bütün bunlara baxmayaraq ona ayrılmış torpaq sahəsinin apardığı tikinti sahəsindən aralı olduğundan həmin torpaq sahəsindən 27 kv.m-i razılaşmaları əsasında İsmayılov Rövşən Arif oğlunun öhdəsində qalmasına etiraz etmədiyini bildirmişdir. - 12678 inventar nömrəli, xx xxxxxx 2019-cu il tarixli, daşınmaz əmlakın texniki pasportunun surətindən müəyyən olunur ki, ünvan 7 ünvanı İsmayılov Rövşən Arif oğlunun adına qeydiyyata alınmışdır. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxx 2019-cu il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında mülkiyyətində olan 0.0472 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İsmayılov Rövşən Arif oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 18/35 nömrəli reyestr kitabının 6767 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Naxçıvan şəhəri, 35-ci məhəllə, ev 32A ünvanında 472.0 kv.m. torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 253.79 kv.m., yaşayış sahəsi 168.01 kv.m., yardımçı sahəsi 85.78 kv.m. olan 8 otaqlı fərdi evinin İsmayılov Rövşən Arif oğluna tam mülkiyyət üzrə məxsus olan hissəsini X7 bağışlamışdır. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxx 2019-cu il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında mülkiyyətində olan 0.0472 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 18/35 nömrəli reyestr kitabının 6767 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AZ-İ seriyalı, 699623 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxx 2020-ci il tarixdə ölmüşdür. - xx xxxxxxx 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçıdur. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, 572 nömrəli məktubundan görünür ki, İddiaçı və İsmayılov Rövşən Arif oğlu hüquqların dövlət qeydiyyatı ilə bağlı xidmətə müraciət etməmiş, müraciət olduğu təqdirdə qanunvericiliyə uyğun baxılıb, cavab veriləcəyi bildirilmişdir. İddiaçı iddia tələbində xx.xx.2006-cı il tarixli, 12678 inventar, 103283 qeydiyyat nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda qeyd olunmuş göstəricilər əsasında A sxeminə müvafiq 1 mərtəbəli 6 otaqdan ibarət, ümumi sahəsi 652,7 kv.m+120,5=773,2 kv.m olan tikiliyə bələdiyyənin xx.xx.2013-cü il tarixli, 82/01 qərarı əsasında verilmiş 140,1 kv.m özəlləşdirilmiş sahəyə, xx.xx.2013-cü il tarixli İsgəndər Qasımovun ərizəsi ilə 27 kv.m ərazinin Rövşənin mülkiyyətinə verilməsi nəticəsində mülkiyyətinin ümumi sahəsinə 960 kv.m qalan 660 kv.m əraziyə İsmayılov Rövşən Arif oğlunun adına reyestr çıxarışının verilməsini qeyd etsə də, iş materialları ilə xx xxxxx 2006-cı il tarixli, 103283 qeydiyyat nömrəli, 12678 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda Naxçıvan şəhəri, 35-ci məhəllə, ev 42A bağışlama müqaviləsi əsasında İsmayılov Rövşən Arif oğlunun adına qeydiyyata alındığı, xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi ilə Naxçıvan şəhəri, 35-ci məhəllə, ev 32A ünvanında 472.0 kv.m. torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 253.79 kv.m., yaşayış sahəsi 168.01 kv.m., yardımçı sahəsi 85.78 kv.m. olan 8 otaqlı fərdi yaşayış evinin İsmayılov Rövşən Arif oğlu tərəfindən X7 bağışlandığı, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxx 2019-cu il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışında ünvan 7 ünvanında mülkiyyətində olan 0.0472 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 18/35 nömrəli reyestr kitabının 6767 nömrəli vərəqində qeydiyyata alındığı, AZ-İ seriyalı, 699623 nömrəli ölüm haqqında şəhadətnamənin surətində X5 xx xxxxx 2020-ci il tarixdə vəfat etdiyi, xx xxxxxxx 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində xx xxxxx 2020-ci il tarixdə vəfat etmiş X5 vərəsəsinin İddiaçı olduğu müəyyən olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi hüquqlarının cavabdeh orqan tərəfindən pozulmasını qeyd etməsinə baxmayaraq, iddiaçının izahatı və iddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın olur ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməmişdir. Yəni, iddiaçı inzibati orqan tərəfindən onun hüquqlarının pozulması və qanunla qorunan maraqlarının məhdudlaşdırılması barədə sübutları, həmin torpaq sahəsinin ona məxsus olması barədə hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin İddiaçı X5 vərəsəsi olaraq, qanun üzrə vərəsəlik şəhadətnaməsi alsa da reyestr çıxarışının öz adına yox, düzəliş edilməklə İsmayılov Rövşən Arif oğlunun adına verilməsini tələb edir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməkdə subyektiv hüququ yoxdur. Yəni iddia tələbi hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, iş materialları və tərəflərin izahatlarından görünür ki, iddiaçı İsmayılov Rövşən Arif oğlunun adına çıxarış verilməsini tələb edir, lakin, iş materiallarından göründüyü kimi İsmayılov Rövşən Arif oğlu həmin əmlakı anası X7 bağışlamışdır və hazırda həmin əmlakın mülkiyyətçisi deyil. Həmçinin İddiaçı İsmayılov Rövşən Arif oğlunun adından iddia qaldırmadığını da bildirmişdir və iddia ərizəsi İsmayılov Rövşən Arif oğlu tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmənin qənaətinə görə iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, həmçinin inzibati orqana müraciət etmədiyindən, iddiaçının “xx.xx.2006-cı il tarixli, 12678 inventar, 103283 qeydiyyat nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda qeyd olunmuş göstəricilər əsasında A sxeminə müvafiq 1 mərtəbəli 6 otaqdan ibarət, ümumi sahəsi 652,7 kv.m+120,5=773,2 kv.m. olan tikiliyə bələdiyyənin xx.xx.2013-cü il tarixli, 82/01 qərarı əsasında verilmiş 140,1 kv.m özəlləşdirilmiş sahəyə, xx.xx.2013-cü il tarixli İsgəndər Qasımovun ərizəsi ilə 27 kv.m. ərazinin Rövşənin mülkiyyətinə verilməsi nəticəsində mülkiyyətinin ümumi sahəsinə 960 kv.m. qalan 660 kv.m. əraziyə İsmayılov Rövşən Arif oğlunun adına reyestr çıxarışının verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər hansı bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında işə baxılması üçün, yəni iddianın mümkünlüyü məsələsinin həll edilməsi üçün ilk növbədə mübahisənin subyektiv tərkibi və predmeti müəyyən edilməlidir. Predmetə aid hissədə iddia yalnız o halda mümkün sayıla bilər ki, inzibati aktın qəbul edilməsindən imtina nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslana bilsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın inzibati mübahisə kimi baxılmasının yolverilənliyini araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.2006-cı il tarixli, 12678 inventar, 103283 qeydiyyat nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda qeyd olunmuş göstəricilər əsasında A sxeminə müvafiq 1 mərtəbəli 6 otaqdan ibarət, ümumi sahəsi 652,7 kv.m+120,5=773,2 kv.m olan tikiliyə bələdiyyənin xx.xx.2013-cü il tarixli, 82/01 qərarı əsasında verilmiş 140,1 kv.m özəlləşdirilmiş sahəyə, xx.xx.2013-cü il tarixli İsgəndər Qasımovun ərizəsi ilə 27 kv.m ərazinin Rövşənin mülkiyyətinə verilməsi nəticəsində mülkiyyətinin ümumi sahəsinə 960 kv.m qalan 660 kv.m əraziyə İsmayılov Rövşən Arif oğlunun adına reyestr çıxarışının verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx.xx.2006-cı il tarixli, 12678 inventar, 103283 qeydiyyat nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda qeyd olunmuş göstəricilər əsasında A sxeminə müvafiq 1 mərtəbəli 6 otaqdan ibarət, ümumi sahəsi 652,7 kv.m+120,5=773,2 kv.m olan tikiliyə bələdiyyənin xx.xx.2013-cü il tarixli, 82/01 qərarı əsasında verilmiş 140,1 kv.m özəlləşdirilmiş sahəyə, xx.xx.2013-cü il tarixli İsgəndər Qasımovun ərizəsi ilə 27 kv.m ərazinin Rövşənin mülkiyyətinə verilməsi nəticəsində mülkiyyətinin ümumi sahəsinə 960 kv.m qalan 660 kv.m əraziyə İsmayılov Rövşən Arif oğlunun adına reyestr çıxarışının verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-133/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-133/2020
16.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver