Məhkəmə qərarları › İş №2-1(122)-134/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-134/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-134/2024 03.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X13 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 və üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri, Atatürk küçəsi, 5 nömrəli binanın 1-ci mərtəbəsi barəsində xx.xx.2015-ci il tarixli, ********** nömrəsi ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyətinə verilmiş ünvan 1 ünvanında 12.83 kv.m qeyri-yaşayış sahəsi barədə X2 adına olan qeydiyyatın ləğv olunması, həmin sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, Atatürk küçəsi, 5 nömrəli binanın 1-ci mərtəbəsi barəsində xx.xx.2015-ci il tarixli, ********** nömrəsi ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyətinə verilmiş ünvan 1 ünvanında 12.83 kv.m qeyri-yaşayış sahəsi barədə X2 adına olan qeydiyyatın ləğv olunması, həmin sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 03 iyul 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8, iddiaçının vəkili və nümayəndəsi Vəkil Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 247 nömrəli sərəncamının ona məxsus əmlakın özgənin adına keçirilməsi barədə hissəsinin və cavabdehin bu sərəncama uyğun olaraq etdiyi dəyişikliklərin ləğv edilib qanuni əmlakının geri qaytarılması barədə iddia qaldırdıqlarını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmiş və bu barədə 03 iyul 2024-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 və üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X9 iddiaçı tərəfin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizəsinə heç bir etirazlarının olmadığını bildirmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçı tərəfin ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri, Atatürk küçəsi, 5 nömrəli binanın 1-ci mərtəbəsi barəsində xx.xx.2015-ci il tarixli, ********** nömrəsi ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyətinə verilmiş ünvan 1 ünvanında 12.83 kv.m qeyri-yaşayış sahəsi barədə X2 adına olan qeydiyyatın ləğv olunması, həmin sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfin diqqətinə çatdırılır ki, onun ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının nümayəndəsi X4, iddiaçının vəkili və nümayəndəsi Vəkil 03 iyul 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri, Atatürk küçəsi, 5 nömrəli binanın 1-ci mərtəbəsi barəsində xx.xx.2015-ci il tarixli, ********** nömrəsi ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyətinə verilmiş ünvan 1 ünvanında 12.83 kv.m qeyri-yaşayış sahəsi barədə X2 adına olan qeydiyyatın ləğv olunması, həmin sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının nümayəndəsi X7 geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar