Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-135/2021 02.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 17.04.N1-ci il tarixli raportuna əsasən xidmət yerinin hazırda xidmət etdiyi birlikdən digər birliyə dəyişdirilməsi vəzifəsinin və hüquqi yardım üçün ödədiyi 300 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması” tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 17.04.N1-ci il tarixli raportuna əsasən xidmət yerinin hazırda xidmət etdiyi birlikdən digər birliyə dəyişdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İddiaçı məhkəməyə 13 iyul N1-ci il tarixli iddia tələbinin həcminin artırılmasına dair ərizə göndərərək, hazırki ərizəsi ilə iddia tələbinin həcmini artıraraq, “onun 17.04.N1-ci il tarixli raportuna əsasən xidmət yerinin hazırda xidmət etdiyi birlikdən digər birliyə dəyişdirilməsi vəzifəsinin və hüquqi yardım üçün ödədiyi 300 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 iyul N1-ci il tarixli, 2- 1(122)-135/N1 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsi təmin edilmiş, dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmiş və iş üzrə hazırlıq icraatı davam etdirilmişdir. Bundan sonra İddiaçı təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə 13 oktyabr N1-ci il tarixli, AZ5215/********** nömrəli teleqram göndərərək 2-1(122)-135/N1 saylı iş üzrə iddia tələbinə ehtiyata buraxılma hissəsində xitam verilməsini, məhkəmə xərcləri hissəsində isə iddianın təmin olunması barədə qərar qəbul edilməsini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçıya onun tələbinin hərbi xidmətdən ehtiyata buraxılmaq yox, xidmət yerinin hazırda xidmət etdiyi birlikdən digər birliyə dəyişdirilməsi tələbi olduğu nəzərinə çatdırılaraq, məhkəmə tərəfindən 15 oktyabr N1-ci il tarixli, 2-1(122)-135/N1 nömrəli yardım məktubu göndərilmiş, məhkəməyə ünvanlanan teleqramda olan iddia tələbi ilə bağlı mövcud anlaşılmazlıqların aydınlaşdırılması və mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərinin müzakirə olunması üçün N noyabr N1-ci il tarixə, saat 11:30-a hazırlıq icraatı ilə bağlı məhkəmə iclası təyin edildiyi bildirilmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan 27 oktyabr N1-ci il tarixli ərizədən görünür ki, iddiaçı hazırda ehtiyata buraxılmışdır. Lakin cavabdeh onu “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə (öz arzusu ilə) yox, həmin maddənin “e” bəndində əsasən (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxmışdır. Bununla əlaqədar o, iddia tələbinin hərbi xidmətdən ehtiyata buraxılma hissəsində icraata xitam verilməsini, 300 manat məbləğində məhkəmə xərcləri hissəsində isə icraata davam edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı iddiasını məhkəmə xərcləri hissəsində müdafiə etdiyini bildirərək, işə iştirakı olmadan baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən N noyabr N1-ci il tarixli, 1852 nömrəli məktubla məhkəməyə göndərilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr N1-ci il tarixli, 228 nömrəli əmrinin əsli ilə düz olan surətindən görünür ki, baş leytenant İddiaçı, 3-cü reaktiv artilleriya divizionunun 3-cü reaktiv artilleriya batareyasının idarəetmə taqımının komandiri Müdafiə nazirinin 02 sentyabr N1-ci il tarixli, 01300 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N sentyabr N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon idarəsinə göndərilmişdir. Məhkəmə iddiaçının 27 oktyabr N1-ci il tarixli ərizəsini və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçıya onun 2-1(122)-135/N1 nömrəli iş üzrə qaldırdığı iddia tələbinin ehtiyata buraxılmaq deyil, xidmət yerinin dəyişdirilməsi olduğu izah edilməsinə baxmayaraq, iddiaçının məhkəməyə ünvanladığı növbəti müraciətdə də o, 2-1(122)- 135/N1 saylı iş üzrə hərbi xidmətdən ehtiyata buraxılma hissəsində icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının məhkəmə ünvanlandığı hər iki müraciətdən görünür ki, o, 2-1(122)-135/N1 nömrəli iş üzrə icraata xitam verilməsi arzusundadır və işə baxılmasını istəmir. İddiaçının məhkəməyə ünvanlandığı 27 oktyabr N1-ci il tarixli ərizəsindən və cavabdeh orqan tərəfindən məhkəməyə məktubla ünvanlanan əmrdən aydın olur ki, İddiaçı 02 sentyabr N1-ci il tarixdən Müdafiə nazirinin müvafiq əmri ilə xidmətə uyğunsuzluğa görə artıq ehtiyata buraxılmışdır. İddiaçı 27 oktyabr N1-ci il tarixli ərizəsində bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatında iddiaçının iradə ifadəsi üstün səciyyə daşıdığından məhkəmə bu halı iddiadan imtina kimi qiymətləndirir. Məhkəmə iddiaçının yuxarıdakı məzmunlu ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının vəsatəti iddiadan imtina kimi qiymətləndirilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hazırki tələbin ikinci hissəsi olan-hüquqi yardım üçün ödədiyi 300 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki tələb üzrə hüquqi yardım üçün ödədiyi məbləğ prosessual xərc hesab olunur. Qüvvədə olan inzibati prosessual qanunvericilik normalarının tələblərinə əsasən iddiaçı iddiadan imtina etdikdə prosessual xərcləri ödəmək vəzifəsi də onun üzərinə qoyulur. Qeyd edilənlərə əsasən məhkəmə tələbin ikinci hissəsi barədə də iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. - 111.3-cü maddəsinə əsasən şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. - 115.2-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 17.04.N1-ci il tarixli raportuna əsasən xidmət yerinin hazırda xidmət etdiyi birlikdən digər birliyə dəyişdirilməsi vəzifəsinin və hüquqi yardım üçün ödədiyi 300 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin” tələbinə dair iddiası üzrə İddiaçı 27 oktyabr N1-ci il tarixli ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İPM-in 55.1, 55.4, 55.5, 80, 83, 108.1, 111.3 və 115.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 17.04.N1-ci il tarixli raportuna əsasən xidmət yerinin hazırda xidmət etdiyi birlikdən digər birliyə dəyişdirilməsi vəzifəsinin və hüquqi yardım üçün ödədiyi 300 manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-135/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-135/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver